Məhkəmə qərarları › İş №2(106)-956/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-956/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-956/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 hüquqi varisi Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 180.252,72 manat – bundan 129.264,94 manat əsas, 8.177,03 manat faiz, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.810,75 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 Şahi qızının vərəsələri Cavabdeh4, X5, Cavabdeh6, Cavabdeh7 istfadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 28 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.. Lənkəran Rayon Məhkəməsinin 2(049)61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: Rəşad Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19.238,73 faiz borcu olmaqla, cəmi 156.680,7 manat, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mərhum X4 mülkiyyətində olmuş və hazırda onun vərəsələri Cavabdeh4, X5, Cavabdeh6, Cavabdeh7 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satışa çıxarılması və ipoteka redmeti olan qeyd edilən əmlakın ilkin satış qiymətinin 598.500,00 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 MMCdən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 hüquqi varisi Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş materialları 01 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)956/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 03 may 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)956/2024 saylı, 03 may 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 24 iyun 2024-cü il tarixə təyin edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iş materiallarında yekun məhkəmə aktı kimi Lənkəran Rayon Məhkəməsinin 2 fərqli qətnaməsi mövcuddur. Hər iki qətnaməyə nəzər yetirdikdə müəyyən edilir ki, həmin qətnamələrin məzmunu fərqlidir və həmin qətnamələrin birinin təsviri, əsaslandırıcı və nəticə hissələrində başqa mülki işdən qalma hallar öz əksini tapmışdır. AZEMİS nəzər yetirdikdə də müəyyən edilir ki, sistemin məhkəmə aktı bölməsində hazırkı mülki işə aidiyyəti olmayan həmin qətnamə yerləşdirilərək hakim tərəfindən imzalanmış, daha sonra həmin qətnamə iş materiallarına əlavə edilməklə tərəflərə göndərilmişdir. Bundan sonra hakim tərəfindən AZEMİS-in bildiriş bölməsinə düzgün qətnamə yerləşdirilərək yenidən tərəflərə göndərilmişdir. Kollegiya qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş qətnamənin hazırkı işlə aidiyyatı olmadığından və həmin qətnamədə başqa mülki işlə bağlı hallar göstərildiyindən kollegiya tərəfindən işə aidiyyəti üzrə baxılması və yekun nəticəyə gəlinməsi mümkün deyildir. Həmçinin tərəflərin verdiyi apelyasiya şikayətlərində də iş materiallarında olan qətnamədən deyil, daha sonra sistemə yerləşdirilmiş qətnamədən verilən şikayət olmasını nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)956/2024 saylı, 03 may 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinin qaytarılmalıdır. Həmçinin Lənkəran Rayon Məhkəməsini tərəfindən göndərilmiş 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsininin 29 noyabr 2023-cü il tarixli qətnaməsinin elektron imzalanmasında yol verilmiş texniki səhvin aradan qaldırılması zərurəti ilə bağlı mülki iş materiallarının Lənkəran Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)956/2024 saylı, 03 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 hüquqi varisi Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar