Məhkəmə qərarları › İş №2(106)-970/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-970/2024

02.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-970/2024 02.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinə qarşı işə bərpa olunması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(020)-1154/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 16 iyul 2021-ci il tarixli bağlanmış əmək müqaviləsinin 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə dəyişdirilməsi və xitam verilməsinə dair Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinin 01 mart 2023-cü il 375 nömrəli əmrləri ləğv edilərək onu Beyləqan rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarasılmasını və eyni zamanda Beyləqan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin direktorunun əməlində vəzifə səlahiyyətlərində sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarına yol verdiyi müəyyən edildiyində barələrində ayrı-ayrılıqda xüsusi qərardad çıxararaq baxılması üçün aidiyyəti prokurorluğa göndərəsilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(020)-1154/2023 saylı qətnaməsi ilə (Seyfəli Seyfullayev) iddia qismən təmin edilərək Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin İddiaçı barəsində olan 20 fevral 2023-cü il tarixli 307 saylı əmrinin ləğv edilməsi, İddiaçı Beyləqan rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi, 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia onunla əsaslandırılmışdır ki, 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmrlə müddətli müqavilə əsasında Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinin laboratoriya şöbəsinə orta ixtisas laborant təhsili nəzərə alınaraq ərizəsi əsasında xx.xx.2025-ci ilə qədər 1.0 oklad laborant vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir nöqsana yol vermədən işinin öhdəsindən lazımı qaydada gəlmişdir. Təxminən 2 ilə yaxın müddət ərzində tutduğu vəzifədə işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli 307 nömrəli əmrlə Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ laboratoriya şöbəsində laborant vəzifəsindən heç bir əsas gətirmədən və xəbəri olmadan onu anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində xadimə vəzifəsinə təyin etmişdir. Təbii ki, yol verilmiş qanun pozuntusuna biganə qala bilmədiiyndən xx.xx.2023cü il tarixdə Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-nin direktoruna rəsmi qaydada etiraz ərizəsi ünvanlamışdır. Etiraz ərizəsindən qərəzli qalan Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ xx.xx.2023-cü il tarixdə 375 nömrəli əmrlə iştirakı olmadan birtərəfli və qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir. O, sözügedən qanunsuzluğu öyrəndikdən sonra dəfələrlə şifahi müraciət edəndən sonra bir əmək müqaviləsi əldə etmiş və xx.xx.2023-cü ildə isə poçt vasitəsilə əmək kitabçası ünvanına göndərilmişdir. Daha sonra əldə etdiyi əmək müqaviləsinə baxdıqda görmüşdür ki, imza ona məxsus deyil, onun müqaviləsinə müdaxilə edilərək saxtalaşdırılmışdır. O elektron hökumət portalına daxil olub elektron əmək müqaviləsinə baxanda gördüklərinə yenə inanmamışdır, elektron əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci ilə qədər qeyd olunub, lakin ona verilən əmək müqaviləsində bu tarix 3 aylıq göstərilib. Bundan əlavə, ona verilən əmək kitabçasında iş yerinin qanunsuz olaraq dəyişdirilməsi xx.xx.2023-cü il qeyd olunsa da, elektron əmək müqaviləsində bu tarix xx.xx.2023-cü il kimi qeyd olunub. O, "xxxx" ASC-nin Beyləqan rayon filialından xx.xx.2021-ci il tarixdə 60 ay müddətə GTKR4582219A140 müqavilə nömrəsi ilə kredit götürmüşdür. Əmək müqaviləsi üç ay müddətə bağlanmış olsa idi, bank mütəxəssisi riskləri dəyərləndirər və adına uzun müddətli kredit rəsmiləşdirilməzdi. Onun iştirakı olmadan Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-nin direktoru qanunsuz olaraq müqaviləni dəyişdirərək üç aylıq müddətli etmişdir. Necə ola bilər ki, razılığı olmadan üç gün ərzində həm iş yeri dəyişdirilsin, sonra isə işdən azad olunsun. O, xx.xx.2023-cü il tarixə qədər iş yerində olmuş və müraciət edən xəstələrdən laborator analizlər götürərək rəsmi qeydiyyata almışdır. Cavabdeh idddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işçinin xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə əmək funksiyasını düzgün icra etmədiyi müəyyən olmuşdur. xx.xx.2022-ci il tarixdə Laboratoriya şöbəsinin rəhbəri İddiaçı barəsində əmək funksiyasını düzgün icra etmədiyinə görə tədbir görülməsini xahiş etmişdir. Daha sonra ona barəsində əmək intizamını pozduğu və əmək funksiyasını düzgün icra etmədiyinə görə töhmət verilmişdir. xx.xx.2023-cü il tarixdə laboratoriyada İddiaçı tərəfindən analizlərdə çoxlu səhvlərə yol verildiyi və vətəndaşlar tərəfindən şikayətlərə səbəb olduğu onun diqqətinə çatdırılmış, ondan analizləri düzgün etməsi tələb olunmuş, digər laborantlarla şöbəyə gedərək analizlərin necə icra olunmasını öyrənmək tapşırılmışdır. O isə buna səs-küy salaraq münasibət bildirmiş, laboratoriyanın işini pozmuş, tapşırıqları icra etməmişdir. Bu barədə akt tərtib edilmişdir. Reanimasiya şöbəsinin müdiri iddiaçının xx.xx.2023-cü il tarixdə aldığı intizam tənbehindən nəticə çıxarmayaraq, iş buraxmağa davam etdiyini qeyd edən təqdimatla müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə Reanimasiya şöbəsinə xadimə vəzifəsinə keçiriləcəyinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə artıq onun işlədiyi şöbə dəyişməsinə baxmayaraq Laboratoriya şöbəsinə işə gələrək orada analizlərin götürülməsinə mane olmuşdur. Cavabdeh2 adlı Məşğulluq idarəsində işlə bağlı uçotda olan və işə görə müraciət edən şəxsi laboratoriyaya işə götürmüşlər. İddiaçı artıq Reanimasiya şöbəsinin işçisi olduqdan sonra onu gəlib təhqir etmiş, əmək funksiyasını icra etməyə mane olmuşdur. Onun xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə bütün iş günü ərzində reanimasiya şöbəsində işdə olmaması işçilər tərəfindən aktlaşdırılmış, öz təsdiqini tapmışdır. İşçinin həmin tarixlərdə davamiyyət jurnalında imzası olmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixdə işçinin işdən çıxarılmasına münasibət bildirilməsi üçün Həmkarlar komitəsinə müraciət edilmişdir. Beyləqan rayonu Səhiyyə işçilərinin X3nın rəyasət heyyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Bu qərar İddiaçı dinlənildikdən sonra qəbul edilmişdir. İddiaçı şuraya özünü təqsirkar bilmədiyini bildirmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bunun əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi olmuş, yəni bütün iş günü üzrlü səbəb olmadan iş yerində olmamış, əmək funksiyasını yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı xəstəxanada xx.xx.2021-ci il tarixdən laborant vəzifəsində müddətli müqavilə əsasında işləyib, xx.xx.2023-ci il tarixdə “onun xəbəri olmadan” Reanimasiya şöbəsinə xadimə vəzifəsinə keçirilmişdir. Buna etirazını xx.xx.2023-cü il tarixdə bildirmişdir. xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. İşdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla belə iddiaçı əmək mübahisəsinə dair qanunun iddia müddəti barədə tələblərinə əsasən 1 aylıq müddəti ötürmüşdür. İddiaçının işdən azad edilməsi barədə məlumatlı olmuşdur. xx.xx.2023-cü il tarixdə Mediasiya haqqında arayış alınmış, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. iddiaçı əmrin ləğvi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onun adından saxta şəkildə ərizə tərtib edilmişdir. Halbuki, o heç bir ərizəni imzalamamışdır və sözügedən ərizədəki imza ona məxsus deyildir. Ərizədə guya könüllü olaraq laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməyini xahiş etmişdir. O, heç vaxt xadimə kimi işləməmişdir. Laborant olaraq işləmiş və aidiyyəti şöbənin davamiyyət jurnalına imza atmışdır. O, son günə kimi yeni doğulmuş uşaqların qan analizlərini götürərək müvafiq kitablara imza etməklə təhvil vermiş, habelə yeni doğmuş qadınları qeydiyyata salmışdır. O nə həmkarlar ittifaqı görmüş, nə də hüquqşünasla danışmışdır. Birinci instansiya məhkəməsinə ərizə təqdim edilmiş, orada həmin ərizədən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, ekspert ondan iki dəfə yazı nümunəsi götürmüşdür. Məhkəmə zamanı cavabdeh tərəf ərizənin əslini təqdim edə bilmədiyi üçün ekspertiza məhkəməyə imtina məktubu göndərmişdir. Ərizənin əslini təqdim etməyi tələb etsə də, cavabdeh ərizənin əslini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçının xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə əmək funksiyasını düzgün icra etmədiyi müəyyən olmuşdur. xx.xx.2022-ci il tarixdə onun barəsində Laboratoriya şöbəsinin rəhbəri onun əmək funksiyasını düzgün icra etmədiyinə görə tədbir görülməsini xahiş etmişdir. Daha sonra onun barəsində əmək intizamını pozduğu və əmək funksiyasını düzgün icra etmədiyinə görə töhmət verilmişdir. xx.xx.2023-cü il tarixdə laboratoriyada İddiaçı tərəfindən analizlərdə çoxlu səhvlərə yol verildiyi və vətəndaşlar tərəfindən şikayətlərə səbəb olduğu onun diqqətinə çatdırılmış, ondan analizləri düzgün etməsi tələb olunmuş, digər laborantlarla şöbəyə gedərək analizlərin necə icra olunmasını öyrənmək tapşırılmışdır. O isə buna səs-küy salaraq münasibət bildirmiş, laboratoriyanın işini pozmuş, tapşırıqları icra etməmişdir. Bu barədə akt tərtib edilmişdir. Reanimasiya şöbəsinin müdiri iddiaçının xx.xx.2023-cü il tarixdə aldığı intizam tənbehindən nəticə çıxarmayaraq iş buraxmağa davam etdiyini qeyd edən təqdimatla müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə Reanimasiya şöbəsinə xadimə vəzifəsinə keçiriləcəyinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə artıq onun işlədiyi şöbə dəyişməsinə baxmayaraq Laboratoriya şöbəsinə işə gələrək orada analizlərin götürülməsinə mane olmuşdur. Cavabdeh2 adlı Məşğulluq idarəsində işlə bağlı uçotda olan və onlara işə görə müraciət edən şəxsi laboratoriyaya işə götürmüşlər. İddiaçı artıq Reanimasiya şöbəsinin işçisi olduqdan sonra onu gəlib təhqir etmiş, əmək funksiyasını icra etməyə mane olmuşdur. Onun xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə bütün iş günü ərzində reanimasiya şöbəsində işdə olmaması işçilər tərəfindən aktlaşdırılmış, öz təsdiqini tapmışdır. İşçinin həmin tarixlərdə davamiyyət jurnalında imzası olmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixdə işçinin işdən çıxarılmasına münasibət bildirilməsi üçün Həmkarlar komitəsinə müraciət edilmişdir. Beyləqan rayonu Səhiyyə işçilərinin X3nın rəyasət heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmək mqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Bu qərar İddiaçı dinlənildikdən sonra qəbul edilmişdir. İddiaçı şuraya özünü təqsirkar bilmədiyini bildirmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bunun əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi olmuşdur. Yəni bütün iş günü üzrlü səbəb olmadan iş yerində olmamış, əmək funksiyasını yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı xəstəxanada xx.xx.2021-ci il tarixdən laborant vəzifəsində müddətli müqavilə əsasında işləyib, xx.xx.2023-ci il tarixdə “onun xəbəri olmadan” Reanimasiya şöbəsinə xadimə vəzifəsinə keçirilmişdir. Buna etirazını xx.xx.2023-cü il tarixdə bildirmişdir. xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. İşdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla belə, iddiaçı əmək mübahisəsinə dair qanunun iddia müddəti barədə tələblərinə əsasən 1 aylıq müddəti ötürmüşdür. İddiaçının işdən azad edilməsi barədə məlumatlı olmuşdur. xx.xx.2023-cü il tarixdə Mediasiya haqqında arayış alınmış, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmrin ləğvi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. Məhkəməyə iddiaya qarşı etiraz və iddia müddətinin ötürülməsi barədə ərizə verilsə də, məhkəmə qərəzli mövqedən çıxış edərək nəzərə almamış, iddiaçının mənafeyinə xidmət edən qərar qəbul etmişdir. İddiaçı iddiasını müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(020)-1154/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmək müqaviləsi ilə Əliyeva X1 rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinə orta ixtisas laborant təhsili nəzərə alınaraq ərizəsi əsasında xx.xx.2025-ci ilə qədər 1.0 oklad laborant vəzifəsinə təyin olunmuşdur. İşdə olan İddiaçı məxsus əmək kitabçasından görünür ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ Əmək Məcəlləsinin 72-ci maddəsinin “a bəndinə əsasən əmək müqviləsinə xitam vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Əliyeva X1 rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinin laborantı vəzifəsindən azad edilməsinə etiraz etmir. İşdə olan 65 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-nin işçiləri həmin xəstəxananın laborant şöbəsində işləyən İddiaçı iş vaxtı strukturuna olmayan formadan olduğuna, adını və vəzifəsini təsdiq edən yaxalıqdan istifadə etmədiyinə görə akt tərtib etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əmrlə Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞnin laboratoriya şöbəsinin laborantı İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təqdimatdan görünr ki, Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinin rəhbəri təqdimatla müraciət edərək İddiaçı öz əmək funksiyasını düzgün icra etmədiyi üçün işçilər tərəfindən tərtib edilmiş aktın nəzərə alınmasını və İddiaçı barəsində tədbir görülməsini xhaiş etmişdir. İşdə olan Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-nin həmin xəstəxananın Həmkarlar Komitəsinin sədrinə ünvanladığı xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, xəstəxananın səlahiyyətli şəxsləri tərəfindən İddiaçı barəsində imzalanmış aktların və ona verilmiş töhmətin nəzərə alınaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan Beyləqan rayon Səhiyyə işçiləri X3 Rəyasət Heyyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(020)-1154/2023 saylı qərardadı ilə Əliyeva X1 rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinin laborantı vəzifəsindən azad edilməsinə etiraz etməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizənin imzasının iddiaçı tərəfindən icra edilib-edilməməsi ilə bağlı məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza nümunəsi üçün Beyləqan rayon mərkəzi xəstəxanasından xx.xx.2023-cü il tarixli ərizənin əsli tələb edilmişdir. Beyləqan rayon mərkəzi xəstəxanası məktubla həmin ərizənin İddiaçı şəxsi işində mövcud olmamasını bildirmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına apellyasiya şikayətinin dəlilləri və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) “q” bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq kimi əsas hüququ vardır. ƏM-in 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-in 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. ƏM-in 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. ƏM-in 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. ƏM-in 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-in 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. ƏM-in 300-cü maddəsinə görə əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işə götürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, İddiaçı ərizəsi əsasında 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmək müqaviləsi ilə Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinə xx.xx.2025-ci ilə qədər 1.0 oklad laborant vəzifəsinə təyin olunmuşdur. Daha sonra 19 fevral 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Əliyeva X1 rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinin laborantı vəzifəsindən azad edilməsinə etiraz etmir. İddiaçı məxsus əmək kitabçasından xx.xx.2023-cü il tarixdə Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a bəndinə əsasən onunla əmək müqviləsinə xitam verilməsi aşkar olur. Beyləqan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(020)- 1154/2023 saylı qərardadı ilə Əliyeva X1 rayon mərkəzi xəstəxanası PHŞ-nin laboratoriya şöbəsinin laborantı vəzifəsindən azad edilməsinə etiraz etməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizənin imzasının iddiaçı tərəfindən icra edilib-edilməməsi ilə bağlı məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza nümunəsi üçün Beyləqan rayon mərkəzi xəstəxanasından xx.xx.2023-cü il tarixli ərizənin əsli tələb edilmiş, lakin cavabdeh məktubla həmin ərizənin İddiaçı şəxsi işində mövcud olmamasını bildirmişdir. Halbuki, həmin ərizənin surəti işə əlavə edilmişdir. Beləcə, yuxarıda qeyd edilənlərdən kollegiya həmin ərizənin iddiaçıya məxsus olmadığı və buna görə də, məhkəməyə təqdim edilməməsi qənaətinə gəlir. Göründüyü ki, İddiaçı Beyləqan rayon mərkəzi xəstəxanasının PHŞ-nin laboratoriya şöbəsinə laborant vəzifəsinə təyin olunmasına dair 16 iyul 2021-ci il tarixli 145 nömrəli əmək müqaviləsinin dəyişdirilməsinə əsas olmuş ərizə mötəbər olmamış, işçinin razılığını (iddiaçının iradəsini) əks etdirməmiş, bununla da, iddiaçının başqa işə keçirilməsi əmək qanunverciliyinin tələblərinə əməl edilməməklə baş vermişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı məhkəmədə izahat verərkən heç vaxt xadimə işləmədiyini, həmişə laborant olaraq işlədiyini və buna görə də aidiyyəti şöbənin davamiyyət jurnalına imza atdığını bildirmişdir. Hətta o, işdən çıxarıldığı günə kimi yeni doğulmuş uşaqların qan analizlərini götürərək müvafiq kitablara imza etməklə təhvil verməsini və yeni uşaq doğmuş qadınları qeydiyyata salmasını demişdir. Bu baxımdan, Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə müvafiq sorğular verilərək xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ-in laboratoriya şöbəsində laborator analizlərin kim tərəfindən götürülməsi barədə məlumatların; xx.xx.2023-cü il tarixli 307 saylı və xx.xx.2023-cü il tarixli 375 saylı əmrlərin İddiaçı təqdim edilməsinə dair məlumatın (təsdiq edən sübutlarla); İddiaçı əmək intizamını pozduğu və əmək funksiyasını düzgün icra etmədiyinə görə töhmət verilməsi üzrə bütün materialların (izahat, əmrin təqdim edilməsi və s.), həmçinin Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ-in laboratoriya və anesteziologiya, reanimasiya və intensiv terapiya şöbələrində götürülən analizlərin qeydiyyatı kitabının və xx.xx.2023–xx.xx.2023-cü il tarixlərdə işçilərin davamiyyətini özündə əks etdirən kitabın (tabelin), əlavə olaraq, laboratoriya (doğum evi) tabelinin, həmçinin yeni doğulmuş uşaqların qan qrupu kitabının və uşaqların analarının qan analizlərinin qeydiyyatı kitabının məhkəməyə göndərilməsi xahiş edilsə də, qeyd edilənlər təqdim edilməmiş və adıçəkilən halların dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, iddiaçının xadimə vəzifəsinə keçirilməsi barədə onun ümumiyyətlə məlumatsız olması və həmişə laborant işləməsi faktı təsdiq olunur. Məhkəmə hazırkı iş üzrə iddia müddətinin keçməsi ilə bağlı cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinin ərizəsinə əsasən diqqətə çatdırır ki, ƏM-in 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu Maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləcə, işin cavabdehin ərizə ilə istinad etdiyi hallarla İddiaçı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə xitam edilməsi ilə bağlı 20 fevral 2023-ci il tarixli 307 nömrəli yaxud xx.xx.2023-cü il tarixdə K-375 aylı əmrin İddiaçı hansı tarixdə verilməsi aşkar edilmir. Əmrin göndərilməsinə dair zərfin üzərində 14 aprel 2024-cü il tarixi qeyd olunsa da, onun iddaçıya nə vaxt çatdırılması barədə işdə hər hansı sənəd (xəbərnamə, qəbz və s.) mövcud deyildir. Bununla da, əmri mübahisələndirmək üzrə hazırkı iddianın qaldırılması zamanı ƏM-in 296-cı maddəsində nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürülməsi barədə cavabdehin ərizəsinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçını intizmalandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” İddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Habelə MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu baxımdan, qeyd edilməlidir ki, cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında təqdim etdiyi aktlar və digər sənədlər yuxarıda göstərildiyi kimi qanunla müəyyən edilmiş zamanda təqdim edilmədiyi üçün mötəbər sübut kimi qəbul edilərək onlara hüquqi qiymət verilə bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və formal xarakter daşımaqla şikayətdə sadalanmışdır, buna görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmaqla, işin müəyyən edilmiş halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Ona görə də, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(020)- 1154/2023 saylı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(020)-1154/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar