Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-939/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X4 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Füzuli Rayon Мəhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Ərizəçi əmək stajı faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsini cəlb etməklə onun Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini əsaslandırarkən göstərmişdir ki, ona xx.xx.2021-ci il tarixdə qocalığa görə pensiya təyin olunmuş və xx.xx.2024-cü il tarixdən pensiyanın ödənişi dayandırılaraq inzibati icraat başlanılmış, araşdırma aparılmış və təyin olunmuş pensiyadan artıq ödəniş hesab edilərək maraqlı şəxs tərəfindən bir hissəsinin tutulmasına qərar verilmişdir. ƏƏSMN tabeliyində DSMF-nin SÖTMF bu barədə ona xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq etmiş və hər ay pensiyadan artıq ödənilən məbləğin tutulması başlanılmışdır. «Qırmızı Oktyabr» sovxozunda 17 il işləməsini təsdiq edən sənədləri məcburi köçkün düşməsi ilə əlaqədar olaraq əldə edə bilməmişdir. ƏƏSMN tabeliyində DSMF-nin MMİMF xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, etirazında bildirmişdir ki, ərizəçinin bildirdiyinə görə, o, 1975- 1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində (əvvəlki adı Sabir adına Bakı Pedaqoji Məktəbi) təhsil almışdır. Ərizəçinin Füzuli rayonunda «Qırmızı Oktyabr» Sovxozunda işlədiyini iddia etdiyi illər Bakı şəhərində yerləşən Sabir adına Pedaqoji Məktəbdə təhsil aldığı illərlə üst-üstə düşür. Eyni zamanda, ərizəçinin Bakı şəhərində yerləşən Sabir adına Pedaqoji Məktəbdə təhsil aldığı illər onun əmək kitabçasında qeyd edilməmişdir. Ərizəçi ərizəsində sovxozdan ona dair sənədləri almağın mümkün olmadığını bildirmiş, çünki həmin sovxozun sənədlərinin işğal zonasında qaldığını bildirmiş və orada işləməsi faktını təsdiq etmək üçün briqadiri olduğunu iddia etdiyi Şahid1 və onun həyat yoldaşı X7 şahid kimi göstərmişdir. Lakin həmin şəxslərin ərizəçi ilə eyni illərdə Füzuli rayonunda «Qırmızı Oktyabr» Sovxozunda işlədiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericilik aktlarına əsasən ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda işləməsi zəruri sübutlarla (məsələn əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilməlidir. Eyni zamanda ərizəçiyə dair inzibati icraat materiallarından aydın olur ki, xidməti yoxlama zamanı Ərizəçi yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək artıq ödəmə aşkar edilmişdir. Belə ki, Ərizəçiyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hüququ olmadığı halda ona xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əmək pensiyasının ödənişi davam etdirilmişdir. Nəticədə, ərizəçiyə müvafiq dövr ərzində 1074,73 manat artıq vəsait ödənilmişdir. Həmin vəsait xx.xx.2022- ci il tarixdən etibarən ərizəçinin pensiyasından hər ay 33,58 manat tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 06 mart 2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda işləməsi faktı müəyyən edilmişdir. Qətnamədən maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətdə göstərilir ki, birinci instansiya məhkəməsində iş üzrə maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmuşdur. Lakin Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Fondun 23 iyul 2020-ci il tarixli Qərarı ilə Fondun rayon şöbələri ləğv edilmişdir. X9 23 iyul 2020-ci il tarixli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamə ilə sosial ödənişlərin təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi səlahiyyətləri Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə olunmuşdur. Şikayətdə qeyd edilir ki, şahidlərdən biri olan Şahid2 əmək kitabçasına əsasən, o, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasında Füzuli rayonu «Qırmızı Oktyabr» sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu fakt şahidin məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunur. Belə olduğu halda Şahid2 ərizəçinin yalnız 1981-1982-ci illərdə «Qırmızı Oktyabr» sovxozunda işləməsinə şahidlik edə bilər. Həmçinin digər şahid X2 məxsus əmək kitabçası əsasında müəyyən olunur ki, xx.xx.1972-ci il tarixdə Füzuli Rayon «Qırmızı Oktyabr» üzümçülük Sovxozunda müvəqqəti olaraq əmək aqronomu vəzifəsinə təyin edilmiş, xx.xx.1973-cü il tarixdə briqadir vəzifəsinə təyin edilmiş və xx.xx.1986-cı ilədək Füzuli Rayon «Qırmızı Oktyabr» üzümçülük Sovxozunda işləmişdir. Adıçəkilən şəxsin sovxozda əmək fəaliyyəti xx.xx.1986-cı ildə başa çatdığı üçün ərizəçinin 1989- cu ilin dekabr ayınadək işləməsi faktına şahidlik edə bilməz. Məhkəmə isə yuxarıda qeyd olunan halları nəzərə almadan, işi tam, hərtərəfli və obyektiv araşdırmadan ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Bu müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə şahidlər Şahid2 və X3 ərizəçinin qeyd etdiyi bütün dövrlər ərzində onunla birlikdə eyni müəssisədə işləməmişlər. Belə olan halda onların 1972-1989-cu il tarixləri arasındakı dövrlər ərzində ərizəçi ilə birgə işləməsi faktının nəzərə alınaraq təsdiqlənməsi qanunvericilik normalarına zidd olmuşdur. İzahatlar. Apellyasiya baxışında iştirak edən ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlər üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, şahidlər Allahverdi Quliyevin və Şahid1 işlədiyi dövrlər ərizəçinin işlədiyi dövrlərlə üst-üstə düşmür, bu səbəbdən də pensiya stajını müəyyən etmək mümkün deyil. Allahverdi Quliyevin işlədiyi vaxtlar 1973-1986-cı illəri, Şahid1 işlədiyi vaxtlar 1976-1993-cü illəri, Şahid2 işlədiyi dövr isə 1981-83 illəri əhatə edir. Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, 1972-ci ilin sentyabr ayından Füzuli rayon «Qırmızı Oktyabr» sovxozuna fəhlə kimi işə başlamışdır. Sabir adına Bakı Pedaqoji Məktəbdə qiyabi təhsil almışdır. Sovxozda işləməyini təsdiq edən şahidləri birinci instansiya məhkəməsində təqdim etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı pensiya təyin edilməsi məqsədilə işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin tələbinə görə əmək fəaliyyəti barəsində sənəd üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçi 01 sentyabr 1972-ci ildən 1989-cu ilinin dekabr ayınadək Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024cü il tarixli, 3/48-DA-3F/2-X-22- 33/2024 saylı arxiv arayışında göstərilmişdir ki, “ ... Füzuli rayonunun «Qırmızı Oktyabr» sovxozunun sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir”. AR ƏƏSMN DSMF-nin SÖTMF-nin nümayəndələri və Ərizəçi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akta görə, pensiya təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 19 il 17 gün olduğu halda 32 il 5 ay nəzərə alındığı və nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyasında artıq ödəmə aşkar edildiyi bildirilmiş və artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Ərizəçinin xx.xx.2024-cü il tarixli mülahizəsi əsasında müəyyən olunur ki, o, artıq ödənilmiş məbləğin əmək pensiyasından tutulmasına razı deyil. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi müvafiq sığorta stajına malik olduğunu təsdiq etmək üçün əmək kitabçasını təqdim edə bilməmiş, bunu bərpa etmək də mümkün olmamışdır. Belə ki, «Qırmızı Oktyabr» sovxozunda 17 il işləməsini təsdiq edən sənədləri məcburi köçkün düşməsi ilə əlaqədar olaraq əldə edə bilməmişdir. Ərizəçinin iddia etdiyi illər üzrə işləməsini təsdiq edən əmək kitabçası yoxdur, yaxud onu məcburi köçkün düşməsi ilə əlaqədar təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə şahid ifadələrinə əsaslanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1972-ci ilin sentyabr ayından məcburi köçkün düşənə kimi (təxminən 1993cü il) Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda briqadir vəzifəsində işləmişdir. Həmin illər ərzində Ərizəçi da onun işçisi olmuş və fəhlə kimi sovxozda məcburi köçkün düşənə qədər işləmişdir. 1993-cü ildən sonra o, su idarəsində işləməyə başlamış, daha sonra isə ona pensiya təyin olunuşdur. Qeyd olunanlar Füzuli Rayon Məhkəməsinin 2(064)- 443/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsilə də təsdiq olunur. Şahid2 ifadəsində bildirmişdir ki, 1976-cı il tarixdən qeyri-rəsmi formada Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda işləmişdir. 1981-ci ildən 1983-cü ilədək sovxozda rəsmi olaraq çoban kimi işləmiş, daha sonra poçt idarəsinə işləmək üçün getmişdir. Sovxozda işlədiyi illər ərzində Ərizəçi sovxozda fəhlə kimi işləməsinə şahid olmuşdur. Məhkəmə həm də X3 adlı şəxsin sadə yazılı ərizəsini təqdim etmişdir. xx.xx.1925-ci il tarixli həmin ərizəsində qeyd olunur ki, o, xx.xx.1973-cü il tarixdən Füzuli Rayon «Qırmızı Oktyabr» üzümçülük sovxozunda briqadir vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir və Ərizəçi da həmin dövr ərzində briqadada fəhlə kimi işləmişdir. Birinci instansiya məhkəməsi həm məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə, həm də məhkəmədə iştirak etməyən X3 adlı şəxsin sadə yazılı ərizəsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, X3 adlı şəxsin sadə yazılı ərizəsi sübut kimi qəbul edilməməlidir. Belə ki, MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM- Maddə 81). X1 ifadəsi isə məhkəmə iclasında tədqiq olunmamışdır. Bundan başqa, Şahid2 təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, o, «Qırmızı Oktyabr» sovxozunda xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək müddətdə işləmişdir. Ona görə də onun ərizəçinin işləməsi faktını təsdiq etdiyi müddət həmin vaxtı əhatə edir. Kollegiya Şahid1 ifadəsini sübut olaraq qəbul edir və hesab edir ki, onun ifadəsi ilə ərizəçinin «Qırmızı Oktyabr» sovxozunda 1976-cı ildən 1989-cu ilədək müddət ərzində işləməsi faktı təsdiqini tapır. Beləliklə, şahid ifadələri ilə ərizəçinin iddia etdiyi 1976-cı ilədək dövr üzrə işləməsi faktı şahid ifadələri ilə təsdiqini tapmır. Cavabdeh etirazında ərizəçində 1975-1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində (əvvəlki Sabir adına Bakı Pedaqoji Məktəbi) təhsil aldığın bildirmişdir. Ərizəçi işləməklə yanaşı, qiyabi təhsil aldığını qeyd etmişdir. Bununla yanaşı, təhsil alması ilə bağlı sənədin əslini təqdim etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumatdan görünür ki, arxivdə Ərizəçi 1975-1979-cu illərdə təhsil alması ilə bağlı sənəd aşkar edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ərizəni tam təmin etməklə, yəni ərizəçinin Füzuli rayonunda «Qırmızı Oktyabr» sovxozunda xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi işləməsi faktını müəyyən etməklə səhvə yol vermişdir. Çünki təqdim edilmiş sübutlarla onun iddia etdiyi müddətdə deyil, 1976-cı ildən 1989-cu ilədək müddət ərzində sözügedən sovxozda işləməsi faktı müəyyən edilir. Ona görə də qətnamə həmin müddətə uyğunlaşdırılmalıdır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını əsasən düzgün tətbiq etsə də, səhv nəticəyə gəldiyindən, yəni əmək stajının müddətinin müəyyən edilməsində səhvə yol verdiyindən qətnamə ləğv edilməlidir. Kollegiya hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 1976-cı ildən 1989-cu ilin dekabr ayına kimi Füzuli rayonunun «Qırmızı Oktyabr» sovxozunda işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası q ə t e t d i: Maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Мəhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(064)-105/2025 saylı qətnaməsi ləğv edilsin. Ərizə qismən təmin edilsin. Ərizəçi 1976-cı ildən 1989-cu ilin dekabr ayına kimi Füzuli rayonunun «Qırmızı Oktyabr» sovxozunda işləməsi faktı müəyyən edilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-939/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-939/2025
15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver