Məhkəmə qərarları › İş №2(106)-906/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-906/2024

25.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-906/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Lerik Rayon Mərkəzəzi X1rşı Direktorun 18 oktyabr 2022-ci il tarixli əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əvvəlki işlədiyi Lerik Rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətinin paltaryuyan vəzifəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)- 236/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik Rayon Mərkəzi Xəstəxanasının “Publik Hüquqi şəxsin” direktorunun 18 oktyabr 2022-ci iltarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətində paltaryutan vəzifəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı (Hakim: Atabəy Kiçibəyov) qətnaməsi ilə, iddianın təmin edilməməsi, İddiaçı Lerik Rayon Mərkəzi Xəstəxanasının “X3rşı” direktorun 18 oktyabr 2022-ci iltarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətində paltaryutan vəzifəsinə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1446/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək MPM-in tələblərinin yoxlanılması üçün iş materialları ilə birlikdə Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı tərəfindən yenidən apelyasiya şikayəti verilmiş və Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilərək, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət vermə müddəti bitdikdən sonra 7 gün müddətinə işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1894/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayəti MPM-in 363-cü maddəsinə müvafiq olaraq geri qaytarılması üçün iş materialları ilə birlikdə Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı tərəfindən yenidən apelyasiya şikayəti verilmiş və Lerik Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(048)-236/2023 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilərək, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət vermə müddəti bitdikdən sonra 7 gün müddətinə işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 19 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)906/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 25 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)- 236/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, iş üzrə Lerik Rayon Məhkəməsi İddiaçı tərəfindən sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlamadan apellyasiya şikayətini iş materiallarına əlavə etmiş və apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edilməmiş, lakin nəzərə alınmalıdır ki, iddiaçının ilk öncə verdiyi apellyasiya şikayətləri qeyri-mümükün hesab edilmişdir. Bu o, anlama gəlir ki, iddiaçı qəbul olunmuş qətnamədən qanunla müəyyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti verməməklə müddəti ötürmüşdür. Müddət keçdikdə isə prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. Lerik Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(048)-236/2023 saylı qərardadında isə apelyasiya şikayətinin qanunda nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi müzakirə edilmədən iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda isə verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş hesab edilir. Bu halda şikayət qanunla nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, prosessual müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar