Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-101/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X3 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.47 ha torpaq sahəsindən cavabdeh X4 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kvm ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)- 45/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)- 45/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(102)-3289/2023 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023cü il tarixli, 2(107)-45/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X4 iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılmasının, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinin, torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və Qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tаrixli, 2(107)- 1217/2023 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. 17 iyul 2024-cü ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 12 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9104 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tаrixli, 2(107)- 101/2024 nömrəli qərаrdаdı ilə mülki iş üzrə icraat təzələnmiş, işin baxışı 30 iyul saat 12:00-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı2 elektron kabinet vasitəsilə ərizə göndərərək digər iddiaçı X1(atası) vəfat etdiyini bildirmiş, onu mərhum atasının hüquqi varisi qismində tanımağı xahiş etmişdir. Həmçinin digər ərizə ilə iddia tələbi üzrə cavabdehlə barışdığını, ona görə də iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılamasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə MPMin) 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. MPM-in 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və MPM-in 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə İddiaçı2 (həm də İddiaçı1 hüquqi varisi) iddiadan imtinası təsdiq edilsin. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100(bir yüz) manat pul İddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). İddiaçıların iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 150(bir yüz əlli) manat onun özünə aid edilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-101/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-101/2024
30.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver