Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-982/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X5 Xidmətinin X1 nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Mastail kənd orta məktəbinin direktoru Cavabdeh2 iştirakı ilə, İddiaçı X5 Xidmətinin X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1nə və Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 qarşı işə bərpa edilməklə iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-211/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdeh Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 tərəfindən onu qanunsuz işdən çıxarılmağına görə maraqlı şəxs X7 Təhsil İdarəsi İşdən çıxarıldığı günün sonrakı günündən yəni 01 may 2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədəbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orta təhsillidir. O, Mastail kənd orta məktəbində 2010-cu ildən xadimə vəzifəsində çalışmışdır. 2016-cı ildən isə üşaq bölmə rəhbəri vəzifəsində işləmişdir. Cavabdehlə arasında 2016-cu il tarixdə əmək müqaviləsi bağlanaraq uşaq bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən ona hər ay kartdan çıxarılmaqla 450 manat məbləğdə əmək haqqı ödənilmişdir.2023-cü ilin aprel ayında başqa vəzifəyə keçməklə ona uşaq bölmə rəhbəri vəzifəsindən öz ərizəsi ilə çıxmağı təklif etmişlər. O, Cavabdeh1 bu təklifinə inanaraq ərizə verməyə razılıq vermişdir. Cavabdeh1 onu başqa işə keçməyini gözlə deməklə onun əmək müqaviləmə xitam verilməsi barədə Lerik rayon Mastail kən orta məktəbin direktoruna göstəriş vermişdir.Məktəbin direktoru Cavabdeh2 01 may 2023-cü il tarixli əmri ilə onu işdən azad etmişdir.Lakin həmin əmrin sürəti ona təqdim edilməmişdir.Bu səbəbdən o, məhkəməyə müraciət edə bilməmişdir. 2023-cü ilin dekabr ayında ona işdən çıxma barədə əmrin sürətin poçt vasitəsiylə göndərmişlər.Cavabdeh Lerik rayon Mastail kənd tam orta məktəbin direktoru tərəfindən o, qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni 01 may 2023-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqlnı ödəməyə borcludur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-211/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Atabəy Kiçibəyov), iddianın təmin edilməsi, İddiaçı Lerik Rayon Mastail kənd tam orta məktəbinin X4 rəhbəri vəzifəsindən azad edilməsi barədə Lerik Mastail kənd tam orta məktəbinin direktorunun 01 may 2023-cü il tarixli 37 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı Lerik Rayon Mastail kənd tam orta məktəbinə X4 rəhbəri vəzifəsi işinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün 01 may 2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul eilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, mediasiya prosessində iştirak etməmiş, iddiaçı əmək mübahisəsi üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 3.2 və 28.1-ci maddələrinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı məhz məhkəməyə müraciət etməmişdən əvvəl tələb olunur. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri). İş materiallarına baxış keçirilən zaman müəyyən edildi ki, İddiaçı X5 Xidmətinin X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1nə və Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 qarşı işə bərpa edilməklə iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İş materiallarında tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu halda tərəflərin bu tələbə riayət edibetməmələrini, həmçinin həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsini yoxlamadan iddia ərizəsini icraata qəbul etmiş və bununla da əsassız məhkəmə çəkişməsinin yaranmasına səbəb olmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən, apelyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-211/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.13, 114.1.5, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-211/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X5 Xidmətinin X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1nə və Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 qarşı işə bərpa edilməklə iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-982/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-982/2024
24.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver