Məhkəmə qərarları › İş №2(106)-98/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-98/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-98/2025 20.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və onun ailə üzvləri- İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən 76 kv.m fərdi yaşayış evinə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar: Kürdəmir rayon Şıxımlı kəndində yerləşən mübahisəli fərdi yaşayış evi iddiaçının atası İddiaçı2 X21a məxsus olmuş, onlar ailədə 9 nəfər (5 qardaş, 4 bacı) olmuşlar. Bacıları hamısı ərdədirlər. Atası vəfat etməmişdən əvvəl Kürdəmir rayon Şıxımlı kəndində yerləşən fərdi yaşayış evi qardaşı Cavabdeh1 adına sənədləşdirilmişdir. X21 xx.xx.2005-ci il tarixdə, anası X5 isə 2019-cu ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra İddiaçı2 işləmək üçün Bakı şəhərinə getmişdir. 2019-cu ilə kimi həmin evdə yaşamışlar. 2023-cü ildə Bakı şəhərindən geri qayıdaraq atası evinə gəlmiş, lakin cavabdehlər onu həmin evə buraxmamışlar. 2023-cü ilin yanvar ayında pensiya yaşı tamam olduğu üçün geri qayıtmış və öz evində yaşamaq istəmişdir. Həmin vaxt onun qardaşı Cavabdeh2 onu həmin evə buraxmamışdır. Məcbur olub kirayə ev tutub orada yaşamağa başlamışdır. Orda bir müddət qaldıqdan sonra kirayə pulu ödəyə bilmədiyi üçün yenidən qayıdıb ata evində yaşamaq istəmiş, lakin cavabdehlər onu həmin evə buraxmamışlar. Ailəsi ilə birlikdə həmin evə köçmək istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Şıxalı və cavabdeh Hacalı onun qardaşlarıdır. Mübahisəli ev Kürdəmir rayonu Şıxımlı kəndində yerləşməklə atasına məxsusdur. Bütün ailə üzvləri həmin evdə anadan olub, özlərinə ev alana kimi orada yaşamışlar. Bacıları ərə gedib öz evləri var, qardaşları da evlənib oradan getmişlər. Hazırda Şıxalının evi yoxdur. Atası və anası vəfat etdikdən sonra həmin evin bir otağında onun oğlu və gəlini qalır. Qalan bir otaq boşdur və Şıxalı ailəsi ilə birlikdə ora köçmək istəyir, lakin qardaşı Hacalı əsassız olaraq ona həmin otağa köçməyə imkan vermir. Halbuki, onun bu hərəkətləri etməyə heç bir hüququ yoxdur. Hesab edir ki, Şıxalı qeydiyyatda olmaqla yaşadığı evə köçməyə haqlı olaraq iddia edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Şıxalı uzun müddətdir ki, evdən çıxıb Bakı şəhərinə köçmüşdür. Özü həmin həyətdə yaşasa da, atasına məxsus evdə hazırda qardaşı Vidadinin oğlu və gəlini yaşayır. Şıxalı ora köçərsə onların bir yerdə yaşaması mümkün olmayacaqdır. Odur ki, iddia təmin edilməməlidir. Kürdəmir Rayon Məhkəməsinin (hakim X.İmanov) 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı2 ailə üzvləri ilə birlikdə (özü, arvadı- İddiaçı3 və oğlu- İddiaçı1) qeydiyyatda olduqları atasına məxsus olmuş, Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən sənədsiz fərdi yaşayış evinin hazırda boş olan bir otağına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, 1974-cü ildə babası və nənəsindən miras qalmış çiy kərpicdən olan 2 otaqlı evin yanında və onun adına sənədləşmiş 0,30 hektar həyətyanı torpaq sahəsində 3 otaqlı, 151 kv.metr yaşayış evi tikmiş və öz adına rəsmiləşdirmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269A nömrəli, 90603028 kodlu Şəhadətnamə də vardır. 1978-ci ildə ailə həyatı qurmuş və həyat yoldaşı bu evə gəlin köçmüş və bu evdə 2 övladı dünyaya gəlmişdir. Sözügedən mənzildə o, həyat yoldaşı və 2 övladı həmin vaxtdan qeydiyyatdadır. Onun 4 qardaşı və 4 bacısı isə babası və nənəsinə məxsus olan yeni tikilmiş və ona məxsus evin yanındakı çiy kərpicdən olan 2 otaqlı evdə qeydiyyatda olmuşlar. 1990-cı ilə kimi 4 bacısı ailə həyatı qurması ilə əlaqədar qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxmışlar. Qardaşı Cavabdeh1 1989-cu ildə ailə həyatı qurmuş və bundan sonra ünvan 1 ünvana köçmüş və həmin vaxtdan bu mənzildə qeydiyyatdadırlar. Cavabdeh şikayətində qeyd etmişdir ki, 2-ci qardaşı X12 1980-cı ildə hərbi xidmətə Latviya Respublikasına getmiş, hərbi xidmətini başa vurduqdan sonra orada həmin Respublikanın vətəndaşı ilə ailə həyatı qurmuş və hal-hazıra kimi orada yaşayır və Latviya Respublikasının vətəndaşıdır. 3-cü qardaşı X8 atasının ona ayırdığı və ona məxsus 0,30 hektar torpaq sahəsinə bitişik, 0,10 hektar torpaq sahəsində 1990-cı ildə yeni yaşayış evi tikmiş, həmin evə köçmüş və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşamaqla orada qeydiyyatdadırlar. Babası və nənəsindən qalmış çiy kərpicdən olan ev 1990-cı ildə sökülmüş və söküntü materialları Mübarizin evinin tikintisinə istifadə olunmuşdur. İddiaçı- 4-cü qardaş İddiaçı2 1977-ci ildə hərbi xidmətə çağırılmış, Rusiyanın Kemerovo şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Svetlana Mixayılovna ilə ailə həyatı qurmuş, Kemerovo şəhərində yaşamış, burada onların Sərxan və Tatyana adında 2 övladları dünyaya gəlmişdir. SSRİ dağıldıqdan sonra Şıxalı ailəsi ilə birlikdə Azərbaycana qayıtmışdır və hazırda Bakı şəhərində yaşayır. Şikayətdə o da qeyd edir ki, birinci instansiya məhkəməsi Kürdəmir RİHB-nın Atakişili KİƏD-si üzrə nümayəndəliyinin Məhkəməyə təqdim etdiyi əsası olmayan xx.xx.2023-cü il tarixli, 1205 saylı məktubunu və ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli, 1202 saylı arayışını əsas tutaraq, iddianı təmin etmişdir. Halbuki, İddiaçı2 1977-ci ildən sonra, yəni hərbi xidmətə getdikdən sonra, miras qalmış baba və nənəsinə məxsus evdə yaşamamış, onun ailə üzvləri həyat yoldaşı Svetlana, oğlu Sərxan və qızı Tatyana bir gün də olsun bu ünvanda yaşamamış və qeydiyyatda olmamışlar. İzahatlar Prosessualməsəsələr Apellyasiya baxışında X2, X9 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Apellyasiya baxışında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, mübahisəli ev ilkin olaraq 1964-cü ildə atası tərəfindən tikilmişdir, sonradan evin üstünü təmir edərək dəyişdirdi. 1974-cü ildə yenidən 3 otaq inşa olunmuşdur. İddiaçı uzun illər Rusiyada yaşamış və sonradan Kürdəmir rayonuna gəlmişdir. O, sadəcə iddiaçının əşyaları çöldə qalmasın deyə ona bir otaq vermişdir. İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ədalətli qərar qəbul etmişdir. Belə ki, o, 1976-cı ildə hərbi xidmətə getmiş, hərbi xidməti başa vurduqdan sonra bir müddət orada qalıb işləmiş, 1988-cı ildə ata yurduna qayıtmış və 1988-ci ildə rayonda hərbi uçota dayanmışdır. Hazırda iddia etdiyi həmin evdə qeydiyyatdadır. 2019-da anası vəfat edənə qədər orada yaşamışdır. Sonra işləmək üçün Bakıya getsə də həmin dövrdə sözügedən evə gəlib getmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1, Cavabdeh1 və üçüncü şəxslər X2, X9 və X10 apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçının və cavabdehlərin valideynləri- atası X11 xx.xx.2005-ci ildə, anası X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 19 iyun 2023-cü il tarixli, 1205 nömrəli arayışdan görünür ki, 25 saylı təsərrüfatbaşına kitabından çıxarış edilmişdir. Həmin arayışa görə, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid 25 saylı təsərrüfatbaşına kitabının 02-ci səhifəsində Cavabdeh1 0.60 ha həyətyanı torpaq sahəsi və 1964-cü il tarixdə inşa edilmiş 76 kv.m yaşayış evi Atakişili kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 saylı təsərrüfatbaşına kitabından 08 avqust 2023-cü il tarixli, 1357 nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid 25 saylı təsərrüfatbaşına kitabının 01-ci səhifəsində Cavabdeh2 0.30 ha həyətyanı torpaq sahəsi Atakişili kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Kürdəmir rayonu Şıxımlı kənd sakini Cavabdeh2, X2, X9 və X3 mülkiyyəti olaraq 0.30 hektar həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir. Bu barədə onların adına Torpağın mülkiyyətə verilməsinə dair JN -269A seriyalı, KOD 90603028 nömrəli şəhadətnamə verilmişdir. Torpaq sahəsi Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 19 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmişdir. Hazırki iddia ərizəsində iddiaçılar Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən 76 kv.m fərdi yaşayış evinə köçürülməsini tələb etmişlər. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, köçmək istədikləri yaşayış evi İddiaçı2 atasına məxsus olmuş, həmin yaşayış evində İddiaçı2 anadan olmuş, oradan hərbi xidmətə getmiş, qayıdıb gəldikdən sonra orada qeydiyyata və hərbi uçota alınmışdır. Köçmək istədiyi ev iddiaçıların daimi yaşayış yeridir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Müəyyən edilir ki, iddiaçı köçmək istədiyi yaşayış sahəsində doğulmuş, oradan hərbi xidmətə getmiş, 1978-1982-ci illərdə hərbi xidmətdə olmuş, 1988-ci ildə öz ata yurduna qayıtmış və həmin rayonda hərbi uçotda durmuşdur. İzahatlardan görünür ki, iddiaçı həmin vaxtdan 2019-cu ilədək valideynlərinə məxsus evdə ailəsi ilə birgə yaşamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bununla bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X7 Məhkəməsi izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi müəyyən edilmir. Göstərilən hüquq normaların əsaslanaraq, Kollegiya onu da qeyd edir ki, iddiaçının valideynlərinə məxsus yaşayış evindən hərbi xidmətə getməsi onun yaşayış evindən istifadə hüququnun itirilməsinə səbəb olmamışdır. Bundan başqa, iddiaçı izahatında bildirmişdir ki, o, anası vəfat edənə qədər- 2019-cu ilədək həmin ünvanda yaşamışdır. Onun və ailə üzvlərinin əşyaları indi də həmin evdə yerləşir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya məxsus əşyalar hazırda mübahisəli evin bir otağında yerləşir. Cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etmişdir və qətnamədən kassasiya şikayəti verməmişdir. Digər Cavabdeh2 iddianı qəbul etməmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddətdir ki, evdən çıxıb Bakı şəhərinə köçmüşdür. İddiaçı 1977-ci ildən sonra, yəni hərbi xidmətə getdikdən sonra, miras qalmış baba və nənəsinə məxsus evdə yaşamamış, onun ailə üzvləri həyat yoldaşı Svetlana, oğlu Sərxan və qızı Tatyana bir gün də olsun bu ünvanda yaşamamış və qeydiyyatda olmamışlar. Kollegiya cavabdehin bu dəlilini əsassız sayır. Müəyyən edilir ki, iddiaçı iddia etdiyi ünvan üzrə evdə doğulmuş, orada yaşamışdır. Həmin ev onun daimi yaşayış yeridir. Onun evdə istifadə hüququ olmuşdur. Həmin evə ailə üzvlərini də köçürmüş və onlarla birgə yaşamışdır. Cavabdehin izahatından və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia etdiyi ünvanda valideynlərinə məxsus evdə doğulmuş, 1976-cı ildə hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət orada qalıb işləmiş, 1988-cı ildə geri qayıtmış və 1988-ci ildə hərbi uçota dayanmışdır. Hazırda həmin ünvan üzrə hərbi uçotda və həmin evdə qeydiyyatdadır. 2019-da anası vəfat edənə qədər orada yaşamışdır. Sonra işləmək üçün Bakıya getsə də həmin dövrdə sözügedən evə gəlib getmişdir. İzahatlardan bəlli olur ki, iddia edilən yaşayış yerində iddiaçıya və onun ailə üzvlərinə məxsus şəxsi əşyalar vardır. İddiaçının daimi olaraq Bakıya və ya başqa yaşayış məntəqəsinə (yerinə) getməsi müəyyən edilmir. İddia edilən ünvan iddiaçının daimi yaşayış yeridir. Bundan başqa, izahatlardan və təqdim edilmiş sənədlərdən bəlli olur ki, mübahisəli ərazidə iki həyətyanı torpaq sahəsi və iddia edilən tikili vardır: Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid 25 saylı təsərrüfatbaşına kitabının 02-ci səhifəsində Cavabdeh1 0.60 ha həyətyanı torpaq sahəsi və 1964-cü il tarixdə inşa edilmiş 76 kv.m yaşayış evi Atakişili kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 saylı təsərrüfatbaşında Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid 25 saylı təsərrüfatbaşına kitabının 01-ci səhifəsində Cavabdeh2 0.30 ha həyətyanı torpaq sahəsi Atakişili kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Cavabdeh etirazını həm də onunla əsaslandırmışdır ki, mübahisəli evin iddiaçıya aidiyyəti yoxdur; belə ki, o, 1974-cü ildə babası və nənəsindən miras qalmış çiy kərpicdən olan 2 otaqlı evin yanında və onun adına sənədləşmiş 0,30 hektar həyətyanı torpaq sahəsində 3 otaqlı, 151 kv.metr yaşayış evi tikmiş və öz adına rəsmiləşdirmişdir. Cavabdeh apellyasiya baxışında izahatında isə bildirmişdir ki, mübahisəli ev ilkin olaraq 1964-cü ildə atası tərəfindən tikilmişdir, sonradan evin üstünü təmir edərək dəyişdirmişdir. 1974-cü ildə yenidən 3 otaq inşa olunmuşdur. Mübahisəli yaşayış evinin iddia edilən Şıxımlı kəndində yerləşən 0.60 ha torpaq sahəsində, yoxsa Cavabdeh2 məxsus 0,30 ha torpaq sahəsində yerləşməsini müəyyən etmək üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 14 mart 2025-ci il tarixli, 10/1236 nömrəli ekspert rəyinə görə: - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-306/2025 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, Kürdəmir rayonu Şıxımlı kəndində Cavabdeh1 istifadəsində torpaq sahəsi yoxdur. Cavabdeh2 və ailəsinə məxsus 0.30 ha torpaq sahəsi vardır. - Cavabdeh1 və ailə üzvlərinə aid heç bir torpaq sahəsi və sərhədləri yoxdur. Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsi vardır və sərhədləri müəyyən olunmuşdur. - Cavabdeh1 məxsus tikili yoxdur. Cavabdeh2 məxsus tikili atası X4 (JN-268A) həyətində tikilmişdir. Aqrar islahat vaxtı Cavabdeh2 (JN-296A) və X6 (JN-286A) verilmiş şəhadətnamələrin yerləri düzgün işlənməmişdir. - Tikililərin hansı vaxtda inşa olunmasının müəyyən olunmasına dair metod və metodika olmadığına görə qərardadın bu sualı uzrə tədqiqat aparılmadı. Beləliklə, izahatlardan, təqdim edilmiş sənədlərdən və iş üzrə ekspert rəyindən bəlli olur ki, iddiaçının köçmək istədiyi tikili Cavabdeh2 məxsus 269A nömrəli 0,30 ha torpaq sahəsində deyil, əvvəllər atasına məxsus olan və tərəflərin izahatına və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa görə sonradan Cavabdeh1 adına rəsmləşdirilmiş JN-268A torpaq sahəsinin həyətində inşa edilmiş tikilidir. İddiaçı tələbində əvvəllər atasına məxsus olmuş və tərəflərin izahatına və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa görə sonradan Cavabdeh1 adına rəsmləşdirilmiş JN-268A torpaq sahəsinin həyətində inşa edilmiş tikiliyə köçürülməsini iddia edir. Bu halda da cavabdehin etirazı əsassızdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mahiyyətcə doğru nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, şikayətlərin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(041)-1236/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar