Məhkəmə qərarları › İş №2(106)-993/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-993/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-993/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ona və onun mərhum əri X2 torpaq almaqla köməklik edəcəyini vəd etməklə 14.000 manat və 3 ha torpaq sahəsinin pulu olan 15.000 manat pulu borc alaraq heç bir iş görməmiş və ödənilmiş pulu geri qaytarmamışdır. Dəfələrlə pulu tələb etməyinə baxmayaraq heç bir ödəniş etməmişdir. Bununla bağlı o, xx.xx.2021-ci il tarixində Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh ona 14000 manat pul və 3 ha torpaq sahəsinin pulu olan 15000 manat pul borclu olduğunu, lakin borclu olduğu pulu vermədiyini bildirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh ona 29.000 manat pul borclu olduğunu bildirmiş, 15.000 manatı xx.xx.2021-ci il tarixinədək qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə həmin pulu ödəməyə hazır olduğunu bildirmişdir. Bu barədə hətta öz xətti və imzası ilə qəbz yazıb ona vermişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən öhdəlik icra edilməmiş və pul qaytarılmamışdır. Ağcabədi RPŞ-də araşdırma zamanı Cavabdeh izahat verərək, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşadığını və fərdi əməklə məşğul olduğunu, X4 tanıdığını, aralarında isə heç vaxt ədavət və ya düşmənçilik olmadığını, onun və mərhum əri Rəsul Nuriyevin 2014-cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşadıqlarını, həmin vaxt onun və mərhum X1 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etdiklərini, onların da razılaşdığını, bundan sonra isə onların hissə-hissə ona, ümumilikdə, 51000 ABŞ dolları pul göndərdiklərini, həmin vaxt isə ABŞ dollarının kursunun 0.78 AZN olduğunu, onun da özünə məxsus yaşadığı Şənlik kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyini, sonra onların göndərmiş olduqları pula hissəhissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə olaraq təxminən 50.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölüşdüyünü, 2018-ci il tarixində isə Rəsul Nuriyevin vəfat etdiyini, bundan sonra onun Rəsul Nuriyevin ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etməyə başladığını, bu zaman onun qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşdığı və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44.600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəldiklərini, həmin puldan sonra isə 14.0 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşdıqlarını, həmin vaxtdan sonra cavabdehin Rəşid Nuriyevə ümumillikdə 30.500 manat pul ödədiyini, lakin onun qalan 14.0 hatorpaq sahəsindən 4.70 ha torpaq sahəsini satdığı üçün və onun maddi imkanının olmadığı üçün 44.600 manat pulun qalan hissəsi olan 14.100 manat pulu ödəyə bilmədiyini, buna görə də həmin torpaqdan və alınan zaman öz adına sənədləşdirdiyi 3.0 ha torpaq sahəsini 15.000 manat pula satdığını, həmin vaxtdan onun İddiaçı və ya Zaur Ağayevi görmədiyini yalniz Zaur Ağayevlə mobil telefonda aralarında mübahisə yarandığını, mübahisə zamanı isə sərxoş olduğu üçün səhvən Zaur Ağayevin ünvanına nalayiq sözlər işlətdiyini. Onun İddiaçı borclu olduğu 14.000 manat pulu və satmış olduğu torpaq sahəsinin 15.000 manat pulunu hər il 3.000 manat olmaqla 10 il müddətə ödəməyə hazır olduğunu etiraf etmişdir. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. O, məcbur qalaraq Məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 29.000 məbləğində borcun, və ödənilmiş 177 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili “Mirzəyev və partnyorlar” Vəkil Bürosunun vəkili Nümayəndə “Elektron məhkəmə” sistemi vasitəsilə məlumat göndərərək Bakı Ağır Cinayətlər Məhkəməsində təyin edilmiş məhkəmə prosesində iştirakı ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğuldur. X4 tanıyır və aralarında heç vaxt ədavət və ya düşmənçilik olmayıbdır. Nüşabə və mərhum əri Rəsul Nuriyev 2014cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşayırdılar. Həmin vaxt Nüşabə və mərhum X3 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etmişlər və o da razılaşmışdır. Bundan sonra isə hissə-hissə ona, ümumilikdə, 51000 ABŞ dolları pul göndərilmiş, həmin vaxt isə ABŞ dollarının kursunun 0.78 AZN idi. O da Şənlik kəndi ərazisində yerləşən özünə məxsus 10.0 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyini, sonra onların göndərmiş olduqları pula hissə-hissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almışdır. Heyvanları özü saxlamış və əldə olan təxminən 50.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almış və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölmüşdür. 2018-ci il tarixdə isə Rəsul Nuriyevin vəfat etmiş, bundan sonra X8 ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etmiş, bu zaman o, Nüşabənin qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşmış və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44.600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəlmişlər. Həmin puldan sonra isə 14.0 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşmış, həmin vaxtdan sonra o, Rəşid Nuriyevə, ümumillikdə, 30.500 manat pul ödəmişdir. Nüşabəyə 29000 manat borca görə iki dəfə, ümumilikdə, 3000 manat pul vermiş, qalan borcu torpaqdan istifadə edərək hissə-hissə tam ödəyəcəkdir. Lakin ondan torpağı aldıqları üçün qalan borcu ödəyə bilməmişdir. Odur ki göstərdiklərini nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsi ilə (Hakim: Sulduz Ləzimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində borc pul və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətində bildirmişdir ki, qanun norması aydın şəkildə bəyan edir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə bağlanır. Qətnamədə qeyd olunan halı təsdiq edən və istinad olunan sübuta əsaslanılmamışdır. Qətnamədə Cavabdeh adından verilmiş və Ağcabədi rayon Polis Şöbəsində təzyiq altında tərtib olunmuş cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz vardır ki, məhkəmə bu qəbzi müqavilə qüvvəsinə bərabər tutmuş, lakin yazılı müqaviləni tərəflərin sərbəst iradə ifadəsi bildirməklə bağlamalı olduqları halda, bu müqaviləni niyə polis şöbəsində bağlamalı olmuşlar nüansına nədənsə hüquqi qiymət verməmiş, iddiaçının üstün mövqeyini əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yəni əgər məhkəmə həmin qəbzi iddianın qanuni əsası kimi götürüb iddia tələbini qismən təmin edirsə, həmin qəbzin həqiqi məzmumunu təşkil edən, cavabdehin iddiaçıya borclu olduğu “29.000 manat pulun bir min beş yüz manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz verirəm” kimi iradə ifadəsini nəzərə almamış, öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nədənsə görməzdən gəlmişdir. Axı iddia tələbinin qanuni əsası kimi həmin qəbz çıxış edir. Lakin məhkəmə icra müddəti başa çatmamış öhdəliyin, heç bir əsas olmadan vaxtından əvvəl ödənilməsi qənaətinə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, əgər məhkəmə tərəflər arasındakı hüquq və vəzifələrin həmin “müqavilə” (əslində həmin yazılı qəbz müqavilə deyildir, yəni bir nəfərin iradə ifadəsi vardır) üzrə yarandığını qənaətinə gəlirsə, bu zaman həmin tələb üzrə iddia müddəti keçmişdir. Yəni cavabdeh tərəfindən Polis Şöbəsində yazdırılmış 01 avqust 2021-ci il tarixli həmin qəbzdə ümumi borcdan “bir min beş yüz” manatını (qəbzdə rəqəmlə 15.000 manat qeyd olunsa da, sözlə “bir min beş yüz” manat yazılmış və əslində, düzgün ifadə bu cürdür) 09 avqust 2021-ci il tarixə qədər, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz vermişdir. İddiaçı, iddia ərizəsində də qalan pulun hər il 3.000 manat olmaqla, cavabdeh tərəfindən 10 il müddətinə ödəməli öhdəliyinin olduğunu etiraf edir. Başqa sözlə, əgər məhkəmə öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nəzərə almırsa, yəni öhdəliyin icra müddəti 09 avqust 2021-ci il tarixdən başlayıb, 09 avqust 2024-cü ildə bitirsə (müqavilə tələbləri üzrə iddia müddəti üç ildir), bu zaman izah verilməlidir. Qanunvericiliyin tələbinə görə həmin tələb üzrə iddia müddəti keçmiş və iddia tələbi keçdiyindən iddia tələbi rədd olunmalıdır. Çünki iddiaçı tərəfindən həmin iddia tələbiylə bağlı 09 avqust 2024-cü il tarixdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən nəinki sübutları düzgün qiymətləndirməmiş, hətta yazılı sübutları təhrif etmiş və bununla da iddiaçının üstün mövqeyini əsas götürmüşdür. Belə ki, qətnamənin 2-ci səhifəsinin 4-cü abzasında göstərilir: “İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qaytaracağını etiraf etmişdir”. Lakin iş materiallarında 10 avqust 2022-ci il tarixli qərar yoxdur, işdə 10 avqust 2021-ci il tarixli qərar vardır. Göründüyü kimi, məhkəmə həm işdə olmayan sübuta əsaslanmaqla əsasız və qanunsuz qətnamə çıxarmış, bununla yanaşı, yəqin ki, həmin qərarın tarixini bir il geri çəkməklə, iddia müddətini keçmədiyi görünütüsü yaratmağa çalışmışdır. Bundan başqa, məhkəmə qətnamədə Cavabdeh tərəfindən verilmiş qəbzin verilmə tarixini də göstərməməklə, iddia müddətinin keçməsini ört-basdır etməyə çalışmışır. Qeyd olunanların təsadüfən və ya bilməyərəkdən olması ağlabatan görünmür. Həmçinin qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh satmış olduğu torpaq sahəsinin 15.000 manat pulun hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyini etiraf etmişdir. Lakin onun satmış olduğu torpaq sahəsinin qiyməti 5.000 manat olmuşdur və bu barədə təqdim etdiyi torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsini, yəni təqdim etdiyi sübutu məhkəmə qəbul etməkdən imtina etdi. İddiaçının iddia etdiyi, onun guya 15.000 manata torpaq sahəsi satmağı tamamilə əsassız və yalan iddiadır. O, torpaq sahəsini 5.000 manata satmış, qəbzdə 15.000 manat borclu olmağının qeyd etməyinin səbəbi isə o, iddiaçıya arvadına məxsus telefondan zəng vurduğu üçün arvadının nömrəsini iddiaçı polisə vermişdir və polis şöbəsində arvadını polisə çağıracaqlarını, polisdə saxlayacaqlarıyla bağlı ona təzyiq edib hədələdilər və arvadının polisdə saxlanılmasından qorxaraq 15.000 manat borclu olmağı haqqında qəbz yazmışdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən, iş materiallarında olmayan və məhkəmədə araşdırılmayan sübutlara istinad etmiş, cavabdeh tərəfindən yazılmış qəbzin polis şöbəsində təzyiq altında verilməsini nəzərə almamış, birtərəfli iradə ifadəsi olan qəbzə iddiaçının marağına uyğun olaraq müqavilə kimi qiymət vermiş, lakin həmin qəbzdən yaranmış münasibətlərə əsasən iddia müddətinin keçməsini nəzərə almamışdır. Lakin cavabdehə münasibətdə isə qəbzin məzmunundan irəli gələn öhdəlik münasibətlərini nədənsə görməzdən gəlmiş, öhdəliyin 2031-ci il də başa çatacağına hüquqi qiymət verməmişdir. Odur ki, həmin sübutlar araşdırılmalı və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli, ədalətli, qanuni, əsaslı qətnamə qəbul edilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(017)-547/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini, iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı vəkili və nümayəndəsi X5 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində borc pul və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək iddia müddətinin keçməsinə görə iddianın təmin edilməməsi xahiş edilmişdir. AR MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, hətta iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İşdə olan sənədlərdən görünür ki, məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğuldur. X4 tanıyır və aralarında heç vaxt ədavət və ya düşmənçilik olmayıbdır. Nüşabə və mərhum əri Rəsul Nuriyev 2014-cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşayırdılar. Həmin vaxt Nüşabə və mərhum X3 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etmişlər və o da razılaşmışdır. Bundan sonra isə hissə-hissə ona ümumilikdə 51000 ABŞ dolları pul göndərilmiş, həmin vaxt isə ABŞ dollarının kursunun 0.78 AZN idi. O da Şənlik kəndi ərazisində yerləşən özünə məxsus 10.0 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyni, sonra onların göndərmiş olduqları pula hissə-hissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almışdır. Heyvanları özü saxlamış və əldə olan təxminən 50.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almış və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölmüşdür. 2018-ci il tarixdə isə Rəsul Nuriyevin vəfat etmiş, bundan sonra X8 ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etmiş, bu zaman o, Nüşabənin qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşmış və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44.600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəlmişlər. Həmin puldan sonra isə 14.0 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşmış, həmin vaxtdan sonra o, Rəşid Nuriyevə, ümumillikdə, 30.500 manat pul ödəmişdir. Nüşabəyə 29000 manat borca görə iki dəfə, ümumilikdə, 3000 manat pul vermiş, qalan borcu torpaqdan istifadə edərək hissə-hissə tam ödəyəcəkdir. Lakin ondan torpağı aldıqları üçün qalan borcu ödəyə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı bildiririk ki, birinci instansiya məhkəməsi öhdəliyin icra edilməməsi barədə normalara istinad etmiş və bununla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehin verdiyi qəbzdə borca istinad etməsinə gəldikdə isə artıq 21 avqust 2021-ci il tarixinədək üzərinə öhdəlik götürərək ödəməli olduğu 15000 manatı ödəməməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq 2(106)-993/2025 saylı işin xx.xx.2025-ci il tarixə saat 17:25-ə təyin edilmiş məhkəmə iclasında işinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, həmin iş üzrə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Məhkəmə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması kimi qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qaytaracağını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh öz xətti və öz imzası ilə qəbz yazaraq iddiaçıya borclu olduğu 29000 manat pulun 15000 manatını 09 Avqust 2021ci il tarixədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətə ödəyəcəyini söz vermişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qətnamədə Cavabdeh adından verilmiş və Ağcabədi rayon Polis Şöbəsində təzyiq altında tərtib olunmuş cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz vardır ki, məhkəmə bu qəbzi müqavilə qüvvəsinə bərabər tutmuş, lakin yazılı müqaviləni tərəflərin sərbəst iradə ifadəsi bildirməklə bağlamalı olduqları halda bu müqaviləni niyə polis şöbəsində bağlamalı olmuşlar nüansına nədənsə hüquqi qiymət verməmiş, iddiaçının üstün mövqeyini əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə əlaqədar qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Apellyasiya baxışı zamanı cavabdeh təzyiq altında və qorxduğu üçün həmin qəbzi imzaladığını göstərsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, Ağcabədi RPŞ-də həm də birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya 29000 manat borcu olmasını etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əgər məhkəmə həmin qəbzi iddianın qanuni əsası kimi götürüb iddia tələbini qismən təmin edirsə, həmin qəbzin həqiqi məzmumunu təşkil edən, cavabdehin iddiaçıya borclu olduğu “29.000 manat pulun bir min beş yüz manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz verirəm” kimi iradə ifadəsini nəzərə almamış, öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nədənsə görməzdən gəlmişdir. Axı iddia tələbinin qanuni əsası kimi həmin qəbz çıxış edir. Lakin məhkəmə icra müddəti başa çatmamış öhdəliyin, heç bir əsas olmadan vaxtından əvvəl ödənilməsi qənaətinə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, əgər məhkəmə tərəflər arasındakı hüquq və vəzifələrin həmin “müqavilə” (əslində həmin yazılı qəbz müqavilə deyildir, yəni bir nəfərin iradə ifadəsi vardır) üzrə yarandığını qənaətinə gəlirsə, bu zaman həmin tələb üzrə iddia müddəti keçmişdir. Yəni cavabdeh tərəfindən Polis Şöbəsində yazdırılmış 01 avqust 2021-ci il tarixli həmin qəbzdə ümumi borcdan “bir min beş yüz” manatını (qəbzdə rəqəmlə 15.000 manat qeyd olunsa da, sözlə “bir min beş yüz” manat yazılmış və əslində, düzgün ifadə bu cürdür) 09 avqust 2021-ci il tarixə qədər, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz vermişdir. İddiaçı, iddia ərizəsində də qalan pulun hər il 3.000 manat olmaqla, cavabdeh tərəfindən 10 il müddətinə ödəməli öhdəliyinin olduğunu etiraf edir. Başqa sözlə, əgər məhkəmə öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nəzərə almırsa, yəni öhdəliyin icra müddəti 09 avqust 2021-ci il tarixdən başlayıb, 09 avqust 2024-cü ildə bitirsə (müqavilə tələbləri üzrə iddia müddəti üç ildir), bu zaman izah verilməlidir. Qanunvericiliyin tələbinə görə həmin tələb üzrə iddia müddəti keçmiş və iddia tələbi keçdiyindən iddia tələbi rədd olunmalıdır. Çünki iddiaçı tərəfindən həmin iddia tələbiylə bağlı 09 avqust 2024-cü il tarixdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. İşin hallarından göründüyü kimi, cavabdeh 29.000 manat pulun 1500 manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyi barədə öhdəlik götürsə də, öhdəliyə əməl etməmiş və iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddia müddəti ötürüldüyü halda məhkəmənin iddia müddətini tətbiq etmədiyini göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, qanunvericilik iddia müddətinin tətbiq olunması üçün cavabdehin bu barədə ərizə ilə məhkəməyə müraciət etməsini imperativ norma kimi nəzərdə tutmuşdur. Hazırkı halda kollegiya iddiaçının həqiqətən də iddia müddətini ötürüb-ötürməməsinə qiymət vermədən heab edir ki, cavabdeh bu barədə ərizə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinə münasibət bildirməmişdir. Göstərilənlərlə yanaşı, kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-nin əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi, cavabdehin pulu iddiaçıdan alması, daha sonra həmin pulları tam qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsinə və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 26000 manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehdan 26000 manat pul vəsaiti və 168 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar