Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-920/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa tələbi ) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh direktoru Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində verilmiş ƏMnin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehndə azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqı və sinif rəhbəri kimi 40 manat əmək haqqına əlavə məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən Qadir Zeynalov adına Darquba kənd Tam Orta Məktəbinin barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilənə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehndə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, 1985-2003-cü illərdə Pionerlər evində dərnək rəhbəri, 2003-2007-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim, 2005-ci ildən 27 noyabr 2024-cü il tarixədək Lənkəran rayon Darquba kənd Qadir Zeynalov adna Tam Orta Məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, üstəlik müxtəlif vaxtlarda çoxlu mükafatlar, təltiflər və təşəkkürnamələr almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bildirir ki, əri X3 1-ci qrup əlil olmaqla onun himayəsindədir. 1-ci qrup əlilə qulluq etməyi ilə bağlı ona Dövlət tərəfindən müavinət də təyin edilmişdir. 08 iyun 2024-cü il tarixdə keçirilmiş müəllimlərin sertifıkasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan ərinə qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Himayəsində 1-ci qrup əlilliyi olan şəxs olduğundan onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş, lakin işəgötürən tərəfindən müəllimlərin aylıq 18 saatlıq dərs yükü (2024-2025-ci təhsil ili üzrə) ondan alınaraq digər müəllimlər arasında bölüşdürülmüşdür. İşəgötürənlə aralarında yaranmış fərdi əmək mübahisəsini işəgötürən könüllü qaydada həll etmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq məcburi mediasiya sessiyasında iştirakla bağlı olaraq işəgötürənə təklif məktubu göndərmiş, həmin təklif məktubuna cavab vermədiyindən mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya sessiyası 29 noyabr 2024-cü il tarixə təyin edilmiş, ona və işəgötürənə bu barədə rəsmi bildiriş təqdim edilmiş, lakin işəgötürən, hazırkı iş üzrə cavabdeh ilkin mediasiya sessiayasının keçirilməsinə iki gün qalmış onu işlədiyi məktəbə dəvət edərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçanı təqdim edərək artıq məktəbə gəlməməyini bildirmişdir. Artıq işdən azad olunduğuna görə mediasiya sessiyasına xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə, yəni “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsası ilə xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmək haqqı ödəlilməlidir. O, həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə işəgötürən əmrini dəyişməyəcəyini, sertifıkasiyadan keçmədiyini əsas gətirməklə himayəsində 1-ci qrup əlil ərinin olmasının heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. 1-ci qrup əlil olan ərinin himayəsində olmasına başmayaraq işlədiyi müəsisə ləğv edilsəydi, ya da onunla bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş olsaydı işəgötürən tərəfindən verilmiş əmr qanuni və əsaslı hesab edilə bilərdi. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi onunla bağlanılmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuş, himayəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş-əri (birinci qrup əlil) X1 onun himayəsində olması, əlilə qulluq etməyi ilə bağlı Dövlət tərəfindən müavinətin də ona ayrılması əmək qanunvericiliyinin işçi kimi 79-cu maddənin 1-ci bəndində qeyd edilmiş imtiyazın ona birbaşa şamil olunmasını təsdiq edir. “Təhsil haqqında’' Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”’nın 1.4-cü bəndləri ilə müəyyən edilmiş qaydada sertifıkasiyadan keçə bilməyən təhsilverənlərlə bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilir. Belə olan halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə həmin Məcəllənin 79-cü maddəsi ilə koliziya təşkil etməsi kimi görünsə də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin bu barədə gəldiyi nəticə isə mamamilə fərqlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət - tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cti hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2023-cü il 20 oktyabr tarixli Qərarı). Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1- ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu qadağadan istisnaya yalnız həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. Konstitusiya Məhkəməsinin Palatası “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 2016-cı il 17 fevral tarixli Qərardadında göstərmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. O da qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi təhsil hüququ da təsbit edilmişdir. Əsas Qanunun 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfıyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığmm yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının ‘'X4 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 10-1 -ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifıkatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifıkatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifıkatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunverici ilk dəfə sertifıkatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifıkatlaşdırmada iştirak etmək imkanını tanıyır. Qaydanın 1.4- cü bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir, ilk dəfə işə qəbul olunanlar üç il müddətində sertifikatlaşdırmaya cəlb edilmirlər. Həmçinin qanunvericilik qeyd olunan şəxsləri sertifikatlaşdırmadan keçirilməsindən tamamilə azad etmir, yalnız müvafiq zaman kəsiyi müddətinə təxirə salır. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxanda göstərilən qanunvericilik aktlarını təhlil edərək belə qənaətə gəlir ki, bu normaların nizama saldıqları ictimai münasibətlərin dairəsi, yəni predmeti fərqlidir. “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifıkatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yaraddığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə əsasən, normativ hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) hesab edilir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar.Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Qeyd edir ki, işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən işəgötürən tərəfindən yuxarıqa qeyd edilən qanunvericilik normalarına riayət edilməmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. Bundan başqa əmr tərtib edilərkən də əmək qanunvericiliyinin tələb etdiyi forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, həmin əmri imzalayan şəxsin adı və atasının adı tam yazılmalı olması da müəyyən deyildir, eyni zamanda əmrin tərtib edildiyi yer dəqiq göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;-işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;-əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. xx.xx.2024-cü il tarixli əmrə nəzər salındıqda sözügedən maddənin bir neçə tələblərinə əməl olunmadığı və həmin əmrdə bütün məlumatların göstərilmədiyin görünür. Həmin çatışmamazlıqlar aşağıdakılardır: -- müəssisənin hüquqi ünvanı. --əmri imzalayan şəxsin adı və atasının adı. ƏM-nin 84-cü maddəsinin tələblərindən də görünür ki, həmin məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Yuxarıda da göründüyü kimi həmin məlumatlardan bir neçəsi qeyd olunmamışdır. Bu da, əmrin ləğv edilməsi üçün birbaşa əsasdır. Həmin Məcəllənin 292-ci maddəsində qeyd olunur ki, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. Həmin Məcəllənin 294.1-ci maddəsində qeyd olunur ki bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Mediasiya haqqında'’ Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Onunla işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin ləğv olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 120 saylı əmrin qəbul edilməsi hüquqlarının kobud şəkildə pozulmasıdır və buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəməyə sözügedən iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin 2, 3 və 7-ci bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə və həmin maddənin qeyd hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 310-cu maddəsinə görə istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ- hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. xx.xx.2024-cü il tarixdə o, sözügedən əmrdən xəbərdar olub elə həmin tarixdə də əmrin surətini almış və xx.xx.2024-cü il tarixdə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci maddəsində göstərilən məlumatları əks etdirən təklifini göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə İlkin Mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı almışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı (hakim M.Qasımov) qətnaməsi ilə iddia təmin edilmiş, Qadir Zeynalov adına Lənkəran Rayon, Darquba kənd tam orta məktəbi tərəfindən verilmiş, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Qadir Zeynalov adına Lənkəran Rayon, Darquba kənd tam orta məktəbinə, Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qadir Zeynalov adına Lənkləran rayonu Darquba kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, iki dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanlarında uğurlu nəticə əldə etmədiyi üçün 27 noyabr 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən 05 gün sonra, xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə yazılı formada cavabdehə təklifini göndərmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmiş, Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı almışdır. Məhz bu andan iddiaçının pozulmuş hüququnun bərpası üçün nəzərdə tutulmuş kəsici müddətin axımı başlanmışdır. Onun xx.xx.2025-ci il tarixədək pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ olmuş, iddiaçı həmin 01 ay müddəti gözləmədən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək kəsici müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına istinad etməklə qanunsuz olaraq işdən çıxarılmışdır. Belə ki, iki dəfə sertifikatlaşdırma imtahanlarından keçməmiş müəllimlə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozulması qanuna uyğundur. Bununla yanaşı hətta bu əsas olsa belə bəzi həssas kategoriyadan olan işçilərin həmin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması qanunvericiliklə qadağan edilmişdir. Belə işçilər kategoriyasına himayələrində 1-ci qrup əlil olan işçilər də daxildirlər. Məhz Konstitusiya Məhkəməsi də yuxarıda qeyd olunmuş qərarında himayələrində 1-ci qrup əlil olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasının yolverilməz olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, dövlətdən müvafiq müavinat alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasına qanuni əsaslar olmuşsa da, onun himayəsində 1-ci qrup əlil olduğundan, cavabdeh onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozmaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81-100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinin iddiaçı barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmri ləğv edilməli, iddiaçı həmin məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79, 296-cı maddəsinin 1 və 7-ci hissəsi, “Mediasiya haqqında'’ Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublar İddiaçı ünvanlanmış və ona məktəbdə olan digər vəzifə təklif olunmuşdur. İddiaçı əri X3 1-ci qrup əlildir və onun himayəsində yaşayır. Buna görə də İddiaçı məktəbdə vakant olan digər vəzifələr təklif olunmuşdur. Əmək Məcəlləsinin 67-2ci maddəsi və 70-ci maddəsinin C bəndinin birbaşa tələbi ondan ibarətdir ki, təkrar sertifikatlaşdırmadan keçə bilməyən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Məndə həmin normaya istinad etməklə əmək müqaviləsinə xitam vermişəm. Həmçinin, İddiaçı uzun müddət işə gəlməmiş və bununla bağlı aktlar yazılmışdır. Əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsi qanunsuz və ədalətsizdir, işin faktiki halları düzgün araşdırılmamış və Əmək Məcəlləsinin normaları düzgün tətbiq olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 67 və 70-ci maddələrində sertifikatlaşdırmadan təkrar keçməyən işinin birbaşa əmək müqaviləsinin xitam olunması təsbit olunmuşdur. Əmək Məcəlləsinin 79-cu maddəsinin 70-ci maddəni məhdudlaşdırması yolverilməzdir. Ümumiyyətlə belə çıxmışdır ki, işçi aylarla işə gəlməzsə və ya iş vaxtı cinayət törədərsə və 79-cu maddənin təsiri altına düşərsə o zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Bu hal özlüyündə mülki dövriyyənin sabitliyi pozar və Əmək Məcəlləsinin prinsiplərinə zidd olardı. Bu halda işçi və işəgötürən arasında münasibətləri tənzimləmək mümkün olmaz. Buna görə də Azərbaycan RespublikasıAli Məhkəməsi xx.xx.2025-ci il tarixdə analoji iş üzrə vahid məhkəmə təcrübəsi müəyyən edən qərar qəbul etmişdir və həmin qərarda açıq şəkildə göstərmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi 70-ci maddəsinin təsirini məhdudlaşdıra bilməz, yəni 70-ci maddə üzrə təsbit olunmuş hallarda əmək müqaviləsinə xitam verilməsi 79-cu maddənin təsirinə düşən şəxslərədə şamil olunmalıdır və 79-cu maddə 70-ci maddə üzrə xitam verilməsi zamanı nəzərə alına bilməz. Ali Məhkəmənin Plenum qərarında açıq göstərilir ki, 79-cu maddənin qoruması altına alınan şəxslərin birbaşa həmin hallarla bağlı işdən azad olunması zamanı 79-cu maddə tətbiq oluna bilər, hazırkı işdə isə İddiaçı sertifikasiya ilə bağlı işdən azad olunduğu üçün onun ərinin əlil olması onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasını məhdudlaşdıra bilməz və 79-cu maddə tətbiq oluna bilməz. Məhkəmə həmin halları nəzərə almamışdır. Bundan başqa, məhkəmənin qətnaməsi xx.xx.2025-ci il tarixdə, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi müəyyənləşdirən qərarı isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə Ali Məhkəmənin sözügedən qərarı ilə tanış olsaydı o zaman ədalətli qətnamə qəbul etmiş olardı. Ali Məhkəmənin sözgedən qərarı Əmək Məcəlləsinin 79-cu maddəsi ilə bağlı vahid məhkəmə təcrübəsi yaratmış və həmin maddənin təsir dairəsini konkret müəyyən etmişdir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi müəyyən edən qərarı məhkəmələr üçün imperativ xarakter daşıyır, lakin hakim həmin qərarı nəzərə almamışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinində xx.xx.2024-cü il tarixli qərarında birbaşa 79-cu maddənin şamil olduğu şəxslərin 70-ci maddənin tətbiq olunmasının mümkünsüzlüyü göstərilməmişdir, həmin qərarda məhkəmə ümumi olaraq həmin halların nəzərə alına bilməsini göstərmişdir, həmin qərarda açıq göstərmişdir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. lakin məhkəmə həmin mövqeyə yanlış istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin mövqeyindən belə aydın olmuşdur ki, İddiaçı işə bərpa olunarsa həmin vəzifədə işləyə bilməyəcək, çünki sertifikatlaşdırmadan keçmədiyi üçün həmin vəzifədə işləməsi mümkün deyildir, buna görə də əmək haqqı ala bilməyəcək, nəticədə boşdayanma halı yaranacaq və yeni bir əmək mübahisəsi yaranacaqdır. İddiaçı həmin vəzifədə işləməsi və əmək haqqı alması Təhsil Haqqında Qanuna əsasən mümkün deyildir, nəticədə hazırkı məhkəmə qətnaməsi yeni məhkəmə mübahisələri yaradacaqdır. Buna görə də həmin qətnamə ləğv olunmalıdır. Bundan başqa, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin bütün tələbləri gözlənilmiş, xx.xx.2024-cü il tarixli, 120 saylı əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinə uyğun tərtib olunmuş, işçi və işəgötürənin adları, əmrin tarixi və nömrəsi, ləğv üçün əsas olan hüquq norması, əmri imzalayan şəxs, onun adı imzası qeyd olunmuş və məktəbin möhürü ilə təsdiq olunmuşdur. Buna görə də həmin qaydalar pozulmamış və iddiaçının həmin hissədə tələbidə əsassızdır. Bundan başqa, Təhsil Haqqında Qanunun 36-cı maddəsi və “Dövlət Təhsil Müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması haqqında Qaydaların 5.3, 5.4-cü bəndlərinin tələbi məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə həmin normalara ümumiyyətlə istinad etməmişdir, halbuki həmin normaların tələbindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverən ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən ləğv olunmalıdır. Həmin normalar imperativ normadır və sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlə bağlanmış əmək müqaviləsinin birbaşa ləğvini təsbit etmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 67-2-ci maddəsində hansı şəxslərin sertifikatlaşdırmadan keçməməsi açıq şəkildə müəyyən olunmuşdur. Həmin siyahıda himayəsində 1- ci qrup əlil olan şəxs mövcud deyildir, belə olan halda iddiaçının sertifikasiyadan keçirilməsini məhdudlaşdıran norma yoxdursa o zaman onun həmin əsasa görə işdən azad olunmasını məhdudlaşdıran normada ola bilməz. Lakin birinci instansiya məhkəməsi sertifikasiya və onun nəticələrini ümumiyyətlə araşdırmamış və həmin əsasları qiymətləndirməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Burada göndərici normadan istifadə olunur və Əmək Məcəlləsinin 65-ci maddəsinə istinad olunur. Burada atestasiya komissiyasının tərkibi və onun səlahiyyətləri təsbit olunmuşdur. Həmçinin, atestasiya komissiyasının qərarından şikayət vermək qaydası müəyyən edilmişdir. Lakin iddiaçı həmin komissiyanın qərarından şikayət verməmiş və buda onun həmin qərarı qəbul etməsini göstərmişdir. Hazırda həmin komissiyanın qərarı qüvvədədir və belə olan halda onunla əmək münasibətlərinin davam etdirilməsi Əmək Məcəlləsinin tələblərinə zidd olacaqdır. Həmçinin, məhkəmə daha bir yanlış nəticəyə gəlmişdir, belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsi əslində birbaşa işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi zamanı münasibətləri tənzimləyən normadır, lakin hazırkı münasibətlər birbaşa işəgötürən tərəfindən yox, atestasiya komissiyasının qərarı əsasında yaranmış və iddiaçı vəzifəyə uyğun olmayan hesab olunmuşdur. Bunun nəticəsində işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsi 70-ci maddənin C bəndini birbaşa məhdudlaşdıra bilən norma ola bilməz. Ona gördə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi vahid məhkəmə təcrübəsini formalaşdıran 24 fevral 2025-ci il tarixdə ümumiyyətlə qərarı olmamış, 2024-cü ildə 23 dekabr tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə qərarı, 2025-ci ildə isə ilk qərarı isə 12 may 2025-ci il tarixdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59-cu maddələrinin tətbiqi zamanı inzibati aktın formasına dair qərarı olmuşdur. Beləliklə cavabdeh tərəfindən guya xx.xx.2025-ci il tarixdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdıran qərarının olması və Lənkəran rayon məhkəməsi tərəfindən həmin qərarın nəzərə alınmamasını göstərməsi cavabdehin mövcud olmayan bir qərara istinad etməsi absurddur. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. İşəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən işəgötürən tərəfindən yuxarıqa qeyd edilən qanunvericilik normalarına riayət edilməmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə olan halda da cavabdehin apellyasiya şikayətində qeyd etdikləri tamamilə əsassızdır. Ona görə də həmin apellyasiya şikayəti təmin edilməməli və Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-858/2025 nömrəli qətnaməsi dəyişdirilmədən qüvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Lənkəran rayon Məhkəməsinin 2(049)-858/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 2(049)-858/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı sertifikasiyadan keçməmişdir. Şagirdlərin valideynlərinin ona münasibəti yaxşı deyil. Oda görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndinəəsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81-100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Qadir Zeynalov adına Darquba kənd Tam Orta Məktəbinin barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilənə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehndə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasına qanuni əsaslar olmuşsa da, onun himayəsində 1-ci qrup əlil olduğundan, cavabdeh onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozmaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81- 100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Əmək müqaviləsinin ləğvi zamanı sosial həssas qruplara münasibətdə əlavə təminatlar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı iddia tələbininin təmin olunmasına hüquqi əsas verir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, himayələrində 1-ci qrup əlil olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması yolverilməzdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları hüquqi baxımdan normativ xarakter daşıyır, hüquqi qüvvəyə malikdir və bütün dövlət orqanları və fiziki-hüquqi şəxslər üçün məcburidir. Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə sertifikasiyadan keçməməyə görə işdən çıxarma yalnız müəyyən şərtlərlə mümkündür – xüsusən də himayəsində İ qrup əlil olan işçilərə bu tədbiq edilə bilməz. Bu baxımdan, işdən çıxarılma əmrinin qanunsuzluğu sübuta yetirilmişdir və məhkəmənin iddianı təmin etməsi tam əsaslıdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81-100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Məhkəmə tərkibi şikayətin Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə təcrübəsini formalaşdıran qərarına istinad etməsi ilə bağlı qeyd edir ki, istinad edilən Ali Məhkəmə qərarının mövcudluğu sübuta yetirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, belə bir qərar hüquqi informasiya bazalarında yoxdur və ümumiyyətlə hüquqi dövriyyədə mövcud deyil. Həmçinin məhkəməyə təqdim edilən sübutlar arasında da həmin qərarın surəti və ya mətninə rast gəlinməmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterlidir, yəni qanunvericiliyin tətbiqində bütün hüquqi münasibətlərə şamil olunmalıdır. Ali Məhkəmə isə konkret mübahisə üzrə qərar verir və normativ hüquqi akt qəbul etmir. Hüquqi iyerarxiyaya görə Konstitusiya Məhkəməsinin qərarları Ali Məhkəmə daxil olmaqla bütün instansiyalar üçün rəhbər tutulmalıdır. Bu baxımdan Ali Məhkəmənin ehtimal edilən qərarı (əgər olsa belə) Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının hüquqi qüvvəsini zəiflədə və ya dəyişdirə bilməz. Daha sonra cavabdeh apellyasiya şikayətində Təhsil Haqqında Qanunun 36-cı maddəsi və “Dövlət Təhsil Müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması haqqında Qaydaların 5.3, 5.4-cü bəndlərinin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasını vurğulamışdır. Məhkəmə tərkibi qeyd edir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı açıq şəkildə müəyyən etmişdir ki, himayəsində İ qrup əlil olan işçilər sertifikatlaşdırmadan keçmədiyinə görə işdən azad edilə bilməz. Bu qərar təhsildə normativ aktların tətbiqinə dair konstitusion çərçivəni müəyyən edir və “imperativ norma” anlayışının sərhədlərini yenidən müəyyənləşdirir. Konstitusiya hüququ üzrə təməl prinsip budur: hər hansı hüquqi norma digər normativ hüquqi aktlarla (məsələn, qaydalarla) insan hüquqlarını və sosial zəmanətləri məhdudlaşdıra bilməz, əks halda bu, Konstitusiyaya zidd sayılır. Bundan başqa cavabdeh Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən maddənin tərifinə görə himayəsində İ qrup əlil olan şəxslərin sertifikatlaşdırmadan azad edilmiş şəxslər siyahısında olmadığından, buna görə də iddiaçının işdən azad olmasının mümkün olmasını qeyd etsə də, bu maddə müəyyən hüquqi güzəştlər üçün siyahıdır, lakin bu siyahının xaricində qalanlar barədə bütün digər hüquqi və sosial müdafiə normalarını istisna etmir. Bu maddə, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan sosial müdafiə tədbirlərini və Konstitusiya Məhkəməsinin qərarını heç bir halda qüvvədən salmır. Belə yanaşma müqayisəli hüquqa və insan hüquqları prinsiplərinə ziddir. Hüquq müdafiəsi mexanizmləri yalnız bir normada göstərildiyi üçün tətbiq edilmir, ümumi hüquqi sistemin balansı və məqsədi əsasında qiymətləndirilir. Daha sonra cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı münasibətlər birbaşa işəgötürən tərəfindən yox, atestasiya komissiyasının qərarı əsasında yaranmış və iddiaçı vəzifəyə uyğun olmayan hesab olunmuşdur. Bunun nəticəsində işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsi 70-ci maddənin C bəndini birbaşa məhdudlaşdıra bilən norma ola bilməz. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, əmək müqaviləsinə xitam verən birbaşa işəgötürəndir, və buna görə də Əmək Məcəlləsinin 79cu maddəsi tətbiq olunmalıdır. Atestasiya komissiyasının qərarından şikayət verilməməsi iddiaçının hüquqlarından imtinası demək deyildir. Komissiyanın qərarı qüvvədə qalsa belə, onun əsasında sosial həssas qrupun hüquqlarının pozulması yolverilməzdir. İddiaçı komissiyanın qərarının nəticəsi olan əmək müqaviləsinin ləğvini mübahisələndirmişdir, bu isə əmək hüququ üzrə tam qanuni müdafiə yoludur. İşdən çıxarılma fərdi hüquq pozuntusudur və işçi onu əmək mübahisəsi predmetinə çevirə bilər – bu zaman onun komissiya qərarından ayrıca şikayət verməsi qanunvericiliklə tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müddəalarına əsasən, iddiaçı hüququ pozulduğunu hesab etdiyi hallarda birbaşa əmək müqaviləsinin ləğvini məhkəmə qaydasında mübahisələndirə bilər. Üstəlik, iddia predmetinin komissiyanın qərarı yox, həmin qərar əsasında verilmiş xitam əmri olması səbəbilə, komissiya qərarından ayrıca şikayət verilməməsi iddianın əsassızlığını göstərmir. Komissiyanın qərarı hüquqi baxımdan təsbitedici fakt ola bilər, lakin konstitusiyaya və ali normativ aktlara zidd nəticələr doğurursa, həmin nəticələr qanunsuz hesab edilir. Ona görə də apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-920/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-920/2025
05.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver