Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-949/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X13 oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Laçın rayonunun Hoçaz kəndində anadan olmuş, xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illəri təsdiq edən əmək kitabçası və kombinatın bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kombinatda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi ilə (hakim C.İbrahimov) ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edilmişdir ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilmişdir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatı 1992-ci ilədək fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsinin nəzərə alınmaması və Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1, 308,309.1, 310.1-ci maddələri, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri; Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, işləmə faktını ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırki iş üzrə Şahid qismində çıxış edən V.Həsənovun Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)- 2136/2011 nömrəli qətnaməsi ilə 01 yanvar 1967-ci il tarixdən 01 may 1992-ci il tarixədək Laçın rayonu “Məişət Cihazlarının Təmiri Emalatxanası”nda televizor ustası işləməsi faktı müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilməmişdir. Şahid qismində çıxış edən X5 münasibətdə məhkəmə N.Dadaşovun 1976-cı il fevral ayından 1992-ci il iyun ayınadək sözügedən müəssisəsində işləmə faktını qəbul etməsinə baxmayaraq, ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1980-cı il tarixdə açılmış, işə başlama barədə qeyd isə 1976-cı il fevral ayı qeyd edilmişdir. Həmçinin sözügedən dövrlər üzrə işə daxilolma və işdən çıxma günləri qeyd edilməmişdir. Əlavə olaraq sözügedən dövrlər üzrə əmr nömrələri qeyd edilməmişdir. Belə olan halda şahidin əmək kitabçasının mötəbərliyi şübhə altına alınmalıdır. Əsasnamənin 17-ci bəndinə əsasən normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (1977- 1992). X10 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M318133/2043 nömrəli imtina məktubuna əsasən, müəyyən olunmuşdur ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Ona görə də Laçın Rayon Məhkəməsinin 2(047)-179/2025 nömrəli 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Laçın Rayon Məhkəməsinin 2(047)-179/2025 nömrəli 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin 2(047)- 179/2025 nömrəli 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquqi normalar düzgün tətbiq edilmişdir. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir və sadəcə formal mülahizələrdən ibarətdir. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. Ərizəçinin işləməsi şahidlər X3, X8 və X9 ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Hazırda da ərizəçinin 1977- 1992-ci ilədək Laçın Rayon Məişət Xİdməti Kombinatında işləməyinə dair arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal altında qaldığından onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq iş stajına malik olma faktını təsdiq etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahid qismində çıxış edən X5 münasibətdə birinci instansiya məhkəməsi N.Dadaşovun 1976-cı il fevral ayından 1992-ci il iyun ayınadək sözügedən müəssisəsində işləmə faktını qəbul etməsinə baxmayaraq, ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə olan halda şahidin əmək kitabçasının mötəbərliyi şübhə altına alınmalıdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. X1 ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun olmaması, işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsinin qeyd edilməməsi, ona məxsus əmək kitabçasının etibarsız hesab edilməsi kimi qiymətləndirilə bilməz. X2 Laçın Rayon Məişət Xİdməti Kombinatında işləməməsi anlamına gəlmir. Məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasının forması və doldurulma qaydaları hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında birbaşa müəyyənedici deyil. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün faktın mövcudluğu mühümdür, sənədin forması və quruluşu deyil. Əmək kitabçasında texniki uyğunsuzluqlar (məsələn, qeydlərin vaxtla uyğun gəlməməsi, əmr nömrələrinin olmaması və s.) sənədin hüquqi qüvvəsini şübhə altına alsa belə, bu işə qəbul və faktiki iş fəaliyyəti faktını inkar etmir. Burada əsas məqsəd faktın obyektiv mövcudluğunu müəyyən etməkdir. Belə ki, işğal zonasında sənədlərin itməsi səbəbindən, məhkəmə əsaslı olaraq şahid ifadələri və digər sübutlar əsasında qərar qəbul etmişdir. Əmək kitabçasının doldurulmasındakı çatışmazlıqlar bu faktın mövcudluğunu təkzib etmir. Məhkəmə əmək kitabçasının quruluşuna deyil, faktiki işləmə faktının mövcudluğuna qiymət verməlidir. Bundan başqa apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, hazırki iş üzrə Şahid qismində çıxış edən V.Həsənovun Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)- 2136/2011 nömrəli qətnaməsi ilə 01 yanvar 1967-ci il tarixdən 01 may 1992-ci il tarixədək Laçın rayonu “Məişət Cihazlarının Təmiri Emalatxanası”nda televizor ustası işləməsi faktı müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 və X8 ifadə verərək göstərmişdirlər ki, Ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır. Göründüyü kimi məhkəmə üçün əsas olan qanunvericilikdə nəzərdə tutulan sübutların (ən azı iki şahidin ifadəsi) mövcudluğudur. Həmin iki şahid ifadəsi konkret müəssisədə ərizəçinin işləməsini təsdiq edir. Bu da onu deməyə əsas verir ki, üçüncü şahidin X9 işlədiyi qeyd edilən müəssisələrin eyni olub-olmaması məsələsinin araşdırılması zəruri deyil. Çünki bu, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün əsas deyil. Bundan başqa apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Ona görə də işləmə faktının təsdiq olunmasına zərurət yoxdur. Şikayətin bu dəlilini də əsassız heab edən Məhkəmə tərkibi qeyd edir ki, Laçın rayonunun işğal olunması səbəbindən sənədlərin itirilməsi rəsmi şəkildə təsdiq olunmuş faktdır. Ərizəçinin həmin dövr üzrə iş stajını başqa yolla təsdiqləməsi obyektiv olaraq mümkünsüzdür. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin məqsədi – hüquq əldə etmək üçün əsas yaratmaqdır, hüququ birbaşa təmin etmək deyil. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün əsas şərt odur ki, bu fakt gələcəkdə müəyyən hüquqi nəticələrin yaranmasına səbəb ola biləcək fakt olsun. Hazırkı iş üzrə söhbət ərizəçinin iş stajından gedir. İş stajının müəyyən olunması birbaşa əmək pensiyasına çıxmaq hüququnun əldə olunması üçün zəruri əsasdır. Yəni, məhz bu hüquqi faktın müəyyən olunması ərizəçinin gələcəkdə əmək pensiyası almaq hüququ üçün hüquqi baza yaradır. Bu mərhələdə hüquq yaranmır, hüququn yaranması üçün zəruri olan ilkin hüquqi fakt təsdiq olunur. Apellyasiya şikayətində qeyd edildiyi kimi, ərizəçinin bu dövrlərlə belə sosial sığorta stajı tam olmaya bilər. Lakin bu, hüquqi əhəmiyyətli faktın müəyyən olunmasının zəruriliyini aradan qaldırmır. Ərizəçinin 25 illik sosial sığorta stajı tamamlamaq hüququ üçün hər bir dövrün təsdiqlənməsi zəruridir və bu konkret dövr həmin məqsədə xidmət edir. Əgər bu hüquqi əhəmiyyətli fakt təsdiq edilməzsə, ərizəçi gələcəkdə pensiya hüququ üçün tələb olunan stajı sübut edə bilməyəcək. Göründüyü kimi ərizəçinin ərizəsini təmin etmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə ərizənin təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-949/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-949/2025
12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver