Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-903/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X1 və Aytən Nazim qızı Novruzovadan ibarət tərkibdə, Abasova Aygün Faiq qızının katibliyi ilə, Kürdəmir Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3322.94 manat əsas borcun, 53 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mənzilində istifadə etdiyi təbii qaza görə Kürdəmir Xidmət sahəsinə 3302.89 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. İddiada göstərilir ki, borcluya Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent hər ay bildiriş almışdır. Cavabdeh borclu olduğu məbləğin yaranması **********04460 kodlu abonent saldosunda əks olunaraq əksini tapmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 471.74 (dörd yüz yetmiş bir manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə ”Azəriqaz” İB-nin Kürdəmir XS-nin əməkdaşları Cavabdeh məxsus Kürdəmir rayonu Muradxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli Tələbnamələr tərtib edilərək Cavabdeh Kürdəmir XS-nin abonent bazasındakı **********04460 nömrəli abonent koduna 25920 m– 3110.40 (üç min bir yüz on manat qırx qəpik) itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Prosessual məsələlər İddiaçının təmsilçisi və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 2023-cü ilin iyun ayında “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına 6.5-3 və 6.5-4-cü bəndləri əlavə edilmişdir. Cavabdeh tərəfin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi halı isə xx.xx.2024-cü il tarixində aşkar edildiyindən, Azəriqaz İB-yə dəymiş maddi zərərin həcmi Nazirlər Kabinetinin Qərarının 6.5-3-cü bəndində göstərilən qaydada qanuni və əsaslı şəkildə hesablanmışdır (6 x 12 x 360). Bu barədə tərtib edilmiş müvafiq akt Cavabdeh məxsus fiziki imza ilə təsdiq edilmiş, videoçəkiliş görüntüləri ilə qeydə alınmış və cavabdeh barəsində Energetika Nazirliyi tərəfindən inzibati qərar qəbul edilmişdir. Bu səbəbdən nümayəndə apellyasiya şikayətinin və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, cavabdeh Kürdəmir rayonu Muradxan kəndinin sakinidir. Onun yaşayış ünvanında təbii qazdan istifadəyə görə sayğac quraşdırılmışdır və o, həmin sayğac əsasında istifadə etdiyi qazın haqqını ödəməlidir. “Paylayıcı” qismində İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanılmış qazın alqı- satqısı barədə xx.xx.2022-ci il tarixli, 16999 saylı müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı qazdan istifadəyə görə 3322,94 manat borcunu tələb etsə də, bu borcun sayğac üzrə, yoxsa akt əsasında hesablanmış borcun olduğunu, eləcə də borcun hansı müddəti əhatə etdiyini göstərməmişdir. İddiaçının təqdim etdiyi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta görə abonentin mənzilində sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamışdır. Hesablama nəticəsində 25920 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. «Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 25920 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-9/2- 374/2024 nömrəli məktubu və ona əlavə edilmiş qərarın surətindən görünür ki, Kürdəmir rayonu Muradxan kənd sakini Əhmədov X4 Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, sonuncu 100 manat məbləğində inzibati cərimə edilmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Təqdim edilmiş sənədlərdən (hesabdan çıxarışdan) bəlli olur ki, cavabdehə xx.xx.2024cü il tarixli akt üzrə 3110,40 manat borc, sayğac üzrə 2024-cü ilin oktyabr ayı üçün 23,76 manat borc hesablanmışdır. İddiaçı ərizəsində əsaslandırmasa da işin hallarından görünür ki, iddiaçının tələb etdiyi borcun bir hissəsi qazdan istifadəyə görə yaranmış debitor borcu, digər hissəsi akt üzrə orta sərfiyyatla hesablanmış borc məbləğidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, akt üzrə hesablanmış borca görə orta hesabla 1 aylıq borcun və əlavə olaraq sayğac üzrə 212,54 manat borcun hesablanıb tutulmasını qət etmişdir. Kollegiya məhkəmənin mövqeyini əsassız sayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Lakin istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilməli olduğu halda, hazırki iş üzrə 360 gün ərzində dəymiş ziyan hesablandığından cavabdehdən yalnız bir ay üçün hesablanmış ziyanın əvəzi tutula bilər. İlk növbədə qeyd edilməlidir ki, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edilməsi mübahisə edilmir. Mübahisəli hal akt üzrə hansı müddətə borcun hesablanması və cəmi borcun məbləği barədədir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Akta görə, vurulmuş ziyan kimi 360 gün müddət üzrə 3110,40 manat borc hesablanmışdır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Müəyyən edilir ki, hazırki halda qazpaylayıcı (iddiaçı) tərəfindən akt tərtib edilərkən və abonentə (cavabdehə) 360 günlük borc hesablanarkən “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələblərinə əməl edilməmiş, borc hesablanarkən qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) kimi hallar göstərilməmiş və nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, akt tərtib olunmazdan əvvəlki 360 gün üçün borcun tam olaraq (1 illik müdət üzrə) hesablanmasını iddiaçı sübuta yetirə bilməmişdir. Bu baxımdan həmin hissədə iddia tam təmin edilə bilməz. Kollegiya qeyd edir ki, akt əsasında hesablanmış borcun yaranmasına münasibətdə Şirkətə ziyanın vurulması, ziyanın abonent (cavabdeh) tərəfindən vurulduğu, onun qanunazidd hərəkətlərinin olması və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olması sübuta yetirilir. Mübahisəli hal vurulmuş zərərin miqdarı ilə bağlıdır. Hər bir halda bu zərər inzibati məsuliyyət yaratmışdır. “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə, istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Bu baxımdan belə demək mümkündür ki, qaz paylayıcısı ən azı 3 aydan bir baxış keçirməli və aşakara çıxarılmış nöqsanlar barədə müvafiq akt tərtib etməl idi. Ona görə də aktın tərtib edilməsindən əvvəlki ən azı 3 aylıq müddət üzrə borcun hesablanması daha düzgündür. Borcun hansı müddətə hesablanmasında “Qazdan istifadə Qaydaları”nın 3.1.10, 6.5-2, 6.5-3-cü bəndlərinə əsaslanaraq Kollegiya hesab edir ki, akt üzrə orta sərfiyyatla hesablanmış borcun 3 aylıq müddət üzrə (3110,40 : 12 x 3 ay = 777,6 manat) tutulması düzgündür. Ona görə akt üzrə orta sərfiyyatla hesablanmış 777,6 manat borc cavabdehdən tutulmalıdır. Bundan başqa, digər hissədə borc məbləği qazdan istifadəyə görə hesablanmış, sayğac göstəricisi üzrə borc məbləğidir. Həmin məbləğ qazdan istifadə edən abonent tərəfindən ödənilməlidir. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, 2024-cü ildə sayğac üzrə hesablanmış borc 23,76 manat təşkil edir. Bundan başqa, cavabdehin 2023-cü ildən borcu da qalmışdır. Kollegiya hesab edir ki, həmin borc da cavabdehdən tutulmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, qanunsuz qoşulmaya görə, təqdim edilmiş akt üzrə hesablanmış 777,6 manat, eləcə də 2023-cü ildən qalan borc və 2024-cü ildə sayğac üzrə hesablanmış borc- 23,76 manat, iki ilə görə sayğaca üzrə 212.54 manat, ümumilikdə cəmi 990,14 manat borc məbləği cavabdehdən tutulmalıdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, iddia qismən təmin edilməli, qanunsuz qoşulmaya görə, təqdim edilmiş akt üzrə hesablanmış 777,6 manat, eləcə də 2023 və 2024-cü ildə sayğac üzrə hesablanmış borc- 212,54 manat, cəmi 990,14 manat borc məbləğinin cavabdehdən tutulub iddiaçı Azəriqaz” İBnin hesabına ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(041)-302/2025 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Qanunsuz qoşulmaya görə, təqdim edilmiş akt üzrə hesablanmış 777,6 manat (yeddi yüz yetmiş yeddi manat 60 qəpik), eləcə də 2023-2024-cü ildə sayğac üzrə hesablanmış borc- 212,54 manat (iki yüz on iki manat 54 qəpik), cəmi 990,14 manat manat (doqquz yüz doğsan manat, 54 qəpik) Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-903/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-903/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver