Məhkəmə qərarları › İş №2(106)-938/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-938/2023

24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-938/2023 24.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X6 ibarət tərkibdə, katib X10, Cavabdeh2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim N.Ağabəyov) 09 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 iddia ilə məhkəməyə müraciət edərək 12 aprel 2013-cü ildə sonuncunun adına verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin 0,03 ha hissədə qismən ləğv edilməsini, həmin şəhadətnaməni əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən Cavabdeh2 verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin çıxarış verilərkən mülkiyyət hüquqları pozmaqla sonradan çəkilmiş plan sxemin qismən, yəni 0,03 ha hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ilə mərhum nənəsi X4 qalmışdır. Həmin vaxt nənəsinə məxsus torpaq və tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətlərində və istifadələrində olmuş və bu sahədən ətraf qonşuların keçməsi üçün hər-hansı yol olmamışdır. X2 yaşamış, o vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan Cavabdeh2 sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu X1 baxmayaraq, bu barədə Cavabdeh1nə müraciət edərək, heç bir məlumat vermədən notariat orqanından 12 aprel 2013cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq sonradan 19 aprel 2013-cü ildə düzgün olmayan, qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında çıxarış almış və sxem çəkdirmişdir. Hazırda Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1ndən mübahisələndirdiyi 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, həmin şəhadətnamədə nənəsinin satdığı sahə azaldılmadan tam sahə göstərilməklə adına çıxarış almışdır. Cavabdeh2 qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X3 şəhər X21 İcraiyyə Komitəsinə müraciət edərək, 300 kv.m toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğu X12 vermiş və orada fərdi ev tikmək üçün onun adına keçirmişdir. X17 və dayısı oğlu X7 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 1 X27 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X22 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maneələr yarandığından öz aralarında ailədaxili mübahisələri olmuşdur. Hazırda mərhumə X8 nəvəsi mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv.m toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə Cavabdeh1nə satmış olduğu ərazini azaltmadan 0.06 ha sahə göstərilməklə 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. ünvan 3 ünvanının daxilindən ümumiyyətlə cavabdeh, В.X.Kərimovanın mərhumə nənəsi R.X.Rzayevanın və sonradan çıxarış almış nəvəsi Cavabdeh2 küçəyə doğru istifadə etdiyi yol olmamışdır. Cavabdeh2 2013-cü ilin aprel ayında öz sahəsini 0,03 göstərməli olduğu halda 0,06 ha göstərməklə qanunsuz olaraq 12 aprel 2013cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə yazılı etirazını bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 təmsilçisi iddianı qəbul etməyərək, xx.xx.2013-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin qanunamuvafiq qaydada verildiyini bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin təmsilçisi birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı kifayət qədər əsaslı sübutlar təqdim etməsinə məhəl qoymadan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə müraciət edərək Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılması ilə əlaqədar olaraq hazırkı işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı tərəfin üzrlü səbəbdən iştirak etməməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də Kollegiya işin baxılmasının təxirə salınması üçün əsas tapmamışdır. Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh1 notariusu məhkəməyə məktub göndərərək, məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun təmsilçisi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından müəyyən edilir ki: ünvan 4 ünvanında 0.038 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 335.2 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə **********21-10301 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Lənkəran şəhər 1-ci notariat kontorunun dövlət notariusu tərəfindən verilmiş 09 fevral 1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən» görünür ki, 28 dekabr 1975-ci il tarixdə ölmüş X5 həyat yoldaşı X9 mülkiyyətinə həmin şəhadətnaməyə əsasən Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 30,20 kv.m, yaşayış sahəsi 24 kv.m olan iki otaqlı yaşayış evi keçmişdir. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 12 aprel 2013-cü il tarixli, 2V-01 143 №-li «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»dən görünür ki, xx.xx.1987-ci ildə vəfat etmiş X9 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. Əmlak miras qoyanın adına ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsində xx.xx.2013-cü ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçı hazırkı tələbində Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən- 0,03 ha hissədə, eləcə də müvafiq olaraq sonuncunan adına yazılmış mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan sxemin 0,03 ha hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin adına hüquqmüəyyənedici sənədlər verilərkən cavabdeh qanunsuzluğa yol vermiş, notariat orqanına səhv məlumatlar vermiş, nəticədə onun adına olan hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi artıq göstərilmişdir. İddiaçı tələbində vərəsəlik şəhadətnaməsinin, mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan sxeminin ləğvini tələb etsə də, mahiyyətcə onların etibarsızlığını əsaslandırmaq istəmişdir. İddiaçının tələbi 3 hissədən- vərəsəlik şəhadətnaməsinin qismən- 0,03 ha hissədə, eləcə də müvafiq olaraq sonuncunan adına yazılmış mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan sxemin 0,03 ha hissədə ləğv edilməsindən ibarətdir. İkinci və üçüncü tələblərin təmin edilməsi birinci tələbin təmin edilməsindən asılıdır. Kollegiya hesab edir ki, iddianı təmin etmək üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikasının Toprpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçının təqdim etdiyi sənədlərdən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Dövlət X16 tərəfindən təqdim edilmiş, Lənkəran şəhərinin baş memarı M.Əhmədova, şəhər sovetinin mühəndisi E.Abbasov evlər komitəsinin sədri F.Axundov, Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 9 №-li evdə yaşayan X18 və Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X7 iştirakları tərtib edilmiş 6 iyul 1987-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, X7 yaşamaq üçün evi şəraiti pisdir, adına fərdi ev yoxdur, vətəndaş X18 özünün həyətyanı torpaq sahəsindən 300 kv.m ayırıb X12 fərdi ev tikintisi üçün verilməsinə etiraz etmir. Komissiya R.Rzayevanın 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kv.m həyətyanı torpaq sahəsindən 300 kv.m ayırıb X12 fərdi ev tikintisi üçün verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Dövlət X16 tərəfindən təqdim edilmiş Lənkəran Şəhər X21 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci tarixli, 15 №-li iclas protokolunun arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X9 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən X12 fərdi yaşayış evi tikintisindən ötrü 300 kv.m torpaq sahəsi ayrılmış və sahənin planı təsdiq edilmişdir. Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X9 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən 300 kv.m azaldılmış və 300 kv.m saxlanılmışdır. Azərbaycan Respublikası DT və XK (ləğv edilmiş) tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçü Lənkəran şəhərində yerləşən 09 fevral 1987-ci il tarixli, 1-426 saylı vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən X13 məxsus 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İddiaçının təqdim etdiyi bu sənədlərə görə, cavabdehin adına qeydiyyatdan keçmiş ilkin sənədlərin verilməsinə əsas olmuş, cavabdehin nənəsinin adına qeydiyyatdan keçmiş torpaq sahəsi 300 kv.m qalmalı idi. İddiaçının bildirdiyinə görə qalan 300 kv.m torpaq sahəsinin cavabdehin mülkiyyətinə aidiyyəti olmamalıdır. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin adına qeydə alınmış artıq torpaq sahəsinin ona aid olmasını da əsaslandıra bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nətinəni belə əsaslandırmışdır ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini xahiş edərkən özünün vərəsəlik hüquqlarından doğan potensial vərəsə olduğuna əsaslanmır. Sadəcə olaraq torpaq sahəsinin bütövlükdə mirasın kütləsinə daxil olmadığını bildirir və bu barədə müvafiq arxiv arayışları təqdim edir. xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsinə əsas olmuş, cavabdehin nənəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarış xx.xx.1987-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» yə əsasən verilmişdir. Belə ki, mübahisəli əmlak xx.xx.2013-cü il tarixdə əvvəlcə tam mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır Eyni zamanda məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinin təmin olunması mərhum X9 adına qeydə alınmış **********56 reyestr nömrəli çıxarışın tamlığını və dövlət orqanı tərəfindən aparılmış qeydiyyatın dəqiqliyini şübhə altına almış olardı. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı tərəfindən göstərilən hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü bəndlərində əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, əvvəla, iddiaçı müvafiq torpaq sahəsinə subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən, iddiaçı tələbində cavabdehin adına xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsinə əsas olmuş, cavabdehin nənəsinin adına verilmiş xx.xx.1987-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»ni, bunun əsasında mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınmasını, nənəsinin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışı mübahisələndirmədən birbaşa törəmə sənədi, cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini və bunun əsasında verilmiş sənədləri, o cümlədən hüquqmüəyyənedici sənədi mübahisələndirmişdir. Belə ki, mübahisəli əmlak xx.xx.2013-cü il tarixdə əvvəlcə tam mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın təmin edilməsi, xx.xx.2013-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçının digər tələbləri, xx.xx.2013-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin ləğv edilməsi ilə əlaqədardır. Sonuncu tələblər birinci tələblə bağlıdır. Birinci tələbin təmin edilməməsi digər tələblərin də təmin edilməməsinə əsas verir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar