Məhkəmə qərarları › İş №2(106)-999/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-999/2023

01.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-999/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı 26 sentyabr 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)- 360/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)-360/2023 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) İddiaçı cavabdeh Cəlilabad rayon Mərkəzi X1rşı 26 sentyabr 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı Əhmədova X2 Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)- 360/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon X7 Hüquqi Şəxsin 26 sentyabr 2022-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cəlilabad rayon X7 X18 xidmətləri söbəsinin Təhlükəsizlik bölməsinin mühafizəçisi bölümündə çalışmışdır. Cəlilabad rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanovun təkidi və təzyiqi əsasında 19 iyul 2022-ci ildə ona intizam tənbehinin verilməsi haqqında 85 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq sifarişli Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Faiq Qurbanov tərəfindən 19 iyul 2022-ci il tarixli təqdimatı əsasında töhmət verilmişdir. 19 iyul 2022-ci il tarixdə əri X9 Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru ilə Cəlilabad Rayon Məhkəməsində çəkişməli olduqları an və məhkəmənin qərar verildiyi gün və saatda, tanımadığı Cəlilabad rayon sakini Aliyə Rzayeva adlı şəxsin onun barəsində rüşvətlə bağlı etdiyi şikayət, onun haqsız şərlənərək işdən qanunsuz çıxarılmasının sübutudur. O, işlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin cavabdeh ondan qisas almaq məqsədi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Cəlilabad rayon X3 İttifaqı rayon şurasının 24 sentyabr 2022-ci il tarixli 9 saylı protokola əsasən 26 sentyabr 2022-ci il tarixli 1598-k saylı əmri ilə onu rüşvət və işə gəlməməklə şərləyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” hissəsinə əsasən işdən kənarlaşdırılmasının bir daha qərəzli olduğunu göstərmişdir. Cavabdeh ona əmr verərkən 2022-ci illə 2021-ci ili səhv salmış və saxta qərar vermişdir. Bu səbəbdən cavabdeh ona 3 aylıq maddi ziyan ödəməlidir. O, həmin əmri əsassız və qanunsuz hesab edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə ki, birinci inistansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarını pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün əmiyyətli olan hallar sübut edilmədən qəbul edilmişdir. Buna görə də, qətnamə ləğv olunmalı və iddia təmin olunmalıdır. Həmçinin iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)- 360/2023 saylı qəntaməsinin əsassız olmasını o halla əlaqələndirmişdir ki, ona böhtan atan Cəlilabad rayon sakini Aliyə Rzayeva məhkəməyə dəvət olunmamış və iddiaçının ondan rüşvət alması məhkəmə tərəfindən təsdiq olmadan sübuta yetirilmişdir. Ona görə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Məhkəmənin bu mövqeyinə görə iddiaçının işə bərpa olunma tələbi təmin edilməmişdir. Qeyd edilən hallar təmin edilsəydi, tərəflər arasında yaranmış mübahisə ədalətli şəkildə həll edilərdi. X16 Sığorta üzrə X17 Ərazi Bölmələrini X5 Rayon X7 Hüquqi Şəxsi tərəfindən ona xx.xx.2022-ci il tarixdə intizam tənbehinin verilməsi haqqında № 85 nömrəli əmr verilmiş, əsas kimi isə Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Faiq Qurbanovun təqdimatı və vətəndaş Aliyə Rzayevanın şikayəti göstərilmişdir. Tibbi Ərazi Bölmələri X5 Rayon X7 Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əmək Müqaviləsinə xitam verilməsi haqqında № 1598-k nömrəli əmr verilmiş və əsas kimi isə təqdim olunmuş sənədlər və Cəlilabad Rayon X3 İttifaqı Rayon Şurasının xx.xx.2022-ci il tarixli 9-saylı protokolu göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli əmrlər arasında ziddiyyətin mövcud olduğunu vurğulamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Aliyə Rzayevanı tanımadığını, işlədiyi müddətdə cəmi bir töhmətinin olduğunu, şiddətli töhmət verilməsindən isə xəbərinin olmadığını, həmçinin cavabdeh tərəfindən 26 sentyabr 2022-ci il tarixli əmr üçün əsas olaraq təqdim olunmuş sənədlərin saxta olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 12, 13 və 14 sentyabr 2022-ci il tarixlərdə Vərəm xəstəxanasında müalicədə olmuş, lakin bununla bağlı məhkəməyə Bülleten təqdim etməmişdir. Lakin qeyri-rəsmi olaraq icazə aldığını, icazə vərəqəsini məhkəməyə təqdim etsə də, iş materiallarına əlavə olunmadığını qeyd etmişdir. Həmin sənədin isə yenidən əldə edilməsinin mümkünsüzlüyünü bildirmişdir. X8 tərəfindən təqdim olunmalı olduğunu, lakin xəstəxana ona qarşı qərəzli olduğuna görə vermədiklərini bildirmişdir. İddiaçının vəkili X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək vurğulamışdır ki, iddiaçı cəmi 3 gün işdə olmayıb, həmin müddət ərzində xəstəliyi ilə əlaqədar müalicə alıb və bununla bağlı iş yerinin rəhbərliyinə məlumat verərək icazə almışdır. Cavabdeh Cəlilabad Rayon X7 Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)-360/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 12 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 13 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 14 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 15 sentyabr 2022ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işdə olmadığına görə 15 sentyabr 2022-ci il tarixdə izahat yazmalı olduğu bildirilsə də, o, izahat yazmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə izahat yazmalı olduğu bildirilsə də, o, izahat yazmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə Tibbi şuranın iclasına dəvət edilsə də iştirak etməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə ona verilmiş töhmət əmrini götürsə də, surətinə imza atmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad Rayon X7 X6 xidmətinin bölmə müdiri Faiq Qurbanov tərəfindən Cəlilabad Rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanova ünvanlanmış 19 iyul 2022-ci il tarixli təqdimatdan görünür ki, Təhlükəsizlik xidmətinin əməkdaşı İddiaçı işdə dəfələrlə ciddi nöqsanlara yol vermiş, bölmə müdirinin verdiyi tapşırıqları vaxtında yerinə yetirməmiş, dəfələrlə təyin edilmiş xidmət yerinə getməkdən imtina etmiş, dəfələrlə işə gecikmiş və bir vətəndaşdan pul alaraq ona sənəd düzəltmişdir. Yol verdiyi nöqsanlara görə İddiaçı barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad Rayon X7 X6 xidmətinin bölmə müdiri Faiq Qurbanov tərəfindən Cəlilabad Rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanova ünvanlanmış 29 iyul 2022-ci il tarixli təqdimatdan görünür ki, Təhlükəsizlik xidmətinin əməkdaşı İddiaçı dəfələrlə verilən tapşırıqları yerinə yetirməmiş, mütamadi olaraq işə gecikmişdir. Bölmə müdiri tərəfindən xidmətə təyin olunmuş, İddiaçı isə xidmət ərzində xidmət etməkdən imtina etmiş və bölmə müdirinə tabeçilik göstərməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq İddiaçı barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad rayon X7 X14 İttifaqı Komitəsinin 24 sentyabr 2022-ci il tarixli 9 saylı protokolundan çıxarışdan görünür ki, 5 nəfər şura üzvlərinin iştirakı ilə gündəlik məsələnin “Əmək intizamının ciddi şəkildə pozulması və vəzifədən sui istifadə (öz məqsədi üçün) halları ilə əlaqədar” keçirilmiş iclasda, Təhlükəsizlik bölməsinin mühafizəçi İddiaçı etdiyi hərəkətlər vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilməmsi qərara alınmış, Cəlilabad RMX PHŞ-nin direktoru Elnur Azadxanovdan qərarın icrasının təmin edilməsi xahiş olunmuşdur. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 19 iyul 2022-ci il tarixli 85 saylı əmrindən görünür ki, Cəlilabad Rayon X7 X18 xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi ilə İddiaçı dəfələrlə işində yol verdiyi nöqsanları, işə vaxtında gəlmədiyini, verilən tapşırıqları vaxtında icra etmədiyini o cümlədən Cəlilabad rayon sakini Rzayeva Aliyə adlı vətəndaşdan rüşvət aldığı haqqında şikayət ərizəsini nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli 1598 saylı əmrindən görünür ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsində mühafizəçi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 26 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-in 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilmişdir. Birinci instansiya məhkəməsində işdə olan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı heç bir üzrlü səbəb olmadan 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi işdə olmamış, işlədiyi müəssisənin rəhbərliyi tərəfindən verilmiş əmrlərə tabe olmamış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və lazımınca icra etməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu səbəbdən də, Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli 1598 saylı əmri ilə İddiaçı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi işə çıxmadığı üçün və rəhbərlik tərəfindən verilmiş əmrlərə tabe olmadığına görə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsindən azad edilmişdir. Beləcə, İddiaçı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi üzrsüz olaraq işə çıxmaması, rəhbərlik tərəfindən verilmiş əmrlərə tabe olmaması, habelə rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və lazımınca icra etməməsi səbəblərindən iddiası əsassızdır və təmin oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Əhmədova X2 rayon X7 X21 xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bununla da, iddiaçının hərəkətlərində əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. ƏM-in 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Habelə ƏM-in 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir ki, bunlardan biri də həmin maddənin “ç” bəndində nəzərdə tutulmuş işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-in 187.1 və 187.2-ci maddələrinin tələbinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işdə olan sübutların düzgün qiymətləndirilməməsi, Aliyə Rzayeva adlı şəxsin məhkəməyə dəvət olunmaması, 19 iyul 2022-ci il və 26 sentyabr 2021-ci il tarixli əmrlər arasında ziddiyyətin mövcudluğu barədə dəlillərinə dair işin mübahisəsiz faktiki hallarına uyğun olaraq qeyd edir ki, iddiaçı həmin dəlillərin əsaslarına dair hər hansı mötəbər sübutlarını təqdim etməmiş və ya adıçəkilən Aliyə Rzayevanın məhkəmədə dindirilməsinin iş üçün hansı əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır. Bundan əlavə, o, 12-14 sentyabr 2022-ci il tarixlərdə işdə olmaması faktı barədə bildirmişdir ki, işlədiyi müəssisənin icazəsi əsasında Vərəm xəstəxanasında ambulator müalicədə olmuşdur. Bununla bağlı xəstəxana rəhbərliyi tərəfindən qərəzli olaraq məhkəməyə bülleten təqdim edilməmişdir. Kollegiya diqqətə çatdırır ki, İddiaçı izahatında qeyri-rəsmi icazə aldığını bildirmiş və müvafiq icazə vərəqəsi isə iş materiallarında mövcud deyildir. Habelə işdə olan 4 nömrəli Vərəm əleyhinə Dispanserin 14 sentyabr 2022-ci il tarixli Ambulator Kitabçadan çıxarışın surətindən də görünür ki, İddiaçı yalnız 12 sentyabr 2022-ci il tarixdə diaqnostik müayinələrdən keçmişdir. Digər – onun işdə olmadığı 13-14 sentyabr 2022-ci il tarixlərdə isə hər hansı müayinə və ya mülaicələrlə bağlı hər hansı hal müəyyən edilmir. İddiaçı qeyd edilən günlərdə xəstə olmasını və bununla da, işdə olmamasının səbəblərinin üzrlü olmasını heç bir sübutla təsdiq edə bilməmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iş üzrə İddiaçı iddia tələbinin təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlarını təqdim etməmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)-360/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(073)-360/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar