Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-948/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın qəbulu” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1957ci il tarixdə vəfat etmiş mərhum babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, X115 Fərəc oglu xx.xx.1957-ci ildə Lənkəran şəhərində vəfat etmişdir. X6 Lənkəran şəhəri H.Əliyev (indiki Ak. Zərifə Əliyeva) küçəsi-26 ünvanında fərdi yaşayış evi miras qalmışdır. Həmin evi X8 X30 tək başına olaraq faktiki qəbul etmişdir. Həmin vaxtdan X71 X3 xx.xx.1963-cü ilədək həmin evdə yaşamışdır. Anası vəfat etdikdən sonra 1969-cu ilə kimi o həmin evdə tək yaşamışdır. Muxtar Məmmədov 04 noyabr 1969-cu ildə iddiaçı X12 ilə evlənmişdir. Onların birgə nigahından 4 uşaqları olmuşdur. Ailə üzvlərinin artdığına görə mərhum X71 atasından miras qalmış evi sökərək 1977-ci ildə 1 mərtəbəli 6 otaqlı ev tikmişdir. Hazırda həmin əmlak iddiaçıların babası X47 adına rəsimləşdirilərək miras şəkilində qalmışdır. X8 8 övladı doğulmuşdur. Həmin uşaqlardan 6 nəfəri vəfat etmiş, 2 nəfəri isə sağdır. X2, X57 varisləri haqqında məlumat yoxdur. Digər vərəsə X58 heç bir uşağı olmadan vəfat etmişdir. X14 və X91 vəfat etsələr də miras əmlakdan onların xeyrinə imtina etmişlər. Mərhumun sağ qalan vərəsəsi X59 miras əmlakdan iddiaçıların xeyrinə imtina etmişdir. Lakin cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh miras əmlakı qəbuluna və imtinasına heç bir ərizə vermir. Qərəzli şəkildə mirasın qəbuluna maneələr yaradır. X115 Fərəc oglu xx.xx.1957-ci ildə Lənkəran şəhərində vəfat etdikdən sonra vərəsəsi olduqları X71 ondan miras qalmış əmlakı anası ilə birlikdə qəbul etmişdir. X3 isə xx.xx.1963-cü ildə Lənkəran şəhərində vəfat etdikdən sonra həmin mübahisə predmeti olan əmlakı tək başına qəbul etmişdir. Miras faktiki qəbul edildiyindən bəri vərəsələrin heç bir etirazları olmamış və bununla bağlı məhkəməyə belə müraciət etməmişlər. Hazırda onlar miras əmlakı qəbul edib üzərində sərəncam vermək hüququndan istifadə etmək istəyirlər, lakin cavabdeh buna birmənalı şəkildə mane olur. Babası X20 vəfat etməmişdən qabaq həmin miras əmlaka dair şifahi olaraq həmin əmlakı X49 vəsiyyət etmişdir. Bunu digər sağ qalan vərəsələrdən olan X59 və ölmüş vərəsələrin bu barədə öz valideynlərindən eşitdiyini bildirə bilərlər. Eyni vəsiyyəti X3 da etmişdir. Elə həmin vaxtdan X71 miras əmlakı faktiki olaraq qəbul etmiş, həmin əmlakı sökərək yerində yeni ev inşa etmiş və həmin əmlaka dair bütün kommunal xərcləri və bələdiyyə vergilərini ödəmişdir. Əlavə olaraq həmin əmlakda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci İl tarixli, 121 saylı sərəncamı ilə 12 kv.m mağaza tikintisinə icazə verilmişdir, hal-hazırda həmin ərazidə mağaza fəaliyyət göstərir. Əlavə olaraq X31 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 sentyabr 2004-cü il tarixi 313 saylı sərəncamı ilə 16 kv.m mağaza tikintisinə dair sərəncam verilmişdir. Mağaza hal-hazırda işlək vəziyyətdədir. Bütün bunlara baxmayaraq X71 26 may 2008-ci ildə vəfat etdikdən sonra həmin mirası iddiaçılar qəbul etmişdir və bu günə kimi qoruyub saxlamış, faktiki ona sahiblik etmişlər. Bir sözlə mübahisə predmetinə çevrilmiş əmlak babasından miras qalsa da onlar həmin əmlakdan 50 ildir ki, mübahisəsiz istifadə edirlər. Buna görə də onlar həmin əmlaka dair yeganə pay alacaq varis kimi qəbul edilməli və əmlak bütövlükdə onlara aid edilməlidir. Digər vərəsələr mirası faktiki və rəsmi qəbul etmədiklərinə görə bununla bağlı notariat kontoruna ərizə vermədiklərinə görə mirasdan pay ala bilməzlər. Buna görə də xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhum babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları, paylarının bərabər müəyyən edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı (hakim T.Məmmədov) qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar X32 və X12 tərəfindən qəbul edilməsi faktının tanınmasını və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X5 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2(106)-1576/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019- cu il tarixli, 2(049)- 1648/19 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1576/2024 saylı, 16 noyabr 2024-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin icrasında dönüş edilməsi, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)- 1648/19 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair iddiaçılar İddiaçı1 və X5 adlarına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi qət olunmuşdur (hakimlər İmanov Cahid - sədrlik edən və məruzəçi, Kərimov Tale və Əhmədov Pərviz). İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin olunması haqqında yeni qərarın çıxarılmasını xahiş etmişlər. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(102)-748/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1576/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə mülkiyyət hüququ X47 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibatİ ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 12-18-1/194 saylı arayışından görünür ki, X83 xx.xx.1957-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş, aşağıdakı vərəsələri olmuşdur: Həyat yoldaşı X16 ölmüşdür. X38 ölmüşdür. X28. X29 ölmüşdür. X94 əliz qızı. X45 ölmüşdür. X18 ölmüşdür. X30 ölmüşdür. X19 ölmüşdür. X1. X7. X9. X10. X4. İş materiallarında olan 24 avqust 1991-ci il tarixi arayışdan görünür ki, X60 13 iyun 1931-ci ildə doğulmuşdur. İş materiallarında olan 24 avqust 1991-ci il tarixi arayışdan görünür ki, X71 15 noyabr 1939-cu ildə doğulmuşdur. İş materiallarında olan 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X92 24 dekabr 1935-ci ildə doğulmuşdur. İş materiallarında olan 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X59 11 mart 1938-ci ildə doğulmuşdur. İş materiallarında olan 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X74 27 dekabr 1941-ci ildə doğulmuşdur. İş materiallarında olan 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X73 26 avqust 1945-ci ildə doğulmuşdur. İş materiallarında olan 05 oktyabr 2018-ci il tarixli arayışdan görünür ki, X58 14 iyul 1947-ci ildə doğulmuşdur. İş materiallarında olan 31 iyul 1981-ci il tarixli arayışdan görünür ki, X22 03 aprel 1963-cü ildə ölmüşdür. İş materiallarında olan 04 oktyabr 2018-ci il tarixli arayışdan görünür ki, X61 19 avqust 2001-ci ildə ölmüşdür. İş materiallarında olan 03 fevral 2001-ci il tarixli arayışdan görünür ki, X91 01 yanvar 1996-cı ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X84 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında olan 471102 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X85 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan 291172 saylı ölüm haqqında, şəhadətnamənin surətindən görünür ki, X71 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan X34 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı2 xeyrinə imtina etmişdir. İş materiallarında olan X23 ərizəsindən görünür ki, o ona çatası miras paydan imtina edir və mitras əmlakın İddiaçı1 adına keçirilməsinə etiraz etmir. İş materiallarında olan X42 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı2 xeyrinə imtina etmişdir. İş materiallarında olan X52 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1, xeyrinə imtina etmişdir. İş materiallarında olan X13 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X35 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 471103 saylı haqqında şəhadətnamənin surətindən görünür Ki, X75 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan X24 ərizəsindən görünür ki, o ona çatas miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X25 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 qının xeyrinə imtina etmişdir. İş materiallarında olan 471102 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X76 xx.xx.1995-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X17 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X11 ərizəsindən görünür ki, o ona çatası miras əmlakı qəbul etmir. İş materiallarında olan X26 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 364179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 08 avqust 1979-cu ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X41 xx.xx.1973cü ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X50 xx.xx.1971ci ildə anadan olmuşdur. İş materiallarında olanxx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X51 xx.xx.1969cu ildə anadan olmuşdur. İş materiallarında olan 990908 sayl ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2019-cu ildə ölmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: İş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı ev X47 mülkiyyətində olmuşdur. X20 xx.xx.1957-ci ildə onun həyat yoldaşı X21 isə xx.xx.1963-cü ildə Lənkəran şəhərində vəfat etmişdir. X6 Lənkəran şəhəri H.Əliyev küçəsi-26 ünvanda fərdi yaşayış evi miras qalmışdır. ünvan 3ndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 12-18-1/194 saylı arayışa əsasən mərhumun 8 övladı (vərəsəsi) olmuş və onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulan birinci növbə vərəsədirlər. Mərhumun övladlarından X84 xx.xx.1991-ci ildə, X85 xx.xx.2011-ci ildə, X92 xx.xx.2001-ci ildə, X60 xx.xx.1996-cı ildə, X71 xx.xx.2008-ci ildə vəfat etmişlər. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Vəfat etmiş şəxslərdən X43 ailə üzvü olan X12, eyni zamanda İddiaçı1 mirası faktiki qəbul etmişlər, miras əmlaka sahiblik etməklə miras əmlakı qəbul etdiyini nümayiş etdirmişlər. Belə ki MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Digər vərəsələr isə miras miras əmlaka faktiki olaraq sahiblik edərək onu qəbul etdiyini nümayiş etdirməmişdir. İş üzrə Cavabdeh ailə quraraq Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evi tərk etmiş, miras açıldıqdan sonra miras əmlaka faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair notariat orqanına ərizə verməmişdir. Bununla da miras əmlak yalnız X12 və İddiaçı1 tərəfindən faktiki qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, miras əmlak yalnız İddiaçı2 və İddiaçı1 tərəfindən faktiki qəbul edilmişdir. Beləliklə, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və İddiaçı2 ½ hissədə, pay hüququ müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsi, Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1291-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bildirmişdir ki, həmin mülki işlə bağlı məhkəmə iclaslarının keçirilməsi yeri və vaxtı barədə məlumatı olmamışdır. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, miras əmlakla bağlı cavabdehlə, yəni onunla aralarında mübahisə mövcuddur. İddiaçılar bunu bilə-bilə onun yaşayış yerini düzgün qeyd etməmişlər. Lakin məhkəmə də bu halı araşdırmadan onu məlumatlandırmamış, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bildirmişdir ki, 1945-ci ildə anadan olmuş, atası 1957-ci ildə vəfat etmiş və atasının vəfatından sonra 5 il müddətində miras əmlakda yaşamışdır. Qətnamədə qeyd edilib ki, o, miras əmlakı qəbul etməyib. Atası vəfat edən 1957-ci ildə onun 12 yaşı olmuşdur. Belə çıxır ki, o 12 yaşından əvvəl ailə qurub gəlin köçmüşdür?. Bu əsla belə deyil. Belə ki, o atası vəfat edəndən sonra 5 il müddətində miras əmlakda yaşamış və mirası qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Xahişi ondan ibarətdir ki, apellyasiya şikayəti təmin edilərək mübahisə predmeti olan mirasdan ona da pay verilsin. İş materiallarında olan xx.xx.2012-ci il tarixli mirasdan imtina barədə notarial ərizə ilə bağlı məlumatı yoxdur. Ekspert tərəfindən verilmiş rəyə etiraz edir. Çünki oradaki imza ona məxsus ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, ekspert tərəfindən verilmiş rəylə tanış olmuşdur. Hesab edir ki, ekspert tərəfindən verilmiş rəy tam əsaslıdır. Cavabdeh iddia edir ki, ekspert rəyi ona məxsus deyildir. Amma ki, məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərardad nəticəsində ekspertiza keçirilmiş və imzanın Cavabdeh məxsus olması öz əksini tapmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 487.1-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr-uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaşbacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulası uşaqlar vərəsə ola bilərlər (1947-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada verilmiş mətn). 490-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488-ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətn). İrs buraxan şəxsin 488-ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alırlar (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətni). 491-ci maddəsinə əsasən 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490-cı maddəyə əsasən ona çatası əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) pay alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə əsasən Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Yüksək instansiya məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, yüksək instansiya məhkəməsinin göstərişləri 3 hissədən ibarətdir:
1. Hazırkı iş üzrə digər vərəsələrin (və ya ölən birinci növbə vərəsənin vərəsələri) hazırkı işdə iştiraka cəlb edilməsi, onların özlərinə məxsus miras paylarına hansı formada sərəncam vermələri, bu sərəncamların hüquqi qüvvəsi və müəyyənləşəcək yekun vərəsəlik paylarına təsiri lazımi qaydada araşdırılması;
2. Miras kütləsinə daxil olan predmetin başqa bir şəxsin mülkiyyətinə keçibkeçməməsi məsələsinin araşdırılması;
3. İş materiallarında olan Cavabdeh atası Əli Məmmədovdan miras qalmış Lənkəran şəhəri X81 küçəsi 26 ünvanında yerləşən mirası qəbul etməməsi, gələcəkdə də bununla bağlı hər hansısa bir iddiasının və tələbinin olmayacağı barədə xx.xx.2012ci il tarixli notarial ərizəsinin tədqiq edilməsi, göstərilən iradə bəyanının mübahisənin həllinə təsiri ilə bağlı hüquqi dəyərləndirmə aparılması; Məhkəmə tərkibi yuxarı qeyd edilmiş göstərişlərlə bağlı ətraflı araşdırma apararaq aşağıdakıları qeyd edir: Hazırki mərhələdə X59, X53, X86, X36, X62, X54, X55, X44, X27, X63, X64, X65, X37, X51 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırki işə cəlb edilmişdirlər. Məhkəmə iclası barədə müvafiq bildirişlər adı çəkilən şəxslərin rəsmi qeydiyyatda olduqları ünvanlara göndərilmiş və şəxsi istifadələrində olan telefon nömrələrinə SMS bildirişlər ünvanlanmışdır. Lakin onlar məhkəmə iclasında iştirak etməmiş və mübahisə predmeti üzrə öz mövqelərini bildirməmişlər. Bununla belə, onların iclasda iştirak etməməsi və mövqelərini təqdim etməməsi işin mahiyyəti üzrə həllinə və qərarın verilməsinə mane olan hal hesab edilə bilməz, çünki üçüncü şəxslərin iştirakı məhkəmə tərəfindən təmin edilmiş, onlara prosessual hüquqlarını həyata keçirmələri üçün zəruri şərait yaradılmışdır. Yüksək instansiya məhkəməsinin 2-ci göstərişinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X12 və Həsənova X39 şəhəri, Həzi Aslanov xiyabanı ev 69 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 87.8 kv/m olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən (2/2hissə, 0.06 ha torpaq sahəsi və üzərində olan tam hissə ümumi sahəsi 87.8 kv/m olan fərdi yaşayış evini) alıcı üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin mülkiyyətinə vermişdir. Hazırki mərhələdə məhkəmə tərəfindən Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə 15 avqust 2025-ci il tarixli “ünvan 5 ünvanı ilə “ünvan 6aması barədə məlumat verilməsi ilə bağlı sorğu göndərilmişdir. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəlik və Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “ünvan 5 ünvanı ilə “ünvan 8ə tərkibi qeyd edilmiş iki ünvanın fərqli ünvanlar olması ilə bağlı qeyd edir ki, dövlət orqanlarının öz səlahiyyətləri daxilində tərtib etdikləri sənədlərdə əks olunan faktlar düzgün hesab olunur və əks-sübut təqdim edilməyənədək etibarlı sübut sayılır. Cavab məktubları da həmin orqanların rəsmi məlumatı olduğundan, onların hüquqi qüvvəsi presumpsiya olaraq düzgün və etibarlı hesab edilməlidir. İş materiallarında və ya tərəflər tərəfindən təqdim edilmiş sənədlər arasında rəsmi orqanların mövqeyinə zidd olan hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəliyinin cavab məktubları iş üzrə ünvanların fərqli olduğunu təsdiq edən etibarlı və prezumpsiya üzrə düzgün hesab edilən rəsmi sübutlar kimi qiymətləndirilməlidir. Digər göstərişə münasibətdə məhkəmə tərkibi qeyd etmişdir ki, iş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün iş materiallarında olan (cild 1, səhifə 313) ərizənin sonunda kiril hərfləri ilə yazılmış yazılar və atılan imzanın həqiqətən Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi zəruridir. Bu səbəblə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-948/2025 saylı qərardadı ilə hazırki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli, 4/1390 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 313-cü vərəqəsində olan 24 iyul 2012-ci il tarixli ərizənin kserosurətində “İmza” qrafında əks olunan imza və imzanın qarşısındakı yazılar-Cavabdeh qıız tərəfindən icra olunmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəf bununla bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş materiallarında olan sözügedən ərizənin məzmunundan aydın olur ki, Cavabdeh atası Əli Məmmədovdan miras qalmış, Lənkəran şəhəri, X81 küçəsi 26 ünvanında yerləşən daşınmaz əmlak üzrə miras payını qəbul etmədiyini açıq və birmənalı şəkildə bəyan etmişdir. Ərizədə göstərilən ifadələrdən görünür ki, cavabdeh yalnız həmin tarixdə mirasdan imtina etdiyini bildirməklə kifayətlənməmiş, eyni zamanda gələcəkdə də bu miras əmlakı ilə bağlı hər hansı hüquqi tələbin, iddianın və ya mülki hüquqların həyata keçirilməsi məqsədilə məhkəməyə, notariat orqanına və ya digər aidiyyəti quruma müraciət etməyəcəyini öncədən və könüllü şəkildə öhdəsinə götürdüyünü ifadə etmişdir. Digər tərəfdən, ərizənin təqdim olunduğu tarix, onun məzmunu, imzanın cavabdehin özü tərəfindən atıldığının ekspert rəyi ilə təsdiqlənməsi və iradə azadlığının pozulmasına dair hər hansı sübutun olmaması nəzərə alınmaqla, məhkəmə nəticəyə gəlir ki, cavabdehin həmin bəyanatı öz hüquqi qüvvəsini saxlayır və miras əmlakı ilə bağlı gələcək iddia hüququnun istisna edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.” Məhkəmə tərkibinin qənaətinə görə yuxarıda qeyd edilən vərəsənin mirası qəbul etməməsi barədə ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə onlara çatası mirası qəbul etmək istəməmələri barədə ərizələrinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də Cavabdeh aradan uzun müddət keçdikdən sonra mirasdan notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də Cavabdeh sözügedən yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, Cavabdeh notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsində sözügedən yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır. Bu halda cavabdehin öz imzası ilə təsdiq etdiyi və ekspertiza ilə həqiqiliyi müəyyənləşdirilmiş ərizədə miras payından və gələcək iddia hüquqlarından tam şəkildə imtina etməsi, həmin iradə ifadəsinin bağışlama mahiyyəti daşıdığını sübut edir. Belə olan halda apellyasiya şikayətində cavabdeh tərəfindən həmin ərizənin hüquqi nəticələrinin şübhə altına alınması üçün əsaslı dəlillər təqdim edilməmişdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ekspertiza xərcini təşkil edən 126 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X15, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 126 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X15, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.