Məhkəmə qərarları › İş №2(106)-86/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-86/2024

31.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-86/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X9 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyinə (ailə üzvlərinə) qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Astara rayonunun Siyaku kəndində 0,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə təsdiqlənmişdir. Torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etmiş, zəbt etdikləri torpaq üzərində qanunsuz olaraq tikililər və qurğular tikdirmişlər. Belə olan halda iddiaçının və ailə üzvlərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. İddiaçı ailə başçısı kimi cavabdehlərlə mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Hal-hazırda iddiaçı və ailə üzvlərinin həmin torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlər tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin olunmuş, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı qaytarılması, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evinin) onun öz hesabına sökülməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 50 manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 40 manat pulun alınıb, İddiaçı verilməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində olan pula görə İddiaçı və Cavabdeh1 hər birindən 25 manat pulun alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X8, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi, iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə və 0,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən tikili qətnamədə qeyd edildiyi kimi onun tərəfindən deyil, dövlət tərəfindən şəhid ailəsinə tikilmişdir (onun əmisinə). Həmin ev Cavabdeh1 tərəfindən inşa edilmədiyindən və ona məxsus olmadığından onun vəsaiti hesabına başqasına məxsus fərdi yaşayış evinin sökülməsi ağlabatan fikir deyil. Göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, işin faktiki halları yetərincə araşdırılmamışdır. Bununla bağlı xahiş edir ki, lazım olarsa, aidiyyəti üzrə ekspertiza təyin edilsin. Buna görə də xahiş edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia rədd edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Apellyasiya məhkəməsində aparılan icraat zamanı X21, Astara rayon Siyaku bələdiyyəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh1 çıxış edərək bildirmişdir ki, o, heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisə predmeti olan ev Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid atası olan əmisi X21 üçün tikilmişdir. Hesab edir ki, onun tərəfindən və yaxud da onun üçün inşa edilməmiş evin sökülməsinin onun hesabına həyata keçirilməsi ilə bağlı məhkəmənin gəldiyi mövqe düzgün olmamışdır. Həmçinin bildirdi ki, o, heç kəsin torpaq sahəsini zəbt etmədiyinə görə cavabdeh kimi də tanınmamalı idi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, Astara Rayon Məhkəməsi işin hallarını tam araşdırmamışdır. Məhkəmə iddianı ona münasibətdə təmin etməmiş olsa da, mübahisəli evin nə ona, nə də qardaşına hər hansı bir aidiyyəti yoxdur. Həmin ev şəhid atası kimi əmisi Osmanağa Rüstəmov üçün tikilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı çıxış edərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN- 0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə Astara rayonunun Siyaku kəndi ərazisində 0,47 ha torpaq sahəsi verilmişdir. Bir müddət Bakı şəhərində yaşadığından torpaq sahəsi nəzarətsiz qalmış, həmin vaxt isə cavabdehlər tərəfindən onun torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Bu səbəbdən 2017-ci ildə reyestr orqanının mütəxəssislərini dəvət etmiş və torpaq sahəsinin naturada yeri ona tanıtdırılmışdır. Bundan sonra, cavabdehlərdən tələb etmişdir ki, onun torpaq sahəsindən istifadəni dayandırsınlar. Lakin cavabdehlər yenə də torpaqdan istifadə etməyə davam etmişlər. 2021-ci ildə isə həmin torpaq sahəsində ev inşa edilməyə başlandıqdan sonra o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,21 ha hissəsi zəbt edilərək Cavabdeh1 tərəfindən ev inşa edilmişdir. Odur ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, iddiaçı ilə eyni məzmunda çıxış etdi. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən üçüncü şəxs X21 çıxış edərək bildirmişdir ki, mübahisəli ərazidə yerləşən ev şəhid atası olduğuna görə ona Astara Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilmişdir. Hal-hazırda həmin evdə onun özü və qardaşı oğlu olan Cavabdeh1 övladı yaşayır. Apellyasiya məhkəməsinin 15 sentyabr 2023-cü il və 20 sentyabr 2023-cü il tarixli iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, Agentlik tərəfindən şəhid atası olan və Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X10 Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə ev inşa edilmişdir. Agentliyə evin inşa edilməsi ilə bağlı 2021-ci ildə müraciət olunmuş, 2023-cü ildə ev tikilərək Osmanağa Rüstəmova akt tərtib edilməklə təhvil verilmişdir. Agentlikdə həmin evin tikildiyi torpaq sahəsi ilə bağlı hər hansı sənəd mövcud deyil. Evin tikilməli olduğu torpaq sahəsi təmsil etdiyi quruma Astara rayon Siyaku bələdiyyəsi tərəfindən təqdim edilmiş, lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Apellyasiya məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs Astara rayon Siyaku bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 çıxış edərək bildirmişdir ki, həqiqətən də şəhid atası olan X10 Sosial Xidmətlər Agentliyi tərəfindən Astara rayonu, Siyaku kəndində ev inşa edilmişdir. Həmin evin inşa edilməsi üçün Astara Rayon İcra Hakimiyyətinin şifahi tapşırığı əsasında kənd ərazisində yer müəyyən edilmişdir. Evin inşa edildiyi yer isə Cavabdeh1 faktiki istifadəsində olmuş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,06 hektar hissəsində Osmanağa Rüstəmova ev tikilməsinə dair etiraz etmədikləri barədə bələdiyyə tərəfindən arayış verilmişdir. Bələdiyyədə olan məlumata görə, mübahisəli evin tikildiyi ərazi bələdiyyə mülkiyyətindədir, lakin hazırda bələdiyyədə bununla bağlı hər hansı xəritə məlumatı və ya digər sənəd mövcud deyil. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər Astara rayon Siyaku bələdiyyəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmamasına istinad edərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, mübahisəli fərdi yaşayış evinin kim tərəfindən kimin üçün tikilməsini və həmin fərdi yaşayış evinin kimin istifadəsində olmasını müəyyən etməmiş, nəticə etibarilə MPMin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normalarının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qətnaməsinin nəticə hissəsində iddiaçıya məxsus olan və Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsini və üzərində inşa edilmiş tikilinin sökülməsini qət etdiyi torpaq sahəsini düzgün qeyd etməmişdir. Belə ki, qətnamənin nəticə hissəsində iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsi kimi “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi göstərilsə də, əslində iddiaçıya və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 ha torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi qətnamədə yol verilmiş həmin yanlışlığın aradan qaldırılması üçün hər hansı tədbir də görməmişdir. Məhkəmə kollegiyası tərəfləri və apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı cəlb edilmiş üçüncü şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,47 ha torpaq sahəsi X22 və onun ailə üzvləri X4, X11, İddiaçı, X5 və X1 mülkiyyətinə verilmişdir. İşdəki JN-0764, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,28 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X14, X15, X6 və X16 mülkiyyətinə verilmişdir. İşdəki JN-0765, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,43 ha torpaq sahəsi X17 və onun ailə üzvləri X12, X2, X18, X7, Cavabdeh2 və X13 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar müəyyən edilmişdir: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,47 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsi yerləşir və 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,21 ha ölçüdə öz əksini tapmışdır. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,43 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsi yerləşir və 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,19 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda, qeyd olunan torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X24 və ailə üzvləri tərəfindən təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və 28 oktyabr 2022-ci il tarixli, **********56 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. 3) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,28 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,15 ha hissəsi yerləşir və 0,15 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edildi. Sözügedən 0,15 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə öz əksini tapmışdır. 4) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olundu. 5) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin digər Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olundu. 6) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,19 ha) hissəsi sənədlərə əsasən üst-üstə düşmür. 7) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,15 ha (faktiki 0,12 ha) hissəsi sənədlərə əsasən üst-üstə düşmür. 8) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 ha hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edildi. İşdəki 24 noyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən 96,80 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli ekspert rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN- 763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,47 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsinin yerləşdiyi müəyyən edilmiş və həmin 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,21 ha ölçüdə öz əksini tapmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,43 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,23 ha hissəsinin yerləşdiyi müəyyən olunmuş və həmin 0,23 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,23 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,19 ha ölçüdə öz əksini tapmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN- 764 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,28 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,15 ha hissəsi yerləşdiyi müəyyən olunmuş və həmin 0,15 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən 0,15 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin digər Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,43 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,19 ha) hissəsinin sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,23 ha (faktiki 0,21 ha) hissəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-765 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,28 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,15 ha (faktiki 0,12 ha) hissəsinin sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha torpaq sahəsinin mübahisəli ərazidə olan Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 ha hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarının 104-cü vərəqində olan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov tərəfindən imzalanmış və Agentliyin möhürü ilə möhürlənmiş sənədin surətindən görünür ki, Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış imtiyazlı şəxsə - X10 (imtiyazı: şəhid ailəsi; növbəyə dayandığı tarix: xx.xx.2007) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Astara rayonu, Siyaku küçəsindən 2 otaqlı, sahəsi 63,6 kv.m olan fərdi ev verilmişdir. İş materiallarının 162-163-cü vərəqlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşası başa çatdırılmış Astara rayonu, Siyaku kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin imtiyazlı şəxs X10 təhvil verilməsi barədə 16 yanvar 2023-cü il tarixində akt tərtib edilmişdir. İşdəki 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X10 təhvil verilmiş baxış zamanı təqdim olunan tikilinin (fərdi yaşayış evinin) ümumi sahəsinin 75,6 kv.m, həmin tikilinin tikintialtı sahəsinin 97,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X10 təhvil verilmiş tikili (fərdi yaşayış evi) üçün nəzərdə tutulmuş həyətyanı sahənin planı, koordinatları sxemi iş materiallarına əlavə edilmədiyindən və baxış zamanı təqdim olunmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-43/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X19 təhvil verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsidir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyinə (ailə üzvlərinə) qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını tələb etmiş, tələbini cavabdehlərin həmin torpaq sahəsini zəbt etmələri, zəbt etdikləri torpaq üzərində qanunsuz olaraq tikililər və qurğular tikmələri, beləliklə, onun və ailəsinin mülkiyyət hüquqlarını pozmaları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işin halları hərtərəfli araşdırılmadan natamam materiallar əsasında ekspertiza təyin edilərək mübahisəli 0,47 ha torpaq sahəsinin 0,21 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi və həmin hissədə tikilmiş evin müşahidə edilməsi müəyyən olunmuşdur. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparılarkən müəyyən olunmuşdur ki, əslində mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə şəhid ailəsi kimi X21 üçün inşa edilmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması məsələsinin araşdırılması üçün isə apellyasiya məhkəməsi tərəfindən əlavə məhkəmə ekspertizası keçirilərək 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyi əldə olunmuşdur. Həmin rəylə isə müəyyən olunmuşdur ki, Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X10 təhvil verilmiş baxış zamanı təqdim olunan ümumi sahəsi 75,6 kv.m, tikintialtı sahəsi 97,5 kv.m olan həmin tikilinin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsidir və faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir. Apellyasiya məhkəməsinin iclasında da X21 qeyd etmişdir ki, hal-hazırda həmin evdə onun özü və qardaşı oğlu olan Cavabdeh1 övladı yaşayır. Qeyd edilənlərdən də göründüyü kimi, Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı tikili və ya qurğu inşa edilməmiş, həmin torpaq sahəsindəki fərdi yaşayış evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən X21 üçün inşa edilmiş və hazırda da sonuncunun istifadəsindədir. Lakin hazırkı iş üzrə iddia tələbi X10 qarşı deyil, Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır. 17 mart 2023-cü il tarixli, 10/1163 saylı ekspert rəyində Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X27 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi qeyd olunsa da, məhkəmə kollegiyası ekspert rəyinin həmin hissəsinin işin müəyyən edilmiş hallarına uyğun olmadığını hesab edir və ekspert rəyinin həmin hissəsinin qiymətləndirilməsi zamanı onun iş üzrə əldə olunmuş digər sübutlarla təkzib olunması qənaətinə gəlir. Bundan əlavə, iddiaçı da özünün və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla da cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçıya və ailə üzvlərinə məxsus JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 hektar torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi və həmin torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikili və ya qurğunun inşa edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, həmin torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı özbaşınalıq hərəkətlərinin edilməsi müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı, iş materiallarının 106-cı vərəqində surəti olan Astara rayon Siyaku bələdiyyəsi tərəfindən Cavabdeh1 verilmiş 97 nömrəli arayışdan görünür ki, əmisi X3 yaşadığı yerdə torpaq sahəsi olmadığı üçün Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə bitişik zəbt olunmuş torpaq sahəsindən 0,06 ha əmisi X25 verilməsinə Siyaku bələdiyyəsi etiraz etmir. Lakin həmin arayışda da torpaq sahəsinin kim tərəfindən zəbt olunması konkret göstərilməmiş, zəbt olunmuş torpaq sahəsinin Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, bələdiyyə tərəfindən əlyazma şəkildə sadə formada tərtib edilmiş bu cür arayışla torpaq sahəsinin kim tərəfindən zəbt olunması halının müəyyən edilməsi də mümkün deyil və torpaq sahəsinin zəbt olunub-olunmaması məsələsi xüsusi texniki cihazların vasitəsilə xəritə və koordinatlara əsaslanaraq araşdırılmalıdır. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci, 115-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 96,80 manat məbləğində xidmət haqqı iddiaçının özünə aid edilməli, 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli və 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7453 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 96,80 manat məbləğində xidmət haqqı İddiaçı özünə aid edilsin. 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli və 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7453 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar