Məhkəmə qərarları › İş №2(106)-934/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-934/2025

27.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-934/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(050)-82/2025 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Masallı Regional “ASAN Xidmət” X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X29 beyindaxili qansızmadan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Masallı Regional “ASAN Xidmət” X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm arayışdan görünür ki, X33 qaraciyər çatmamazlığından xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Masallı RİHB-nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024 saylı, 568 №li arayışından görünür ki, X29 və X33 rəhmətə gedəndən sonra onların qeydiyyatdan çıxmış və qeydiyyatda olan övladları:- qızı-Cavabdeh2, oğlu- X30, qızıCavabdeh3, qızı- Cavabdeh4, oğlu- Cavabdeh8, qızı- Cavabdeh1, qızı-İddiaçı, oğlu-Cavabdeh6, qızı-Cavabdeh5dır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1093 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki,xx.xx.2023-cü il tarixdə vəfat etmiş ataları X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizələri və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair (JN-374A KOD ********) şəhadətnamədən görünür ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən 0,13 ha torpaq sahəsi X33 və onun ailə üzvləri olan X20 verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsinə X3, X6, X7, X12, X24, X4, Cavabdeh4, Cavabdeh5, X8, Cavabdeh6 hər birinin 1/12 hissədə, X16 2/12 hissədə mülkiyyətindədir. AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, “Satıcılar” X29, X9, X17, X1 İzarə Boyli qızı, Cavabdeh5, X22, X10, X25, X36, Ağayev X31 rayonu, Mahmudavar kəndində yerləşən ümumi sahəsi 1,43 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən bölgü planına əsasən 0,6 ha torpaq sahəsini “Alıcı” X5 mülkiyyətinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Masallı Rayon Məhkəməsinə müracit edərək X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması və həmin torpaq sahəsi üzrə mirasın qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək mərhum valideynləri X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X11 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, mərhum anası X18 miras qalmış bir cüt qızıl sırğanı, bir neçə dənə tirməyi baş yaylığını, kəsilməmiş və tikilməmiş bir dəst paltarlıq parçasını götürmüş və mərhum atası X11 miras qalmış, bir ədəd qazanı (6 kq çəkidə düyünü bişirmək üçün), iki ədəd “Qurani-Kərim” kitabını və bir ədəd yasin-surəsi kitabçasını, mərhum atasının əl nişanəsi olan bir ədəd təsbehi, namaz qılanda istifadə etdiyi bir ədəd çərəkə kitabçasını, möhür dəstini, zikir tutmaqdan ötrü bir ədəd təsbehi və ondan miras qalan bir ədəd mişarı, bir ədəd balaca baltanı, bir ədəd çəkici, bir ədəd kəlbətini götürmüş, sadaladığı əşyalar hal-hazırda da onun istifadəsindədir. Həmçinin bildirmişdir ki, kiçik bacısı Cavabdeh1 mərhum anası X18 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X11 övladlarına miras qalmış daşınar əşyalardan bir ədəd paltar tikən maşını, bir ədəd mis kəpkiri, on yeddi ədəd kasanı, (ləyən micmə dəstindən) tək bir ədəd micməni götürmüşdür və qeyd etdiyi həmin əşyalar hal-hazırda kiçik bacısı Gülmirənin istifadəsindədir. Böyük bacısı Cavabdeh2 mərhum anası X18 miras qalmış əşyalardan, bir cüt darağlı qızıl sırğanı, mərhum atası X11 miras qalmış müxtəlif rəngi olan daş-qaşlardan ibarət (müalicəvi əhəmiyyəti olan) boyunbağını götürmüş və hal-hazırda həmin əşyalar böyük bacısı Cavabdeh2 istifadəsindədir. Ortancıl bacısı Cavabdeh3, mərhum anası X18 və mərhum atası X11 vərəsələrinə miras qalmış bir mərtəbəli beş otaqlı evdən bir otağı miras kimi qəbul etmiş və mərhum valideynlərindən miras qalmış əşyalardan bir qismini götürmüş, və ortancıl bacısı Cavabdeh3 məxsus olan gəlinlik cehizləri və ev əşyaları faktiki olduğu həmin sözü gedən 7m x 3m.50sm ölçüdə olan bir otağa yığmışdır, həmin otaq və həmin əşyalar Cavabdeh3 istifadəsində və sahibliyindədir. Ortancıl bacısı Cavabdeh4 mərhum anası X18 miras qalmış bir dəst paltarlıq parçanı və mərhum anasının geyindiyi və geyinmədiyi təzə paltarlarını və mərhum atası X29 vəfat edənə kimi istifadə etdiyi və ondan miras qalmış bir dəst yorğan döşəyi (həmin döşəyi sökərək ondan özünə bir ədəd yorğan tikmişdir) və əlavə bir ədəd tək yorğanı da götürmüş və hal-hazırda həmin əşyalar Cavabdeh4 istifadəsindədir. Bir faktı da məhkəmənin diqqətinə çatdırmışdır ki, mərhum atasının həyətyanı torpaq sənədində rəsmi 0.13 ha qeyd olunaraq, göstərilməsinə baxmayaraq mərhum atasının naturada faktiki vəziyyətdə həyətyanı torpaq sahəsi 0.13 ha deyil, əslində naturada faktiki vəziyyətdə bir hektardan çoxdur. Xüsusi ilə qeyd edir ki, müxtəlif illərdə mərhum atasının naturada faktiki vəziyyətdə çəpər daxilində olan bir hektaradək həyətyanı torpaq, sahəsində qardaşları cavabdeh X26 mərhum atasının həyətində ayrıca 0.06 ha torpaq sahəsində Cavabdeh8 mərhum atalarının həyətində ayrıca 0.06 ha torpaq sahəsində və Cavabdeh6 mərhum atalarının həyətində ayrıca 0.06 ha torpaq sahəsində özlərinə ev tikmişlər. Mərhum ataları həyətyanı torpaq sahəsində qeyd etdiyi faktiki tikililərin yerləşdiyi torpaq sahəsindən savayı yerdə qalan torpaqlar təxminən 0.50 ha-dan artıq təşkil edir, hal-hazırda faktiki vəziyyətdə əkin sahəsi kimi istifadəsiz qalmışdır. Qeyd etdiyi bu torpaq sahəsini ilin on iki ayı o, bacıları ilə dolanışıqlarını təmin etmək üçün əkib becərmişdir, çünki onların hər birinin həyətyanı torpaq sahəsi demək olar ki, tərəvəz əkmək üçün yaramır. Məhz buna görə mərhum atasının həyətyanı torpaq sahəsində dolanışıqlarını təmin etməkdən ötrü tərəvəz əkmişlər. Mərhum valideynləri hələ “öz'" sağlığında onlara bu şəraiti yaratmışlar. Beləliklə mərhum valideynlərinin sağlığında və ya ölümlərindən sonra təsərrüfatı idarə etmiş, yəni bir hektara qədər əkin sahəsi olan həyətyanı torpaqda istər istixana şəraitində, istərsə də, açıq hava şəraitində, demək olar ki, ilin on iki ayı bacıları ilə tərəvəz əkərək, həmişəki kimi gündəlik, məhsulu satmaqdan ötrü bazara çıxarmış və pay torpağında buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaralarını otarmışlar, yəni pay torpaq da müştərək qaydada, daim istifadələrində olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh8 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırki iddia tələbinə heç bir etirazı yoxdur. Həmçinin yekun məhkəmə aktı qəbul edilərkən miras əmlakdan ona düşən payın ayrılıb, verilməsini xahiş edir. Bundan əlavə məhkəməyə yazılı izahatını təqdim edərək bildirmişdir ki, o, mərhum anası X18 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X11 övladlarına miras qalmış daşınar əşyalardan, bir ədəd paltartikən maşını, bir ədəd mis kəpkiri, on yeddi ədəd kasanı, (ləyən micmə dəstindən) tək bir ədəd micməni götürmüş və qeyd etdiyi həmin əşyalar hal-hazırda onun istifadəsindədir. Odur ki, mərhum valideynləri X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X11 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları qeyri-şərtsiz qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia tələbini qəbul edir. Mərhum anası X18 və mərhum atası X11 miras qalmış beş otaqlı evdə ona məxsus olan gəlinlik cehizləri və ev əşyalarının hal-hazırda olduğu bir otaq (7mx3m.50sm), onun istifadəsindədir. Bundan başqa, mərhum atasının ölümündən sanra təsərrüfatı idarə etmiş, bacıları ilə həyətyanı torpağı göygöyərti və tərəvəz əkərək, həmişəki, kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpağda buğda əkmiş və ya otlaq sahə kimi mal-qarasını otarmış, yəni pay torpaq da daim istifadələrində olmuşdur. Xüsusi ilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırkı mübahisə ilə əlaqədar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Mərhum valideynləri X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X11 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 yazılı izahat təqdim edərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anasının X18 miras qalmış bir cüt qızıl darağlı sırğanı, atasından miras qalmış müxtəlif rəngi olan daşlardan ibarət boyunbağı (müalicəvi əhəmiyyətli) və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Xüsusilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınar miras əmlakın çoxunu, hazır ki, mübahisə ilə ələqadar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Odur ki, mərhum valideynləri X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X11 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 yazılı izahat təqdim edərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakı miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anası X18 və mərhum atası X11 ona miras qalmış mərhum anasının geyindiyi və geyinmədiyi paltarları, bir dəst yorğan döşək, bir tək yorğan, və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Bundan başqa mərhum atasının ölümündən sonra təsərrüfatı idarə etmiş, həyətyanı torpağı bacıları ilə göygöyərti və tərəvəz əkərək, həmişəki kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpağda buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaranı otarmış, yəni pay topaq da daim istifadəsində olmuşdur. Mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırkı, mübahisə ilə ələqadar özünün tikdiyi və yaşadığı evə, aparmışdır. Odur ki, mərhum valideynləri X29 ilə X18 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X11 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (Hakim: Ellara Abbasova) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0.13 hektar torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X20 düşən 27/36 hissəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X20 düşən 18/108 hissəsinin birinci növbədən olan vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X26 və Cavabdeh8 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməsi, JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0,13 hektar torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh6 12/36 hissədə payı, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X13 və Cavabdeh8 hər birinin 3/36 payı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, İddiaçı, Cavabdeh2, Cavabdeh3, X13 və Cavabdeh8 hər birinin 2/108 payı, X6, X7, X12, X24, X4, X8 hər birinin 9/108 payı müəyyən edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1., 213.1., 213.5., 220.1., 220.2., 220.3., 223.2., 223.3., 223.4., 1133.1., 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ilk öncə Masallı rayonu Tatyan kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarına əsasən JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi mülkiyyətdə olan 0,13 hektar əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X16 və X23 hər birinin 18/36 payı vardır. Nabat Ağayevanın vəfatından sonra onun payı miras əmlakı qəbul etmiş X20 münasibətdə 27/36, Cavabdeh6 münasibətdə 9/36 kimi müəyyən edilir. X16 vəfatından sonra ona məxsus pay vərəsələri olan 9 övladı arasında bərabər bölünməklə hər birinin 3/36 payı, Cavabdeh6 münasibətdə əvvəlki payı nəzərə alınmaqla 12/36 kimi müəyyən edilməlidir. Bundan başqa digər miras əmlak olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.83 ha torpaq sahəsi üzrə də paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X16 2/12 və X3, X6, X7, X12, X24, X4, Cavabdeh4, Cavabdeh5, X8, Cavabdeh6 hər birinin 1/12 hissədə payı vardır. Həmçinin buna X20 münasibətdə 18/108, digər payçılara münasibətdə 9/108 kimi də yanaşmaq olar. X2 payı hazırki iş üzrə iddiaçı və cavabdehlər arasında bərabər bölünərsə nəticədə çıxarışda adları qeyd edilən iş üzrə vərəsə olan tərəflər Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, çıxarışda adları qeyd edilən lakin iş üzrə tərəf olmayan X6, X7, X12, X24, X4, X8 hər birinin 9/108 payı, çıxarışda adları qeyd edilməsə də, X2 vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh3, X13 və Cavabdeh8 hər birinin 2/108 paylarının olması müəyyən olunacaqdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində bir çox halları düzgün qiymətləndirmiş, lakin mərhum anamdan qalmış mirası mərhum atası ilə cavabdeh Vuqar arasında bölməsi tamamilə yanlış fikirdir. Çünki mərhum anasından qalmış mirası mərhum atasının qəbul etməsi barədə məhkəməyə mötəbər sübut olan paybəlli çıxarışı təqdim etmişdir. Həmin çıxarışda mərhum atasının payı 2 pay göstərilmiş və bununlada sübuta yetir ki, anasından sonra mirası atası qəbul etmişdir. Məhkəmə isə Vuqarın şəxsi evinin valideyinlərinin evinə yaxın olmasını əsas götürərək elə qənaətə gəlir ki, guya mərhum anamın mirasını mərhum atası ilə birlikdə Vuqarda qəbul etmişdir. Hörmətli məhkəmə kollegiyası, hakim X35 mirası qəbul etməsini istər işə əlavə edilmiş sübutlarla, istərsədə işin faktiki halları ilə əsaslandıra bilməmişdir. Məhkəmə mərhum anamın mirasını Vuqarında qəbul etməsini qətnaməsində qeyd etsədə, 5 səhifəlik qətnaməsində bunu əsaslandıra bilməmişdir. Məhkəmə qətnaməsində mərhum anası öldükdən sonra mərhum atamla cavabdeh Vuqar guya atası ilə birlikdə valideyinlərinin inşa etdiyi 1 mərtəbəli 5 otaqlı evdə birlikdə yaşamışdır. Bu fikir kökündən səhvdir. Hələ valideyinlərin sağ olarkən Vuqar təsərrüfatdan ayrılmış, özünə ev inşa etmişdir. Məhkəmə bu cümləni qətnaməsində qeyd etməklə mirasda Vuqarın payını artırmağa zəmin yaratmışdır. Məhkəmə mötəbər sübuta yox, məhkəmə iclasında deyilən yalanlara özünü inandırmışdır. Anamın ölümündən sonra danılmaz faktır ki, mirası atası qəbul etmişdir. Əfsuslar olsun ki, məhkəmə faktı danmış, əsas və səbəb olmadan Vuqarın mirasda payını qanunsuz qətnaməsi ilə artırmışdır. Məhkəmə nəticədə onun iddia tələbini təmin etsə də, əslində iddia tələbini qismən təmin etmişdir. Əgər iddia tələbi təmin olunsa idi, mərhum atamdan qalmış miras əmlak vərəsələr arasında tam şəkildə bölünməli idi. Onun tələbi bundan ibarət olduğu halda, məhkəmə səhvən yoxsa bilərəkdən əsas olmadan Vuqarın payını artıq göstərmişdir. Qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında uyğunsuzluq mövcuddur və həmin uyğunsuzluğu məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-82/2025 saylı qətnaməsinin qismən ləğv edilməsi, yəni mərhum atam X11 JN-347A KOD 80515015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərda tutulmuş 0,13 hektar torpaq sahəsində Cavabdeh6 12/36 hissədə payı ləğv edilərək həmin torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki məhkəmə qətnamasində bir çox halları düzgün qiymətləndirmiş, lakin mərhum anasından qalmiş mirası mərhum atama cavabdeh Vuqar arasında bölməsi tamamilə yanlış fikirdir. Çünki mərhum anasından qalmiş mirası mərhum atasının qebul etməsi barədə məhkəmayə mötəbər sübut olan paybəlli Çıxarışı təəqdim etmişdir. Həmin çıxarışda mərhum atamın payı 2 pay gostərilmiş və bununlada sübuta yetir ki, anamdan sonra mirası atam qəbul etmişdir. Məhkəmə isə Vuqarın şəxsi evinin valideyinlərinin evinə yaxın olmasını əsas götürərək elə qənaətə gəlir ki, guya mərhum anasının mirasını mərhum atası ilı birlikdə Vuqarda qəbul etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabde Cavabdeh6 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Digər bacı-qardaşları, ata və anası tərəfindən ona bağışlanan əmlak var. Vərəsəlik üzrə payların bərabər bölünməsinə etiraz edir. Atası iddiaçı və digər bacılarına vərəsəlik üzrə mirasının qalmasını istəmirdi. Atası sağ olanda onların (bacıların) evə gəlmələrinə icazə vermirdi. Apellyasiya şikayətlərinin rədd edilməsini, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh8 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Atalarının sağlığında özü tərəfindən bölüşdürülmə aparılmışdır. Apellyasiya şikayətlərinin rədd edilməsini, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ata-ana mülkünün vərəsələr arasında tam və bərabər bölünməsini və Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Vərəsəlik üzrə miras qalmış evdə atası və anası vəfat etdikdən sonra yaşamamışdır. Vərəsəlik üzrə miras qalmış 83 ha torpaq sahəsi atasının sağ olduğu vaxt əkilmiş, lakin atası vəfat etdikdən sonra əkilib-beçərilməyib, otluq olmuşdur. Ata mülki olan, vərəsəlik üzrə qalan evdə yaşamağa qardaşları icazə verməyiblər, təhdid ediblər. Bununla bağlı polisə müraciət etmişdir. Əvvəlki apellyasiya baxışında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, miras əmlak bölgüsündən narazıdır. Vərəsəlik üzrə qalan əmlakın vərəsələr üzrə, doqquz övlad arasında bərabər bölünməsini xahiş edir. Anası öləndən sonra vərəsəlik üzrə analarından qalan miras əmlakı ataları tam qəbul edib, onlar arasında bölünməyib. Vərəsəlik üzrə qalan əmlakada yaşamağa onlara icazə verməmişlər. Apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh3 və Cavabdeh2 Məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Bundan başqa, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 izahat göndərərək apellyasiya şikayətlərinə etiraz etmədiklərini bildirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində həm iddiaçı, həm də cavabdehlərdən Cavabdeh1 qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1., 220.2. və 220.3.-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2., 223.3. və 223.4.-cü maddələrinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1.-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2.-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1.-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145.-ci maddəsinə Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146.-cı maddəsinə Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. 1159.1.-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1.-ci maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2.-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3.-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri oxşar məzmuna malik olub, mahiyyət etibarilə eyni arqumentlərə əsaslanır. Kollegiya tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərində göstərilən dəlilləri, iş materiallarını və məhkəmə tərəfindən toplanmış sübutları hərtərəfli araşdırmış, onlara obyektiv hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətlərinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Kollegiya apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Apellyantın “tədqiqat tam və obyektiv aparılmayıb” iddiası əsassızdır, çünki o, yalnız ümumi və formal mülahizələrlə kifayətlənmiş, bunun qətnamənin nəticəsinə necə təsir etdiyini göstərməmişdir. Halbuki iş materiallarında mərhumların ölüm haqqında arayışları, notariat orqanının mübahisəyə görə rəsmiləşdirmədən imtina məktubu, 0,13 ha həyətyanı torpaq üzrə dövlət aktı və ailə əmlakı statusu, 0,83 ha kənd təsərrüfatı torpağı üzrə dövlət reyestri çıxarışı, həmçinin tərəflərin yazılı və şifahi izahatları vardır. Məhkəmə bütün bu sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmişdir və nəticəyə məhz bu əsaslarla gəlmişdir. Apellyantın “tamlıq pozuntusu” iddiası abstrakt və nəticəyə təsir etməyən xarakter daşıyır. Apellyasiya baxışında tərəflərin verdiyi izahatlardan da göründüyü kimi, İddiaçı və Cavabdeh1 öz mövqelərində Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğvini tələb etsələr də, onların dedikləri əksinə, həmin qətnamənin qanuniliyini təsdiqləyir. İddiaçı bildirib ki, valideynlərindən qalan evdə yaşamamış, atasının vəfatından sonra 0,83 ha torpaq əkilibbecərilməmiş, otluq kimi qalmışdır. Bacılarının da həmin evdən istifadəsinə icazə verilmədiyini, hətta polisə müraciət etdiyini vurğulamışdır. Cavabdeh Gülmirə də oxşar qaydada miras bölgüsündən narazılıq ifadə etmiş, mirasın doqquz övlad arasında bərabər bölünməsini istəmişdir. O da etiraf etmişdir ki, analarından qalan mirası ataları tam qəbul edib, övladlar arasında bölgü aparılmayıb, miras əmlakdan istifadəyə icazə verilməyib. Bu izahatlardan aydın görünür ki, faktiki olaraq nə iddiaçı, nə də digər bacılar miras əmlakı qəbul etməmişdir. Belə olan halda apellyasiya şikayətlərində göstərilən arqumentlər işin faktiki hallarına və mövcud hüquqi nəticəyə ziddir, onlara istinad edilməklə qətnamənin ləğvinə əsas yoxdur. Cavabdeh6 payının əsassız artırılması ilə bağlı irad da hüquqi və riyazi baxımdan yanlışdır. Məhkəmə onun payını hər hansı “birgə yaşayış faktına” görə deyil, sırf qanunun tələb etdiyi qaydada hesablamışdır. Belə ki, 0,13 ha üzrə ananın ölümündən sonra əvvəlcə ər 1/2 payını saxlamış, digər 1/2 miras ər və övlad arasında bərabər bölünərək hərəsinə 1/4 verilmişdir. Bu mərhələdə ər 3/4 = 27/36, övlad Vuqar isə 9/36 almışdır. Sonradan atanın ölümü ilə 27/36 pay 9 övlada bərabər bölünərək hərəsinə 3/36 düşmüş, Vuqarın yekun payı 9/36 + 3/36 = 12/36, digər övladların payı isə 3/36 olmuşdur. 0,83 ha üzrə də mərhum atanın 2/12 = 18/108 payı 9 varisə bərabər olaraq 2/108 şəklində bölünmüşdür. Həm payçı, həm varis olan dörd nəfər 9/108 + 2/108 = 11/108, yalnız əvvəlki payçılar 9/108, yalnız varislər isə 2/108 pay almışdır. Nəticədə ümumi bölgü tam 108/108 təşkil etmişdir. Göründüyü kimi, Vuqar digər varislərdən üstün tutulmamış, əksinə MM-in 1159-cu maddəsində nəzərdə tutulan bərabərlik prinsipi tətbiq edilmişdir. Qətnamədə “birgə yaşayış” qeydinin olması yalnız MM-in 1194-cü maddəsinə uyğun olaraq mirasın faktiki qəbulunun əlaməti kimi qiymətləndirilə bilər və payın ölçüsünə heç bir təsir göstərmir. Apellyasiya şikayətində “Qət etdi” hissədə “tam təmin” yazılıb, əslində isə qismən təmin edilib arqumenti də əsassızdır. Çünki iddia tələbi qanun üzrə vərəsə kimi tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mübahisəli əmlaklar üzrə payların hesablanmasından ibarət idi. Məhkəmə bu tələblərin hamısını təmin etmişdir. “Qismən təmin”dən danışmaq üçün ayrıca rədd edilmiş tələb olmalı idi, lakin belə bir hal yoxdur. Bütün deyilənlər nəzərə alınaraq belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları hüquqi qaydalara uyğun qiymətləndirmiş və obyektiv nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən iradlar isə ümumi xarakterli olub hüquqi əsasdan məhrumdur və nəticəyə təsir edən pozuntu təşkil etmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya şikayətlərinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(050)-82/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(050)-82/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar