Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-882/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Netçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 1979-cu ildən 07 aprel 1980-ci ilədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin 24 fevral 2025-ci il tarixli məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək 1979-cu ilin iyul ayının 1-dən Neftçala rayonunun M. Müşfiq adına sovxozuna fəhlə işinə qəbul edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bu barədə əmək kitabçasında qeyd edilməmişdir. M. Müşfiq adına sovxozda işlədiyi barədə arayış almaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Neftçala rayon Dövlət Arxivinə müraciət etmişdir. Neftçala rayon Dövlət Arxivindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 3-48- 35RA/2-136/2024 saylı arayışında qeyd edilir ki, M. Müşfiq adına sovxozun əmr kitablarında vətəndaş Ərizəçi işə girməsi əmri aşkar edilməmişdir. M. Müşfiq adına sovxozun 1978, 1979, 1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında cavab vermək imkan xaricindədir. 07 aprel 1980-ci il tarixli, 34 nömrəli əmrə əsasən Ərizəçi işdən azad edilib. (Fond №74 siyahı № 1 sax.vah. № 3, vǝrǝq sayı 13). Neftçala rayon Dövlət Arxivinin arayışından da göründüyü kimi, M. Müşfiq adına sovxozda 01 iyul 1979-cu il tarixindən 07 aprel 1980-ci il tarixinə kimi işləməsi barədə əmək kitabçasında yazılmadığına və işə girmək əmrinin Dövlət Arxivində aşkar edilmədiyinə görə bu hüquqi əhəmiyəti olan 01 iyul 1979-cu il tarixindən 07 aprel 1980-ci il tarixinə kimi Neftçala rayonu, M. Müşfiq adına sovxozda işləməyi barədə faktın məhkəmə qaydasında təsdiq edilməsinə zərurət vardır. Bu hüquqi əhəmiyyəti olan faktı həmin dövrdə onunla birgə sovxozda işləmiş X3 və X5 təsdiq edir. Bu faktı başqa formada təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək işi ilə əlaqədar 04 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı mülki iş üzrə tərəfindən məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək Ərizəçi 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda işlədiyini iddia etdiyini bildirmişdir. Qeyd edir ki, ərizəçi ərizəsində 01 iyul 1979- cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda fəhlə kimi çalışdığını, lakin bu barədə əmək kitabçasında qeyd aparılmadığını bildirmişdir. Ərizəçi 01 iyul 1979-cu ildən 07 aprel 1980ci il tarixədək olan dövrdə əmək fəaliyyəti ilə bağlı qeyd aparılmamasına dair üzrlü bir səbəb göstərə bilməmişdir. O, Neftçala rayon Dövlət Arxivinə müraciət etsə də, orada həmin faktı təsdiq edə biləcək hər hansı bir sənəd olmadığını, habelə həmin sovxozun 1978-1980-ci illərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyini əsas gətirərək heç bir sübut təqdim edə bilməmişdir. Lakin arxiv arayışına əsasən şəxsin 07 aprel 1980-ci il tarixli, 34 nömrəli əmrə əsasən işdən azad edildiyi müəyyən olunur. Bu səbəbdən o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda fəhlə kimi işləməsi faktını təsdiqləmək üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçinin pensiya yaşı 17 fevral 2028-ci il tarixdə tamamlanacaqdır. Yəni onun təsdiqlənməsi üçün müraciət etdiyi illər (9 ay 6 gün) iş stajına əlavə edilsə belə, pensiya hüququnun yaranması üçün kifayət etməyəcək və hər hansı hüquqi nəticə doğurmayacaqdır. Eyni zamanda, Ə. Mikayılov əmək fəaliyyəti ilə bağlı məlumatların Neftçala rayonunun M. Müşfiq adına sovxozda və Neftçala rayon Dövlət Arxivində mövcud olmadığını göstərmişdir. Ərizəçinin ərizəsində qeyd olunan tələb qanunvericiliyin tələblərinə uyğun olmadığından ərizə təmin olunmamalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İşin 09 yanvar 2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 və X3 ərizəçinin bildirdiklərinə uyğun məzmunda ifadələr vermişlər. X6 və X3 müvafiq dövrdə ərizəçi ilə birlikdə M. Müşfiq adına sovxozda işlədiklərini göstərmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Bi rinci instansiya məhkəməsində icraat: Netçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsi ilə (Hakim: Samir Quliyev) ərizə təmin edilmiş, Ərizəçi 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci ilə tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda işləməsi faktı müəyyən edilmişdir. b) Bi rinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Neftçala rayonu, M. Müşfiq adına sovxozda 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin sovxozda işləmiş şahid ifadələri, əmr və digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin 30 sentyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan M.Müşfiq adına sovxozun əmr kitablarında vətəndaş Ərizəçi işə giriş əmri aşkar edilməmişdir. M. Müşfiq adına sovxozun 1978, 1979 və 1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında cavab vermək imkan xaricindədir. xx.xx.1980-ci il tarixli, 34 №-li əmrə əsasən Ərizəçi işdən azad edilib. (Fond №74 siyahı № 1 sax.vah №3 vərəq sayı 13). İş materiallarına Ərizəçi əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmuşdur. Həmçinin iş materiallarına şahidlər X6 və X1 müvafiq yerdə işlədiyini təsdiq edən əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) A pellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Ağasadiq oğlu maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Ə. Mikayılov 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda işlədiyini və əməkhaqqı aldığını iddia edir. Ə. Mikayılov 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixə qədər Neftçala rayonu, M.Müşfiq adına sovxozda əmək fəaliyəti ilə məşğul olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(053)-76/2025 nömrəli qətnaməsi ilə ərizəçi Ə. Mikayılovun ərizəsi təmin edilmişdir. Qeyd etmək lazımdır ki, Neftçala Rayon Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Hazırkı işdə isə şahidlərdən biri olan X4 məxsus əmək kitabçasında 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixə qədər olan dövrə aid qeydlər, ümumiyyətlə, mövcud deyildir. Birinci instansiya məhkəməsinin göstərilən şahid ifadəsi və əmək kitabçasına əsaslanaraq ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Hazırki iş üzrə iki şahidin (X6 və X3) ərizəçinin təsdiqlətmək üçün müraciət etdiyi M. Müşfiq adına sovxozda işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Belə ki, iş materiallarından aydın olur ki, şahidlərin göstərilən sovxozda işləməsi onların əmək kitabçasında qeyd edilməmişdir. Digər tərəfdən qətnamə ilə ərizəçinin 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda işlədiyini şahidlərin ifadəsi və onların əmək kitabçasına əsasən təsdiqlənsə də, göstərilən faktın təsdiqi nə iclas gedişində, nə də iş materialları ilə təsdiq olunmuş sənədlərdə öz əksini tapmamışdır. İş üzrə şahid X1 əmək kitabçasındakı ilk qeyd xx.xx.1980-ci il tarixə aid olduğu görünür. Lakin məhkəmə göstərilən hala diqqət yetirməmiş və ərizəni əsassız olaraq təmin etmişdir. Məhkəmə iclasının gedişində şahidlər ərizəçinin M. Müşfiq adına sovxozda işləməsini təsdiq etsə də, onların sənədlərində bu haqda qeydlər aparılmamışdır. Şahidlərin qeyd olunmuş dövrlərdə və eyni müəssisədə ərizəçi ilə birlikdə işləməsi faktının nəzərə alınaraq 1979-1980-ci illərin təsdiqlənməsi onlara məxsus əmək kitabçalarında öz təsbitini tapmadığından qanunvericilik normalarına zidd olmuşdur. Neftçala Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(053)-76/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) A pellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının ailə vəziyyəti ilə əlaqədar olaraq vaxtının uzadılmasını və ona məlumat verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya kollegiya Nefçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin Neftçala rayonu, M. Müşfiq adına sovxozda 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, əmr və digər sübutlarla təsdiq edilir. Neftçala rayon Dövlət Arxivinin 30 sentyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan M. Müşfiq adına sovxozun əmr kitablarında vətəndaş Ərizəçi işə giriş əmri aşkar edilməmişdir. M.Müşfiq adına sovxozun 1978, 1979 və 1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında cavab vermək imkan xaricindədir. xx.xx.1980-ci il tarixli, 34 №-li əmrə əsasən Ərizəçi işdən azad edilib. Fond №74 siyahı № 1 sax.vah №3 vərəq sayı 13). Həmçinin iş materiallarına şahidlər X6 və X1 müvafiq yerdə işlədiyini təsdiq edən əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M. Müşfiq adına sovxozda fəhlə işləməsi və Ərizəçi 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Hazırkı işdə isə şahidlərdən biri olan X4 məxsus əmək kitabçasında 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixə qədər olan dövrə aid qeydlər, ümumiyyətlə, mövcud deyildir. Digər şahid X1 əmək kitabçasındakı ilk qeyd xx.xx.1980-ci il tarixə aid olduğu görünür. Lakin məhkəmə göstərilən hala diqqət yetirməmiş və ərizəni əsassız olaraq təmin etmişdir. Birinci instansiya məhkəməsinin göstərilən şahid ifadəsi və əmək kitabçasına əsaslanaraq ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş X4 məxsus əmək kitabçasınının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 1979-1989-cu illərdə Neftçala rayonu, M. Müşfiq adına sovxozda işləmişdir. İş materiallarına əlavə edilmiş X2 məxsus əmək kitabçasınının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 1979-1980-cı illərdə Neftçala rayonu, M. Müşfiq adına sovxozda işləmişdir. Göründüyü kimi, ərizəçinin Neftçala rayonu, M. Müşfiq adına sovxozda 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin sovxozda işləmiş şahidlərin ifadələri, əmr və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, M. Müşfiq adına sovxozun 1978, 1979, 1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında heç bir məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin M.Müşfiq adına sovxozda işləməsi şahidlər X6 və X1 ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Digər tərəfdən həmin şahidlərin əmək kitabçalarında ərizəçi ilə eyni dövrdə işləməsini təsdiq edən qeydlər də mövcuddur. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi sovxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını təsdiq etmişdir. Göründüyü kimi, ərizəçinin ərizəsini təmin etmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlillləri formal mülahizələrdən ibarətdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə, ərizənin təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Nefçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-76/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-882/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-882/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver