Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-867/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Sultanov Cavid Rizvan oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X*0 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*nə və X3 PHŞ-nə və 3-cü şəxs Cavabdeh3 qarşı “Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı etibarnamə ilə vəkili Vəkil iddia tələbini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinə sifariş vermiş, qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsinin icarəyə verilməsi barədə elanı hərrac və müsabiqə gününə 30 gün qalmış ƏMDX-nin emlak.gov.az saytında yerləşdirmiş, qanunvericiliyin tələbinə uyğun olaraq həmin torpaq sahəsi barədə təklifini vermişdir. Müsabiqənin 02 mart 2023-cü il tarixə ünvan 1 ünvanında yerləşən ƏMDX-ni Beyləqan Ərazi şöbəsində keçirilməsi təyin edilmişdir. Həmin tarixdə müabiqədə iştirak etmək üçün şöbənin inzibati binasına yaxınlaşmışdır. Müsabiqənin başlanması barədə bildiriş elan olunadan sonra həmin torpaq sahəsinə iddia edən digər bir şəxsin Cavabdeh3 ətrafına topalaşmış şəxslər ona fiziki qüvvə tətbiq edərək, binaya daxil olmasına maneə yaratmışlar. Həmin vaxt müsabiqənin keçirilməsini təşkil edən şöbənin rəisi bu vəziyyəti görsə də, onun müsabiqədə iştirakının təmin edilməsi barədə heç bir tədbir görməmişdir. Sonra isə ona hərracın təxirə alındığını, hərracın yenidən keçiriləcəyini bildirilmişdir. Həmin vaxt o, baş vermiş hadisə barədə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sonradan ona məlum oldu ki, onun iştirakı olmdan müsabiqə keçirilmiş, həmin torpaq sahəsinin qalibi Beyləqan şəhər sakini Cavabdeh3 olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi" Qaydalarının *3-cü bəndində göstərilir ki, ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa, onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı-satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. İşin hallarından göründüyü kimi, müsabiqədə digər təklif vermiş şəxs Cavabdeh3 iştirak etməsinə şərait yaradılsa da, onun iştirakına maneə yaradılmasını müsabiqəni keçirənlər görsə də, onun iştirakını təmin etməmişlər. Ona görə də cavabdehlər Cavabdeh*, X4 PHŞ-ə və Cavabdeh3 qarşı Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 izahatında göstərmişdir ki, X3 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyəsinin mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədilə hərrac keçirilmiş, həmin hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *723009709 olan, reyestr nömrəsi 6070*200*527 olan, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan bələdiyyəsi tərəfindən onun icarəsinə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsini qanuni şəkildə almışdır. Hərracın keçirilməsinə dair müsabiqədə iştirak etmək üçün 7 nəfər müraciət etmiş, lakin hərracın keçirilməsi vaxtı 5 nəfər iştirak etməmişdir. Onlardan bir neçəsi onun Qarabağ müharibəsi əlili olmasını nəzərə alıb müsabiqəyə gəlməmişdir. Yekunda o, və Səxavət adlı şəxs iştirak etmiş, torpağın icarəsi ilə bağlı o daha yüksək məbləğ təklif etdiyi üçün müsabiqənin qalibi hesab edilmişdir. İddiaçı da müsabiqə yerinə vaxtında gəlməmişdir. Hərrac keçirilərkən Rövşən *2 dəqiqə geçikmişdir. Zərf Rövşənin iştirakı olmadan açılmışdır. Müsabiqə tam qanuni şəkildə keçirilmişdir. Onun icarəyə götürdüyü torpaq sahəsi iddiaçının evinə avtomobil gediş gəlişinə heç bir maneçilik törətmir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası ƏMDK-nin nümayəndəsi X8 göstərmişdir ki, X3 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyə mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə hərrac keçirilmişdir. Hərrac keçirilməmişdən əvvəl müraciət edən bütün şəxslərə məlumat verilmişdir. Son anda elan olunmuş vaxtda, yəni 02 mart 2023-cü il tarixdə hərracın keçirilməsi yerinə torpaq sahəsini icarəyə götürməklə bağlı hərracda iştirak etmək üçün müraciət edən iki nəfər gəlmişdir. Onlardan biri Cavabdeh3, digəri isə X5 olmuşdur. Digər müraciət edənlər həmin vaxt iştirak etməmişlər. Hərrac qanuni keçirilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Hərrac zamanı Cavabdeh3 həmin torpaq sahəsinə görə daha yüksək məbləğ təklif etdiyinə görə torpaq sahəsi onun icarəsinə verilmiş və qanunun tələblərinə uyğun olaraq onunla müqavilə bağlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh* və X3 publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh* nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Beyləqan bələdiyyəsinin və X3 publik hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə baxmağı mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev) iddianın təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh*nə, X4 PHŞ-nə və 3-cü şəxs Cavabdeh3 qarşı “Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Beyləqan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında o və nümayəndəsi iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında o və etibarnamə ilə vəkili və nümayəndəsi Vəkil iddia tələbini əsaslandıraraq göstərmişlər ki, Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X3 publik hüquqi şəxsinə sifariş vermiş, qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsinin icarəyə verilməsi barədə elanı hərrac və müsabiqə gününə 30 gün qalmış ƏMDX-nin emlak.gov.az saytında yerləşdirmiş, qanunvericiliyin tələbinə uyğun olaraq həmin torpaq sahəsi barədə təklifini vermişdir. Müsabiqənin 02 mart 2023-cü il tarixə ünvan 1 ünvanında yerləşən ƏMDX-ni Beyləqan Ərazi şöbəsində keçirilməsi təyin edilmişdir. Həmin tarixdə müabiqədə iştirak etmək üçün şöbənin inzibati binasına yaxınlaşmışdır. Müsabiqənin başlanması barədə bildiriş elan olunandan sonra həmin torpaq sahəsinə iddia edən digər bir şəxsin Cavabdeh3 ətrafına toplaşmış şəxslər ona fiziki qüvvə tətbiq edərək, binaya daxil olmağına maneə yaratmışlar. Həmin vaxt müsabiqənin keçirilməsini təşkil edən şöbənin rəisi bu vəziyyəti görsə də, onun müsabiqədə iştirakının təmin edilməsi barədə heç bir tədbir görməmiş, belə olan halda ona qarşı olan bu təxribat barədə müvafiq hüquq-mühafizə orqanlarına şikayət verildikdən sonra ona hərracın təxirə alındığını, hərracın yenidən keçiriləcəyini bildirilmişdir. Həmin vaxt o baş vermiş hadisə barədə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun iştirakı olmadan müsabiqə keçirilmiş, həmin torpaq sahəsinin qalibi Beyləqan şəhər sakini Cavabdeh3 olmuşdur. Beyləqan rayon məhkəməsi təqdim edilmiş videogörüntüdə hərracın açılışını elan edən şəxsin hərracın keçirilmə tarixini “02 mart 2023-cü il” demək əvəzinə, “02 fevral” deyir, sonradan komissiya üzlərinin müdaxiləsi nəticəsində tarixi “02 mart” deyir. Bu ona dəlalət edir ki hərrac həmin vaxt baş verən hadisələrlə bağlı keçirilməmiş, sonradan məhkəmə həmin görüntünü tələb edərkən, yenidən yığışaraq, çəkiliş aparıblar. Əks halda cavabdeh həmin görüntünü vaxtında təqdim etmiş olardı.Eyni zamanda həmin vaxt onun təklifi qeydə alınmış, lakin müsabiqə zamanı açılmamışdır. Cavabdeh orqan guya ərizəni geri götürdüyü barədə çəkilişdə bildirsə də, o ərizəni geri götürməmişdir. Ərizəsi həmin vaxt komissiyanın keçirdiyi müsabiqədə açılmalı olmasına baxmayaraq, açılmamışdır. Bu da ona dəlalət edir ki müsabiqə qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Beyləqan Rayon Məhkəməsi özünün 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsinnin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil da apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)- *7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh*nə və X3 PHŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: *6-cı maddəsinin birinci bəndinə əsasən yay və qış otlaqları xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. *6-cı maddəsinin ikinci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” Qanunun *0-*-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırda buynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. *6-cı maddəsinin dördüncü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. *6-cı maddəsinin beşinci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 5*-cı maddəsinin birinci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasının artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləridir. 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. **.*-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir. 66-cı maddəsinin ikinci bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının: 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. 5-ci bəndinə əsasən təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar. 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun mediada yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. 7-ci bəndinə əsasən bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl mediada dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. **-ci bəndinə əsasən müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir. *2-ci bəndinə əsasən müsabiqə və ya hərrac təşkilatçısı ona təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılması, həmçinin ərizəçilərin, eləcə də onların təqdim etdiyi sənədlərin məzmununun məxfi qalması üçün tədbirlər görür. *3-cü bəndinə əsasən ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və media subyektlərinin nümayəndələri və jurnalistlər iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqısatqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı şəkildə və gizli surətdə hazırlanır. Azərbaycan Respublikası MPM-nin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.*-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.*-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və *06.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8.03.20*9-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı hərracın keçirilməsini mübahisələndirir. Hərracın keçirilməsinə dair videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 02 mart 2023-cü il tarixdə Beyləqan bələdiyyə mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac komissiyası tərəfindən müsabiqə keçirilmiş və müsabiqənin keçirilməsi kamera vasitəsi ilə qeydə alınmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsindən ötrü 7 nəfər müraciət etmiş, komissiyanın sədri tərəfindən verilən məlumata görə onlardan 5 nəfəri iştirak etməmiş, iki nəfər Cavabdeh3 və X5 iştirak etmiş və onların arasında müsabiqə keçirilmişdir. Onların təqdim etdikləri zərflər açılmış və komissiya üzvləri tərəfindən baxılmışdır. Həmin vaxt müəyyən edilmişdir ki, iki nəfər arasında yüksək məbləğ Cavabdeh3 tərəfindən təklif edilmiş, belə ki X5 tərəfindən təklif edilmiş məbləğ 4*2 manat, Cavabdeh3 tərəfindən təklif edilmiş məbləğ 5*0 manat təşkil etmişdir. Ona görə də komissiya tərəfindən Cavabdeh3 torpaq müsabiqəsinin qalibi hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7*40030*7 olan, reyestr nömrəsi 6070*3024265 olan, qeydiyyat tarixi 05.06.20*4-cü il olan çıxarışa və AA 000772 seriya nömrəli, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş X3 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 02 mart 2023-cü il tarixli, 38 nömrəli iclas protokolundan görünür ki, X3 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyə, dövlət mülkiyyətinə aid 45 kv.m və ya ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədilə hərrac keçirilmiş, hərracda İddiaçı və Cavabdeh3 da ərizəçi kimi müraciət etmişlər. İş materiallarına əlavə edilmiş X3 publik hüquqi şəxsin 002693 nömrəli, HTM seriyalı şəhadətnaməsindən görünür ki, X* ərazisində yerləşən Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı X3 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracda icarəyə hər bir ili üçün 5*0 manata 25 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *723009709 olan, reyestr nömrəsi 6070*200*527 olan,qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəsinə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X3 publik hüquqi şəxsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Beyləqan rayon vəkil bürosuna ünvanladığı məktubdan görünür ki, X3 publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Müsabiqə və hərraclar barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.gov.az saytında yerləşdirilir. Bu məlumatlarda müsabiqə və hərracların keçirilmə tarixi, vaxtı və ünvanı öz əksini tapır. Beləliklə, Beyləqan rayonu Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 02 mart 2023-cü il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə keçirilmişdir. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin “emlak.gov.az” saytında yerləşdirilmişdir. Məhkəmə kollegiyası mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq hesab edir ki, müsabiqənin keçirilməsi qanunun tələblərinə tam uyğun olmuşdur. Müsabiqənin keçirilməsi barədə əvvəlcədən Əmlak Məsələləri Dövlət Xidmətinin “emlak.gov.az” saytında yerləşdirilmişdir. Son nəticədə müsabiqədə iki nəfər iştirak etmiş, bu da müsabiqənin keçirilməsi üçün yetərli olmuşdur. Yekunda iş üzrə üçüncü şəxs Cavabdeh3 digər iştirakçıya nisbətən yüksək məbləğ təklif etdiyinə görə müsabiqənin qalibi elan olunmuş və torpaq sahəsi qanunun tələblərinə uyğun olaraq onun icarəsinə verilmişdir. İddiaçı apellyasiya şikayətində Cavabdeh3 yaxınlarının ona zor tətbiq etməsi səbəbindən müsabiqədə iştirak edə bilməməsini göstərmişdir. Apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş 20 mart 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayonu, R.Axundov küçəsi, ev 30-da yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin onu Beyləqan rayonu ərazisində döyməsini bildirmiş, həmin naməlum şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beyləqan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən araşdırma aparılmış, tərəflərin izahatları alınmış, aparılmış araşdırma zamanı İddiaçı zorakılığa məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.*.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində göstərir ki, Beyləqan rayon məhkəməsi təqdim edilmiş videogörüntüdə hərracın açılışını elan edən şəxsin hərracın keçirilmə tarixini “02 mart 2023-cü il” demək əvəzinə, “02 fevral” deyir, sonradan komissiya üzlərinin müdaxiləsi nəticəsində tarixi “02 mart” deyir. Bu ona dəlalət edir ki, hərrac həmin vaxt baş verən hadisələrlə bağlı keçirilməmiş, sonradan məhkəmə həmin görüntünü tələb edərkən, yenidən yığışaraq, çəkiliş aparıblar. Əks halda cavabdeh həmin görüntünü vaxtında təqdim etmiş olardı. Eyni zamanda, həmin vaxt onun təklifi qeydə alınmış, lakin müsabiqə zamanı açılmamışdır. Cavabdeh orqan guya ərizəni geri götürdüyü barədə çəkilişdə bildirsə də, o ərizəni geri götürməmişdir. Ərizəsi həmin vaxt komissiyanın keçirdiyi müsabiqədə açılmalı olmasına baxmayaraq, açılmamışdır. Bu da ona dəlalət edir ki, müsabiqə qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Məhkəmə kollegiyası apllyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, videogörüntüdən görünür ki, hərracın keçirilmə tarixi texniki yanlışlıqla komissiya sədri tərəfindən “02 fevral” kimi səsləndirilir və dərhal həmin yanlışlıq aradan qaldırılır. Bu hal hərracın 02 fevral 2023-cü il tarixdə keçirilməsi anlamına gələ bilməz. Bundan əlavə, qeyd olunan çəkilişdən görünür ki, komissiya sədri iddiaçının ərizəsini geri götürməsi barədə deyil, iddiaçının da digər bir neçə nəfər şəxs kimi hərracda iştirak etməməsi barədə məlumat verir. Hərracda faktiki olaraq iki nəfər iştirak etdiyindən onların təklifləri açılmış, iddiaçı isə iştirak etmədiyindən onun təklifi açılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.*-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 07.0*.2025-ci il tarixli, 2(020)-*7/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-867/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-867/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver