Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh (Bəkirova) Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma tələbinə dаir mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh (Bəkirova) Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma tələbinə dаir mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsindən cavabdeh (Bəkirova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh (Bəkirova) Cavabdeh2 İddiaçı qardaşı Cavabdeh1 ilə ailəli olmuşdur. Mübahisə predmeti olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi DƏDRX-dən RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Bəkirova Cavabdeh2 və Cavabdeh3 Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ona məxsus yaşayış evindən və həmin evin həyətindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən iddiaçı tələbin həcminin azaldılması barədə ərizə verərək ancaq Babayeva (Bəkirova) Cavabdeh2 bir uşağı ilə birlikdə kompensasiya ödənilməklə evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddianı bununla əsaslandırmışdır ki, mülkiyyətində Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Bu evə və həyətyanı torpaq sahəsinə görə DƏDRX-dən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Həmin evdə cavabdeh qanunsuz olaraq yaşayır. Cavabdeh könüllü olaraq evi boşaltmaq istəmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdeh Babayeva (Bəkirova) Cavabdeh2 yetkinlik yaşına çatmamış X5 ilə birlikdə kompensasiya ödənilməklə mülkiyyətində olan yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh Babayeva (Bəkirova) Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 Babayeva (Bəkirova) evin gəlinidir. Mübahisə predmeti olan Zaqatala rayonun Bəhmətli kəndində yerləşən ev iddiaçının mülkiyyətindədir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 Bəkirovanın yetkinlik yaşına çatmayan oğlu X5 ilə birlikdə xüsusi mülkiyyətində olan evdən müəyyən məbləğdə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən iddiaçı 8000 manatdan artıq olmamaqla kompensasiya məbləğinin cavabdehə ödənilməsinə razı olduğunu bildirmiş, beləliklə, mübahisələndirilən yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və onun həmin evdən uşağı ilə birlikdə çıxarılması üçün iddiaçı tərəfdən təklif olunan 8000 manat kompensasiya məbləğinin yaranmış vəziyyətdə yetərli olub-olmamasının araşdırılması zərurəti yaranmışdır.
8. Məhkəmə mübahisə ilə bağlı işin faktiki hallarını hərtərəfli araşdırdıqdan sonra belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfdən təklif edilmiş 8000 manat kompensasiya məbləği cavabdehin sözügedən evdə istifadə hüququna xitam verilməsi, onun uşağı ilə birlikdə həmin evdən çıxarılması üçün yetərli hesab olunmalıdır.
9. Belə ki, mübahisələndirilən ev hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlə qohumluq münasibətləri belədir ki, cavabdeh onun qardaşının gəlinidir. Cavabdeh 1998-ci ildə iddiaçıya məxsus evə gəlin kimi köçmüş və həmin vaxtdan cavabdehin evdən istifadə hüququ yaranmışdır. Cavabdehin gəlin köçdüyü ev 2014-cü ildə sökülmüş və yerində yeni ev inşa edilmişdir. Yaşayış evinin tikilməsində və təmir işlərinin aparılmasında cavabdehin rolu olmuş, sözügedən evin hazırkı vəziyyətə gətirilməsində bilavasitə iştirak etmişdir. Mübahisələndirilən yaşayış evindən Cavabdeh2 Bəkirovanın istifadə hüququ həmin evə gəlin köçdüyü vaxtdan, yəni 1998-ci ildən yaranmışdır. Həmin ev bir mərtəbəli olmaqla üç yaşayış otağından ibarətdir. Evin ümumi sahəsi cəmi 95,7 kvm, köməkçi sahəsi 42,3 kvm olmaqla yaşayış sahəsi 53,4 kv metrdir.
10. Mübahisə predmeti olan fərdi yaşayış evinin bazar qiyməti 22-25.000 manat, həmin evdə eyni vəziyyətdə olan evlərin aylıq kirayə haqqı 80-100 manatdır.
11. Şərh olunan əsaslarla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçı tərəfindən təklif edilmiş 8000 manat kompensasiya məbləği müvafiq bazar qiymətlərinə uyğun olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməsi və sonuncunun sözügedən evdən uşağı ilə birlikdə çıxarılması üçün yetərlidir.
12. Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, cavabdeh Babayeva (Bəkirova) Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və onun kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X5 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* RX seriyalı çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndinə 0,1988 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində 28 yanvar 2015-ci ildə qeydiyyata alınmışdır.
15. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqısı üzrə ekspert İsa Abdullayev tərəfindən məhkəmənin sorğusuna verilmiş, 19 sentyabr 2018-ci il tarixli cavab məktubundan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2014-cü ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti təxminən 22-25 min manat civarında, həmin evlə eyni şəraitdə olan evlərin həmin kənddə aylıq kirayə haqqı 80-100 manat civarındadır.
16. Qətnаmədən nаrаzı qаlаn cavabdeh (Bəkirova) Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Bəkirova) Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarına əlavə olunmuş "torpaq sahəsinin planı və ölçüsü" sənədindən də göründüyü kimi, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 saylı qərarına əsasən X2 mülkiyyətinə verilmişdir.
18. Qeyd olunan torpaq sahəsindəki fərdi yaşayış evi isə X2 ölümündən sonra, yəni, 2015-ci ildə mən və iş üzrə Cavabdeh1 Sədəddin oğlunun birgə vəsaiti hesabına inşa olunmuşdur.
19. Göründüyü kimi, İddiaçı kompensasiya verməklə onu çıxarmaq istədiyi fərdi yaşayış evi o və keçmiş əri Cavabdeh1 Sədəddin oğlunun nikah dövründə birgə vəsaitləri hesabına inşa olunmuş fərdi yaşayış evidir.
20. İş materiallarında olan RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da fərdi yaşayış evinin mülkiyyətçisi kimi İddiaçı göstərilsə də həmin qeydiyyat qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin fərdi yaşayış evinin mülkiyyətçisi qismində İddiaçı göstərilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə onun tərəfindən Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur.
21. Məhkəmə özü də öz qətnaməsində (səh.-2, abz.-5) etiraf etmişdir ki, onun həmin fərdi yaşayış evinin tikintisində və təmirində rolu olmuş, o cümlədən, sözügedən evin hazırki vəziyyətə gətirilməsində bilavasitə iştirak etmişdir.
22. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı, cavabdehlər Cavabdeh1, (Bəkirova) Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Qərarlar:
26. “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazarqiymətinə uyğun olaraqmüəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)- 880/2018 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
31. Məhkəmə kolelgiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17, 20- 21-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Babayeva Cavabdeh2 cavabdeh DƏDRX-nin 18 saylı ərazi idarəsinə və üçüncü şəxslər İddiaçı və Cavabdeh1 qarşı xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Babayeva Cavabdeh2 apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvəsində saxlanılmış, qərardad qanuni qüvvəyə minmişdir. Daha sonra, iddiaçı Babayeva (Bəkirova) Cavabdeh2 cavabdeh ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddiaçı Babayeva Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı və Cavabdeh1 qarşı üçüncü şəxs İddiaçı adına 03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (iddiaçı Babayeva Cavabdeh2 ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs Cavabdeh1 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) iddiаçı Babayeva Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(033)- 49/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(102)- 3301/2021 nömrəli qərarı ilə iddiaçı Babayeva Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Daha sonra, iddiaçı Babayeva Cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı və Cavabdeh1) '03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (iddiaçı Babayeva Cavabdeh2 ilə iddiaçının keçmiş əri-iş üzrə üçüncü şəxs Cavabdeh1 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 may 2022-ci il tarixli, 2- 1(116)-399/2022 nömrəli qərarı ilə iddiaçı Babayeva Cavabdeh2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (iddiaçı Babayeva Cavabdeh2 ilə iddiaçının keçmiş əri-iş üzrə üçüncü şəxs Cavabdeh1 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2-1(102)- 91/2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır.
32. Göründüyü kimi, apellyatorun bu qətnamənin 17, 20-21-ci bəndlərində göstərilmiş dəlillərinin əsassızlığı hal-hazırda qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir.
33. Beləliklə müəyyən olunur ki, mübahisəli ev İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir, cavabdeh (Bəkirova) Cavabdeh2 (bundan sonra cavabdeh) isə həmin evdən istifadə hüququ vardır. Yuxarıda göstərilənlər zəminində, bu faktlar işin mübahisə olunmayan halları olaraq qəbul edilir.
34. Tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biribirinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır
35. Göründüyü kimi birinci instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edərək, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət vermişdir. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
36. Hazırki halda iddiaçı Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən DƏDRXdən RX seriyalı ******* saylı Çıxarışla iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 8.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə iddia ilə razılaşmır və mübahisəli evin iddiaçının qardaşı Cavabdeh1 ilə birgə nikahları dövründə inşa edildiyini göstərib, iddiaya etiraz etmiş və həmin məzmunlu apellyasiya şikayəti vermişdir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 18-19cu bəndlərində göstərilmiş dəlilləri ilə razılaşmır və hesab edir ki, onun bu dəlilləri ayrıca məhkəmə baxışının predmeti ola bilər, lakin ev bütövlükdə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığı və iddia yalnız cavabdehə qarşı yönəldiyi üçün onun bu dəlili əsaslı sayıla bilməz. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər.
38. Məhkəmə kollegiyası həmçinin bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə cavabdehin sözügedən evdən istifadə hüququna xitam verilməsi haqqında hazırki iddianı 8.000 manat məbləğdə təmin edərkən mülkiyyətçi kimi iddiaçının həmin məbləgin ödənilməsinə yazılı razılıq verməsini də nəzərə alır və belə qənaətə gəlir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin sözügedən evdə yalnız istifadə hüququnun olmasını, bundan sonra tərəflərin həmin evdə birgə yaşamalarının qeyrimümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 80- 100 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehin evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetəli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh (Bəkirova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh (Bəkirova) Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev