Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-891/2024 25.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), X2 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Beyləqan rayonu İ Aşıqlı bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu İ Aşıqlı bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə həvalə edilməklə 0.43 ha həyətyani torpaq sahəsinin qanuni istifadəsində olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)-1393/2015 saylı (hakim Maşalla Şirvanov) qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, apellyasiya icraatı qaydasında mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 0.43 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəsində olma faktının müəyyən edilməsi, həmin torpaq sahəai üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu İ Aşıqlı Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinin hər birinə İslahat aparılan zaman Beyləqan rayon 1-ci Aşıqlı kəndində 0.52 ha torpaq sahəsi verilmişdir. Halbuki, ailələrinə 1.56 ha pay torpaq sahəsi verilməli idi. Lakin həyətyanı da zəbt olunduğu üçün onlara 0.40 ha az pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********301 olan, 29 mart 2015-ci il tarixli çıxarışla onlara mülkiyyət hüququ verən sənəd verilmişdir. Həmin 0.43 ha torpaq sahəsi uzun illərdir ki, onların istifadələrindədir. Hazırkı torpaq Beyləqan rayon 1-ci Aşıqlı Bələdiyyəsinin ehtiyat fondu torpağı kimi qeydə alınmış, həmin torpaq islahat zamanı əksik verilmiş pay torpağının əvəzi kimi onlara verilmişdir. Ona görə də, ona və ailə üzvlərinə 0.43 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəsində olma faktı müəyyən edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu 1-ci Aşıqlı Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdaəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində maraqlı şəxs Beyləqan rayon 1-ci Aşıqlı Bələdiyyəsinin sədri Cavabdeh1 iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)-1393/2015 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan 0.43 ha həyətyanı torpaq sahəsinin qanuni istifadələrində olması faktı müəyyən edilmiş, həmin torpaq sahəsi üzərində İddiaçı qıznın mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu 1-ci Aşıqlı Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)-1393/2015 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, işə baxılarkən aidiyyət qaydalarının pozulmasını birinci instansiya məhkəməsi nəzərə almayaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara müvafiq olaraq inzibati məhkəmədə baxılmasını nəzərə almamışdır. Sözügedən işə mülki məhkəmə icraatında baxılmalı olmadığı halda, işə xitam verilməmişdir. Ona görə də Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)-1393/2015 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 06 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, iddiaya ümumi məhkəmələrdə baxılması yol verilməzdir. Hazırkı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və Beyləqan rayonu İ Aşıqlı bələdiyyəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini maraqlı şəxsin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-162 KOD 60700058 saylı Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 48 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 5.63 ha pay torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı, reyestr nömrəsi **********301 olan 29 mart 2015-ci il tarixli Çıxarışdan görünür ki, X4, X5 və İddiaçı 0.4031 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPMin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri 6 saylı Şirvan Ərazi İdarəsinin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)- 1393/2015 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, ərizəçi İddiaçı 0.43 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəsində olma faktının müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu İ Aşıqlı Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə həvalə edilməsi ilə bağlı mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 06 saylı Beyləqan Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(020)-1393/2015 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı 0.43 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəsində olma faktının müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədləşmə işlərinin aparılmasının Beyləqan rayonu İ Aşıqlı Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə həvalə edilməsi tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-891/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-891/2024
25.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver