Məhkəmə qərarları › İş №2(106)-970/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-970/2025

05.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-970/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə müvafiq olaraq Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarına və həmin şöbənin xx.xx.2024-cü il tarixli “qiymətləndiricinin dəvət olunması barədə” qərarına uyğun olaraq İddiaçı məxsus əmlaklar Cavabdeh2 Qiymətləndirmə və konsaltinq Şirkəti tərəfindən qiymətləndirilmiş və bu barədə xx.xx.2025-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”lar (bundan sonra “Hesabat” və ya “Hesabat”lar) tərtib olunmuşdur. Tərtib olunmuş “Hesabat”lara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən; -xx.xx.2013-cü il tarixli Çıxarışa və **********85 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 324.000 (üç yüz iyirmi dörd min) manat, - həmin ünvanda yerləşən və xx.xx.2013-cü il tarixli Çıxarışa və **********86 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 300.000 (üç yüz min) manat, -həmin ünvanda yerləşən və xx.xx.2013-cü il tarixli Çıxarışa və **********87 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 300.000 (üç yüz min) manat dəyərində qiymətləndirilmişdir. “Hesabat”larla tanışlıqdan görünür ki, həmin sənədlərin hər biri cəmi 13 səhifədən ibarətdir və həmin sənədin yalnız yarım səhifəsi (11-ci bənd) qiymətləndirilən əmlakın bazar dəyərinin təhlilinə həsr olunmuşdur. Həmin bölmədə yekun olaraq qeyd edilmişdir ki, qiymətləndirici mütəxəssis tərəfindən qiymətləndirmə prosesində tətbiq olunan metedologiyalar, beynəlxalq və yerli təcrübə, bazarın konyunukturası və əmlaka dair bazarda olan tələb və təklif araşdırılmış, əldə edilmiş məlumatlar üzərində təhlil və hesablamalar aparılaraq əmlakların bazar dəyəri müəyyən edilmişdir. Buna baxmayaraq həmin sənədlərdən mütəxəssis tərəfindən hansı beynəlxalq və yerli təcrübənin, hansı tələb və təkliflərin, hansı hesablamaların və s. aparıldığı görünmür və sadəcə olaraq həmin ifadələr söz yığımından başqa heç nəyi əks etdirmir. Qiymətləndirilən torpaq sahələrinin hamarlanmasına başlanılmış, əraziyə svaylar vurulmuş, hündürlüyü təxminən 6-7 metr təşkil edən dəmir-beton hasar çəkilmiş və digər işlər yerinə yetirilmişdir ki, həmin işlərin görülməsi üçün yüz minlərlə manat vəsait xərclənmişdir. İddiaçının sifarişinə ona məxsus olan və Cavabdeh2 şirkəti tərəfindən qiymətləndirilmiş əmlaklar yenidən həm "xxxx" MMC və həm də "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və bu barədə müvafiq “Qiymətləndirmə Hesabat”ları tərtib etmişlər."xxxx" MMC tərəfindən -xx.xx.2013-cü il tarixli Çıxarışa və **********85 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat, -xx.xx.2013-cü il tarixli Çıxarışa və **********86 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 408.000 (dörd yüz səkkiz min) manat, xx.xx.2013-cü il tarixli Çıxarışa və **********87 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinəbazar dəyəri 408.000 (dörd yüz səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC; -xx.xx.2013-сü il tarixli Çıxarışa və **********85 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 432.000 (dörd yüz otuz iki min) manat, -xx.xx.2013cü il tarixli Çıxarışa və **********86 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat, xx.xx.2013-cü il tarixli Çıxarışa və **********87 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda Cavabdeh2 Şirkəti tərəfindən üç əmlaka qoyulan qiymətin cəmi 924 000 (doqquz yüz iyirmi dörd min) manat təşkil etdiyi halda, bundan fərqli olaraq "xxxx" MMC tərəfindən həmin üç əmlaka qoyulan qiymətin cəmi ******* (bir milyon iki yüz otuz üç min manat (əvvəlkindən 309 000 manat artq), "xxxx" MMC tərəfindən isə üç əmlaka qoyulan qiymətin cəmi 1 272 000 (bir milyon iki yüz yetmiş iki min) manat (əvvəlkindən 348 000 manat artıq) təşkil etmişdir. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən: - xx.xx.2013-cü il tarixli Çıxarışa və **********85, **********86 və **********87 nömrəli dövlət reyestr nömrələrinə malik hər biri 0.12.ha torpaq sahəsinin (cəmi 0.36 ha) qiymətləndirmə tarixinə bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli Sərraf-M” Qiymətləndirmə və konsaltinq Şirkəti tərəfindən tərtib edilmiş “Qiymətləndirmə hesabat”larının ləğv edilməsi, həmçinin, vəkilə nümayəndəyə cəkilən 340 (üç yüz qırx) manat və iddia ərizəsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhər Nəsimi rayon icra və probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və iddiaçıya icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadından İddiaçı (nüməyəndə və vəkili Nümayəndə) şikayət verərək Salyan Rayon Məhkəməsinin 2(057)-889/2025 saylı 23 aprel 2025-ci il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Həmin Qanunun 10.4-cü maddəsinin tələbinə görə də qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. İddia ərizəsində göstərilən əmlaklar Cavabdeh2 Şirkəti tərəfindən qiymətləndirildikdən sonra o digər qiymətləndiricilərə də müraciət etmiş və aparılmış qiymətləndirmələr bir daha əsas vermişdi ki, hazırkı iş üzrə qiymətləndirici iddiaçıya məxsus əmlakları düzgün qiymətləndirməmiş, obyektiv olmamış və hansısa maraqlar xatirinə iddiaçıya məxsus əmlakları qüvvədə olan və yaxud mövcud olan bazar qiymətlərindən olduqca aşağı qiymətə dəyərləndirmişdir. Belə ki, iddiaçının sifarişinə ona məxsus olan və Cavabdeh2 şirkəti tərəfindən qiymətləndirilmiş əmlaklar yenidən həm "xxxx" MMC və həm də "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və bu barədə müvafiq “Qiymətləndirmə Hesabat”ları tərtib etmişlər. "xxxx" MMC tərəfindən -xx.xx.2013-cü il tarixli Çıxarışa və **********85 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat, - xx.xx.2013-cü il tarixli Çıxarışa və **********86 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 408.000 (dörd yüz səkkiz min) manat; - xx.xx.2013cü il tarixli Çıxarışa və **********87 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 408.000 (dörd yüz səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC; -xx.xx.2013-cü il tarixli Çıxarışa və **********85 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 432.000 (dörd yüz otuz iki min) manat, - xx.xx.2013-cü il tarixli Çıxarışa və **********86 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat; - xx.xx.2013-cü il tarixli Çıxarışa və **********87 nömrəli dövlət reyestr nömrəsinə malik 0.12.ha torpaq sahəsinin qiymətləndirmə tarixinə bazar dəyəri 420.000 (dörd yüz iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda Cavabdeh2Şirkəti tərəfindən üç əmlaka qoyulan qiymətin cəmi 924 000 (doqquz yüz iyirmi dörd min) manat təşkil etdiyi halda, bundan fərqli olaraq "xxxx" MMC tərəfindən həmin üç əmlaka qoyulan qiymətin cəmi ******* (bir milyon iki yüz otuz üç min manat (əvvəlkindən 309 000 manat artıq), "xxxx" MMC tərəfindən isə üç əmlaka qoyulan qiymətin cəmi 1 272 000 (bir milyon iki yüz yetmiş iki min) manat (əvvəlkindən 348 000 manat artıq) təşkil etmişdir. Yəni bu cür əsaslı fərqin olması onu deməyə əsas verir ki, cavabdeh tərəfindən aparılmış qiymətləndirməni obyektiv və qərəzsiz hesab etmək mümkün deyildir və həmin nəticə məhkəmə qaydasında ləğv olunmalıdır. Salyan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadı ilə əsaslandırmış və qeyd etmişdir ki, hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün iddiaçı icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etməli idi. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Ona görə də şikayətin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Həmin Qərardadın 32-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi, hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün iddiaçı icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etməli idi. Məhkəmə tərkibi qeyd edir ki, iddia düzgün hüquqi mexanizm vasitəsilə irəli sürülmədiyindən, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Bu hal mülki prosessual hüququn aidiyyət və icraat forması prinsiplərinin pozulması ilə bağlıdır. Belə ki, hal-hazırda hərrac keçirilməmişdir, yəni əmlakın satışı baş verməmişdir. Bu səbəbdən, qiymətləndirmə rəyinin ləğvi ilə bağlı iddia icraatı deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. İddiaçı Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8.1, 10.4-cü maddələrinə istinad etmişdir. Bu maddələrə əsasən dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Maddənin də tərifindən göründüyü kimi bu hal dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələr olduqda məhkəmə tərəfindən baxılır. İşin hallarından da göründüyü kimi mübahisə xüsusi mülkiyyətində olan əmlakın qiymətləndirilmə nəticəsində müəyyən edilmiş dəyərinin həqiqiliyi üzrədir. Bu, icra icraatı çərçivəsində icra məmurunun hərəkətindən verilən şikayət formasında müvafiq məhkəməyə təqdim olunmalıdır. İddia icraatı qaydasında baxılması prosessual baxımdan yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar