Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1008/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə (Açar sözlər: Fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzildən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 37 kv.m olan mənzil vardır. Onun həmin mənzil üzərində hüquqları 07 fevral 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh ilə onun arasında 17 dekabr 2020-ci il tarixində beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh mənzilin dəyəri olan 30.000 (otuz min) manatın 13.000 (on üç min) manat hissəsini beh şəklində ödəmiş və 2023-cü ilin dekabr ayınadək isə yerdə qalan məbləği beh şəklində ödəyərək tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. 17 dekabr 2020-ci il tarixindən Cavabdeh və ailə üzvləri həmin mənzilə yerləşmişdir. 17 dekabr 2020-ci il tarixli beh müqaviləsinə əsasən, Cavabdeh yerdə qalan məbləği də 2023-cü ilin dekabr ayınadək ödəməli olmasına baxmayaraq bunu etməmişdir. O, Cavabdeh mənzili boşaltmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan imtina etmiş, nəticədə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, anasına məxsus evi 3 il müddətinə aybaay ödənilmək şərti ilə beh müqaviləsinə əsasən cavabdehə satmışdırlar. Bir müddət ödəniş edilmiş lakin daha sonra ödənişlər olunmamışdır. Cavabdehi bu barədə xəbərdar etmişdirlər. Beh müqaviləsi bağlandıqdan sonra 8600 manat məbləğə yaxın ödəniş almışlar. 13000 manat isə beh müqaviləsi bağlanarkən almışlar. Beləliklə ümumilikdə onlara iyirmi bir min nə qədərsə ödəniş edilmişdir, 9600 manat məbləğ isə ödənilməmişdir və artıq müqavilənin vaxtı bitmişdir. Pulun zamanında ödənilməməsi nəticəsində onun Bakıda götürdüyü ev əlindən çıxmış və bir sıra problemləri yaranmışdır. Belə ki, ilk vaxtlar ödəniş aybaya edilsə də, daha sonra yubanmışdır, ümumilikdə onlara 8000 nə qədərsə ödəniş edildiyini qəbul edir. Yəni cavabdeh üç il müddətində ödənişi edib yekunlaşdırmamış, həmçinin 18 ay ərzində tərəfindən hər hansı ödəniş edilməmişdir. Eyni zamanda pərcərələrin bağlanması ilə əlaqədar bildirir ki, qonşuları evdən çox səs-küy gəldiyi həmçinin öz həyətlərinin görünməməsi üçün pəncərənin qarşısından bir metr yarımdan dəmir list çəkmişdirlər.
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə göstərilməmişdir ki, qarşı tərəf borcu ödəmədiyi təqdirdə evdən çıxacaqdır. İddiaçı yalnız pul tələb edə bilər. Həmçinin bildirir ki, evin bütün pəncərələri bağlanmışdır. İddianı əsasız hesab edir, təmin edilməməsini xahiş edir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qalıq məbləği ödəmək istəmiş, lakin gəlinin qaynanası uçotdan çıxmadığı üçün pulu verə bilməmişdir. 9600 manatı sabah belə ödəyə bilər, lakin qaynananın uçotdan çıxarılmasını istəyir. Həmçinin uşağı xəstələnmiş və o iddiaçı tərəfə bildirmişdir ki, əgər ödənişləri edə bilmirsə, verdiyi ödənişləri qaytarsınlar və o da evdən çıxsın, amma pulu 2020-ci ilin iyun ayınadək ödəmişdir. Həmin ayadək ödəniş etməsinin səbəbi isə pəncərələrin qarşısının bağlanması olmuşdur. Lakin 17-si yəni müqavilənin bitmə tarixdə pul ilə gəlmiş, iddiaçı tərəfə bildirmişdir ki, sənədi təhvil versinlər, lakin verməmişlər.
6. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, İddiaçı nümayəndəsinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Tərəflər xx.xx.2020ci il tarixdə 13000 manat pul vəsaitinin beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə daha 1000 manatın beh olaraq verilməsi, pulun qalan hissəsinin yəni 16000 manatın hər ay hissə-hissə verilib 3 il müddətinə ödənilməklə həmin evin nisyə olaraq 30000 manata cavabdehə satılması barədə 3M-422 saylı “beh müqaviləsi” adlı müqavilə bağlamışlar. Bundan sonra hər ay 300 manat ödəniş etmiş cavabdeh 2022-ci ilin iyundan nisyə alqısatqı üzrə ödənişləri dayandırmış, evin dəyəri üzrə 9600 manat ödənilməmiş qalmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023- cü il tarixdə başa çatmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçının dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytarılmasını tələb etmək hüququ yarandığı tam təsdiq olunduğundan, cavabdeh dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytarılması olaraq ünvan 2 ünvanında fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir.
9. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından İddiaçı nümayəndəsi tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 427.3, 448.1, 442, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 17 dekabr 2020-ci il tarixdə cavabdehlə aralarında notarial qaydada bağlanmış “Beh” Müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********71-103010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 3 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumu sahəsi 37 kv.m olan fərdi yaşayış evini 30000 (otuz min) manat məbləğinə satılmasına razılaşaraq-13000 (on üç min) manat pulun beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə 1000 manat ödənilməsi, qalan 16000 (on altı) min manat pulun 3 il ərzində ödənilməsi, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən isə həmin daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əsas müqavilənin bağlanması öhdəlikləri qoyulmuşdur.
13. 17 dekabr 2020-ci il tarixindən o və ailə üzvləri cavabdehin razılığı ilə həmin fərdi yaşayış evinə yerləşmişlər. Həmin evə yerləşdikdən sonra evin təmirinə təxmini 2000 (iki min) manatdan artıq xərc çəkmişdir. Bundan başqa tərəfindən xx.xx.2020-ci il tarixdə 13000 (on üç) min manat beh olmaqla, xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat, sonrakı aylarda 6400 (beş min dörd yüz) manat olmaqla cəmi 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul cavabdehə ödənilmişdir. Geri qalan 10600 (on min altı yüz) manat məbləğ isə alqı-satqı müqaviləsi bağlanacağı gün yəni 17 dekabr 2023-cü il tarixdə ödənilməli idi. Bununla bağlı olaraq tərəfindən cavabdehin ünvanına rəsmi qaydada xəbərnaməli poçt vasitəsi ilə “Xəbərdarlıq məktubu” göndərilmiş və cavabdehə ünvan 3 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumu sahəsi 37 kv.m olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması və həmin fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyini icra etməsi ilə bağlı 17 dekabr 2023- cü il tarixdə saat 11:00-a Zaqatala şəhəri, 2 saylı notariat ofisinə gəlməsi üçün Xəbərdar edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinin tələbləri izah edilmişdir.
14. 17 dekabr 2023-cü il tarixdə cavabdeh Zaqatala şəhəri, 2 saylı notariat ofisinə gəlmiş, həmin fərdi yaşayış evinin onun mülkiyyətimə keçirilməsi üçün notarial alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı Zaqatala şəhəri, 2 saylı notariat ofisinə cavabdeh tərəfindən müraciət edilmişdir. Lakin Zaqatala şəhəri, 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgərdərova tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilərək bildirilmişdir ki, cavabdehlə aralarında bağlanmış “Beh” Müqaviləsinin predmeti olan həmin fərdi yaşayış evində (ünvan 3) cavabdehin qayınanası X5 (AZE ********) qeydiyyatda olduğundan həmin şəxsin yazılı razılığı olmadan alqı-satqı müqaviləsinin bağlanması mümkün deyildir. Cavabdeh isə öz üzərinə düşən öhdəliyini icra etməkdən yayınaraq həmin fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyini icra etməmiş və Zaqatala şəhəri, 2 saylı notariat ofisindən çıxaraq getmişdir.
15. Daha sonra cavabdeh Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evindən çıxarılması və həmin evin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Aralarında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli “Beh Müqaviləsi”nə əsasən əvvəlcədən beh verən olaraq o, öz öhdəsinə düşən öhdəliklərini yerinə yetirmiş, lakin beh alan olaraq iddiaçı xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması üçün lazım olan sənədləri notariusa təqdim etməməklə öz öhdəliyini əvvəlcədən müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
17. Halbuki, birinci instansiya məhkəməsi qətnamədə əsassız olaraq iddiaçı ilə aralarında bağlanmış əsassız olaraq “nisyə alqı-satqı” müqaviləsi kimi təfsir etdiyi “Beh Müqaviləsi”nin icra edilməməsində onu təqsirli bilmişdir. Bununla da, birinci instansiya məhkəməsi Mülki Məcəllənin sözü gedən maddi hüquq normalarını pozmuşdur.
18. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
19. Belə ki, birinci istansiya məhkəməsinin hazırlıq iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qalıq məbləği ödəmək istəmiş, lakin iddiaçının qaynanası həmin evdə qeydiyyatda olduğu üçün və iddiaçı qaynanasından alqı-satqı müqaviləsinin bağlanması üçün razılıq ərizəsinin tələb olunduğu və iddiaçı bu razılıq ərizəsinin notariusa təqdim edilməsini təmin etmədiyi üçün 2 saylı notariusda alqı-satqı müqaviləsi bağlana bilməmişdir. Halbuki 9600 manatı sabah belə ödəyə bilər, lakin iddiaçı qaynanasından razılıq ərizəsi almaqdan və yaxud onu həmin evdən qeydiyyatdan çıxarmaqdan imtina edir. Həmçinin verdiyi izahatda bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yəni müqavilənin bitmə tarixində 9600 manat pul ilə notariusa gəlmiş, iddiaçı tərəfə bildirmişdir ki, alqı-satqı üçün lazım olan sənədləri notariusa təhvil versin, lakin iddiaçı həmin sənədləri verməkdən imtina edərək 2 saylı Notariat ofisini tərk edib getmişdir.
20. Həmçinin izahatında göstərdiyi bu faktı təsdiq etmək üçün, məhkəməyə 13 dekabr 2023-cü il tarixdə iddiaçıya göndərdiyi “Xəbərdarlıq məktubu”nu və onun rəsmi qaydada iddiaçıya çatdırılmasını təsdiq edən poçt qəbzini təqdim etmişdir. Halbuki, məhkəmə işin bu halına əhəmiyyət verməmişdir.
21. Birinci istansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları yəni onun həmin borcun ödənilməməsində təqsiri olub-olmadığını müəyyən etmədən, eyni zamanda bununla bağlı təqdim etdiyi sübutları tədqiq etmədən qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iclasında verdiyi izahatda bildirdiyi bu faktla bağlı məhkəməyə təqdim etdiyi sübutların tədqiq edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətnamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.
23. Hazırda iddiaçıya qarşı 17 dekabr 2020-ci il tarixli “Beh Müqaviləsi” üzrə cavabdehə beh kimi verdiyi 13000 (on üç min) manat məbləğində pulun iki misli yəni 26000 (iyirmi altı min) manat məbləğində pulun, bundan başqa 17 dekabr 2020-ci il tarixli “Beh Müqaviləsinin” predmeti olan fərdi yaşayış evinin alqı-satqısı üçün ayrı-ayrı vaxtlar cavabdehə ödədiyi 6400 (altı min dörd yüz) manat pulun, bundan əlavə 17 dekabr 2020ci il tarixli “Beh Müqaviləsinin” icra edilməməsi üçün məsuliyyət daşıyan cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş 2000 (iki min) manat maddi zərər, 2000 (iki min) manat mənəvi zərər olmaqla cəmi 36400 (otuz altı min dörd yüz) manat məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 199,2 (bir yüz doxsan doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Odur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 03 iyun 2024cü il tarixli, e-2(033)-376/2024 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)- 376/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
31. Qərar; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, o, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e- 2(033)-376/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2020-ci il tarixdə bağlanmış, reyestrdə 3M-422 nömrə ilə qeydə alınmış beh müqaviləsinə əsasən beh alan İddiaçı ünvan 5 ünvanında istifadəsində olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30000 (otuz min) manata satılmasına razılaşıb, ondan-13000 (on üç min) manat pul vəsaiti beh olaraq almağı, beh verən Cavabdeh Neymet qızı isə Zaqatala şəhəri Anar Həmidov küçəsi 58B istifadəsində olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30000 (otuz min) manata almasına razılaşıb, ondan-13000 (on üç min) manat pul vəsaiti beh olaraq verməyi, xx.xx.2020-ci il tarixdə isə beh alana 1000 (bir min) manat pulu verməyi, pulun qalan 16000 (on altı min) manat hissəsini isə hər ay verməklə 3 (üç) il müddətinə ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə 13000 manat behin, razılaşdırılmış qalan ödənişlərdən də müəyyən hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə baxmayaraq, sonradan, 17 dekabr 2020-ci il tarixdə bağlanmış beh müqaviləsi əsasında əldə edilmiş razılaşmalar pozulmuşdur. Beləliklə tərəflər arasında ünvan 3 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair qanunvericilikdə nəzərdə tutulmuş formada və qaydada bağlanmış alqı-satqı müqaviləsi mövcud deyildir və evin mülkiyyətçisi olan İddiaçı Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə də hesab edir ki, şikayət təmin edilə bilməz.
40. Belə ki, apellyasiya şikayətinin məhkəməyə 13 dekabr 2023-cü il tarixdə iddiaçıya göndərdiyi “Xəbərdarlıq məktubu”nu və onun rəsmi qaydada iddiaçıya çatdırılmasını təsdiq edən poçt qəbzini təqdim etməsi, məhkəmənin işin bu halına əhəmiyyət verməməsi, birinci istansiya məhkəməsinin onun həmin borcun ödənilməməsində təqsiri olub-olmadığını müəyyən etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
41. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin icraatında baxılmış tələb İddiaçı Cavabdeh qarşı qaldırdığı mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsindən ibarət tələb olmaqla, tərəflər arasında bağlanmış beh müqaviləsi, beh müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı məsələlər hazırkı icraatda mübahisələndirilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 17 dekabr 2020-ci il tarixindən o və ailə üzvlərinin cavabdehin razılığı ilə həmin fərdi yaşayış evinə yerləşmələri, evin təmirinə təxmini 2000 (iki min) manatdan artıq xərc çəkməsi, onun tərəfindən cavabdehə cəmi 20400 manat məbləğində pulun ödənilməsinə dair dəlillərinə də münasibətdə qeyd edir ki, iş materiallarından, işdə olan tərəflərin izahatlarından müəyyən edildiyi kimi hazırkı vəziyyətdə cavabdehin mübahisəli fərdi yaşayış evində qalması üçün əsas ola biləcək, evin iddiaçı tərəfindən cavabdehin adına özgəninkiləşdirilməsinə dair hər hansı bir müqavilə mövcud deyildir. Həmçinin apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin tələb edilməsinə dair məsələyə ayrıca icraatda baxılmaqdadır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddiaçı ilə aralarında bağlanmış “nisyə alqı-satqı” müqaviləsi kimi təfsir etdiyi “Beh Müqaviləsi”nin icra edilməməsində onu təqsirli bilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır. Beh müqaviləsi isə hazırkı mübahisənin predmetini təşkil etmədiyi halda, həmin müqavilə öhdəliklərinin icrasında kimin təqsirli olmasının müəyyən edilməsi beh müqaviləsi üzrə öhdəliklərin icrasına dair açılmış ayrıca məhkəmə araşdırmasının vəzifəsidir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-376/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.