Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-100/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehdən aldığı 1 hektar kənd təsərrüfatı təyinatlı torpağın alqı-satqısı üçün verdiyi pul və torpağın yaxşılaşdırılması üçün çəkdiyi xərc tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, torpağın yaxşılaşdırılması üçün çəkdiyi xərc, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili X6 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonu Şərif kənd sakini Cavabdeh 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı üçün verdiyi 2000 (iki min) manat pulun və həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 1000 (bir min) manat-cəmi 3000 (üç min) manat pulun ona qaytarılması ilə torpaq sahəsinin qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qız iddia ərizəsini belə əsaslandırmışdır ki, həmkəndlisi olan Cavabdeh və ailə üzvüləri- X15, X7, X10 və X2 Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, cavabdehlər onlara verilmiş həmin torpaq sahəsinin 1,06 ha hissəsini 15 dekabr 2004-cü ildə torpağın bağışlama müqaviləsi və Aktı ilə onun adına rəsmiləşdirmişlər. O, torpağı ******* (iki milyon) manata almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin münbitləşdirilməsi üçün o, 1000 (bir min) manat pul xərcləmiş, torpaq sahəsini daşlardan təmizləmiş, ora gübrə vermişdir. Torpaq sahəsini aldıqdan sonra o, dəfələrlə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün cavabdehdən Notariat kontoruna gəlmələrini tələb etsədə, cavabdeh və onun ailə üzvləri X13, X16, X8 Notariat ofisinə gəlməkdən boyun qaçırtmışlar. İndi isə Cavabdeh torpaq sahəsini geri tələb edir. O, torpağın verilməsinə razıdır. Ancaq cavabdeh ona hal- hazırkı həmin 1 ha torpaq sahəsinin indiki qiyməti olan 2000 manatı və həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün xərclədiyi 1000 manat pulu, cəmi 3000 (üç min) manat pulu qaytarmalıdır. Pulun qaytarılması torpaq sahəsinin qaytarılması ilə eyni vaxtda icra edilməlidir. Qeyd edilənləri nəzərə alib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh torpaq sahəsinə görə aldığı 400 (dörd yüz) manat və dövlət rüsumu xərcinə görə 3,9 manat , cəmi 403,90 (dörd yüz üç manat doxsan qəpik) manat alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin 16,51 manatı Cavabdeh,110,49 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh və ailə üzvüləri- X15, X7, X10 və X2 Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şərif kəndi ərazisindən 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh 15 dekabr 2004-cü ildə İddiaçı ******* AZM (400 AZN) alaraq həmin torpaq sahəsinin 1,06 ha hissəsini ona satmışdır. Lakin tərəflər arasında qanunvericiliyin tələbinə uyğun,yəni notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır.Hazırda da torpaq sahəsi Cavabdeh və ailə üzvülərinin mülkiyyətindədir. Onlar öz mülkiyyətlərində olan torpaq sahəsini İddiaçı geri tələb edirlər. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bundan başqa müəyyən etmişdir ki, müqavilə Balakən rayonu Şərif kəndində yerləşən 1,06 ha torpaq sahəsinin Cavabdeh, X11, X14 və X8 tərəfindən İddiaçı birdəfəlik bağışlanması ilə əlaqədar bağlanmışdır. Şərif kənd sakini İddiaçı istifadə etdiyi JN-20 nömrəli dövlət aktında olan 1.0666 ha pay torpaq sahəsindən özü istifadə edir və vergini özü ödəyir. Balakən rayonu Şərif kəndində kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin orta satış qiyməti 2000 (iki min) manatdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X15, Cavabdeh, X7, X9 və X2 Balakən rayonu Şərif kəndi ərazisindən 1.59 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 1.0666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi X4, 1/5 hissəsi X1, 1/5 hissəsi X5, 2/5 hissəsi isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. ekspertizaya təqdim edilmiş imzalar 15 dekabr 2004- cü il tarixli aktın sonunda “Cavabdeh” yazısının qarşısındakı imza,15 dekabr 2004-cü il tarixli Torpaq bağışlama müqaviləsində “Balayev M R “ yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 15 dekabr 2004-cü il tarixli aktın sonunda “H. .Balayev” yazısının qarşısındakı imza,15 dekabr 2004-cü il tarixli Torpaq bağışlama müqaviləsində “Balayeva H M” yazısının qarşısındakı imza-X13 tərəfindən icra edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehlərin dəlilləri ilə bağlı qeyd etmişdir ki, torpaq sahəsinə görə iddiaçı ******* AZM, yəni 400 AZN pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinin hazırkı bazar qiyməti deyil, torpaq sahəsinə görə iddiaçının ödədiyi 400 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbinin torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 1000 (bir min) manat pul tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh torpaq sahəsinə görə aldığı 400 (dörd yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın 3,9 manatı, cəmi 403,90 manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin 16,51 manatı Cavabdeh,110,49 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. . Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 157.7-ci, 337.5ci, 1096.1-ci, 1096.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 81-ci, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq və prosessual hüquq normalarını pozulmuş, həmçinin, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. Balakən Rayon Məhkəməsi qətnamə qəbul edərkən 2000000( iki milyon) manat pulun bu günə olan məzənnəsini, bank uçot dərəcəsini nəzərə almadan bu qənaətə gəlmişdir ki, 2000000(iki milyon) manat pul bu günə olan məzənnəsi ilə 400( dörd yüz)manat təşkil edir.Həmçinin, məhkəmə 2004-cü ildən sonra Azərbaycan manatının devalvasiyaya uğramasını, həmin vaxtdan bu günə qədər bu devalvasiyanın neçə faiz təşkil etdiyini ,o vaxtkı 2000000( iki milyon) manat pulun devalvasiya nəticəsində indiki hansı pulun olmasını göstərməmişdir. Məhkəmə 127( bir yüz iyirmi yeddi) manat ekspertiza xərcini Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi barədə qətnamə çıxarmalı olduğu halda, (çünki bağışlama müqaviləsində və alqı-satqı aktında imzaların onlara məxsus olmadığını bildirən, ekspertiza keçirilməsinin təşəbbüskarı olan məhz Cavabdeh idi) məhkəmə qanununu səhv təfsir edərək ekspertiza xərcinin çox hissəsini,yəni 127(bir yüz iyirmi yeddi) manatdan 110.49 manatın, ona, cəmi 16,51 manatını isə cavabdehə aid etmişdir. Balakən Rayon Məhkəməsi onun 1000( bir min) manat dəyərində apardığı yaxşılaşdırma işinə ekspertiza təyin etmədən, heç bir araşdırma aparmadan bu qənaətə gəlmişdir ki, guya o “bu yaxşılaşdırma işini aparsa da, həmin torpaq sahəsindən isifadə edərək gəlir əldə etmişdir” qənaətinə gəlmişdir.Halbuki, o həmin torpaq sahəsindən əldə etdiyi gəlirdən çox torpaq sahəsinin yaxşılaşdırılması üçün pul xərcləmiş, həmin torpaq sahəsi daşlıq və qumluq yer olduğundan, daşı, qumu seçmiş, oraya münbit torpaq gətirtmiş, lakin bütün bunları məhkəmə nəzərə almamışdır. Məhkəmə işdə olan sahibkar-buzinesman X12 hal-hazırda Balakən rayonu Şərif kəndində 1 ha torpaq sahəsinin 2000( iki min) manat olmasına dair arayışına hüquqi qiymət vermədən qismən iddianı təmin edərək, 400 manat pulun qaytarılması barədə qətnamə qəbul etmiş, həmçinin, iddiada göstərdiyi pulun verilməsi ilə torpağın qaytarılması eyni vaxtda həyata keçirilməsi barədə iddiada göstərilənlərə hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən o Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi və ekspertiza xərci olan 127( bir yüz iyirmi yeddi) manatın bütövlükdə Cavabdeh aid edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlanmış vəsatətləri nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X17 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamış, iddia tələbinə münasibətdə iddianı iddianı qismən təmin edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh və ailə üzvüləri- X15, X7, X10 və X2 Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, cavabdehlər onlara verilmiş həmin torpaq sahəsinin 1,06 ha hissəsini 15 dekabr 2004-cü ildə torpağın bağışlama müqaviləsi və Aktı ilə iddiaçının adına rəsmiləşdirmişlər. O, torpağı ******* (iki milyon) manata almışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinin münbitləşdirilməsi üçün o, 650 ( altı yüz əlli) manat pul xərcləmişdir. Torpaq sahəsini aldıqdan sonra o, dəfələrlə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün cavabdehdən Notariat kontoruna gəlmələrini tələb etsədə, cavabdeh və onun ailə üzvləri X13, X16, X8 Notariat ofisinə gəlməkdən boyun qaçırtmışlar. Eyni zamanda 15.12.2004-cü ildən 2.000.000.0 köhnə manat (400.0 azn) pul vəsaiti üzrə 01.01.2006-cı il tarixədək olan dövrədək bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 32,48(162.388.89 köhnə manat /5000) manat, 01.01.2006-cı il tarixdən ekspert rəyinin tərtib edildiyi 08.12.2021-ci il tarixə hesablanan faiz məbləği 473,56 manat olmaqla, ümumilikdə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 506,04 (473,56+32,48) manat təşkil etmişdir. Daha sonra işdə olan və məhkəmə iclasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, eksertizaya təqdim edilmiş imzalar aktın sonunda Cavabdeh yazısının qarşısındakı imza, cavabdeh tərəfindən icra edilmişdir. Kollegiya iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə Kollegiyası iddianın birinci hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının Balakən rayonu Şərif kənd sakini Cavabdeh 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı üçün verdiyi 2.000.000.0 köhnə manat pulun verilməsini cavabdeh tərəf mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 07.12.2021-ci il tarixli 04/1-102 nömrəli məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-cilin oktyabr 2004-cü ilin dekabr ayına nisbətən 298.7 faiz təşkil etmişdir. Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2021-ci il tarixli, 9/7759 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən AR Mərkəzi Bankından təqdim edilən Mərkəzi Bankın üçot faiz dərəcələri məlumatlarına əsasən 15.12.2004-cü ildən 2.000.000.0 köhnə manat(400.0 azn) pul vəsaiti üzrə 01.01.2006-cı il tarixədək olan dövrədək bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 32,48(162.388.89 köhnə manat /5000) manat, 01.01.2006-cı il tarixdən ekspert rəyinin tərtib edildiyi 08.12.2021-ci il tarixə hesablanan faiz məbləği 473,56 manat olmaqla, ümumilikdə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 506,04 (473,56+32,48) manat təşkil etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinin alınması üçün vermiş olduğu 2.000.000.0 köhnə manatın indiki dəyəri, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 506,04 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə münasibətdə ekspertiza rəyi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı mübahisənin həllində ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, hazırki iş üzrə başqa sübut olmadığından ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğdə ziyan tələb etsə də, məhz özünun hesablamasının əsaslı olması və hər hənsı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən məbləğin daha çox olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Cavabdeh tərəf isə məbləğin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi olan torpağın yaxşılaşdırılması üçün çəkdiyi xərc olan 1000 (bir min) manatın alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə kollegiyası diqqətə çatdırmağı lazım bilir ki, torpağın yaxşılaşdırılması üçün aqrotexniki qulluq göstərilməsini cavabdeh tərəf mübahisələndirmir. Eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X26 Mərkəzinin 02.11.2021-ci il tarixli, 110 saylı rəyindən görünür ki, Balakən rayonu, Şərif kənd sakini Cavabdeh və onun ailə üzvlərinə məxsus 1.06 ha torpaq sahəsində yaxşılaşdırma işlərinin aparılmasına çəkdiyi xərclər :sahənin 0,20 ha hissəsinin kol-kosdan təmizlənməsi - 200 ( iki yüz) manat, plantaj şumunun aparılmasına - 50 ( əlli ) manat, sahənin daşdan təmizlənməsinə - 400 ( dörd yüz) manat, cəmi - 650 ( altı yüz əlli) manat təşkil etmişdir. Qanunvericiliyə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbi torpağın yaxşılaşdırılması və aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 650 manatın cavabdehdən alınması hissəsi əsaslıdır. Kollegiya iddia tələbinin pulun ödənilməsi ilə torpaq sahəsindən çıxarılmanın eyni vaxtda icra edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, hazırkı işdə iddiaçının torpaq sahəsindən çıxarılması barədə hər hansı bir iddia tələbi yoxdur. Ekspertiza xərci olan 150 manatın 75 manatı iddiaçıdan, 75 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-nin hesabına köçürülsün. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamış, iddia tələbinə münasibətdə iddianı iddianı qismən təmin edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(019)-279/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 506,04 manat, iddiaçının torpaq sahəsinə aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 650 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı iddiaçıdan, 75 (yetmiş beş) manatı isə cavabdehdən tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin 63.5 manatı Cavabdeh, 63.5 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-100/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-100/2022
21.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver