Məhkəmə qərarları › İş №2(106)-9/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-9/2023

31.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-9/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X12, iddiaçının hüquqi varisi X3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı mülkiyyətində olan 1,71 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq, həmin torpaq sahəsindən onun çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 1997-ci il 15 noyabr tarixli qərarı ilə ona və digər ailə üzvləri X5, X6, X7, X8 və X9 5,37 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,90 ha və 0,8134 ha hissələrinə müvafiq olaraq mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Onun ailəsinə ayrılmış torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilir. İddiaçı ərizəsində göstərmişdir ki, ona və digər ailə üzvlərinə verilmiş 5,37 hektar torpaq sahəsindən İ qrupda olan (12 hektar adlanan sahədə yerləşən) 1,40 ha torpaq sahəsi X4 ******* AZM (400 AZN) satmaları barədə 27 may 2002-ci il tarxili alqı-satqı müqavilələri Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş, həmin torpaq sahələrinə X2 mülkiyyət hüquqları tanınmışdır. X18 Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən X2 vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdir. İddia tələbinə görə, cavabdeh, ailə üzvlərinə məxsus torpaq sahələrindən çıxmır. Cavabdeh çıxmamasını onunla izah edir ki, həmin torpaq sahəsini X1 alqı-satqı müqaviləsi əsasında almış və bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar almışdır. Halbuki, Şirvan Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları əsas götürülərək 0,90 və 0,81 ha torpaq sahələrində onun və digər ailə üzvlərinin mülkiyyət hüquqları bərpa olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mülkiyyətində olan 0,90 və 0,50 ha torpaq sahələrini 01 oktyabr 2012-ci il tarixdə Saatlı rayonunun Qaracalar kəndində yaşayan mülkiyyətçi X1 Saatlı rayonunun Dövlət Notariat Kontorunun dövlət notariusu A.N.Muradovun təsdiq etdiyi AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə müvafiq olaraq 550 və 300 manata almışdır. Onun adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar verilmişdir. Saatlı rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, 2(055)-1064/2019 nömrəli qətnaməsi ilə İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Qaracalar kəndində yerləşən reyestrdə qeydiyyat nömrəsi ********** və ********** olan ümumilikdə 1.71 ha torpaq sahələrindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılması, iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsi üzrə X10 ilə alıqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edilmiş, nəticədə cavabdehin də mülkiyyət hüququnu təsdiq edən sənəd ləğv edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) xx.xx.2020-ci il tarixli, 2(106)- 676/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-1064/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər M.Əhmədova, Ə.Əliyev və İ.Xələfov) 22 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasassiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-676/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması хahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə işin əsl hallarına obyektiv yanaşmamışdır. Belə ki, 0,90 hektar və 0,50 hektar torpaq sahələrini o, 01 oktyabr 2012-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində yaşayan mülkiyyətçi X1 Saatlı rayon dövlət dövlət notariusunun təsdiq etdiyi daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə müvafiq olaraq 550 və 300 manata almışdır. Müqavilələr bağlanarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilmiş, tərəflərə Qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunandan sonra müqavilələri imza etmişlər. Həmin alqı-satqı müqavilələri ilə aldığı torpaq sahələrinə mülkiyyət hüququ əldə edib, dövlət reyestrində qeydiyyatdan keçirmək üçün sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsinə təqdim etmiş, mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışlar almışdır. Şikayətdə o da qeyd olunur ki, torpaq sahələri üzərində mülkiyyət hüququnu həyata keçirərək, aldığı vaxtdan bəri torpağı əkib becərmiş, sahənin yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər, gübrələmə işləri aparmışdır. Lakin birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış və onun hüquqlarını pozmaqla qətnamə çıxarmışdır. O, vicdanlı alıcı olaraq torpaq sahələri üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirtdirmişdir. İddiaçı ilə X10 arasında son məhkəmə çəkişməsində o, hər hansı tərəf, eləcə də 3-cü şəxs qismində cəlb olunmamışdır, həmin məhkəmə mübahisəsi barədə məlumatlı olmamışdır. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r İş üzrə İddiaçı vəfat etdiyindən onun hüquqi varisi X14 tanınmış və işə cəlb edilmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının hüquqi varisi X14 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirdi ki, əri torpağı qanunsuz satıb. Ona görə torpaq sahəsi geri qaytarılmalıdır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Saatlı rayon Aqrar İslahat komissiyasının 1997-ci il 15 noyabr tarixli qərarı ilə İddiaçı və onun ailə üzvləri X5, X6, X7, X8 və X9 5,37 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,90 ha və 0,8134 ha hissələrinə müvafiq olaraq mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə 5,37 hektar torpaq sahəsindən İ qrupda olan (12 hektar adlanan sahədə yerləşən) 1,40 ha torpaq sahəsinin X4 ******* AZM (400 AZN) satılması barədə 27 may 2002-ci il tarxili alqı-satqı müqaviləsi təsdiq edilmiş və həmin torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ tanınmışdır. Sonra həmin torpaq sahəsinə dair X10 ilə Cavabdeh Əliqulla oğlu arasında alqı-satqı müqaviləsi bağlanmışdır: xx.xx.2012-ci il tarixli alqı satqı müqaviləsinə əsasən torpaq sahəsi sonuncunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Saatlı rayonunun Qaracalar kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Saatlı rayonunun Qaracalar kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşin faktiki hallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X2 mülkiyyət hüququnun tanınmasına dair Saatlı rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(102)-3933/2019 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin 29 oktyabr 2019-cu il tarixli cavab məktubundan görünür ki, X15 verilmiş çıxarışın verilməsinə səbəb olan hüquqmüəyyənedici sənədlər ləğv olunduğuna görə, Cavabdeh adına verilmiş (qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 20 dekabr 2012-ci il olan seriya RX ******* nömrəli) çıxarış ləğv edilməklə, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qeyd olunan torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında mülkyyət hüququnun dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddia ilə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmiş, iddiaçının mülkiyyət hüquqları bərpa edilmişdir; məhkəmə həm də mahiyyətcə hesab etmişdir ki, X2 mülkiyyət hüququnun tanınmasına dair Saatlı rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edildikdən sonra, onun hüquqi nəticələri olaraq istənilən sonrakı əqdlər özlüyündə əhəmiyyətsizdir. Kollegiya hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi, istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Mübahisəli sahəsinin iddiaçı tərəfin mülkiyyətçisi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Bu hallardan birinin ödənilməməsi iddianı rədd etmək üçün əsasdır. İşin hallarından görünür ki, iddia edilən torpaq sahəsinə dair X10 ilə Cavabdeh Əliqulla oğlu arasında xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən və notarial qaydada təsdiq edilərkən həmin torpaq sahəsi üzərində satıcı X2 mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Onun mülkiyyət hüququnun qanuniliyi presumsiyası olmuş, onun mülkiyyəti qanunsuz olmamışdır. Cavabdeh Əliqulla oğlu vicdanlı alıcı olmuşdur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. X10 ilə Cavabdeh Əliqulla oğlu arasında xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən alıcı satıcının mülkiyyətçi kimi tanımışdır; satıcının mülkiyyət hüququnun reyestrdəki qeydi qeyri-dəqiq olmamışdır, belə qeyri-dəqiqlik olsa belə, Cavabdeh bunu bilməmişdir və bilə də bilməzdir. Təqdim edilmiş sübutlarla iddia edilən torpaq sahəsininin cavabdehin qanunsuz sahibliyində olmadığı müəyyən edilir. Bundan başqa, işin hallarından görünür ki, X11 mülkiyyət hüququnun qeydiyyatı, onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın verilməsinə səbəb olan məhkəmə qətnaməsi ləğv olunduğuna görə, mübahisəli torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüququnun qeydiyyatı və müvafiq çıxarışlar da Daşınmaz Əmlakı Dövlət Reyestri tərəfindən ləğv edilməklə, İddiaçı mülkiyyət hüququnun qeydiyyatı bərpa edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, Cavabdeh adına verilmiş çıxarışların ləğv edilməsinə dair cavabdeh tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və çıxarışların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına (mübahisələndirməyə) dair iddia ilə inzibati məhkəməyə müraciət etmiş, həmin işə məhkəmədə baxılmış, Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən Cavabdeh verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-də reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın və 0.90 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-də reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsinə dair DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və qeyd edilən çıxarışların bərpa edilməsi öhdəliyinin DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan başqa, İddiaçı cavabdehlər X4 və Cavabdeh (üçüncü şəxs Saatlı rayon Notariat Kontoru) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair işə baxılmış, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin işə qətnamənin maraqlarına toxunduğunu iddia edən X16 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-34/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X4 və Cavabdeh, üçüncü şəxs Saatlı rayon Notariat Kontoruna qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-34/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qüvvədə olan məhkəmə qətnamələri preyudisial qüvvəyə malikdir. Qətnamə ilə müəyyən edilir ki, X10 ilə Cavabdeh Əliqulla oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi qanuni olmuşdur, müqavilə bağlanarkən Cavabdeh vicdanlı alıcı olmuşdur. Bundan başqa, sonuncunun mülkiyyət hüququnun qeydiyyata alınmasının ləğv edilməsi qanunsuz olmuşdur. Bu isə o deməkdir ki, Cavabdeh sözügedən torpaq sahəsinin qanuni mülkiyyətçisidir. Göstərilənlər də onu deməyə əsas verir ki, hazırki iş üzrə Cavabdeh torpaq sahəsindən çıxarılması barədə iddia təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(055)-1064/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar