Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-92/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası əsasında mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(017)-299/2022 saylı qətnaməsindən (hakim S.Ləzimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Ağcabədi şəhəri, S.Novruzov küçəsi təzə məhəllədə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, 2020-ci ilin iyul ayından halhazıradək qanunsuz sahiblik və istifadə etməsi, sözügedən torpaq sahəsinə onun daxil olmasına maneçilik törətməsi ilə qanuna zidd hərəkətlərinə görə ona dəymiş 2000 manat məbləğində zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi şəhər bələdiyyəsi ilə aralarında bağlanmış 11 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Ağcabədi şəhəri, Sabir Novruzov küçəsi təzə məhlədə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi DƏDRX-dən verilmiş 03 iyul 2020-ci il trixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış əsasında mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Həmin torpaq sahəsini özünə məxsus fərdi yaşayış evi tikdirmək məqsədilə əldə edib, sənədləşdirmişdir. Lakin cavabdeh Ağcabədi şəhər sakini Cavabdeh ona məxsus torpaq sahəsini tamamilə məcburi qaydada zəbt edərək qanunsuz istifadə edir. Dəfələrlə cavabdehin özünə və müvafiq dövlət orqanlarına etdikləri müraciətlər heç bir nəticə verməmiş, cavabdeh onlara məxsus torpaq sahəsindən müxtəlif bəhanələrlə çıxmaqdan imtina etmişdir. Onların çoxsaylı müraciətlərinə və xəbərdarlıqlarına baxmayaraq, Cavabdeh qeyri-qanuni hərəkətləri ilə faktiki olaraq istifadə hüququ üzrə ona məxsus olan torpaq sahəsindən istifadə edərək onun hüquqlarına qəsd edir və onun sərbəst şəkildə torpaq sahəsinə girişçıxışına mane olur. Sözügedən torpaq sahəsindən təyinatı üzrə səmərəli istifadə edərək ondan bəhər götürə bilərdi. Bu əsasla sözügedən torpaq sahəsindən cavabdehin qanunsuz sahiblik və istifadə etməsi, torpaq sahəsinə onun daxil olmasına maneçilik törədərək qanuna zidd olan hərəkətləri nəticəsində ona 2000 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh qanunsuz və əsassız olaraq onun torpaq sahəsindən istifadə edir. Qeyd edilən 0.06 ha həyətyanı torpaq sahəsi həyətyanı torpaq sahəsi olsada, onun adına qeydə alınmazdan əvvəl cavabdeh tərəfindən qanunsuz olaraq əkin sahəsi kimi istifadə edilmiş, torpaq sahəsi onun adına rəsmiləşdirildikdən sonra da Gəray həmin torpaq sahəsində əkin işlərini davam etdirmişdir. Bu il Gəray onun torpağında pambıq əkmiş və torpaq şum vəziyyətindədir. Gəray müxtəlif bəhanələr gətirərək, torpaq sahəsini özü aldığını və heç bir zaman torpaq sahəsindən çıxmayacağını deyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(017)-299/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh Ağcabədi şəhər ərazisində Sabir Novruzov küçəsində təzə məhəllədə yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən məcburi çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və ədalətsiz hesab. Belə ki, İddiaçı mülkiyyətində olmaqla S.Novruzov küçəsində yerləşən 0.06 ha məhlə yeri üçün ayrılmış torpaq sahəsi ilə bələdiyyənin ona qarşı qaldırdığı iddia ərizəsindəki torpağın bir-biri ilə heç bir əlaqəsi yoxdur. Çünki bələdiyyənin ona qarşı qaldırdığı iddia ərizəsindəki 3 ha 65 sot torpağın, İddiaçı qaldırdığı iddia ərizəsindəki, 0.06 torpaqla heç bir əlaqəsi yoxdur. Pambıq əkdiyi M.Ə.Rəsulzadə küçəsindəki 3 ha 65 sot torpaqla, İddiaçı məxsus 0.06 torpağın arasındakı məsafə 1 km-ə yaxındır. Üstəlikdə ortada 4 ha pay torpağı vardır. Hesab edir ki, birtərəfli, yarımçıq məhkəmə araşdırılması nəticəsində qətnamə çıxarmaqla Ağcabədi Rayon Məhkəməsi tərəfindən hüquqları ilə yanaşı, ədalət mühakiməsinin prinsipləri də pozulmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsi işin hallarına uyğun olmamaqla yanaşı eyni zamanda maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, iş üzrə qətnamə ləğv edilməlidir. İddiaçı qaldırdığı iddia ərizəsindəki 0.06 ha məhlə yeri üçün ayrılmış torpağın, pambıq əkdiyi torpaqla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş satıcı Ağcabədi rayon Bələdiyyəsi ilə alıcı İddiaçı arasında 11 iyun 2020-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 may 2016-cı ildə verilmiş **********13 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 1800 manata sataraq alıcının mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 iyul 2020-ci ildə verilmiş **********15 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 10/3431 saylı rəyindən görünür ki, əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 iyul 2020-ci ildə verilmiş **********15 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və mütəxəsis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qeyd olunan 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsinin başqa ərazidə yerləşməsindən ibarət apellyasiya şikayətinin dəlili təyin olunmuş ekspertizanın rəyinə əsasən təsdiqini tapmamışdır. Heç-bir hüquqi əsası olmadan cavabdehin iddiaçının torpağından istifadə etməsi, iddiaçının qanunla qorunan mülkiyyət hüququna birbaşa müdaxilədir və iddianı təmin etməkdə birinci instansiya haqlı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(017)-299/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-92/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-92/2023
21.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver