Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-992/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Pərviz Vaqif oğlu Hacıyev və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X5, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 nömrəli və xx.xx.2021-ci il tarixli RBLLF-472 nömrəli kredit müqavilələri üzrə öhdəliklər tam icra olunanadək ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) üzərində İddiaçı ASC-in xeyrinə ipoteka yüklülüyünün saxlanılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia verərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) yüklülükdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianın həcmini artırmış, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) İddiaçı ASC-nin yüklülüyündən çıxarılmasına, İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçı ASC-in “Lənkəran” filialı ilə Əsgərov Sayıl Sahib oğlu arasında xx.xx.2020-ci il tarixli, RBLLF-447 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə X11 ilə bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) İddiaçı ASC-in xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə Əsgərov Sayıl Sahib oğlu ilə bağlanmış xx.xx.2021-ci il tarixli, RBLLF-472 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, RBLLF-472 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası növbəti dəfə ipoteka ilə yüklü edilmişdir. Məlum olmuşdur ki, ipoteka predmeti olan «Orxan» şadlıq sarayı ilə əlaqəli məhkəmə mübahisələri olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə iddiaçı Cavabdehlər X10 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsini xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-127/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə qətnamə ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) özgəninkiləşdirilməsinə dair xx.xx.2019cu il tarixli müqavilə və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən daşınmaz əmlakın X6 adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən qeyri- yaşayış binasının iddiaçıya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 3322/2021 saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu işlə bağlı məhkəmə prosesləri barədə bankın məlumatı olmamışdır. Qeyd olunan məsələ İddiaçı ASC-nin hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə pozur. Belə ki, verilmiş kreditlərin qaytarılmasında artıq problemlər mövcuddur. Borc alan Əsgərov Sayıl Sahib oğlu bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmir, səbəb kimi ipoteka predmeti olmuş və öhdəliklərin təminatı kimi yüklü edilmiş qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) artıq onların nəzarətindən çıxması ilə əlaqələndirir. İddiaçı ASC qarşılıqlı iddianı əsassız hesab edərək qəbul etməmiş, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 274.1-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişmir. Belə ki, Əsgərov Sayıl Sahib oğlu tərəfindən kredit götürülərkən İddiaçı ASC-yə təqdim olunan sənədlərdə və sistemdə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) mülkiyyətçisi X11 olmuşdur. Əsgərov Sayıl Sahib oğluna xx.xx.2020-ci il tarixində 150 000 (bir yüz əlli min) manat və xx.xx.2021-ci il tarixində 120 000 (bir yüz iyirmi min) manat məbləğində iki kredit verilmişdir. Hər iki kredit verilərkən İddiaçı ASC tərəfindən mövcud halın biliməsi, aşkar olunması mümkün deyildi. Cəlilabad Rayon Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində Cavabdeh iddiasına və şikayətinə baxılarkən İddiaçı ASC maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Halbuki, Cavabdeh sözügedən və ipoteka predmeti olan qeyri-yaşayış binasının çıxarışı barədə məlumat əldə edərkən onun ipoteka predmeti kimi İddiaçı ASC qarşısında yüklü edildiyini bilməli və Banka mübahisə barədə məlumat verməli idi. xx.xx.2021-ci il tarixində Bank tərəfindən Əsgərov Sayıl Sahib oğluna kredit verilərkən təqdim olunan sənədlərdə və sistemdə sözügedən və ipoteka predmeti olan qeyri-yaşayış binasının mülkiyyətçisi kimi X6 adı qeyd olunmuşdur. Odur ki, iddiaçı Bank ipoteka saxlayan kimi vicdanlı olmuş və hal-hazırda təminatının əldən çıxması doğru olmayan bir məhkəmə presedenti yarada bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrənin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. İddiaçı ASC-nin tələbinə görə, girovsaxlayanın üstün hüquqları qorunmalıdır. Belə ki, Mülki Məcəllənin 290.2-ci maddəsinə görə girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bankın ipoteka saxlayan kimi hüquqları cavabdehə (qarşılıqlı iddiaçıya) nisbətən daha üstündür. Cavabdeh tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cəlilabad şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 04 nömrəli qərarına əsasən Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi verilmişdir. Bundan sonra onunla 01 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır. Daha sonra həmin torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə bir girişli, iki mərtəbəli kommersiya obyekti tikilmiş, tikinti quraşdırma işləri başa çatmış «obyektlərin istismara qəbul edilməsi haqqında» qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında istismara qəbul edilmişdir. Həmin tarixdən etibarnamə ilə ona məxsus olan və sonradan «Orxan» şadlıq sarayı kimi fəaliyyət göstərən kommersiya obyekti fasiləsiz olaraq sahibliyində və istifadəsində olmuşdur. 2019-cu ilin iyun ayında əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu, həmkəndlisi X13 ilə söhbət zamanı «Orxan» şadlıq sarayına çıxarış almaq istədiyini bildirmiş, Cəfər Əsgərov isə ona Əmlak Komitəsində yaxın adamlarının olduğunu və onların vasitəsi ilə həmin çıxarışın alınmasının mümkün olacağını bildirərək bu barədə kömək etmək istədiyini ona bildirmişdir. O, razılıq verdikdən sonra Cəfər Əsgərov həmin işlərin görülməsi üçün pul və etibarnamə verilməsi lazım olduğunu bildirmişdir. O, Rusiya Federasiyasında bizneslə məşğul olduğu üçün Cəfər Əsgərova etibarnamə verərək Rusiya Federasiyasına qayıtmışdır. Bir müddət sonra Cəfər Əsgərovun sözügedən «Orxan» şadlıq sarayını öz adına rəsmiləşdirdiyini bilmişdir. Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıdaraq Cəfər Əsgərova verdiyi etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikasına gələndən sonra öyrənmişdir ki, Cəfər Əsgərov sözügedən obyekti qardaşı oğlu X6 adına rəsmiləşdirmişdir. Cəfər Əsgərov həmin obyekti hansısa qanundan kənar üsul və vasitələrlə qardaşı oğlu Mirxas Əsgərova 200000 (iki yüz in) manat müqabilində alqı-satqı müqaviləsi əsasında satmışdır. Həmin əmlak mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabeh Cəfər Əsgərov tərəfindən satılmışdır. Buna görə də X10 və X8 qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab edilərək, təmin edilməsə də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-127/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə (reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın X6 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilmiş və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) Cavabdeh qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin əmlak Cavabdeh mülkiyyətindən qanunsuz olaraq çıxarıldıqdan sonra İddiaçı ASC-in «Lənkəran» filialı ilə Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri bağlanmış və Cavabdeh məxsus mübahisəli əmlak Mirxas Əsgərov tərəfindən həmin kredit müqavilələri üzrə öhdəliyin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Mirxas Əsgərov və Sayıl Əsgərov həmin vaxt İddiaçı ASC-yə həmin əmlak barədə məhkəmə mübahisəsinin olduğunu məqsədli şəkildə bildirməmiş, İddiaçı ASC də bunu aydınlaşdırmadan kredit vermiş və mübahisəli əmlakı ipoteka predmeti kimi qəbul etmişdir. Halbuki, kredit müqavilələri bağlanmamışdan əvvəl məhkəmə çəkişmələri və qətnamələri olmuşdur. Göründüyü kimi Sayıl Əsgərov və Mirxas Əsgərov öz məqsədlərini onun əmlakı hesabına həyata keçirməyə nail olmuşlar. Onun mülkiyyətində olan mübahisəli əmlakın, yəni ipoteka predmeti olan əmlakın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş və hazırda da ipoteka saxlayan həmin əmlakı yüklülükdən azad etməməklə onun mülkiyyət hüquqularını pozmaqda davam edir. Həmin əmlakın Bank qarşısında ipoteka ilə yüklü qalması üçün heç bir qanuni əsas olmamış və hazırda da yoxdur. Onun qanuni əsaslarla əldə etdiyi mübahisəli əmlak üzərində hazırda tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsində üçüncü şəxslər Əsgərov Sayıl Sahib oğlu, X11 və Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi iştirak etmədiklərindən onların mövqeləri bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 17 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının («Orxan» şadlıq sarayı) İddiaçı ASC-nin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı ASC-dən alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Əsasları ilkin iddianın motivləri ilə eyniyyət təşkil edən şikayətdə apelyant göstərmişdir ki, qətnamədə istinad edilən məhkəmə aktları ilə etibarsız hesab edilmiş müqavilə və onun hüquqi nəticələri bankla Əsgərov Mirxas arasında bağlanmış ipoteka müqaviləsinə şamil edilə bilməz. İ z a h a t l a r. Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, 2019-cu ildə Mirxas mülkiyyət hüququ əldə edib. İki dəfə kredit götürülmüşdür. Hər ikisində də təminat olaraq şadlıq sarayı girov qoyulmuşdur. Əsas öhdəlik icra olunmamışdır. Mülkiyyətçinin dəyişməsi əmlakı girovdan azad etmir. Əmlak hərraca çıxıb və Hakim adında şəxs tərəfindən əldə edilib. İddiaçının vəkili X12 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, xx.xx.2021-ci ildə apellyasiya məhkəməsi qərar qəbul etdikdən sonra bankın bundan məlumatı olmuşdur. Cavabdeh vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslər Əsgərov Sayıl Sahib oğlu, X11 və Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə xəbərdar edilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Cavabdeh Cəlilabad Şəhər Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 04 nömrəli qərarı ilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi ayrılmış, sonra Cavabdehla Bələdiyyə arasında həmin torpaq sahəsinə dair 01 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin layihə-smeta sənədinə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsində kommersiya obyektinin (“Orxan” şadlıq sarayının) tikintisinə icazə verilmiş, tikinti başa çatdıqdan sonra qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında obyekt istismara qəbul edilmişdir. Qeyri-yaşayış binasının Cavabdeh adına rəsmiləşdirilməsi, onun adından verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə X13 tərəfindən həyata keçirilmişdir. Belə ki, həmin etibarnamə əsasında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0.0663 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bundan başqa, qeyri-yaşayış binasının Cavabdeh adına rəsmiləşdirilməsindən 2 gün sonra C.Əsgərov tərəfindən etibarnamə əsasında sözügedən qeyri-yaşayış binasının alqısatqısı həyata keçirilmişdir. Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh adından verilmiş etibarnamə əsasında X1 şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1197,7 kv.metr olan qeyri-yaşayış binasını alıcı X8 200000 (iki yüz min) manata satmışdır. Bundan sonra Cavabdehlər X10 və X8 qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab edilərək, təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-127/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə (reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın X6 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilmiş və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) Cavabdeh qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsinə (“Orxan” şadlıq sarayına) X6 mülkiyyət hüququ qeydə alındığı ərəfədə M.Əsgərov tərəfindən, S.Əsgərovun borcunun təminatı olaraq İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Belə ki: İddiaçı ASC ilə Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Əsgərov Sayıl Sahib oğluna 60 ay müddətinə illik 8 faiz olmaqla 150 000 (bir yüz əlli min) manat kredit verilmişdir. İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi X6 mülkiyyətində olmuş ünvan 2 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Əsgərov Sayıl Sahib oğluna 60 ay müddətinə illik 5 faiz olmaqla 120 000 (bir yüz iyirmi min) manat kredit verilmişdir. İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanış xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi X6 mülkiyyətində olmuş ünvan 2 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış binası İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixədək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı ASC-nin tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: İddiaçı ASC tələbində ASC-nin “Lənkəran” filialı ilə Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklər tam icra olunanadək ünvan 1 ünvanında istifadədə olan 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası üzərində İddiaçı ASC-in xeyrinə ipoteka yüklülüyünün saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qüvvədə olan və yuxarıda sadalanan məhkəmə aktlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qüvvədə olan (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi) məhkəmə aktlarına istinadən hesab etmişdir ki, Mirxas Əsgərovun mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla öz mülkiyyətinə keçirməsi müəyyən edilməmişdir. Buna görə də hazırkı iş üzrə Mirxas Əsgərov tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Cavabdeh mülkiyyət hüquqlarını pozur. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlak ipoteka qoyan M.Əsgərovun mülkiyyətində qanunsuz olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaya qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-in 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək Kollegiya qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir... Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərari). Bundan başqa, müəyyən edilir ki, sözügedən ipoteka müqavilələri bağlanarkən ipoteka predmeti olan qeyi-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində Mirxas Əsgərovun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Digər tərəfdən, işin hallarından müəyyən edilir ki, İddiaçı ASC-in “Lənkəran” filialı ilə Əsgərov Sayıl Sahib oğlu arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi, xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri üzrə sözügedən qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri hazırda qüvvədədir. Həmin müqavilələrin etibarsızlığı müəyyən edilmir. İpotekaya xitam verilməsi üçün əsas da yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi ipotekaya xitam verilməsi Qanunda konkret sadalanmışdır. Qanunverici mülkiyyətçinin dəyişməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Kollegiya hesab edir ki, ipotekaya xitam verilmədiyindən qüvvədə olan müqavilələr üzrə ipoteka yüklülüyünün saxlanılmasına dair iddia tələbinin də qanuni əsası yoxdur. Bu baxımdan İddiaçı ASC-nin tələbi təmin edilməməlidir. Kollegiya Cavabdeh qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) yüklülükdən çıxarılmasını, İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında ipoteka predmeti olan qeyri-yaşayış binasının yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ipoteka predmetinin yüklülükdən azad edilməsini və ipoteka qeydinin ləğv edilməsini ipoteka müqavilələrinin etibarsızlığı ilə əsaslandırmışdır. İddia tələbinə görə, mübahisələndirilən ipoteka müqavilələri etibarsız sayıldığından onun hüquqi nəticələri də etibarsız olmalı və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslara söykənərək Cavabdeh iddiasını təmin etmiş, İddiaçı ASC ilə X11 arasında bağlanan ipoteka müqavilələrini etibarsız saymışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsində də maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Cavabdeh tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin əqdin etibarsızlığını təsbit edən hər-hansı maddəsi ilə konkret əsaslandırmamışdır. Mahiyyətcə, iddiaçı qüvvədə olan və yuxarıda sadalanan məhkəmə aktlarına və mülkiyyət hüququnun mövcudluğuna əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunun tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilməlidir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Kollegiya hesab edir ki, İddiaçı ASC ilə X11 arasında bağlanan ipoteka müqavilələri bağlanan zaman həmin əqdlərin zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu halları müəyyən edilmir. Həmin əqdlər bağlanan anda etibarlı olmuşlar. Ona görə də Cavabdeh ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi, yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsi tələbin dair qarşılıqlı iddiası da əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi həm ilkin iddianın təmin edilməməsində, həm də qarşılıqlı iddianın təmin edilməsində maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən, hər iki iddia təmin edilmədiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC-in Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) İddiaçı ASC-nin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə X11 və Əsgərov Sayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-992/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-992/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver