Məhkəmə qərarları › İş №2(106)-915/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-915/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-915/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(049)-21/2024 saylı qərardadından (hakim M.Aslanov) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş yolun açılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı Qərarı ilə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gedən yolun cavabdeh tərəfindən zəbt olunmuş-hissəsinin zəbtdən azad edilməsi, yoldan istifadəyə maneənin birdəfəlik aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-21/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarına əsasən qətnamə 11 oktyabr 2023-cü il tarixli poçt qaiməsi ilə tərəflərin ünvanına göndərilmişdir. 07 noyabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti vermiş, Lənkəran Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmışdır. Qərardad 20 noyabr 2023-cü il tarixdə Cavabdeh elekton kabinetinə yerləşdirilmişdir. Cavabdeh qeyd olunan qərardadı mübahisələndirməmişdir. 24 yanvar 2024-cü il tarixdə cavabdeh yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Rəhimov X2 rayon məhkəməsində mənə qarşı “zəbt olunmuş yolun azad edilməsi“ tələbinə dair iddia qaldırmışdır, iddiası təmin olunmuşdur. Həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş, apelllyasiya şikayətində müəyyən səhvlərə yol verdiyindən 16 noyabr 2023-cü il tarixli 2(049)-21/2023 saylı qərardadla apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda qərardadda göstərilən nöqsanları aradan qaldırmışdır, həmin işi yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(049)-21/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Qərardaddan cavabdeh şikayət verərək müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayətini cavabdeh belə əsaslandırmışdır ki, iddiaçı Rəhimov X2 Rayon Məhkəməsində ona qarşı ”qanunsuz zəbt edilmiş yolun açılması“ tələbinə dair iddia qaldırmış, iddiası 2(049)-21/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qətnamə ilə təmin olunmuşdur. Həmin qətnamədən elektron kabinet vasitəsilə şikayət vermiş, şikayətdə buraxdığı müəyyən səhvlərə görə 16 noyabr 2023-ci il tarixli qərardadla şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verməmiş, lakin şikayətdə buraxdığı səhvləri düzəltməklə yenidən elektron kabinet vasitəsilə “buarxılmış prassesual müddətin bərpa edilməsi“ haqqında ərizə yazılmaqla işi yenidən məhkəməyə vermişdir. 29 yanvar 2024-cü il tarixli Lənkəran Rayon Məhkəməsində keçirilən məhkəmə iclasından xəbəri olmayıb, telefonu işləmədiyindən, ustada olduğundan ona elektron məhkəmə sistemi ilə göndərilən telefon bildirişindən xəbəri olmadığından, məlumatı olmayıb, eyni zamanda elektron kabinetdən də istifadə etmir. Yalnız məhkəməyə apellyasiya şikayəti vermək üçün özünə elektron kabinet açdırmışdır. Lənkəran Rayon Məhkəməsindən isə poçt vasitəsilə ona bildiriş gəlməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o, elektron kabinetdən istifadə edən deyil, bu kabineti məhz Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermək üçün açdırmışdır. Eynizamanda savadı olmadığından bu kabinetə özü yox, müxtəlif kompyuter otaqlarında baxılmaqla məlumat alır. Həmçinin oğlu İİ Vətən müharibəsinin iştirakçısıdır, döyüş zamanı oğlundan uzun müddət məlumatı olmadığı üçün müyyən stresslərə məruz qalmış, həmin vaxtdan da həkim tərəfindən müalicə alır. Hazırda şikayətdə göztərilən nöqsanları aradan qaldırmış, həmin işi yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsilə göndərilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(049)-21/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırıldığı) andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamədən ilk dəfə 7 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən apellyasiya şikayəti vermiş, lakin şikayəti Lənkəran Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə prosessual qanunvericiliyin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd olunan qərardad 20 noyabr 2023-cü il tarixdə Cavabdeh elekton kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən 16 noyabr 2023-cü il tarixli qərardad mübahisələndirilməmişdir. Bununla belə cavabdeh qərardadda qeyd olunan çatışmamazlıqlara aradan qaldıraraq qısa müddət ərzində yenidən apellyasiya şikayəti verməli olduğu halda, aradan iki ay dörd gün keçdikdən sonra, yəni 24 yanvar 2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bununla belə, cavabdeh tərəfindən proesessual müddətlərin buraxılmasının üzürlü səbəblərdən baş verməsinə dair hər hansı bir sübut verilməmişdir. Hərçənd ki, cavabdehin ilkin verdiyi apellyasiya şikayətinin qaytarılmasına dair qərardadda qeyd olunan çatışmamazlıqları aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermək üçün yetərincə zamanı olmuşdur. Kollegiya həmçinin cavabdehin elektron sistemdən istifadə edə bilməməsindən ibarət arqumentləri ilə də razılaşmır. Elektron sistemdən istifadə edərək şikayət verə bildiyi kimi, cavabdeh həmin elektron kabinetə göndərilən sənədləri də izləməli idi. Qanunvericiliyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və həmin sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Kollegiya hesab edir ki, proesessual müddətlərin buraxılmasının üzürlü səbəblərdən baş verməsinə dair hər hansı bir sübut verilməməsini nəzərə alan birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayığ şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(049)-21/2024 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar