Məhkəmə qərarları › İş №2(107)-1009/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1009/2022

17.08.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1009/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin bağlanmış hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X27 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1, X5 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X10 nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli 2(039)- 321/2007 saylı qətnaməsindən cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X18 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsi X6 və onun ailə üzvüləri X16, Cavabdeh4 Talib oğlu və X11 mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin ona satıldığını və qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği Cavabdeh1 ödədiyini və həmin torpaq sahəsini təhvil aldığını bildirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X17 və cavabdeh X5 ər-arvad olmaqla Yevlax rayonu Tanrıqulular kəndində iki nəfər azyaşlı uşaqları ilə birlikdə 2.88 hektar pay torpaq sahələri olmasını, cavabdeh X3 JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçi kimi tanınmasını, qeyd olunan 2.88 hektar pay torpaq sahəsinin cavabdehlərin razılığı ilə ona satıldığını və qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği Cavabdeh1 ödədiyini və həmin torpaq sahəsini təhvil aldığını, eyni zamanda Cavabdeh1 qeyd olunan daşınmaz əmlakın alqı-satqısının tezliklə rəsmiləşdirəcəyinə söz verməsini, lakin hal-hazıradək əqdən irəli gələn öhdəliyi yerinə yetirmədiyini, ötən zaman kəsiyində cavabdehlərin rəsmi olaraq boşanmaqla iki nəfər azyaşlı uşaqlarının Cavabdeh1 himayəsində qalmasını, cavabdehlər rəsmi boşandıqdan sonra cavabdeh Leyla Cəfərovanın onun torpaq payının satışından əldə edilən məbləğin ona verilmədiyi üçün alqı-satqının rəsmiləşdirilməsinə razılıq verməyəcəyini bildirməsini, eyni zamanda Cavabdeh1 da Leyla Cəfərovaya çatacaq məbləğin ödənilməsinə dair mübahisə etdiyini, yəni həmin məbləği ödəmək istəmədiyini, bu halın da onun mənafeyinə toxunduğunu, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərib Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X6 JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X17 və X16 ilə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında dindirilərkən iddia ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh X17 məhkəmə iclasında dindirilərkən iddianı qəbul etdi və göstərdi ki, həqiqətən də JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçi olduğu Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsini 2002- ci ilin əvvəllərində İddiaçı sabiq həyat yoldaşı X5 razılığı ilə bütövlükdə satmış və qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği İddiaçı ona ödəməklə torpağı təhvil almışdır.Əldə edilmiş məbləği cavabdeh L.Cəfərova ilə birgə nikah müddətində ailələrinin ehtiyacları üçün xərcləmişlər.Daha sonra isə həyat yoldaşı ilə boşanmışlar , hazırda isə sabiq həyat yoldaşı X16 qeyd olunan alqı- satqının rəsmiləşdirilməsinə razılıq verilmədiyini və bu səbəbdən də qeyd olunan alqı-satqı əməliyyatının rəsmiləşdirilməsi üçün razılıq verməkdən imtina edir, və ya ondan 1000( bir min) ABŞ dolları tələb edir. Məhkəmənin İddiaçı və cavabdeh X12 qarşılıqlı razılaşma əsasında barışmaq təklifinə qarşı tərəflər müştərək qaydada cavabdeh X9 yenidən 1000( bir min) ABŞ dolları ödəmələrinə dair öhdəlik götürdülər. Cavabdeh X16 məhkəməyə imzalayaraq notariat qaydasında təstiq edilmiş ərizə ünvanlayaraq göstərmişdir ki, JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.72 hektar pay torpaq sahəsinin rəsmi mülkiyyətçidir və qeyd olunan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı İddiaçı tərəfindən ona 1000( bir min) ABŞ dolları ödənilmişdir.Odur ki, həmin pay torpaq sahəsinin İddiaçı mülkiyyətinə keçirilməsinə heç bir etirazı yoxdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin arasında olan razılaşma üzrə alıcı İddiaçı üzərinə düşən öhdəliyə tam əməl etmiş , pay torpaq sahəsinin razılaşdırılmış qiymətini cavabdehlərə ödəmiş , cavabdehlər isə alqı-satqınır predmetini təşkil edən 2.88 hektar pay torpaq sahəsini alıcıya təhvil verməsinə baxmayaraq əqdin notariat qydasında təstiqlənməsindən boyun qaçırtmışlar. Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli 2(039)-321/2007 saylı qətnaməsi ilə (hakim Əli Tağıyev) iddia təmin olunmuş, İddiaçı ilə X17 arasında Yevlax rayonu Tanrıqulular kəndində JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqısatqısı ilə bağlı aralarında olan əqdin bağlanmış hesab edilməsi, JN 608 (KOD********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmiş Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun tanınması, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə, 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2 və 33.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə edilmiş JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində X6 adına 2.88 hektar pay torpaq sahəsi vardır və onun ailə üzvüləri siyahısına X16, Cavabdeh4 Talib oğlu və X19 daxildirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 17-10.11/208 saylı arayışın məzmunundan görünür ki, Yevlax rayonu Tanrıqulular kənd sakini X6 adına olan 2.88 hektar torpaq sahəsi üzərində həbs , qadağa və girov yoxdur. İşə əlavə edilmiş Yevlax Şəhər icra Hakimiyyəti Başçısının Aparatı tərəfındən verilmiş 11 aprel 2006-cı il tarixli 351 saylı məktubdan görünür ki, ŞİH başçısının Təhsil Səhiyə və Mədəniyyət üzrə müavini, YYÇ-ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiya Yevlax rayonu Tanrıqulular kənd sakini X7 Yetkinlik yaşma çatmayan övladları Cavabdeh4 Talib oğlu və X14 hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərti ilə pay torpaqlarının satılmasına razılıq verilməsinə etiraz etmir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X18 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X18 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax rayon Məkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən görünür ki, guya o, X16 məhkəməyə imzalayaraq notariat qaydasında təsdiq edilmiş ərizə ünvanlayaraq göstərmişdir ki, JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.72 hektar pay torpaq sahəsinin rəsmi mülkiyyətçiyə və qeyd olunan daşınmaz əmlakın alqı-salqısı ilə bağlı İddiaçı tərəfində ona 1000( bir min) ABŞ dolları ödənilmişdir. Odur ki, həmin pay torpaq sahəsini İddiaçı mülkiyyətinə keçirilməsinə heç bir etirazı yoxdur. Onun belə bir iddia tələbindən və məhkəmə iclasından məlumatı olmamış, məhkəməyə hər hansı notarial qaydada təsdiqlənmiş ərizə göndərməmişdir. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. Məhkəmənin iclası barədə ona hər hansı bir məlumat verilməmişdir. O, İddiaçı 2007-ci ildə mülkiyyətində olan torpağın X2 mülkiyyətinə keçməsinə, satılmasına razı idisə, 30 aprel 2009-cu ildə mülkiyyətində olan torpaq üzərində X4 etibarnamə üzrə sərəncam verməyi etibar etməzdi. Yevlax rayon Məhkəməsində işə baxılarkən X17 izahatında göstərmişdir ki, həqiqətən də JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçi olduğu Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsini 2002-ci ilin əvvəllərində İddiaçı sabiq həyat yoldaşı X5 razılığı ilə bütövlükdə satmış və qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği İddiaçı ona ödəməklə torpağı təhvil almışdır. Əldə edilmiş məbləği cavabdeh L.Cəfərova ilə birgə nikah müddətini ailələrinin ehtiyacları üçün xərcləmişlər. Daha sonra isə həyat yoldaşı ilə boşanmışlar, hazırd isə sabiq həyat yoldaşı X16 qeyd olunan alqı-salqının rəsmiləşdirilməsinə razılıq verilmədiyini və bu səbəbdən də qeyd olunan alqı-satqı əməliyyatının rəsmiləşdirilməsi üçün razılıq verməkdən imtina edir, və ya ondan 1000 ABŞ dolları tələb edir. Yuxarıda göstərilən xüsusatlar heç bir vaxt olmamışdır. O, İddiaçı pul almamış, daha sonra isə əlavə olaraq pul tələb etməmiş, ona və həmin vaxt azyaşlı olmuş uşaqlarına məxsus torpaq sahəsinin satılmasına razı olmamışdır. Cavabdeh1 ilə boşandıqdan sonra əlaqələri kəsilmişdir. Onların həqiqətən də Cavabdeh4 Talib oğlu ilə nikahları 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin məhkəmə qətnaməsində onların 8 il əvvəl ayrı yaşadıqları göstərilmişdir. Cavabdeh4 JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında özünəməxsus 0.72 hektar pay torpaq sahəsini sata bilərdi. Yevlax rayonu Tannqulular kəndində yerləşən lorpaq sahəsi satılmışdısa və satılmasına razılıq vermişdisə, JN 608 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət akt onda olmazdı. Həmin dövlət aktının əslini məhkəməyə təqdim edəcək. Qeyd eldiyi kimi, o, X16 məhkəmə işə baxarkən məhkəmə iclasında iştirak elməmiş, iddianı qəbul etməklə bağlı hər hansı sənədə imza etməmişdir. Arxivə verilmiş iş materialı ilə tanış olduqda məlum olur ki, işə baxılarkən o, Yevlax rayonu Tannqulular kəndində qeydiyytda olmuş, ancaq məhkəmə qətnaməsi guya ki, Qax rayonu Güllük kəndinə göndərilmişdir. Ona görə də, Yevlax rayon Məkəməsinin 03 iyul 2007-ci il tarixli, 2-321/2007 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X15 və X20ma qarşı Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X6 JN 608 (KOD) ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X17 və X16 ilə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı verdiyi apellyasiya şikayətinə etiraz geri qaytarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X10 nümayəndəsi və vəkili X23 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax rayon Məkəməsinin 03 iyul 2007-ci il tarixli, 2-321/2007 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edit əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdir notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 33.2-ci maddəsinin mənasına görə ər-arvadın ümumi əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda giimar edilir ki. o digərinin razılığı ilə hərəkət edir. 33.4-cü maddəsinin mənasına görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təstiq edilən (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təstiq edilmiş razılığı lazımdır. Qərarlar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli 2(039)-321/2007 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə öz prosessual vəzifəsinə aid olduğundan birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamışdır. Müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə xx.xx.2007-ci ildə daxil olmuş, 11 aprel 2007-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul edilməklə məhkəmə iclası 28 aprel 2007-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Həmin qərardadın qəbul edilməsi ilə bağlı və 28 aprel 2007-ci il tarixdə keçirilməsi nəzərdə tutulan iclasla bağlı protokollar işin materiallarında mövcud deyildir. İş məhkəmənin icraatına daxil olandan 3 ay 11 gün keçdikdən sonra 22 iyun 2007-ci ildə məhkəmə baxışının təyin edilməsi barədə yeni qərardad qəbul edilmiş və məhkəmə baxışı 3 iyul 2007-ci ilə saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclası keçirilmiş və yekun məhkəməyə qətnaməsi qəbul edilmişdir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilməsi kimi qiymətləndirilir və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387.2.7-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilənin bağlanması heç bir halla sübut olunmur. Belə ki, iş materiallarında nə yazılı formada bağlanmış müqavilə mövcuddur, nə də müqavilənin notariat qaydada təsdiqlənməsini sübut edəcək hər hansı dəlil aşkar olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad etmişdir. Halbuki, hazırki iş üzrə mübahisəli hüquq münasibətinin yaranmasının 2005-ci ilə qədər baş tutmuş olmasına dair tək dəlil iddiaçının müqavilənin 2002-ci ildə bağlanmış olmasını deməsidir ki, həmin hal da iş materialları ilə təsdiq olunmur. İş materiallarının 9-cu vərəqində yer alan Yevlax Şəhər icra Hakimiyyəti Başçısının Aparatı tərəfındən verilmiş 351 saylı məktubda ŞİH başçısının Təhsil Səhiyə və Mədəniyyət üzrə müavini, YYÇ-ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiya Yevlax rayonu Tanrıqulular kənd sakini X7 Yetkinlik yaşma çatmayan övladları Cavabdeh4 Talib oğlu və X14 hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərti ilə pay torpaqlarının satılmasına razılıq verilməsinə etiraz edilmədiyi göstərilmişdir ki, sözü gedən məktub da 11 aprel 2006-cı il tarixlidir. Buradan belə aydın olur ki, məktubun verildiyi tarixdə hələ müqavilə bağlanmamışdı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad edərək və ümumilikdə iddianı təmin etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X18 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli 2(039)-321/2007 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X16 və maraqlarına toxunun şəxslər Cavabdeh4 və X18 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli 2(039)-321/2007 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X6 JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X17 və X16 ilə onun arasında bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar