Məhkəmə qərarları › İş №2(106)-890/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-890/2024

29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-890/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, iddiaçı X1 ilk iddia üzrə Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh X2 və başqasına qarşı torpaq sahəsinə kadastr planının hazırlanması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: X3 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi və iddiaçı Cavabdeh X2 və başqasına qarşı torpaq sahəsinə kadastr planının hazırlanması barədə qarşılıqlı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişlər, Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh istifadəsində olan Boradigah qəsəbəsində yerləşən torpaq sahəsinə dair kadastr planı hazırlanması DT və XK-nin Masallı rayon şöbəsinə həvalə olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onun hüquqlarına toxunduğunu iddia edən Masallı rayon Boradigah bələdiyyəsi 25 sentyabr 2023cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək iş üzrə onu maraqlarına toxunan şəxs kimi tanınması və verdiyi apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsi Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Bundan başqa, apellyasiya şikayətini verən Masallı rayon Boradigah bələdiyyəsinin apellyasiya şikayəti vermək üçün müvafiq səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Masallı Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli, 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. X4 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar