Məhkəmə qərarları › İş №2(106)-990/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-990/2024

10.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-990/2024 10.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi işləmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X1 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı (Hakim: Qalib Paşayev) qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 01 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X1 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1598/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyinə görə qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin MPM-nin 363.1 və 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1375/2022 saylı qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yenidən apelyasiya şikayəti və müddət barədə ərizə verilmişdir apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-368/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1375/2022 saylı qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə göndərilmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1375/2022 saylı qərardadı ilə, ərizə təmin edilərək, apellyasiya şikayəti verilmə müddəti maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna münasibətdə bərpa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 07 may 2024-cü il tarixdə Şirvan Apellkyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)990/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 10 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatı üçün prosessual əsaslarının olub-olmamasını müəyyən edərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, iş materialından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 13 dekabr 2022-ci il tarixdə verilmiş apelyasiya şikayəti elektron qaydada verilmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra maraqlı şəxs tərəfindən yenidən apelyasiya şikayəti və müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə verilmiş, lakin Cəlilabad Rayon Məhkəməsi tərəfindən həmin ərizəyə hüquqi qiymət verilmədiyindən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qeyri mümkün hesab edilərək, müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra maraqlı şəxs tərəfindən ərizə verilmiş, birinci instansiya məhkəməsi tərəfindən müddət bərpa edilərək iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilən maddələrin tələbindən görünür ki, apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin şikayət əsasında qərar qəbul edən Cəlilabad Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə hüquqi qiymət verməmiş, bundan sonra, yəni Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qeyri mümkün hesab edilərək, müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş materialları qaytarılarkən yuxarı instansiya məhkəməsinin qanuni tələbini yerinə yetirmək əvəzinə apelyasiya şikayətini yenidən geri qaytarmış, daha sonra maraqlı şəxs tərəfindən yenidən verilmiş ərizəni təmin edərək müddəti bərpa etmişdir. Halbuki Cəlilabad Rayon Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından sonra müddət barədə ərizəyə hüquqi qiymət verməli, daha sonra müddətin bərpa edildiyi halda şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılmış, daha sonra qaytarılmış şikayət üzrə müddət bərpa edilmiş, nəticədə maraqlı şəxsin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Beləliklə kollegiya hesab edir ki, hər nə qədər ki maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti Cəlilabad Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır və bundan sonra maraqlı şəxs tərəfindən apelliyasia şikayəti verilmədiyi halda, məhkəmə olmayan apellyasiya şikayəti üzrə müdəti bərpa etməklə prosessual qanunvericiliyn tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, müddətin bərpası barədə ərizə yalnız MPM-nin 133.3-cü maddəsinin tələblərinə cavab verdiyi halda ərizəyə hüquqi qiymət verilə bilər. Belə ki, MPM-nin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edlməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar