Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-100/2023 02.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşməklə ailəsinin mülkiyyətində olan 2762.90 kv.m pay torpaq sahəsindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı birinci instansiya məhkəməsinin baxışı iclasında iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 əlavə olaraq cavabdeh qismində işə cəlb edilməsini və 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmuşdur.
4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, göstərmişdir ki, Balakən rayon Aqrat İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqları-X7 və X3 Balakən rayonu Meşəşambul kəndində ərazisindən 1.14 ha pay torpaq sahəsi veirlmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kv.m torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nın Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, Torpağın mülkiyyət hüququna dair JN-422, KOD 40109018 olan Dövlət Aktında rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində iddiaçının əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, Gülnaz Qzaxova və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bağlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir,1996-cı ildən orada yaşayır və orada iki mərtəbəli ev inşa etdirmişdir. Oğlu Ruslanla birlikdə həmin evdə yaşayır. Həmin ev pay torpağında tikildiyinə görə həmin evə dair sənəd verilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Ona görə də hazırkı iddianın hüquqi əsası aradan qalxmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir.
7. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(107)-1991/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(107)-1991/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(102)-3406/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək mülki işin icraatı dayandırılmışdır.
11. Məhkəmə Ekspertizası Mərkəzinin rəyi xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqlarına - X7 və X3 Balakən rayonu Meşəşambul kəndi ərazisində 1.14 ha pay torpaq sahəsi verilmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kv.m torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, “Torpağın mülkiyyət hüququna dair” JN- 422, KOD 40109018 olan onun tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, İddiaçı və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bağlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin, yəni onların mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Balakən Rayon Məhkəməsi maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozmuş, Cavabdeh1 həmin torpaq sahəsinə və evə hər hansı bir hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nə mübahisəli torpaq sahəsinə , nə də mübahisəli evə hər hansı bir mülkiyyət hüququnun olub-olmamasını, onun adından RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə həmçinin, Balakən rayonu Meşəşambul kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli evin ona məxsus olmasını nəzərə almamışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin 18 avqust 2021ci il tarixli 2(019)739/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya şikayəti üzrə izahatlar:
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(102)- 3406/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilərək, bu hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün göndərildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda İddiaçı cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən, cavabdehlərin iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m. torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir.
22. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(019)- 672/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X5 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 (üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000 (yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X6 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2 (107)-655/2018 nömrəli qərardadından görünür ki, cavabdehlər Solmaz Çerçiyeva, Cavabdeh2 və Vəkil1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)- 655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019cu il tarixli 2 (102)-1585/2019 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri Vəkil1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2 (107)-655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2 (019)-273/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 767/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli 2(102)-7145/18 nömrəli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-511/2019 nömrəli qərarından görünür ki, kasasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 11 fevral 2020-ci il tarixli, 13(102)-496/2019 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-1/2021 nömrəli qərardadından görünür ki, Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-672/2017 nömrəli qətnaməsi və qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda göstərilir ki, göründüyü kimi, Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazinin 11 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m olan fərdi yaşayış evinin JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2762.90 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin ərazisidir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3986 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2762.90 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.
23. Şəki Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 292.50 kv.m fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair ******* nömrəli çıxarış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız sayıldığı fərdi yaşayış evinin bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa qeyd olunan dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m torpaq sahəsində yerləşib-yerləşməməsi lazımi qaydada müəyyənləşdirilməmişdir. Halbuki, iddianın torpaq sahəsindən çıxarılma hissəsinin düzgün həlli üçün həmin xüsusatların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, evin iddiaçının ümumi mülkiyyətində olan torpaqda yerləşib-yerləşmədiyi aydınlaşdırılmalı, JN 422 nömrəli, xx.xx.1999-cu il tarixli dövlət aktının hüquqi qüvvəsində olduğu halda iddiaçının torpaq sahəsindən çıxarılma tələbinə yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verilməli, bu zaman cavabdehlərin həmin sahədən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmaması da yoxlanılmaqla nəticəsindən asılı olaraq tələb qanuni və ədalətli şəkildə həll olunmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarındakı göstərişləri nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazinin 11 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2762.90 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.
25. Bununla yanaşı məhkəmə kollegiyasının qərardadına əsasən təqdim edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2762.90 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.
26. Beləliklə, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və ekspert rəyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmadan, iş üzrə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m olan fərdi yaşayış evinin JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762.90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini araşdırmadan, iş üzrə ekspertiza təyin edilmədən iddia tələbinin cavabdehlərin 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılması hissəsinin rədd edilməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etməklə hüququna müdaxilə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmiş və belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyatı barədə olmuşdur.
27. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılmalı, dövlət rüsumu kimi ödənilmiş 10 manat İddiaçı aid edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Az.MEM VÖEN:**********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(019)-739/2021 nömrəli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m pay torpaq sahəsindən çıxarılsınlar. Dövlət rüsumu kimi ödənilmiş 10 manat İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Az.MEM VÖEN:**********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.