Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1008/2023 12.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, qohumluq faktı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X32 oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Ərizəçi və onun vəkili Vəkil1 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Atası Orucov Aydın Əliyar oğlu, anası isə X1r.
2. Orucov Aydın Əliyar oğlu 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X26, anası isə Cavahir Mustafa qızıdır.
3. Şəki şəhəri, Şərbablar küçəsi, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə Ərizəçi, 2/3 hissədə isə X14 paylı mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun babası, X14 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə onun, 2/3 hissədə isə mərhum ulu X8nun paylı mülkiyyətindədir. Ulu X8 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X17 tərəfindən qəbul edilmişdir. Onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası Orucov Aydın Əliyar oğlu, atası da vəfat etdikdən sonra o qəbul etmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu X8 və babası X10 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəmə iclasında şahid kimi dindirilən X18 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı Orucov Aydın Əliyar oğlunun oğludur. X21 Oruc (Məşədi Oruc) oğlu vəfat etdikdən sonra onun vərəsələri kimi o və mərhum qardaşı Aydın Orucov qalmışdır. O, mirasdan qardaşının xeyrinə imtina etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçinin atası Orucov Aydın Əliyar oğlu ilə yaxın olmuşdur. Aydın Orucovun X25 Oruc (Məşədi Oruc) oğlunu görməsə də, haqqında eşitmişdir.
8. Şəki Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ərizənin qismən təmin edilməsi, X27 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materialları və şahid ifadələri ilə X2 ərizəçinin babası olması sübut olunur. X5 onun ulu babası olması aydın görünmür. Belə ki, ərizəçi X14 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, X14 Ərizəçi ulu babası olması faktı təsdiq edilmədiyindən, tələb həmin hissədə əsaslı deyildir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 307.2.1, 307.2.11, 308-ci maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, yaşlı olduğundan məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etdi. Məhkəmə obyektiv həqiqətə nail olmaq üçün işin hərtərəfli tam obyektiv tədqiqinə şərait yaratmalıdır, tərəflərə prosessual hüquqların həyata keçirilməsinə kömək göstərməlidir. O hazırda babasıyla ulu babasının qohum olması və ulu babasının nə vaxt ölməsi ilə bağlı arxiv arayışını əldə etmiş onu məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Onun ulu babasından qalmış mirası qəbul etdiyini təsdiq edən halların mövcud olduğu və miras əmlak barədə heç bir mübahisə olmadığı halda iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün tələbin ulu babasına aid hissəsini baxılmamış saxlamalı idi. Ərizəçinin yeni sübutlar əsasında tələb irəli sürmək hüququ olsun. İşdə olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərlə əslində doğum ölüm sənədləri ilə xronoloji ardıcılıqla baxsaq mülkiyyətin sənədində adı olan şəxsin onun ulu babası olması faktını müəyyən etmək mümkün idi.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X20 (sədrlik edən və məruzəçi), X19 və X15) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, Orucov Aydın Əliyar oğlu 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X7, anası isə Cavahir Mustafa qızıdır. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Atası Orucov Aydın Əliyar oğlu, anası isə X1r. X14 onun ulu babası olması aydın görünmür. Ərizəçi X14 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən tələbə düzgün hüquqi qiymət verilmişdir. Lakin, ərizəçi apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin ərizəçi apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki iş üzrə ərizəçi şahidlərin evdə dindirlməsini xahiş etmişdir, lakin o yuxarıda qeyd edilən mülki prosessual məcəllənin normasında irəli gələn tələblərin vacib və imperativ olmasını nəzərə almamış, onun üçün məhkəmə tərəfində çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmasına baxmayaraq, dindirilməsini tələb etdiyi şahidlərin, sübut növü kimi məhkəmə gətiriməsini təmin etməmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi ərizəsinin təmin edilməsinə dair hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı şəraitdə ərizəçinin hazırkı ərizəsinin yəni “X14 onun ulu babası olması faktının müəyyən edilməsinin” təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Hazırkı halda isə ərizəçi həmin kateqoriyalı vərəsələr sırasına daxil olmadığından ərizə təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 306.1, 307.2.1, 307.2.11, 308, 310.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
18. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
19. Ərizəçi kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, yaşlı olduğundan məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etdi, məhkəmə obyektiv həqiqətə nail olmaq ücün işin hərtərəfli tam obyektiv tədqiqinə şərait yaratmalıdır, tərəflərə prosesual hüquqların həyata kecirilməsinə kömək göstərməlidir. O hazırda babasıyla ulu babasının qohum olması və ulu babasının nə vaxt ölməsi ilə bağlı arxiv arayışını əldə etmiş onu məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Onun ulu babasından mirası qəbul etdiyini təsdiq edən halların mövcud oldugu və miras əmlak barədə hec bir mübahisə olmadıgı halda iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün tələbin ulu babasına aid hissəsini baxılmamış saxlamalı idi. Ərizəçinin yeni sübutlar əsasında tələb irəli sürmək hüququ olsun. İşdə olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərlə əslində dögum ölüm sənədləri ilə xronoloji ardıcılıqla baxsaq mülkiyyətin sənədində adı olan şəxsin onun ulu babası olması faktını müəyyən etmək mümkün idi. Şikayətin əvvəlində geniş şəkildə mövqeyini əsaslandırdı. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Kollegiyanın iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Kollegiyanın iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respbulikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi X4 apellyasiya şikayətinin və iddia tələbinin təmin olunmasına etirazı olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq:
Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:
24. Həmin qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq
25. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən ed
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, ap
27. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası mə
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin
29. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən x
30. Həmin Məcəllənin 07.2.30-cü maddəsinə əsasən məhkəmələr doğumun, övladlığa götürmən
31. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlər
32. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsin
33. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zam
34. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin əri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k
37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətl
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsin
39. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki i
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsi
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi q
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2
43. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir k
44. Belə ki, iş materiallarına əlavə edilmiş X14 vəfatı barədə sənədə yəni X30 Filialından verilən
45. İşdə olan 22 noyabr 1968-ci il tarixdə Şəki şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum ha
46. İşdə olan 11 sentyabr 1965-ci il tarixdə Şəki şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum h
47. Məhkəmə kollegiyası apellyatorun verdiyi apellyasiya şikayətində məhkəmədən yaşlı, məhkə
48. Məhkəmə kollegiyası obyektiv həqiqətə nail olmaq, işin hərtərəfli tam obyektiv tədqiqinə şəra
49. Məhkəmə kollegiyası tərəflərin iştirаkı ilə X12 şahid qismində dindirərkən o, X14 iddiaçı Ərizə
50. Məhkəmə kollegiyası tərəflərin iştirаkı ilə X3 şahid qismində dindirərkən o, X14 iddiaçı Əriz
51. Məhkəmə kollegiyası qeyd edir ki, artıq yuxarıda göstərilən hallarla, iş üzrə sübut əhəmiyyətl
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384
Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. X14 xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi ulu babası olması hüquqi faktı müəyyən edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.