Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-962/2025 23.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2nə qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən verilmiş Çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2(049)-42/2025 saylı qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 19 saylı mənzilin alqı-satqısı barədə X4 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunmasına, Cavabdeh2 tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 24 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh4 il Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv olunmasına, Cavabdeh2 tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 29 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh3 ilə ”Cənub Mənzil Tikinti” Kooperativi arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş Çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh2nə qarşı qaldırılmış “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi barədə” iddia tələbi Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh2 tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzillərin təhvil-təslim aktı ilə ona təhvil verilməsi və Cavabdeh2 tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "Cənub Mənzil Tikinti” Kooperativinə qadağan edilməsi qərara alınmışdır. Qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması Şirvan Apelyasiya Məhkəməsi tərəfindən mümkünsüz hesab edilmiş, eləcə də kassasiya şikayəti də təmin edilməmişdir. Qətnamənin icra olunması üçün Lənkəran Rayon Məhkəməsində icra vərəqəsi imzalanaraq Lənkəran rayon İcra və probasiya şöbəsinə xx.xx.2024 tarixində göndərilmişdir. Cavabdeh2 Lənkəran rayon İcra və probasiya şöbəsinə elektron kabinet vasitəsi ilə izahat və arayış təqdim edərək həmin mənzillərin ikinci dəfə başqa şəxslərə satıldığını əsas gətirib, qətnamənin icrasının mümkünsüz olduğunu bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2nə verilmiş arayışdan aydın olur ki, qətnamə ilə təhvil-təslimi nəzərdə tutulan 19 saylı mənzil X1, 24 saylı mənzil Cavabdeh4, 29 saylı mənzil Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilməyərək İddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh2nə qarşı iddia qaldırmaq hüququnun izah olunması və Cavabdeh2 barəsində ayrıca xüsusi qərardad çıxarılmış, həmin qərardad səlahiyyətli şəxsin (şəxslərin) eyni mənzillərin müxtəlif şəxslərə satılması ilə bağlı əməlində (əməllərində) cinayət tərkibi əlamətləri aşkar olduğuna görə araşdırma aparılması üçün xüsusi qərardad Lənkəran rayon prokurorluğuna göndərilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında X2 Cavabdeh2nə qarşı mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbində dair 2(106)-388/2025 saylı mülki iş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 43-cü maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. MPM-in 167.2-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxılmağa hazırlayarkən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. MPM-in 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin icraatında olan hər iki iş üzrə iddiaçı tərəf eyni və mübahisə predmeti oxşar olmaqla, o cümlədən posessual qənaət baxımından İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2nə qarşı alqısatqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən ƏMDX tərəfindən verilmiş “Çıxarış”ların ləğvi tələbinə dair hazırkı 2(106)-962/2025 nömrəli mülki iş X2 Cavabdeh2nə qarşı mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbində dair 2(106)-388/2025 nömrəli mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməli, mülki işdə 2(106)-388/2025 nömrəsi saxlanılmalıdır. Məhkəmə tərkibi qeyd olunanlara əsasən və MPM-in 169.3,169.4, 263- 264, 400-cü maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2nə qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən ƏMDX tərəfindən verilmiş “Çıxarış”ların ləğvi tələbinə dair 2(106)-962/2025 nömrəli mülki iş X2 Cavabdeh2nə qarşı mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbində dair 2(106)-388/2025 nömrəli mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin, mülki işdə 2(106)-388/2025 nömrəsi saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-962/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-962/2025
23.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver