Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-949/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdehlərin vəkili (Cavabdeh5 nümayəndəsi və vəkili) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Mönsüm qızına qarşı mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)-1424/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)-1424/2022 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək, cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh5 Rəşad oğlunun, X6, Cavabdeh7, Cavabdeh8 Rəşad oğlunun, Cavabdeh9 Mönsüm qızının ünvan 1 ünvanda yerləşən evdən çıxarılmaları və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdehlər Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)- 1424/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Mönsüm qızının ünvan 2 ünvanda yerləşən mənzidən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin Cavabdeh5, X11, Cavabdeh9 Mönsüm qızı, Cavabdeh2, X9, Cavabdeh4 qarşı məhkəmə qətnamələrinə əsasən qət olunmuş cəmi 51769.71 manat kredit borcuna görə tutmanın ipoteka predmeti olan Beyləqan şəhəri R.Behbudov küçəsində yerləşən Cavabdeh5 məxsus çıxarışı olan 14 may 2015-ci il tarixdə Beyləqan rayonu 1 saylı notariat kontorunda 2015-0514-01/01 nömrəsi ilə qeydiyyata alınmış evə yönəldilməsinə dair qətnamə qəbul edilmişdir. Qətnamə icraya yönəldilmiş və qeyd edilən mənzil hərrac qaydasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında onlara təklif edilmiş və hazırda həmin mənzil onlara verilmişdir. Mənzilə hərracla bağlanmış müqavilə əsasında mülkiyyət hüququ haqqında çıxarışın alınması üçün DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, lakin idarə tərəfindən imtina verilmişdir. İmtinaya səbəb kimi həmin mənzildə qeydiyyatda olan şəxslər tərəfindən şərait yaradılmaması olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına işin halları ilə bağlı qismən düzgün istinad etsə də, həmin normaları səhv təfsir etmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki iddiaçı "xxxx" MMC hərracın qalibi olsa da, həmin hərracdan onların xəbəri olmamış, hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmalarına, qətnamə çıxarılan vaxt həmin işin Beyləqan Rayon Məhkəməsinin icraatında olmasına və onların həmin işə baxılıb qurtaranadək hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmələri barədə vəsatətlərinin olmasına baxmayaraq, məhkəmə mülki işi yekunlaşdırmışdır. Onlar həmin evə tutma yönəldildikdən və ya ev satıldıqdan sonra evdən çıxmaları ilə bağlı notarial qaydada ərizə verməyiblər, ev ipotekada olsa da, həmin evin bir hissəsi, yəni Cavabdeh5 məxsus hissəyə ipoteka qoyulmuş, ipoteka müqaviləsi bağlanılarkən onların həmin evə tutma yönəldilərkən evi boşaldacaqları barədə ərizələri alınmamış, mübahisəli mənzilə mülkiyyət hüquqları xitam verilməmişdir. Məhkəmə isə bu halları nəzərə almadan onların mənzildən istifadə hüququna xitam verməklə çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Onların başqa yaşayış sahələri yoxdur, məhkəmə bu halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə mübahisəli mənzilə mülkiyyət hüquqlarına xitam verilməməsinı, iddiaçının isə mülkiyyətçi hüququ qazanmamasını nəzərə almamış, nəticədə səhv nəticəyə gəlmişdir. Məhkəmə bu hüququ normasına əsaslanaraq, iddianı təmin etmiş, lakin məhkəmə mübahisəli mənzilin hərracda iddiaçı tərəfindən əldə edillməsi barədə hərrac protokolunun olmasını mülkiyyət hüququnun əldə edilməsi kimi dəyərləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki hər hansı bir əşya barədə alqı-satqının olması və ya hərracdan əldə edilməsi, həmin əmlaka mülkiyyət hüququnun yaranması demək deyildir. Qanunun tələbinə görə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir və bu Çıxarış mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir. Onların notariat qaydasında satıldıqdan sonra evi könüllü tərk etmələri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlikləri olmasına baxmayaraq, məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə iddiaçının mülkiyyət hüququna dair heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, iddiaçının subyektiv fikirlərini əsas tutaraq, hərrac protokoluna əsasən evin iddiaçının mülkiyyətində olması qənaətinə gələrək, həmin hərrac protokolunun isə mübahisələndirilməsini nəzərə almamışdır. İddiaçı tərəf onların istifadə hüquqlarına xitam verilməsinə əsas olan heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə bu normanın tələblərinə uyğun olaraq sübutları qiymətləndirib qərar qəbul etməli olmasına baxmayaraq, heç bir sübuta istinad etmədən, ümumi sözlərdən istifadə etməklə iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçi mülkiyyət hüququna istinad etsə də, heç bir sənəd təqdim edə bilməmiş, məhkəmə cavabdehin bu mülahizəsi ilə razılaşmış, lakin qətnamədə hansı hallara əsasən bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə ancaq iddiaçının subyektiv fikrinə istinadə edərək, heç bir mötəbər sübut olmadan bu nəticəyə gəlmişdir. Beyləqan Rayon Məhkəməsi hərracın nəticələrinin etibarsız hesab olunmasına dair icraatada olan mülki işin olmasına baxmayaraq, məhkəmə həmin işin nəticəsini gözləmədən işi yekunlaşdırmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmədə izahat verərək bildirmişdir ki, 24 iyun 2020-ci il tarixli qətnamə ilə cavabdehlərin kredit borcu ipoteka predmeti olan mübahisəndirilən evə yönəldilmişdir. Qətnamə icraya yönəldilmiş və qeyd edilən mənzil hərrac qaydasında verilmişdir. Mənzilə hərracla bağlanmış müqavilə əsasında mülkiyyət hüququ haqqında çıxarışın alınması üçün DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarə ona evə baxış keçirilməli olduqlarını bildirmiş, həmin mənzildə qeydiyyatda olan şəxslər tərəfindən İdarənin işçiləri mənzilə buraxılmamışdır. Cavabdehlərin vəkili (Cavabdeh5 nümayəndəsi) Vəkil məhkəmə iclasında izahat verərək, sözü gedən hərracın protokolunun və nəticələrinin mübahisələndirilməsi üçün işin icraatının dayandırılması birinci instansiya məhkəmsindən xahiş edilmiş, lakin məhkəmə bu xahişi nəzərə almamış, mübahisələndirilən evlə bağlı 4 dəfə hərrac keçirilmiş, bununla da, “İpoteka haqqında” qanunun tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)-1424/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır İş materiallarına əlavə edilmiş kredit müqavilələrindən görünür ki, "xxxx" MMC Cavabdeh4 ilə 14 may 2015-ci il tarixli 0014-0024-01 saylı, Cavabdeh2 ilə 14 may 2015-ci il tarixli OOl5-0025-01 saylı, X11 ilə 14 may 2015-ci il tarixli 0016-0026-01 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqavilələri üzrə hər birinə 10000 (on min) manat kredit verilməklə, həmin 30 000 (otuz min) manat kreditin təminatı kimi Cavabdeh5 mülkiyyətində olan, ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən iki mərtəbəli dörd otaqdan ibarət olan 17.2 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi 14 may 2015-ci il tarixli 2015-0514-01/01 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020)-1788/2017 nömrəli qətnaməsindən görünür ki, "xxxx" MMC cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2015-ci il tarixli 0014-0024-01 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş borca görə 8784,79 manat, faiz borcuna görə 5558,43 manat, cərimə borcuna görə 1 manat, dəbbə borcuna görə 1 manat, borcun cəmi məbləği 14345,22 və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020)-1763/2017 qətnaməsindən görünür ki, "xxxx" MMC cavabdehlər Cavabdeh2 və X5 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilməklə, cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada xx.xx.2015-ci il tarixli 0015-0025-01 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş borca görə 9470,22 manat, faiz borcuna görə 6718,54 manat, cərimə borcuna görə 1 manat, dəbbə borcuna görə 1 manat, borcun cəmi məbləği 16190,76 və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020)-1765/2017 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC cavabdehlər X11 və Cavabdeh9 Mönsüm qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qismən təmin edilməklə cavabdehlər X11 və Cavabdeh9 Mönsüm qızından müştərək qaydada xx.xx.2015-ci il tarixli, 0016-0026-01 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş borca görə 9470,22 manat, faiz borcuna görə 6519,53 manat, cərimə borcuna görə 1 manat, dəbbə borcuna görə 1 manat, borcun cəmi məbləği 15991,75 və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli 2(106) 1827/2018-ci il tarixli qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən-cərimə borcunun tutlmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cərimə borcu 947 manat məbləğində müəyyən edilmiş, iddia qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77.2 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabinin 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX0692722 saylı Çıxarışdan görünür ki, Cavabdeh5 mülkiyyətində olan ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan 77.2 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi l4 may 2015-ci ıl tarixli 2015-0514-01/01 saylı ipoteka müqaviləsi ilə "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020) 1763/17, 2(020) 1765/17 və 2(020) 1788/17-ci il tarixli qətnamələri ilə X11, Cavabdeh4, Cavabdeh2 və qeyrilərindən Hikmət-Ziya Kredit İttifaqı” MMC-in xeyrinə qət olunmuş cəmi 51769.71 manat kredit borcuna görə tutma ipoteka predmeti olan X10 məxsus Beyləqan şəhəri R.Behbudov küçəsində 23 nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv metr yaşayış, 30,6 kv metr köməkçi sahədən ibarət yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54978 (əlli dörd min doqquz yüz yetmiş səkkiz) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli (106) 331/2021 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(020)497/2020 saylı qətnaməsi Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Capitals Auction" MMC-nin İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 58 nömrəli protokoldan görünür ki, Beyləqan rayon icra və probasiya şöbəsinin sifarişi ilə Cavabdeh5 məxsus Beyləqan şəhəri R.Behbudov küçəsində 23 nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi hərraca çıxarılmış hərracın qalibi isə "xxxx" MMC olmuşdur. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(020)-497/2020 saylı, 27 oktyabr 2017-ci il tarixli 2(020)-1763/17, 2(020)-1765/17 və 2(020)-1788/17-ci il tarixli qətnamələri ilə X11, Cavabdeh4, Cavabdeh2 və qeyrilərindən Hikmət-Ziya Kredit İttifaqı” MMC-in xeyrinə qət olunmuş 51769.71 manat kredit borcuna görə tutma ipoteka predmeti olan X10 məxsus Beyləqan şəhəri R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 77,2 kv metr yaşayış, 30,6 kv metr köməkçi sahədən ibarət yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54978 (əlli dörd min doqquz yüz yetmiş səkkiz) manat məbləğ müəyyən edilmiş və iş üzrə icra vərəqəsi icra olunması üçün Beyləqan İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 17 aprel 2022-ci il tarixli 58 nömrəli protokoluna əsasən Beyləqan rayon icra və probasiya şöbəsinin sifarişi ilə Cavabdeh5 məxsus Beyləqan şəhəri R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi hərraca çıxarılmış və hərracın qalibi "xxxx" MMC olmuşdur. Mənzilə harracla bağlanmış müqavilə əsasında mülkiyyət hüququ haqqında çıxarışın alınması üçün DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilsə də, həmin mənzildə qeydiyyatda olan şəxslər tərəfindən şərait yaradılmadığından çıxarışın alınması mümkün olmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin hərracdan məlumatlı olmaması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxma barədə cavabdehlərin ərizələrinin olmaması barədə dəlillərini nəzərdən keçirərək hesab edir ki, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qalan hissəsinə toxunmur. Belə ki, qətnamənin həmin mübahisələndirilməyən hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. “İpoteka haqqında” Qanunun 59.3.1 maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Beyləqan şəhəri R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 77,2 kv metr yaşayış, 30,6 kv metr köməkçi sahədən ibarət yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan sonra ən geci 1 ay müddətində cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Mönsüm qızının həmin yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən çıxarılmalıdırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2023 qərardadının 13-cü bəndində göstərilmişdir ki, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Əlavə olaraq, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri üzrə hazırkı işin icraatının dayandırılması üçün hər hansı perspektiv mövcud deyildir. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)-1424/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(020)-1424/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-949/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-949/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver