Məhkəmə qərarları › İş №2(107)-10/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-10/2022

16.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-10/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 qızının və X13 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1988-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sarhədlərinin dəqiqləşdirilməsi, zəbt edilmiş ərazidən çıxarılması və naturada ayrılıb verilməsi” tələbinə dair iş üzrə Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin naturada ayrılıb iddiaçılara verilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq müvafiq hesaba ödənilməsi (Büdcə təsnifatının kod-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X12, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN **********, Hesab-AZ34GCTRE********************)qət edilmişdir. İşin halları İddiaçılar X22, İddiaçı2 qızı, X23 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlərin zəbt edilmiş ərazidən çıxarılması və naturada ayrılıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 saylı qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia tələbinin “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi”nə dair hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Ona görə də, məhkəmə araşdırması “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsindən cavabdehlərin zəbt edilmiş ərazidən çıxarılması və naturada ayrılıb iddiaçılara verilməsi hissəsində aparılır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh3 əvvəlki məhkəmə iclasına gəlməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasınını Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında iddiaçılar X22, İddiaçı2 qızı, X23 iddianı müdafiə etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın qanuni həll edilməsini xahiş etmişlər. İddiaçılar X22, İddiaçı2 qızı, X23 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar birlikdə Qax rayonu, Süskənd kəndində yaşayırlar. Onlara Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 3.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən illərdir ki, düzgün istifadə edə bilmirlər. Onlara ayrılıb verilən 3.26 ha torpaq sahəsində yerlərinin dəqiq sərhəddini göstərmirlər. Həmin torpaq sahəsindən hazırda başqa şəxslər istifadə edir. Lakin hazırki vaxtadək dövlətə verilən vergini onlar ödəyir. Dövlət tərəfindən onlara verilən həmin torpaq sahəsini təyinatı üzrə istifadə edə bilmirlər. İstəyirlər ki, həmin torpaq sahəsinin sərhəddi dəqiqləşdirilsin ona və ailəsinə məxsus həmin sahə yerində göstərilsin. Ona görə də öz paylarının ayrılıb verilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlərin zəbt edilmiş ərazidən çıxarılması və naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X22, İddiaçı2 qızı, X23 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, zəbt edilmiş ərazidən çıxarılması və naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsini o və digər cavabdehlər zəbt etməmişlər. Özlərinə məxsus torpaq sahəsi alınaraq həmin torpaq sahəsi onlara verilmişdir. Həmin vaxtdan da torpaq sahəsindən istifadə etməyə başlamışlar. Ona görə də iddianın qanuni həll edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında, digər cavabdeh Cavabdeh3 isə əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın qanuni həll edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Qax rayon məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, nəhkəmə işə baxarkən prosesual qanunun tələblərinə əməl etməmiş, sübutlar um araşdırılmamış və qeyri-peşəkar səviyyədə ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, iddiaçılar özlərinə məxsus olan JN -0006, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə Aik-nın qərarı ilə onlara verilmiş 3.26 ha torpaq sahəsinin naturada ölçülərək onlara verilməsini tələb etmişlər. Lakin Süskənd kəndində 28.12.2001-ci il tarixdə, 12.10.20001 -ci il tarixdə və 14.12.2004-cü il tarixdə YAİK-nın iclasları keçirilmişdir. Həmin iclaslarda bütün kənd ərazisindən 18 ha torpaq payı artıq bölündüyü müəyyən edilmiş, eyni subyektlərə çatacaq pay torpaqlarının kəsir olunduğu müəyyən edilmişdir. Belə olduğu halda bütün kənd ərazisində bölgü zamanı yol verilmiş çatışmazlıqların aradan qaldırılması və Dövlət aktlarının geri yığılması, DT vəXK-nin Qax rayon şöbəsinə tapşırılmış, dövlət aktlarının və xəritənin yenidən işlənilməsi DT və XK-nin Qax rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə iclası zamanı qeyd olunan halları məhkəmənin diqqətinə çatdırsalar da buna əhəmiyyət verməmişdir. Bu fakt da məhkəmə iclasında verdikləri izahatlarla və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Ekspert rəyindən də görünür ki, iddiaçıların torpaqlarını təkcə onlar deyil, başqa adları qeyd edilməyən subyektlər də istifadə edirlər. Çünki, onlara həmin torpaq sahələri AİK-nın qərarı ilə verilmişdir. Eyni zamanda Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-l(84)-479/2014 saylı, 12.05.2014-cü il tarixli qərarı ilə bəzi obyektlərin dövlət aktları ləğv edilərək zəruri düzəlişlər edilmişdir. Sadəcə DT və XK-sinin Qax rayon şöbəsi üzərinə düşən öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Ona görə də hazırkı mübahisə yaranmışdır. DT və XK-sinin Qax rayon şöbəsi Dövlət aktlarında lazımı və zəruri düzəlişlər etməmişdir. Bildiyimiz kimi YAİK-rı 1996-cı ildə yaradılmış və 2005-ci il tarixdə ləğv edilmişdir. Bundan əlavə olaraq 21.04.2001-ci il tarixli 35 nəfər Süskənd kənd camaatının iclasının keçirildiyi iclas zamanı iddiaçının ailə üzvülərinə verilmiş pay torpağının qanunsuz olduğu qeyd edilmiş və adlarına olan dövlət aktlarının ləğv olunmalı olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən hesab edir ki, iddiaçılar hazırkı tələblə Qax Rayon Məhkəməsinə müraciət etməkdə haqlı deyillər. İddiaçılar və cavabdehlər hazırkı iddia tələbi ilə yerli Məhkəməyə deyil, İnzibati-İqtisadi məhkəməsində faktiki istifadələrində olan torpaq sahələrinə çıxarışlar hazırlanması barədə iddia qaldırmalıdırlar. Ona görə də, Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)- 363/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X23 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan JN-0006, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Süskənd kəndində yerləşən 3.26 ha torpaq sahəsi X22, İddiaçı2 qızı, X23 və X4 ümumbirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-0053, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Süskənd kəndində yerləşən 1.54 ha torpaq sahəsi Cavabdeh1, X1 və X8, X6 ümumbirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-0055, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Süskənd kəndində yerləşən 1.16 ha torpaq sahəsi X9, X10, Cavabdeh2, X2 və X14 ümumbirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Seriya AZE № 09065407 saylı şəxsiyyət vəsiqəsinin surətindən X15, Seriya AZE № 09067138 saylı şəxsiyyət vəsiqəsinin surətindən İddiaçı2 Məmməd qızının, Seriya AZE № 06482984 saylı şəxsiyyət vəsiqəsinin surətindən X13, Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən Cavabdeh1 və Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən Cavabdeh2 Qax rayonu Süskənd kəndində qeydiyyatda olduğu görünür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Məhkəmə hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmənin 28 avqust 2019-cu il tarixli 2(024)-263/2019 saylı qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspert qarşısında qoyulmuş sualları cavablandıraraq 07 oktyabr 2019-cu il tarixli, 23255 saylı rəy vermişdir. Ekspertin rəyində JN-0006, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X15 və ailə üzvlərinin mülkiyyətində olan 3.26 ha torpaq sahəsi iki hissəli olması və məhkəmə predmeti olan 1.54 ha torpaq sahəsinin dövlət aktında 2.68 ha kimi göstərildiyi, həmin 2.68 ha pay torpaq sahəsinin iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mülki iş üzrə adları qeyd olunmayan digər üç nəfər subyektin istifadəsində olması, mübahisəli torpaq sahəsi JN-0006, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlər tərəfindən istifadə olunduğu göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1 və 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan Hüquqlarının və X3” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli iş üzrə qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X3” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN- 0006, KOD 40312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Süskənd kəndində yerləşən 3.26 ha torpaq sahəsi X22, İddiaçı2 qızı, X23 və X4 ümumbirgə mülkiyyətinə verilmişdir. İddiaçılar Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlərin zəbt edilmiş ərazidən çıxarılmasıvə naturada ayrılıb onlara verilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasında mübahisəli torpaq sahəsini zəbt etmədiklərini, özlərinə məxsus torpaq sahələrinin onlardan alınaraq, həmin torpaq sahəsinin onlara verildiyini göstərmişlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsi naturada ayrılıb iddiaçılara verilməli, iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-755/2021 nömrəli 25.10.2021 tarixli qərarından görünür ki, iddiaçılar X18, X16, X19, Cavabdeh1, X27, X24 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “adlarına işlənmiş JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN-0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilmiş torpaq sahələrinin əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X25, X26, X7 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon AİK-nın və Süskənd kənd YAİK-nın 28.12.2001-ci il tarixli, 1 saylı, 05.03.2000-ci il tarixli 3 saylı və 12.10.2001- ci il tarixli qərarlarının icrası, istifadələrində olan torpaq sahələrinə dair çıxarışların verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməsi ilə razılaşsa da, hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 220.5-ci mаddəsinin tələbinə uyğun tərtib edilməmiş və prosessual hüquq normasının pozulmasına yol verilmişdir. Qanunun həmin normasına görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddianın təmin edilməsi qeyd olunsa da, iddiaçının hansı ərazidə yerləşən hansı torpaq sahəsinin hansı şəkildə naturada ayrılması dəqiq göstərilməmişdir. Həmçinin, iddiaçının iddia tələbində cavabdehlərin zəbt edilmiş ərazidən çıxarılması da öz əksini tapsa da, məhkəmə qətnaməsi ilə həmin tələbə münasibət bildirilməmişdir. İddiaçı tələbinin təmin olunmamış həmin hissəsini mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin naturada ayrılıb iddiaçılara verilməsi” barədə olan qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1988-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçılara verilmiş 3.26 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi və zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması tələbinə dair iddiası qismən təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1988-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 qızı və X13, X4, X11 və X5 mülkiyyətinə verilmiş 3.26 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli, 23255 saylı ekspert rəyinə uyğun olaraq işə əlavə edilmiş 1:5000 masştabda olan sxem üzrə naturada ayrılıb iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(024)-363/2019 nömrəli “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 3.26 ha torpaq sahəsinin naturada ayrılıb iddiaçılara verilməsi” barədə olan qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X13 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1988-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçılara verilmiş 3.26 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi və zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması tələbinə dair iddiası qismən təmin edilsin. Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1988-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 qızı və X13, X4, X11 və X5 mülkiyyətinə verilmiş 3.26 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli, 23255 saylı ekspert rəyinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq, işə əlavə edilmiş 1:5000 masştabda olan sxem üzrə naturada ayrılıb iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X17 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar