Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-988/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və başqa tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh İmişli Mərkəzi Rayon Xəstəxanasına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, hamiləlik və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması və uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə buraxılması tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı xx.xx.2009-cu il tarixdən İmişli Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixli, 407 saylı əmrlə heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh İmişli rayon Mərkəzi Rayon Xəstəxanasına qarşı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 407 saylı əmrin ləğv edilərək terapevt vəzifəsində əvvəlki işinə bərpa olunması, hamiləliyə və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması və uşağı X4 üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 2009-cu ildən İmişli RMX PHŞ-də Ailə həkimi-terapevt vəzifəsində fasiləsiz olaraq işləmiş, həmin müddətdə işə həmişə vicdanla yanaşmış, verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışmış və vəzifəsini qüsursuz icra edərək heç bir intizam tənbehi almamışdır. İmişli MRX PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməsi onun heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə əlaqələndirilmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə hamiləliyə və doğuşa görə (doğuş çətin olduğuna görə) 126 təqvim günü müddətində sosial məzuniyyətdə olmuşdur. Belə ki, doğuş çətin olduğuna görə onun sosial məzuniyyətdə olma müddəti 14 gün uzadılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə ərizə ilə İmişli RMX PHŞ-yə müraciət edərək işə çıxmamış və əmək haqqı kartına pul köçürülmədiyini biləndən sonra xx.xx.2022-ci il tarixdə yenidən ərizə vermişdir. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh İmişli Mərkəzi Rayon Xəstəxanasının təmsilçisi iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə çıxmaması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 407 saylı əmrlə AR ƏM-nin “ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətində sosial məzuniyyətdə olmuş və onun sosial məzuniyyətdə olma müddəti 14 gün uzadılmışdır. O, xx.xx.2022-ci il tarixdə işə başlamalı olduğu halda heç bir məlumat verməyərək işə gəlməmiş və edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq xx.xx.2022-ci il tarixdən əsas iş yeri üzrə müdiriyyətin icazəsini almadan Bakı şəhərində yerləşən "xxxx" MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunaraq işləmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun işə çıxmaması üzrsüz səbəbdən olmamışdır. Onun ikinci uşağı doğulmudur, doğuş çətin olmuşdur. İkinci uşağın üç yaşı tamam olmamışdır; ambulator müalicədən sonra əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqini və sosial məzuniyyətin verilməsi barədə ərizəni cavabdehə təqdim etmiş, ona müvafiq qaydada müavinət hesablanmamış, sosial məzuniyyət barədə ərizəsi isə qeydiyyata alınmamış və əmr verilməmişdir. İddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməyinə İmişli rayon X5 İttifaqı Şurasının etirazının olmaması barədə qərarının da əsassız olduğunu qeyd etmişdir. Belə ki, ona X6 tərəfindən heç bir şifahi və ya yazılı bildiriş göndərilməmiş, şuranın iclasına dəvət olunmamış və faktiki olaraq sosial məzuniyyətdə olduğu halda haqqında intizam tənbehinin tətbiq edilməsinə razılıq verilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında göstəmişdir ki, işlədiyi müddətdə İddiaçı xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü 2 uşağı doğulmuş, birinci uşağa görə hamiləliyə və doğuşa görə müavinətini almış, həmin uşağı 3 yaşına çatanadək o, qismən ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. 2-ci uşağın doğulmasından sonra xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək müddət üzrə əmək qabiliyətinin olmamasına görə arayış təqdim etdikdən sonra işə çıxmamışdır. Onun adından yazılan ərizə isə xx.xx.2022-ci ildə mühasibatlığa təqdim edilmişdir. Belə çıxır ki, hər bir halda xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işə çıxmamışdır. Nümayəndə onu da qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunmuş, ixtisasartırma kursu keçmək üçün ADHTİ göndərilmiş, sonra xx.xx.2022-ci il tarixdən orada onun müqaviləsinə xitam verilmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli əmək müqaviləsi ilə İmişli Mərkəzi Rayon Xəstəxanasında ailə həkimi- terapevt vəzifəsinə qəbul edilmişdir. İmişli MRX PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmrlə İddiaçı əmək nizamnaməsini ciddi şəkildə pozaraq xəbərdar olunduğu halda nəticə çıxarmadan və heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı İmişli Mərkəzi Rayon Xəstəxanasının direktorunun xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, işə bərpa edilməsini, hamiləliyə və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması və uşağı X4 üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Aşağıdakılara əsasən, qətnamə əsassızdır. İddiaçı işdən azad edilməsinə əsas olaraq 12 iyul 2022-ci il tarixli əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə və həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarından müəyyən edilir ki, iddiaçı işlədiyi müddətdə onun xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü 2 uşağı doğulmuş, o, birinci uşağa görə hamiləliyə və doğuşa görə müavinətini almış, həmin uşağı 3 yaşına çatanadək qismən ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. Cavabdeh tərəf 2-ci uşağın doğulmasından sonra hamiləliyə və doğuşa görə məzuniyyət hüququnun olduğunu etiraf etmişdir. Cavabdehin etirazı ondan ibarətdir ki, iddiaçı qismən ödənişli məzuniyyət üçün ərizə verməmişdir. Həmin ərizə qeydiyyatdan keçməmişdir. Lakin tərəflərin izahatlarından və təqdim edilmiş sənədlərdən görünür ki, həkim İddiaçı qismən ödənişli məzuniyyətə görə ərizəni xəstəxananın mühasibatlığına təqdim etmişdir. İşin hallarından görünür ki, İddiaçı ərizə ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ərizəsində uşağının 3 yaşına çatanadək, ona qulluq etməyə görə sosial məzuniyyətə çıxmaq üçün əvvəldən ərizə ilə müraciət etdiyini bildirmiş, ona görə əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, həkim İddiaçı adından verilən qismən ödənişli məzuniyyətə dair ərizənin mövcudluğunu etiraf etsə də, həmin ərizənin iddiaçı tərəfindən imzalanmadığını qeyd etmişlər. Lakin iddiaçının izahatından, eləcə də onun tərəfindən sonradan xəstəxanaya ünvanlanmış ərizədən müəyyən edilir ki, o, uşağı 3 yaşına çatanadək qismən ödənişli məzuniyyət hüququndan istifadə etmək üçün müraciət etmişdir. İddiaçının adından yazılan 01 mart 2022-ci il tarixli ərizə, eləcə də onun sonradan əmrin surətini tələb etməsi kimi faktlar olduğu halda onun işdə olmaması, onun qəsdən işə çıxmaması, əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Üstəlik, bu ərəfədə işəgötürən də uzun müddət onun işə çıxmasını tələb etməmişdir. İddiaçı həm də xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək müddət üzrə əmək qabiliyətinin olmamasına görə arayış təqdim etmişdir. Cavabdeh həmin arayışın mövcudluğunu etiraf etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək müddət üzrə əmək qabiliyətinin olmamasına görə arayış təqdim etdikdən sonra işə çıxmamışdır. İddiaçının adından yazılan ərizəni isə o, xx.xx.2022-ci ildə mühasibatlığa təqdim etmişdir. Cavabdehin etirazına görə, iddiaçı hər bir halda xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işə çıxmamışdır. Beləliklə, İddiaçı işdən azad edilməsinin maddi əsası kimi işəgötürən işçinin heç bir üzrlü səbəb olmadan işə çıxmamasını göstərmişdir. Halbuki, işin hallarından görünür ki, ikinci uşağının doğulması ilə əlaqədar olaraq hamiləliyə və doğuşa görə məzuniyyətdə olmuş, sonra həmin uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətə çıxmasını bildirmişdir. İddiaçı həmin hüqundan istifadə etməsi barədə iradə ifadəsi olmuşdur. Cavabdeh tərəf iddiaçının hər bir halda ərizə vermədən xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək işə çıxmadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işdə olmaması səbəbi də bir neçə ay sonra- xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas ola bilməz. Bu faktın özü də əmrin qanunliyinə dəlalət etmir. Belə ki, iddiaçının 2-ci uşağa qulluq etməyə görə məzuniyyətə çıxmaq hüququnun olduğunu, onun bu barədə iradəsinin olduğunu bilirdi. İşçinin işə çıxmamasını əsaslandırmağa çalışan işəgötürən işçinin işdə olmamasını bilməli idi. Lakin işəgötürən belə faktı bildirməmiş, həmin faktdan bir neçə ay sonra mübahisəli əmri vermişdir. Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Kollegiya ilk növbədə onu diqqətə çardırır ki, İddiaçı hazırda iki azyaşlı uşağı vardır. 2-ci uşağının üç yaşı tamam olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm də ona istinad etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunmuş, ixtisasartırma kursu keçmək üçün ADHTİ göndərilmiş, sonra xx.xx.2022-ci il tarixdən orada onun müqaviləsinə xitam verilmişdir. Kollegiya bu hissədə onu qeyd etməyi zəruri hesab edir ki, məzunyyətdə olduğu dövrdə əsas iş yerindən aralanmadan işçinin əvəzçilik üzrə (və ya müqavilə ilə) başqa işə çıxması, ixtisasartırma kursuna ketməsi qanunvericilikdə qadağan edilməmişdir və bu, məzuniyyət dövründə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının müvafiq orqanının razılığı tələb olunur. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Müəyyən edilir ki, İmişli Rayon Mərkəzi X1 iclasında İddiaçı iştirakı təmin edilməmiş, ümumiyyətlə hər hansı məsələ ilə bağlı, o, dinlənilməmişdir. İntizam tənbehi verilməzdən əvvəl işçinin (iddiaçının) izahatı da alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı işdən azad edilməsi barədə əmr qanunsuz və əsassız olmuşdur. İddiaçının tələbi haqlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Əmrin ləğvi, işə bərpa olunmaqla yanaşı, iddiaçı məzuniyyət hüququnun təmin edilməsi, ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətinin də verilməsini tələb etmişdir. Apellyasiya baxışında cavabdeh tərəfdən əmək haqqının ödənilməsi, müvafiq ödənişlərin verilməsi ilə bağlı arayış və cədvəllər tələb edilsə də, cavabdeh bu barədə hərhansı arayış təqdim etməmişdir. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının işə bərpa olunduğu, məzuniyyətinin təmin edildiyi halda ona məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətinin verilməsi də təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmr ləğv edilməli, İddiaçı İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsində ailə həkimi- terapevt vəzifəsinə işə bərpa edilməli və onun hamiləliyə və doğuşa görə məzuniyyəti və uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyəti təmin edilməli, ona ödənilməmiş məzuniyyət pulları və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinəti müəyyən edilmiş qaydada hesablanmaqla ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(036)-89/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmr ləğv edilsin. İddiaçı İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsində ailə həkimi- terapevt vəzifəsinə işə bərpa edilsin və onun hamiləliyə və doğuşa görə məzuniyyəti və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyəti təmin edilsin. Ona ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinəti müəyyən edilmiş qaydada hesablanmaqla ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-988/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-988/2023
11.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver