Məhkəmə qərarları › İş №2(107)-1/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1/2022

02.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X7, X19 və X8 qarşı (açar sözlər: mülkiyyət hüququ əsasında ona məxsus evin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, X19 və X8 qarşı “mülkiyyət hüququ əsasında ona məxsus evin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X15, X23, X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus, onun tərəfındən ipotekaya qoyulmuş Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilən puldan X13 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

2. Qəbələ rayon İcra qrupunun sifarişinə əsasən "xxxx" MMC-nin 27 avqust 2011-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ına əsasən Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evi 17000 manat məbləğində qiymətləndirilmişdir.

3. "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli, Y-768 saylı “Hərracın yekunları barədə” protokoluna əsasən Cavabdeh1 məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış evi “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətinin müvafiq olaraq 15% və sonradan 25% endirilməklə 10838 manata İddiaçı satılmışdır.

4. İddiaçı sözügedən fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilən ******* nömrəli Hüquqlarının X21 daşınmaz əmlakın Dövlət Reyestrindən (qeydiyyat tarixi-xx.xx.2012, qeydiyyat nömrəsi **********) Çıxarış almışdır.

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus mülkiyyətin Cavabdeh1 və ailə üzvləri tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsinin vəsatətinə əsasən X15, X23 və X16 əlavə cavabdeh kimi işə cəlb edilmişlər.

7. xx.xx.2014-cü il tarixində iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edən iddiaçının nümayəndəsi iddia tələblərinin həcmini artıraraq bildirmişdir ki, iş üzrə keçirilmiş məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evində X15, X23 və X16 da qeydiyyatdadırlar. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, X15, X23 və X16 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0,46 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Adı çəkilən mülkiyyətin ona məxsus olmağına baxmayaraq, fərdi yaşayış evinin əvvəlki sahibi Cavabdeh1 və onun ailə üzvləri hal-hazırda həmin evdə qanunsuz olaraq yaşayırlar. Cavabdeh özgə əmlakından qanunsuz istifadə etdiyi barədə Pretenziya qaydasında xəbərdarlıq edilsə də, ona məxsus mülkiyyətin tərk edilməsi üçün heç bir real addım atmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X25 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, yaxın dostu olmuş X22 ilə İddiaçı arasında 21 iyul 2009-cu il tarixdə Borc müqaviləsi bağlanmışdır. Həmin tarixdə borc müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin edilməsi məqsədilə İddiaçı, X22 və onun arasında ipoteka müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. X22 borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklərini lazımınca yetirməməsi səbəbindən Vəliyev X11 Pavel Armenakiyə və ona qarşı borc müqaviləsi üzrə pul tələbinin ipoteka predmetinə yönəldilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Ona məxsus evin ipoteka ilə yüklü edilməsinə dair onunla ipoteka müqaviləsi bağlanarkən ona hüquq və vəzifələri izah olunmamış, X22 İddiaçı almış olduğu borc məbləğini ödəyə bilmədiyi təqdirdə tələbin ona məxsus əmlaka yönəldilməsinin mahiyyətini başa düşməmişdir. Əgər bütün bunlar müqavilə bağlanarkən ona izah olunmuş olsaydı, heç vaxt belə bir müqavilənin bağlanmasına razılıq verməzdi. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər X15, X23 və X16 iddianı qəbul etməyərək bildirmişlər ki, ipoteka predmeti olan evdə qeydiyyatda olmaqlarına və həmin evdə faktiki olaraq yaşamaqlarına baxmayaraq, sözügedən ev ipoteka ilə yüklü edilərkən onların heç birinin razılıq ərizələri alınmamışdır. Halbuki, mövcud qanunvericiliyə əsasən ev ipoteka ilə yüklü edilərkən, evdə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edilir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınır. Bununla da onların qanuni mənafeləri və hüquqları məhdudlaşdırılmışdır. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etmişlər.

12. Qəbələ Rayon Məhkəməsinin (hakim Fehruz Abbasov) 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, X19 və X8 qarşı “mülkiyyət hüququ əsasında ona məxsus evin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, X15, X23, X16 və onların ailə üzvləri tərəfindən tam boşaldılmaqla iddiaçıya təhvil verilməsi qət edilmişdir.

13. Cavabdehlər Cavabdeh1, X15, X23, X2 Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2015-ci il tarixli, 2- 1(107)-215/2015 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

c) Kassasiya instansiya məhkəməsində icraat

16. Cavabdeh X15 və onun vəkili X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2015-ci il tarixli, 2-1(107)-215/2015 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2015-ci il tarixli, 2(102)-3009/2015 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2015-ci il tarixli, 2-1(107)-215/2015 saylı qətnaməsi X5, X17 və X6 evdən çıxarılması hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərar alınmışdır.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdehlər apellyasiya şikayətini belə əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdırlar. Belə ki, sözügedən yaşayış evi ipotekaya qoyularkən cavavdehlər X15, X23 və X6 xəbəri olmamış, onların razılığı alınmamış, evin hərraca çıxarılması və satılması barədə onlara hər hansı məlumat verilməmişdir. Şamxal adlı şəxs, evi hərrac vasitəsi ilə aldığını iddia edərək evin məcburi boşaldılması barədə məhkəməyə müraciət etdikdən sonra onların bundan xəbəri olmuşdur. Bu vaxta qədər onlar nə məhkəməyə, nə də digər dövlət orqanlarına dəvət edilmişlər. Məhkəmə prosesi zamanı onlara məlum olmuşdur ki, Cavabdeh1, kənd sakini X13 İddiaçı götürdüyü 15000 manat borc pulun müqabilində onlara məxsus fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)- 917/2014 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2015-ci il tarixli, 2(102)-3009/2015 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2015-ci il tarixli, 2-1(107)-215/2015 saylı qətnaməsi X5, X10 və X4 evdən çıxarılması hissəsində ləğv edildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alman əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

25. “İpoteka haqqında” Azərbаycаn Respublikаsının Qаnunu:

Maddə 10.8. İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməmə si ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

26. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

V. Apellyasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, X15, X23, X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)- 917/2014 saylı qətnaməsi qismən - cavabdehlər X7, X19 və X6 evdən çıxarılması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 Haşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (seriya RX 0046312, reyestr nömrəsi **********22-10301 qeydiyyat nömrəsi **********) əsasən ünvan 1i ünvanında 0.46 ha torpaq sahəsində olan 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 40.3 kv.m, 24 kv.m yaşayış sahəsi, 16.3 yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

31. İş materialında olan Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(025)-20/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X18 və Cavabdeh1 qarşı borc müqaviləsi üzrə pul tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilən puldan cavabdeh X13 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

32. İş materialında olan Qəbələ Rayon İcra Hakimiyyəti Nic qəsəbə İnzibati Ərazi Vahidliyi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 1177 saylı arayışından görünür ki, Qəbələ rayon Nic qəsəbəsi ünvanında Cavabdeh1 məxsus fərdi yaşayış evində X15, X23 və X16 qeydiyyatdadırlar.

33. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2015-ci il tarixli, 2- 1(107)-215/2015 saylı qətnaməsi ilə “X5, X10 və X4 evdən çıxarılması” hissəsində razılaşmayan və qətnaməni həmin hissədə ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2015-ci il tarixli, 2(102)-3009/2015 saylı qərarında göstərilmişdir ki, ... işin yuxarıda göstərilən hallarından göründüyü kimi E.Rüstəmova iddiaya etirazlarını mübahisəli evin onunla Cavabdeh1 birgə nikahı dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olması və həmin ev ipotekaya qoyularkən onun razılığının alınmaması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alman əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Həmin maddələrin məzmunundan göründüyü kimi mübahisəli evin Sadiq Rüstəmov ilə Esmira Rüstəmovanın ümumi mülkiyyəti olması təsdiq edildiyi halda mübahisəli ev ipotekaya qoyularkən birgə mülkiyyətçi kimi E.Rüstəmovanın evin ipoteka qoyulmasına razılığı alınmalı olduğu və iş materiallarında belə bir razılığın alınmasını təsdiq edən sübut olmadığı halda apellyasiya instansiya məhkəməsi mübahisəli evin Cavabdeh1 ilə E.Rüstəmova arasında birgə nikah dövründə əldə edilib-edilməməsi, onların ümumi birgə mülkiyyəti olub-olmaması, eyni zamanda E.Rüstəmovanın o cümlədən Sadiq və Bəxtiyar Rüstəmovların evin ipotekaya qoyulmasına razılıq veribverməməsini aydınlaşdırmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 istisna olmaqla digər şəxslərin evdən çıxarılması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayarkən Mülki Məcəllənin 228.4-cü maddəsinin və “İpoteka haqqında” Qanunun 10-cu maddəsinin tələblərini nəzərə almamışdır.

34. Ona görə də məhkəmə kollegiyası işə Ali Məhkəmənin Mülki kollegiyasının 08 iyul 2015-ci il tarixli, 2(102)-3009/2015 saylı qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən baxarkən hesab edir ki, MPM-in 372.6-cı maddəsinə müvafiq olaraq hazırkı apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2015-ci il tarixli, 2-1(107)-215/2015 saylı qətnaməsinin yalnız ləğv edilən hissəsi üzrə araşdırma aparılmalı, həmin qətnamənin qalan hissədə qüvvəsində (dəyişdirilmədən) saxlanılması nəzərə alınmalıdır.

35. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(025)-20/2011 saylı qətnaməsinə əsasən borc müqaviləsi üzrə 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pul X14 İddiaçı xeyrinə tutulmuş, tələb Cavabdeh1 məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilmiş, Qəbələ rayon İcra Qrupunun sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi açıq hərraca çıxaırlmış, həmin ev hərracda satılmadığına görə tələbkar İddiaçı təklif olunmuş, İddiaçı tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa (reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi**********) əsasən yuxarıda göstərilən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd olunan ev İddiaçı mülkiyyətindədir.

37. İddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, əmlakın kreditor qarşısında yüklü edilməsi, ipoteka saxlayanın həmin əmlakın kreditin ödənilməsi məqsədilə satılmasına və ya hərrac vasitəsilə mülkiyyətinə keçməsinə xidmət edir. Əmlak üzərində tam mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də iddiaçının mülkiyyət hüququ təmin edilməlidir və İddiaçı mülkiyyətində olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, X15, X23, X16 və onların ailə üzvləri tərəfindən tam boşaldılmaqla iddiaçıya təhvil verilməlidir.

38. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin həmin qətnaməsinin iddia tələbinin X15, X23, X8 münasibətdə təmin edilməsi hissəsi ilə razılaşmır.

39. Belə ki, yuxarıda göstərilən normalardan aydın olur ki, mübahisəli evin Esmira və Sadiq Rüstəmovların ümumi birgə mülkiyyəti olmaması ehtimalı olunduğu halda da həmin ev ipotekaya qoyularkən istifadə hüququna malik olan şəxs kimi E.Rüstəmovanın, o cümlədən Sadiq və Bəxtiyar Rüstəmovların notarial qaydada təsdiq edilmiş razılığının alınmaması onların mülkiyyətçinin dəyişməsi əsası ilə istifadə hüququna xitam verilməsini və evdən çıxarılmasını istisna edir.

40. Çünki qeyd olunduğu kimi “İpoteka haqqında” Qanunun 10.8-ci maddəsi daşınmaz əşyanın yüklü şəkildə ipotekaya qoyulmasını istisna etmir. Çünki Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yüklü əşyaya mülkiyyət hüququnun başqa əşyanın yüklülükdən azad edilməsi üçün əsas deyildir.

41. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın tam təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

42. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddia tələbinin “X15, X23 və X6 evdən çıxarılması” hissəsində təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdehlər Cavabdeh1, X15, X23, X16 tərəfindən verilmiş apellyasiya qismən şikayəti təmin olunmalı, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsi qismən - X15, X23 və X6 evdən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.

44. Bununla belə, məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri sayır.

45. İddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə, Qəbələ rayon İcra şöbəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxslər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olmuş, hazırda İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, 26 yanvar 2012-ci il tarixli, Y-768 saylı protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilməmişdir.

47. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2017-ci il tarixli, 2(107)161/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(102)-1413/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2017-ci il tarixli, 2(107)161/2017 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

49. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(107)1347/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2019cu il tarixli, 2(102)-710/2019 saylı qərarı iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(107)-1347/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

51. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1456/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019cu il tarixli, 2(102)-7415/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1456/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

53. İddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə, Qəbələ rayon İcra şöbəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxslər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(025)-20/211 saylı icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonunu Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı, 24 kv.metr yaşayış sahəsində ibarət fərdi yaşayış evinə dair 27 avqust 2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-nin 27 avqust 2011ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42000 manat olduğu əsas götürülməklə, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)- 20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir.

55. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2222/2018 saylı qətnaməsi ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2222/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli, 2(102)-7649/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2222/2018 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

57. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2020-ci il tarixli, 2(107)-634/2020 saylı qətnaməsi ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 saylı qətnaməsi qismən, yəni “Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42000 manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi” hissəsində ləğv edilmiş və həmin hissə qətnamədən xaric edilmiş, qətnamə qalan hissələrdə - yəni "xxxx" MMC-nin 27 avqust 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspert rəyinin dəyərinin tutulması hissələrində” dəyişdirilmədən saxlanılmışdır.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(102)-4810/2020 saylı qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2020-ci il tarixli, 2(107)-634/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

59. Ali Məhkəmənin həmin qərarında hər iki mülki işin, yəni hərracın yekunlarının etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsinə dair mülki işlə əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsinə dair mülki işin bir icraatda birləşdirilib baxılmasının müzakirə olunması barədə Şəki Apellyasiya Məhkəməsinə göstəriş verilmişdir. İşdən göründüyü kimi məhkəmə kollegiyası biri-biri ilə bağlı olan həmin işlərin bir icraatda birləşdirilməklə baxılmasının mümkünlüyü məsələsini müzakirə etməmişdir.

60. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)-41/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər Qəbələ rayon İcra şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs İddiaçı qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dаir 2(107)-644/2021 sаylı mülki iş iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə, Qəbələ rayon İcra şöbəsinə, 3-cü şəxslər İddiaçı və ƏMDK yanında DƏDRX-in Qəbələ Ərazi İdarəsinə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” tələbinə dair 2(107)-41/2021 sаylı mülki işlə bir icrааtdа birləşdirilmişdir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 24 may 2021-ci il tarixli qərardadı ilə həmin mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

62. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2704/2021 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 saylı qətnaməsindən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 nömrəli qətnaməsi Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42000 manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(025)-20/2011 saylı icra sənədi üzrə ipoteka predmetinin ilkin satış dəyəri 79000 manat məbləğində müəyyən edilməsi, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/2016 saylı qətnaməsinin ləğv edilməklə, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(025)-20/2011 saylı icra sənədi üzrə iddiaçı Cavabdeh1 məxsus olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması barədə "xxxx" MMC tərəfındən keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin hərrac üzrə bağlanmış 26 yanvar 2012-ci il tarixli, Y-768 saylı “Hərracın yekunları barədə” protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)-2735/2022 saylı qərarı üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2704/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1, X15, X23, X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(025)-917/2014 saylı qətnaməsi qismən, yəni X5, X17 və X6 evdən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar