Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-87/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(017)-8/2024 saylı (hakim E.Quliyev) qətnaməsindən iddiaçı "Yelo Bank” və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, kreditin əsas məbləğindən 14502 manat, əsas məbləğə hesablanmış faiz borcundan 276,46 manat, 95 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 14864,46 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 134,59 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 alınaraq "Yelo Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi; tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borcun ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehlər 1 ay ərzində yaşayış evini tərk etmədiyi halda istifadə hüququ itirilərək mənzildən məcburi qaydada çıxarılması; həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(017)-8/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə "Nikoyl” İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 ilə Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləğindən 13852 manat, əsas məbləğə hesablanmış faiz borcundan 510,91 manat, 300 manat dəbbə pulu, ümumilikdə 14662,91 manat borcun, bildirişlərin qeydə alınması üçün 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının, həmçinin 134,59 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh1 Banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh1 verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə istifadə hüququ itirilməklə yaşayış sahəsindən çıxarılması və yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 ümumilikdə 100 manat ekspertiza xərcin alınaraq X1, kodu 210005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində) ləğv edilməsini və ipoteka predmetinin dəyərinin 50800 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, eyni əmlak üzrə üç fərqli qiymət mövcuddur və işdə olan sübutlarla tam o fikrə gəlmək olmur ki, əmlakın likvid dəyəri nə qədərdir. Qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə ipoteka predmetinin dəyərini düzgün müəyyən etməmiş, əsassız olaraq dəbbə pulu tutmuş və işə baxan zaman çəkişmə prinsipini pozmuşdur. İş Apellyasiya baxışında olduğu zaman iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Cavabdeh1 mülkiyyətində olan, Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 261,2 kv.m olan 12 nömrəli fərdi yaşayış evinə daxil olmaqla yerində baxış keçirilməklə mövcud bazar və likvid dəyəri müəyyən edilməsi qərara alınmışdır. Mülki iş qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və qiymətləndiricinin rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi qiymətləndirmədən imtina etmiş buna görə də xx.xx.2025-ci il tarixli, 2(106)-87/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, iddiaçı ilə aralarında razılıq əldə etdiklərini, apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmiş, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Eyni zamanda iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti də məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və qeyrilərinə dair mülki iş üzrə apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinaları qəbul edilməli və hər iki apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinası onların sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də hər iki tərəfin apellyasiya şikayətindən imtinaları qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin məzmunundan da, göründüyü kimi, apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin. Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(017)-8/2024 saylı qətnaməsindən İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-87/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-87/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver