Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1008/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İddiaçı qarşı, iddiaçı X2 Cavabdeh qarşı (açar sözlər: pul tələbi və torpaq sahəsinə müdaxilələrə son qoyulması tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - Cavabdeh, İddiaçı - X2 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi, iddiaçı X2 Cavabdeh qarşı pul və torpaq sahəsinə müdaxilələrə son qoyulması tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı və iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək JN 0016 nömrəli, KOD 40713068 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan 5,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh satdığı 2 hektar hissəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən torpaq sahəsi üçün 10000 manat, çəkdiyi xərclərə görə 2000 manat, əldən çıxmış faydaya görə 1800 manat və mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumu, cəmi 14935 (on dörd min doqquz yüz otuz beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin hazırlıq iclasında ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş üzrə qarşılıqlı iddia vermiş Cavabdeh iddia tələbi üzrə iş icraatda qalmışdır.
4. İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 20940 manat icarə haqqı, 155 manat dövlət rüsumunun əvəzi olmaqla 21095 manat alınaraq ona verilməsini, JN 0016 nömrəli, KOD 40713068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan 5,49 kektar torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulması, JN 0016 nömrəli, KOD 40713068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan 5,49 kektar torpaq sahəsinə görə 2007-ci ildən 2021-ci ilə kimi subsidiya olaraq cavabdeh tərəfindən alınıb mənimsənilməsi əməlində cinayət tərkibi olduğu üçün xüsusi qərardad çıxarılmasını və İsmayıllı rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(037)-62/2022 saylı və iddiaçı Cavabdeh qarşı pul və torpaq sahəsinə müdaxilələrə son qoyulması tələbinə dair 2(037)-553/2022 saylı mülki işlər bir icraatda birləşdirilmiş, işə 2(037)-62/2022 nömrəsi verilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini müdafiə edərək Loğman Şıxıyevin iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2006-cı ildə İddiaçı pula ehtiyacı olduğu üçün özünə və ailə üzvlərinə məxsus torpaq sahəsinin iki hektar hissəsini satmaq istədiyini bildirmişdir. O, İddiaçılə qarşılıqlı razılığa gələrək həmin ildə mübahisəli torpaq sahəsinin 2 hektarı üçün ona 2 milyon AZM ödəməklə satın almış, mülkiyyətlərində qalan 3,49 hektar hissəsini isə icarəyə götürmüşdür. Torpaq sahəsinin 2 hektar hissəinin ona satılması barədə İddiaçı öz xətti ilə yazılı qəbz və torpaq sahəsinə dair dövlət aktını ona təhvil vermişdir. Həmin vaxt sənədlər tam hazır olmadığından torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirə bilməmişlər. Sonradan isə Abbas oğlanlarının hərbi xidmətdə olduğu üçün gəlib-gedə bilmədiklərini göstərərək alqı-satqını rəsmiləşdirməyi yubatmışdır. 2006-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş, əkib becərmişdir. Abbas hər dəfə ona bildirmişdir ki, “narahat olma evin böyüyü mənəm, heç kim bu işi poza bilməz”. O, da Abbasa inanaraq alqı-satqını rəsmiləşdirməyə tələsməmişdir. 2021-ci ilin oktyabr ayında torpaq sahəsini şumlatmaq istəmişdir. Lakin Abbasın oğlanları gələrək torpaq sahəsini şumlatmağa icazə verməmişlər. Abbas oğlanlarına torpaq sahəsini dəyərini alaraq ona satdığını bildirsə də oğlanları buna etiraz etmiş və torpaq sahəsini satmağa razı olmadıqlarını bildirərək torpaq sahəsini əkməyə qoymamışlar. Bununla bağlı Abbasla aralarında bir neçə dəfə söhbət olsa da, Abbas ona bildirmişdir ki, uşaqları ilə bacarmır. Hətta onun yanında Abbas oğlu ilə mübahisə edərkən anasının xəstə olduğu vaxt və bacılarının ailə qurması üçün lazım olan xərclərin çəkilməsi zamanı harada olduqlarını, niyə heç bir maddi yardım göstərmədiklərini demişdir. Abbas ona bildirir ki, torpaq sahəsini uşaqları tələb edirlər. Keçirilən məhkəmə hazırlıq iclasında Abbas 2 hektar torpaq sahəsinə görə ondan 2 milyon AZM pul alaraq satması barədə qəbz yazdığını və imzaladığını etiraf etmişdir. 16 ildən artıqdır ki, mübahisəli torpaq sahəsinə sahiblik edir və torpaq sahəsi onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün fəhlələrə və texnikalara 1500 manat pul vermişdir. Bundan başqa torpaq sahəsinin hər tərəfinə kanal atdırmış və bunun üçün də 500 manat xərcləmişdir. Bütün bu işlər üçün cəmi 2000 manat vəsait sərf etmişdir. Bundan başqa 16 il bundan əvvəl Abbasa 2 milyon AZM pul vermişdir ki, hansı ki həmin vaxt həmin ərazilərə yaxın hektarı 400-500 min AZM olmaqla torpaq sahələri ala bilərdi. Abbasdan mübahisəli torpaq sahəsini iki dəfə baha almaqda məqsədi həmin torpaq sahəsinin onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi ilə yanaşı yerləşməsi olmuşdur. Hazırda həmin ərazidə bir hektar torpaq sahəsinin qiyməti 5500 manat təşkil edir. Bu il mübahisəli torpaq sahəsini əkmədiyi üçün xeyli maddi ziyana düşmüşdür. Hər il torpaq sahəsini əkib-becərməklə çəkdiyi xərcləri çıxdıqdan sonra 4 tondan çox taxıl məhsulu əldə edirdi. Bu il həmin torpaq sahəsini əkmədiyi üçün həmin gəlirdən də məhrum olmuşdur. Bununla da Abbasın bu əməli nəticəsində ona 1800 manat (4 ton x 0,45 man) maddi ziyan dəymişdir. Abbas torpaq sahəsi üçün 10000 manat və çəkdiyi xərclərə görə 1000 manat, əldən çıxmış fayda kimi 1800 manat pul - cəmi 12800 manat verərsə həmin torpaq sahəsini ona qaytarmağa hazırdır. Bundan başqa Abbasın bu hərəkətləri nəticəsində o, əsəb gərginliyi keçirdiyindən bir müddət müalicə almağa məcbur olmuşdur. Loğman Şıxıyevin ona qarşı iddia tələbi ilə bağlı isə bildirir ki, ötən müddət ərzində əkib becərdiyi həmin torpaq sahəsindən hər il 1-1,2 ton miqdarında İddiaçı taxıl vermişdir. Taxılı bəzən sahədən maşına yükləyərək Abbasın evinə göndərmiş, bəzi hallarda isə Abbas xırmandan özü aparmışdır. Bəzi illərdə taxıl olmadığı halda belə başqa sahədən Abbasa həmin miqdarda taxıl vermişdir. Bundan başqa Abbas sahədən malqarası üçün saman və ot bağlısı da aparmışdır. Abbasla torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrkən subsidiyanın da onun tərəfindən alınmasına Abbas razılaşmışdır. Həmin torpaq sahəsinin əvəzində ona torpaq sahəsi verilməsini və ya dəyərinin ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün iddia tələbinin təmin edilməsi, Loğman Şıxıyevin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İddiaçı ziddiyyətli izahatlar verərək izahatın əvvəlində özünün və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 5,49 hektar torpaq sahəsinin 2 hektar hissəsini 2006-ci ildə xəstə həyat yoldaşının müalicəsi məqsədi ilə 2 milyon AZM-ə Cavabdeh satdığını, qalan 3,49 ha hissəsini icarəyə verdiyini, torpaq sahəsinin satılmasına dair qəbzdəki imzanın ona məxsus olduğunu, uşaqlarının təziqi nəticəsində həmin torpaq sahəsini hazırda geri tələb etdiyini, sonradan verdiyi izahatında isə mübahisəli 2 hektar torpaq sahəsini satmadığını icarəyə verdiyini göstərmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində isə mübahisəli torpaq sahəsinin 2 hektar hissəsini 2 milyon AZM-ə Cavabdeh satdığını, Cavabdeh həmin torpaq sahəsinin əkib becərməsinə etirazının olmadığını, hazırda isə uşaqlarının təzyiqi ilə torpaq sahəsini geri qaytarmaq istədiyini göstərmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Loğman Şıxıyev iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 5,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X1, İddiaçı, X3, X6, X9, X11 və onun birgə mülkiyyətlərinə verilmişdir. O, 1999-cu ildən hərbi xidmətdə olmaqla 2004-cü ildən Kürdəmir şəhərində yaşayır. 2021-ci ildə torpaq sahəsini əkib becərmək istədikdə Cavabdeh ona mane olmuşdur. Murad subsidiya alınması üçün verilmiş plastik kartı onun atasından almış, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 hektar torpaq sahasinə görə dövlət tərəfindən verilmiş subsidiyanı alaraq mənimsəmişdir. O, bunu bildikdən sonra banka müraciat edərək kartı ləğv etdimiş və yeni kart almışdır. 2006-cı ilda atası İddiaçı Cavabdeh 2.000,000 (iki milyon) manat borc pul almuş, əvəzində İN 0016 nömrəli (KOD 4071306) Torpağa Mülkiyyət Hüququna dair Dövlat Aktına əsasən paylı mülkiyyətlərində olan torpaq sahəsinin 2 hektar hissəsini Muradın icarəsinə vermişdir. Cavabdeh 2 hektardan başqa qalan 3,49 hektar sahəsini də heç bir haqq vermədən 15 il əkib becərmişdir. Bir hektar torpaq sahəsinin icarə haqqı 400 manat olmaqla 15 il üçün 3,49 hektara görə 20940 manat ödəməli, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 kektar torpaq sahəsinə görə subsidiya olaraq alıb mənimsədiyi məbləği qaytarmalıdır. Ötən müddət ərzində Murad onlara icarə haqqı kimi hər il 500 kq taxıl vermişdir. Həmin taxılı da hər dəfə atası maşına yol xərci verməklə aparmışdır. Murad tərəfindən onların evinə taxıl göndərilməmişdir. Verdiyi taxıllar da qarışıq və tozlu olmuşdur. Atası Muradla birlikdə icra nümayəndəliyində işlədiyindən Murad vəzifə səlahiyyətlərindən istifadə edərək məcburi qəbz yazdıraraq imza etdirmişdir. İddia ərizəsi atasının adından məhkəməyə verilmiş və həmin iddia ərizəsindən atasının məlumatı yoxdur. Torpaq sahəsini əkib-becərməyə Murad tərəfindən edilən müdaxilələrə son qoyulmalı, maneələr aradan qaldırılmalı, torpaq sahəsinin hüdudlarına daxil olması qadağan edilməlidir. Murad başqa şəxsin adına verilmiş subsidiyanı mənimsəmişdir. Hesab edir ki, onun bu əməlində cinayət tərkibi vardır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid X13 ifadə verərək göstərmişdir ki, Cavabdeh əkinbiçin işlərini o aparır. O bilir ki, Cavabdeh İddiaçı 2 hektar torpaq sahəsini satın almış, 4 hektara yaxın torpaq sahəsini isə icarəyə götürmüşdür. 10 ildən yuxarıdır ki, hər il 1-1,2 ton taxılı Abbasa o aparıb verir. Məhsuldarlıq yaxşı olduğu illərdə isə hətta 1,4 ton taxıl verdikləri vaxt olub. Abbas lazım olanda malqarası üçün hər il 100 bağlama saman da aparmışdır. Taxıl olmadığı illərdə isə başqa sahədən Abbasa taxıl verilmişdir. Hərdən Abbasın taxılı özü apardığı vaxtlar da olub. Ötən müddət ərzində Loğmanı nə sahədə, nə də evlərinə taxıl apararkən orada görmüşdir.
11. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu - cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləği alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 135 manat dövlət rüsumunun 15 manatı iddiaçı Cavabdeh özünə aid edilməsi, JN-0016 nömrəli KOD 40713068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X2 və qeyrilərinin birgə mülkiyyətində olan 5,49 kektar torpaq sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və Cavabdeh torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 155 manat dövlət rüsumunun 55 (əlli beş) manatı iddiaçı X2 özünə aid edilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.
12. Cavabdeh İddiaçı və iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat a) apellyasiya şikayətlərinin dəlilləri
13. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən - iddia təmin edilməyən hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri alınaraq iddiaçı Cavabdeh ödənilməsi barədə iddianın əsaslı olması nəticəsinə gələrkən Cavabdeh keçmiş pulnan 2 milyon manata aldığı 2 hektar torpaq sahəsinin 1 hektarının hazırkı dəyərinin 5250 manata qədər qalxmasına və qanuni əsas kimi Mülki Məcəllənin 1091.1,1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Ona görə ki, iddiaçı Cavabdeh 2006-cı ildə torpaq sahəsinin 2 hektarı üçün köhnə manatla verdiyi 2 milyon manatın 10 misli həddində cavabdehdən pul tələb etməsi qanunsuzdur. Buna baxmayaraq iddiaçı Cavabdeh 2006-cı ildə torpaq sahəsinin 2 hektarı üçün köhnə manatla verdiyi 2 milyon manatın 10 misli həddində cavabdehdən pul tələb edir. Hesab edir ki, iddiaçı Cavabdeh 2006-cı ildə aldığı əmlakın hazırda olan dəyəri həddində deyil, 2006-cı ildə ödədiyi 2 milyon manat pulun həmin vaxtla müqaisədə indeksasiyası məbləği həddində tələb edə bilər. Lakin iddiaçı 2006- cı ildə ödədiyi 2 milyon manat pulun həmin vaxtla müqaisədə indeksasiyası məbləği həddində tələb etməmişdir. Həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Cavabdeh 2006-cı ildə torpaq sahəsinin 2 hektarı üçün köhnə manatla 2 milyon manat pul versədə tərəflər arasında alqısatqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilməmişdir. Belə olan halda iddiaç Cavabdeh əsassız varlanma obyektini qaytarmaq barədə iddia qaldırmamış, bununla da əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Birinci instasniya məhkəməsi əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşməsinə əsasən iddianı rədd etməmiş, nəticədə tətbiq edilməli olan Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməmişdir. İddiaçı Cavabdeh 2006-cı ildə İddiaçı pula ehtiyacı olduğu üçün özünə və ailə üzvlərinə məxsus torpaq sahəsinin iki hektar hissəsini satmaq istədiyini bildirmişdir. O, İddiaçılə qarşılıqlı razılığa gələrək həmin ildə mübahisəli torpaq sahəsinin 2 hektarı üçün ona 2 milyon AZM ödəməklə satın almışdır. Həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinin 3,49 hektar hissəsini icarəyə götürmüşdür. Lakin həmin vaxtdan bu günə kimi İddiaçı icarə haqqı ödəməmişdir. 16 il istifadə etdiyi torpaq sahəsinin icarə haqqını ödəmədən İddiaçı pul tələb etməsi anlaşılan deyil. İcarə haqqının ödənilməməsinə görə tərəflər arasında münasibətlər pozulmuşdur. iddiaçı Cavabdeh köhnə manatla 2 milyon manat ödəsədə, torpaq sahəsinin 3,49 hektar hissəsini 16 il istifadə etdiyindən İddiaçı küllü miqdarda borcu qalmışdır. Yəni burada əsassız varlanmadan söhbət gedə bilməz. Bundan başqa iddiaçı Cavabdeh iddia ərizəsində 16 il bundan əvvəl Abbasa 2 milyon AZM pul verməsini, hansı ki həmin vaxt həmin ərazilərə yaxın hektarı 400-500 min AZM olmaqla torpaq sahələri ala bilməsini göstərsədə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə məhkəmə iclasında belə hal müəyyən edilməmişdir. Hesab edir ki, işə baxılarkən 2006-cı ildə ödənilən 2 milyon manat pulun indeksləşdirilməsi üçün onun istehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri hazırda manatın inflasiyaya və demoniyasiyaya uğraması nəzərə alınmaqla müəyyən edilməli idi. 2006- cı ildə ödənilən 2 milyon manat pulun indeksləşdirilməsi müəyyən edilmədən iddianın təmin edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi hazırkı işdə məhkəmə tərəfindən 2006- cı ildə ödənilən 2 milyon manat pulun indeksləşdirilməsi üçün onun istehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri hazırda manatın inflasiyaya və devolyasuyay demoniyasiyaya uğraması nəzərə alınmaqla müəyyən edilməmişdir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsi - cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu – cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləği alınaraq iddiaçı Cavabdeh ödənilməsi) hissədə ləğv edilməsini, iddiaçı Cavabdeh “cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu – cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləği alınaraq iddiaçı Cavabdeh ödənilməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməsi, qətnamənin iddiaçı Cavabdeh İddiaçı qarşı “çəkdiyi xərclərə görə 2000 manat, əldən çıxmış faydaya görə 1800 manat və mənəvi zərərə görə 1000 manat manat pulun alınaraq ona verilməsi barədə hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən - iddia təmin edilməyən hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Ona görə ki, 5,49 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi onunla birlikdə 8 nəfər ailə üzvünün birgə mülkiyyətlərinə verilmişdir. O, 1999-cu ildən hərbi xidmətdə olmaqla 2004-cü ildən Kürdəmir şəhərində yaşayır. 2021-ci ildə torpaq sahəsini əkib becərmək istədikdə Cavabdeh ona mane olmuşdur. Murad subsidiya alınması üçün verilmiş plastik kartı onun atasından almış, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 hektar torpaq sahasinə görə dövlət tərəfindən verilmiş subsidiyanı alaraq mənimsəmişdir. O, bunu bildikdən sonra banka müraciat edərək kart ləğv etdirmiş və yeni kart almışdır. 2006-cı ilda atası İddiaçı Cavabdeh 2.000,000 (iki milyon) manat borc pul almuş, əvəzində İN 0016 nömrəli (KOD 4071306) Torpağa Mülkiyyət Hüququna dair Dövlat Aktına əsasən paylı mülkiyyətlərində olan torpaq sahəsinin 2 hektar hissəsini Muradın icarəsinə vermişdir. Cavabdeh 2 hektardan başqa qalan 3,49 hektar sahəsini də heç bir haqq vermədən 15 il əkib becərmişdir. Bir hektar torpaq sahəsinin icarə haqqı 400 manat olmaqla 15 il üçün 3,49 hektara görə 20940 manat ödəməli, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 hektar torpaq sahəsinə görə subsidiya olaraq alıb mənimsədiyi məbləği qaytarmalıdır. Göründüyü kimi 5,49 hektar torpaq sahasinin 3,49 hektar hissəsini (icarə haqq 400 manat olmaqla 15 il) iddiaçı X7 Cavabdeh icarəyə verməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh iddian qismən qəbul edərək, iddianın icarə haqqına dair hissəsinə qarşı etiraz edərək bildirir ki, mübahisəli torpaq sahəsi üçün icarə haqqının ödənildiyi bildirir. İddiaçı X7 isə bunu qəbul etmir. Cavabdeh mübahisəli torpaq sahəsi üçün icarə haqqının iddiaçı X4 ödənildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu barədə iş materiallarında heç bir sübut olmadan, məhkəmə qanunsuz olaraq mübahisəli torpaq sahəsi üçün icarə haqqının ödənildiyinin təsdiq olunduğunu qeyd etmiş, qətnamə MPM-nin tələblərinə uyğun əsalandırılmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsi iddiaçı X2 Cavabdeh qarşı “cavabdehdən 20940 manat icarə haqqı, 155 manat dövlət rüsumunun əvəzi olmaqla 21095 manat alınaraq ona verilməsi hissədə ləğv edilməsini, iddiaçı X2 Cavabdeh qarşı “cavabdehdən 20940 manat icarə haqqı, 155 manat dövlət rüsumunun əvəzi olmaqla 21095 manat alınaraq ona verilməsi” barədə iddiası təmin edilməsini, qətnamənin- “JN-0016 nömrəli KOD 40713068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X2 və qeyrilərinin birgə mülkiyyətində olan 5,49 kektar torpaq sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və Cavabdeh torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi” barədə hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasınını iclasında iştirak edən iddiaçı X7 verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasınını iclasında iştirak edən iddiaçı Cavabdeh verilmiş apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh İddiaçı və iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarının dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh İddiaçı və iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. İş materiallarında olan JN-0016 olan KOD 40713068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 nömrəli qərarı ilə X8, X1, İddiaçı, X3, X7, X6, X9 və X5 birgə mülkiyyətlərinə 5,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
27. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o 2006-cı ildə ailə vəziyyətilə əlaqədar pula ehtiyacı olduğu üçün pay əkin torpaq sahəsinin 2 (iki) hektar hissəsini 2 (iki) paçka şirvan müqabilində Cavabdeh satmış, 3 (üç) hektar hissəsini isə icarəyə vermiş və icarə haqqını almışdır. İddiaçı satdığı 2 (iki) hektar torpaq sahəsinin sənədləşməməsinə baxmayaraq Cavabdeh tərəfindən əkilib-becərilməsinə etiraz etmədiyini bildirmişdir.
28. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135 (bir yüz otuz beş) manat dövlət rüsumu ödənilmişdir.
29. İş materiallarında olan 18 mart 2022-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı Loğman Şıxıyev tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 155 (bir yüz əlli beş) manat dövlət rüsumu ödənilmişdir.
30. İş materiallarında olan "xxxx" MMC-nin 26 yanvar 2022-ci il tarixli 02 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq ərazilərdə taxıl məhsullarının əkini üçün istifadə olunan torpaq sahəsinin hər 1.0 ha ölçüsünün hazırda ərazi üzrə mövcud olan orta bazar qiyməti 5000-5500 manat arasında dəyişir. Qiymətləndiriməsi təklif olunan 5,49 ha torpaq sahəsi üçün bu dəyər göstəricisi - 5,49 ha x 5250 manat = 28823 manat həddindədir.
31. Birinci instansiya məhkməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı RAİK-nin 24 avqust 1998-ci il tarixli 56 nömrəli qərarı ilə İsmayıllı rayon Bilistan kənd sakinləri X8, X1, İddiaçı, X3, X7, X6, X9 və X5 birgə mülkiyyətlərinə yaşadıqları kənd ərazisindən 5,49 hektar əkin torpaq sahəsi verilmişdir. İddiaçı 2006-cı ildə özünə və ailə üzvlərinə məxsus torpaq sahəsinin 2 hektar hissəsini Cavabdeh satmaq adı ilə ondan 2 milyon AZM pul almışdır. İddiaçı həmin torpaq sahəsinə dair dövlət aktını Cavabdeh təhvil vermiş və torpaq sahəsini onun istifadəsinə vermişdir. Bu barədə yazılı formada qəbz də imzalamışdır. Həmin vaxt tərəflər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməmişlər. Torpaq sahəsinin 3,49 hektar hissəsini isə Cavabdeh icarəyə vermişdir. Həmin vaxtdan torpaq sahəsini Cavabdeh əkib-becərmişdir. 16 ildən artıqdır ki, mübahisəli torpaq sahəsinə faktiki olaraq Cavabdeh sahiblik etmişdir. Mütəxəsis rəyinə əsasən mübahisə predmetinə aid olan torpaq sahəsinin 1.0 ha ölçüsünün hazırda ərazi üzrə möcud olan orta bazar qiyməti 5250 manat həddində müəyyən edilmişdir. Cavabdeh İddiaçı ona 12800 manat verəcəyi təqdirdə torpaq sahəsini geri qaytarmağa razı olduğunu bildirmişdir. Loğman Şıxıyevin iddia tələbini qəbul etmir. Cavabdeh Abbas Şixıyev ziddiyyətli izahatlar verərək verdiyi izahatın əvvəlində gah özünün və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 5,49 hektar torpaq sahəsinin 2 hektar hissəsini 2006-ci ildə xəstə həyat yoldaşının müalicəsi məqsədi ilə 2 milyon AZM-ə Cavabdeh satdığını, qalan 3,49 ha hissəsini isə icarəyə verdiyini, torpaq sahəsinin satılmasına dair qəbzdə imzanın onun olduğunu, lakin uşaqlarının təziqi nəticəsində həmin torpaq sahəsini hazırda geri tələb etdiyini, gah da verdiyi izahatı dəyişərək həmin 2 hektar torpaq sahəsini satmadığını icarəyə verdiyini göstərir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində də həmin torpaq sahəsinin 2 hektar hissəsini 2 milyon AZM-ə Cavabdeh satdığını, Cavabdeh həmin torpaq sahəsinin əkib-becərməsinə etirazının olmadığını, lakin hazırda uşaqlarının tələbi ilə torpaq sahəsini geri qaytarmaq istədiyi göstərir. İddiaçı Loğman Şıxıyev mülkiyyətlərində olan 5,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 hektar hissəsini atası 2006-cı ildə Cavabdeh 2 milyon AZM borc pul alaraq ona uzun müddətə icarəyə verdiyini, Cavabdeh ötən müddət ərzində icarə haqqını qismən ödədiyini, 3,49 hektar torpaq sahəsini isə haqq vermədən əkib becərdiyini, buna görə onlara 15 il üçün 20940 manat ödəməli, 2007-ci ildən 2021ci ilə kimi 5,49 kektar torpaq sahəsinə görə aldığı subsidiya məbləğini qaytarmalı olduğunu, qəbzin atasına məcburi yazdırıldığını və iddia ərizəsindən atasının məlumatı olmadığını göstərir.
32. Göründüyü kimi, 2006-cı ildə tərəflər arasında torpaq sahəsinin satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh torpaq sahəsinin dəyərini iddiaçıdan almaqla faktiki ona satmışdır. Bu barədə İddiaçı tərtib və imza etdiyi qəbzdə 2006-cı ildə ailə vəziyyətilə əlaqədar pula ehtiyacı olduğu üçün pay əkin torpaq sahəsinin 2 (iki) hektar hissəsini 2 (iki) paçka “şirvan” müqabilində Cavabdeh satdığını, 3 (üç) hektar hissəsini isə icarəyə verdiyini və icarə haqqını aldığını, satdığı 2 (iki) hektar torpaq sahəsinin sənədləşməməsinə baxmayaraq Cavabdeh tərəfindən əkilib-becərilməsinə etirazı olmadığını göstərmişdir.
33. Tərəflər arasında öhdəliyin yaranmasına dair sadə yazılı müqavilə müvafiq qaydada imzalandığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, cavabdeh tərəf üzərinə müəyyən öhdəlik götürmüşdür. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. (qətnamənin 20-ci bəndi)
34. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 2006-cı ildə tərəflər arasında torpaq sahəsinin satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh torpaq sahəsinin dəyərini iddiaçıdan almaqla faktiki ona satmışdır. Bu barədə İddiaçı tərtib və imza etdiyi qəbzdə 2006-cı ildə ailə vəziyyətilə əlaqədar pula ehtiyacı olduğu üçün pay əkin torpaq sahəsinin 2 (iki) hektar hissəsini 2 (iki) paçka “şirvan” (2 milyon AZM) müqabilində Cavabdeh satdığını, 3 (üç) hektar hissəsini isə icarəyə verdiyini və icarə haqqını aldığını, satdığı 2 (iki) hektar torpaq sahəsinin sənədləşməməsinə baxmayaraq Cavabdeh tərəfindən əkilib-becərilməsinə etirazı olmadığını göstərmişdir.
35. Cavabdeh mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq 2 milyon AZM məbləğini İddiaçı vermişdir. İddiaçı həmin torpaq sahəsinin 2 (iki) hektar hissəsini Cavabdeh satmaq adı altında sonuncudan 2 milyon AZM məbləği alaraq həmin torpaq sahəsini Cavabdeh vermişdir. Torpaq sahəsinin qalan hissəsi isə Cavabdeh icarəsinə verilmişdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan 2 (iki) hektar torpaq sahəsinin hazırkı dəyəri təxminən 10500 manatdır.
36. Qeyd olunanlara əsasən işə baxan məhkəmə 2 hektar torpaq sahəsinin dəyəri olaraq 10000 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qərar qəbul edilməsini qanuni və ədalətli hesab etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaəti əsaslı hesab edərək qeyd edir ki, mübahisəli torpaq sahəsinin hazırkı bazar qiyməti məhkəmənin müəyyən etdiyi qiymətdən yüksək olsa da, iddiaçı Cavabdeh məhkəmənin müəyyən etdiyi qiymətlə razılaşmışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli torpaq sahəsinin 2 (iki) hektar hissəsini Cavabdeh satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla və həmin torpaq sahəsini Cavabdeh geri tələb etməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxsdir
39. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə kollegiyası Cavabdeh ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 2 (iki) hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 10000 manat manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
40. Məhkəmə kollegiyası Cavabdeh İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şkayətinin İddiaçı aldığı pulun indeksasiya olunmaqla qaytarımalı olması barədə dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübhisəli torpaq sahəsinin indiki bazar dəyərinin əsas götürmüşdür.
41. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə Mülki Məcəllənin 1095-ci maddəsinin tətbiq edilməməsi barədə dəlili ilə bağlı aşağıdakıları bildirir.
42. Həmin maddənin tələbinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
43. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs iddia qaldırmaq hüququnu itirir.
44. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 1095-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, məhrum olan şəxs nə vaxt məhrum olmasına dair halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əsassız varlanmanı hansı müddətdə mübahisələndirib.
45. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsini 2020-ci ilin oktyabr ayınadək əkib becərib və İddiaçı və ailə üzvlərinin həmin torpaq sahəsini geri tələb etmələrini həmin vaxtı bilib.
46. Ona görə də, birinci instansiya məhkəməsinin əsassız varlanma ilə bağlı tələbə müddət tətbiq etməməsi qauni və əsaslı olmuşdur.
47. Birinci instansiya məhkəməsi iddiaçı X2 iddia tələbinin Cavabdeh 20940 manat icarə haqqının alınaraq Loğman Şıxıyevə verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə prosesinin gedişində tərəflərin izahatları ilə mübahisəli torpaq sahəsi üçün icarə haqqının ödənildiyi təsdiq olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır.
49. Belə ki, İddiaçı tərəfindən yazılmış qəbzdən də torpaq sahəsinin qalan hissəsinin icarəyə verdiyi və icarə haqqını aldığı məlum olur.
50. Məhkəmə kollegiyasının iclasında Loğman Şıxıyev özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 3,49 hektar hissəsindən Cavabdeh onların heç bir etiraz, şikayət və tələbi olmadan 15 il ərzində fasiləsiz istifadə etməsinin ağlabatan izahını verə bilmədi.
51. Belə olan halda Cavabdeh 3,49 hektar torpaq sahəsini uzun müddət (15 il) haqq vermədən əkib becərməsi barədə iddiaçı Loğman Şıxıyevin bəyanı işin hallarına uyğun deyildir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
53. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
56. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh İddiaçı və iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov