Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1001/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-6/2020 saylı qətnaməsindən cavabdeh Nümayəndə tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-6/2020 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 ilə ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsindən İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Nümayəndə və Cavabdeh2 tərəfindən edilən maneçiliyin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3na qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X5 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, o cümlədən cavabdehlər Nümayəndə və Cavabdeh2 tərəfindən mərhum anası X5 miras qalmış 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evinə ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0,123 ha torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, anası X11 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, ondan miras qalmış əmlakları, o cümlədən, Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdir. İddia ərizəsinə əlavə etdiyi RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan göründüyü kimi, mərhum anası X8 Balakən rayonu Talalar kəndində 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi olmuşdur. Mərhum anası X12 bütün əmlakını sağlığında ona-İddiaçı vəsiyyət etmiş və bu barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində vəsiyyətnamə tərtib edilmişdir. Mərhum anası X5 miras qalmış torpaq sahəsinə vərəsəlik açılmış, lakin cavabdehlərlə aralarında olan mübahisəyə görə həmin evə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Bununla yanaşı, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan göründüyü kimi o, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0.123 ha torpaq sahəsinin mülkiyyətçilərindən (4/12) biridir, lakin cavabdehlər Nümayəndə və Cavabdeh2 onun həmin torpaq sahəsindən, həm də anasından miras qalmış evdən istifadəsinə maneçilik törədirlər. RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən mərhum anası X5 miras qalmış, 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi, o, cümlədən, onun mərhum anası X5 miras qalmış 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi və ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.123 ha torpaq sahəsindən istifadəyə və sahibliyə qarşı cavabdehlər Nümayəndə və Cavabdeh2 tərəfindən yönəlmiş qəsdə son qoyulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, X4 və atası X2 vəfat etmişlər. Onların vəfatından sonra Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri ayrı-ayrı hissələrdən ibarət olmaqla hər birinin ayrı-ayrı hüquqmüəyyənedici sənədləri vardır. Anasından miras qalmış 0.12 ha torpaq sahəsindən iddiaçı istifadə etməmiş və mirası qəbul etməmişdir. Həmin torpaq sahəsindən özü istifadə edir və oradakı evdə özü yaşayır. Anasının ölümündən sonra 6 ay müddətinə mirası özü qəbul etmişdir. Mərhum anası X8 bütün əmlakını İddiaçı vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində tərtib olunmuş vəsiyyətnamə saxta olmuş və məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. İddiaçının iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh Nümayəndə apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhəkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. X4 və atası X2 vəfat etmişlər. Onların vəfatından sonra Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri ayrı-ayrı hissələrdən ibarət olmaqla hər birinin ayrı-ayrı hüquqmüəyyənedici sənədləri vardır. Anasından miras qalmış 0.12 ha torpaq sahəsindən iddiaçı istifadə etməmiş və mirası qəbul etməmişdir. Həmin torpaq sahəsindən özü istifadə edir və oradakı evdə özü yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Nümayəndə Məmmədrəsul oğlunun və Cavabdeh2 cavabdehlər Balakən rayonu Talalar bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilmiş, Balakən rayon Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə X10 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən üçüncü şəxs İddiaçı kassasıya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin vəsiyyətnamə əsasında 0.12 ha torpaq sahəsindən 0.04 ha hissəsinə çıxarış almışdır. Lakin çıxarışın verilməsinə əsas olan vəsiyyətnamə isə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Məhkəmə iddiaçının mərhum X9 adından bütün əmlakını ona vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində tərtib edilmiş vəsiyyətnaməyə əsaslanaraq X6 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasını tələb etməsini, bu vəsiyyətnamənin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilməsini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi mərhum X6 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması hissəsində təmin edilməməlidir. Lakin iddiaçının həmin vəsiyyətnamə əsasında 0.12 ha torpaq sahəsindən 0.04 ha hissəsinə çıxarış aldığını və bu çıxarışın alınmasına əsas olan vəsiyyətnamənin məhkəmə qaydasında etibarsız olmasına hüquqi qiymət verməmiş, eyni əsasla iddianı evə dair hissədə təmin etməsə də, torpağa dair hissədə təmin etməklə səhv hüquqi nəticəyə gəlmişdir. Balakən rayon məhkəməsinin işin bu hallarını araşdırmamış, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-6/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrar olməhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(019)-6/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1958-ci ildə Balakən rayonu Talalar kənd soveti tərəfindən verilmiş İ-İE seriyalı 529723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1958-ci ildə anadan olmuş, atası Umarov Mahamarasul Abdlulmacid oğlu, anası X11 yazılmışdlır. İş materiallarına əlavə edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 761905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X12 328 №li Dövlət Aktı ilə mülkiyyət torpağından 0,21 ha, həyətyanı torpaqdan 0,08 ha və bütün adında olan kənardakı digər əmlakını oğlu X3 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən ümumi sahəsi 113.80 kv.metr olan fərdi yaşayış evi tam X10 adına, 0.123 ha olan həyətyanı torpaq sahəsi isə ümumi birgə olmaqla 7/12 hissə Cavabdeh2, 1/12 hissə Nümayəndə Maharasul oğlunun və 4/12 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7150/2019 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Nümayəndə Məmmədrəsul oğlunun və Cavabdeh2 cavabdehlər Balakən rayonu Talalar Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilmiş, Balakən rayon Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə X10 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)- 1995/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Nümayəndə doğma qardaşdırlar, sonuncunun qızı olan OmarovaTəravət Yaqub qızı onların anası tərəfindən övladlığa götürülmüşdür. Onların mərhum anaları X12 xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Ondan Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi miras qalmışdır. Sözügedən evin yerləşdiyi 0.123 ha həyətyanı torpaq sahəsinin isə 7/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi Nümayəndə Maharasul oğlunun və 4/12 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 adından bütün əmlakını İddiaçı vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində vəsiyyətnamə tərtib edilmişdir. X5 miras qalmış evdə cavabdeh Nümayəndə və Cavabdeh2 yaşayırlar və həyətyanı torpaq sahəsindən onlar istifadə edirlər. İddiaçı həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı X1 adından bütün əmlakını ona vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində tərtib edilmiş vəsiyyətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.123 ha olan həyətyanı torpaq sahəsinin 4/12 hissənin mülkiyyətində olmasına əsaslanaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən rayon Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə X10 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)1995/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi İddiaçı X1 adından bütün əmlakını ona vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində tərtib edilmiş vəsiyyətnaməyə əsaslanaraq X5 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasını tələb etməsini, bu vəsiyyətnamənin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilməsini, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbini mərhum X5 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması hissəsində təmin etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 ilə ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsindən İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə Mübahisəli 0,123 ha torpaq sahəsinin 4/12 hissəsinin iddiaçının mülkiyyətində olmasını, lakin həmin torpaq sahəsindən iddiaçının istifadəsinə və sahibliyinə cavabdehlər tərəfindən maneçilik törədilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 0,123 ha torpaq sahəsindən iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh2 və Nümayəndə tərəfindən edilən maneçilik aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apelyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.123 ha olan həyətyanı torpaq sahəsinin 4/12 hissəsi iddiaçının mülkiyyətindədir. Həmin Çıxarış hal-hazırda qüvvədədir və heç kim tərəfindən ləğv edilməmişdir. Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından bəhs edən 140-ci maddəsində göstərilmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(019)-6/2020 saylı qətnaməsi cavabdeh Nümayəndə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-6/2020 saylı qətnаməsi cavabdeh Nümayəndə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1001/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1001/2020
23.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver