Məhkəmə qərarları › İş №2(107)-1010/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1010/2025

09.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1010/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tаrixli, e-2(025)-591/2025 saylı qətnаməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********96) A 739202 saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0,0927 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********95) A 777283 saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX-nin DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3- 42/2-3451/2025 saylı mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin Rəyə əlavə edilmiş 4 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: **********96) və A 777283 saylı planda yeri göstərilən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torparın sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X3 və digərinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbi”nə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam kəndində yerləşən mərhum anası X6 miras qalmış xüsusi mülkiyyətində olan 0.09 ha və 0.15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı X1 qeyri-qanuni sahibliyindən geri alınaraqaq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sokulərək açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(205)-879/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cu il tarixli 2(107)-106/2023 nomrəli qətnaməsinə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsi ləğv edilmiş, iş uzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək İddiaçı RX ******* nömrəli xx.xx.2014-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nomrəli, **********96 reyestr nomrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.0927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsi və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nomrəli **********95 reyestr nomrəli Çıxarışla mulkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin 0.0170 hektar hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 1 iyun 2023-cu il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə ğostərilən koordinatlarda cavabdeh X1 qeyri-qanuni sahibliyindən ğeri alınaraq İddiaçı qaytarılması,torpaq sahələrinin həmin hissəsindən İddiaçı istifadəsinə cavabdeh X8 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cu il tarixli 2(107)-106/2023 nomrəli qətnaməsi icra olunması uçun Qəbələ Rayon İcra və probasiya şobəsinə ğondərilmişdir. Cavabdeh X8 xx.xx.2024-cu il tarixdə vəfat etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(107)- 106/2023 nömrəli qətnaməsi icra olunmuş və 13 may 2024-cü il tarixdə “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. 26 avqust 2024-cu il tarixdə cavabdeh X1 huquqi varisi kimi tanınmış Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cu il tarixli, 2(107)-106/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək uçun prosessual muddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2024-cu il tarixli qərardadı ilə cavabdehin huquqi varisi Cavabdeh1 vəsatəti təmin edilməmiş və verilmiş kassasiya şikayəti ğeri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki kolleğiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3806/2024 nomrəli qərarına əsasən isə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mulki kolleğiyasının 2(107)-106/2023 nömrəli, 12 sentyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq bu dəfə əvvəlki iş üzrə cavabdeh olan mərhum X1 arvadı Cavabdeh2 Qüdrət qızı və oğlu Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahələrindən istifadəyə maneələr törətməyə davam etmişlər. Bunun bağlı iddiaçı Qəbələ rayon İcra və probasiya şöbəsinə müraciət etdikdə isə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-106/2023 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Cavabdeh2 Qüdrət qızının və Cavabdeh1 cavabdeh olmadıqlarını, bu səbəbdən icra sənədini onlara münasibətdə icra edə bilmədiklərini qeyd etmişlər və ona sözügedən cavabdehlərə qarşı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişlər. Hal-hazırda cavabdehlər Cavabdeh2 Qüdrət qızının və Cavabdeh1 iddiaçıya maneə törətdikləri torpaq sahələri, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)- 106/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş iddiaçının mülkiyyətinə verilmiş 0.0927 ha torpaq sahəsinin 0,0139 ha hissəsi və 0,15 ha torpaq sahəsinin 0,0170 ha hissəsindən ibarətdir və həmin hissələr cavabdehlərCavabdeh2 Qüdrət qızının və Cavabdeh1 istifadəsindədir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonu Vəndam kəndi ərizəsində yerləşən 0.0927 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********96) və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: **********95) vərəsəlik yolu ilə əldə etmiş və üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin həmin torpaq sahələrinin bir hissəsi uzun müddətdir ki, eyni massivdə yaşayan Cavabdeh1 və Cavabdeh2 tərəfindən metal torla çəpərlənərək müəyən ölçülərdə zəbt edilmişdir. Ona görə də, xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: **********96) və A 777283 saylı planda yeri göstərilən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torparın sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia qaldırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsi X2 miras qalmış 0,20 ha torpaq sahəsinə daxil olmuş və vərəsələr arasında bölündükdən sonra 0,10 ha X3 düşmüşdür. Ona görə də, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0.15 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması qanunsuzdur.

8. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 01 avqust 2025-ci il tаrixli, e- 2(025)-591/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2- 3451/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi Cavabdeh1 və X4 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılması və həmin torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha yaşayış məntəqəli torpaq sahəsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-213-42/2-3451/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsinin rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi Cavabdeh1 və X4 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalı və zəbt olunmuş torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılmalıdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 152.5, və 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İddia tamamilə əsassız və qanunsuz olduğu halda məhkəmə də bu qanunsuzluğu davam etdirərək onun iddiasını təmin etmiş və bununla da onların hüquqlarını pozmuşdur. İşin hallarından da görünür ki, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış olduğu üçün o, həmin çıxarışdan sui-istifadə edərək onlara qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və bununla da Azərbaycan Respublikası MM-in 560-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən yalnız mütəxəssis rəyinə istinad edilərək qətnamə qəbul olunmuşdur. Bir halda ki, belə çətin və mürəkkəb məsələyə qiymət vermək üçün ekspertizanın təyin edilıməsi zəruri idi. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və iddianın rədd edilmısi barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhəkəməsin 01 avqust 2025-ci il tаrixli, e-2(025)-591/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tаrixli, e-2(025)-591/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

30. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

31. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

32. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 hektar torpaq sahəsinin 0,0169 hektar hissəsinə və 0,0927 hektar torpaq sahəsinin 0,0138 hektar hissəsinə Cavabdeh1 və X10 heç bir əsası olmadan yiyələnərək ərazidən faktiki surətdə istifadə edirlər. Ona görə də mübahisəni yuxarıda göstərilən qaydadda həll etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

47. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ...apellyasiya şikayətinin daha ədalətli və obyektiv baxılması üçün ekspertizanın təyin edilməsi zəruridir. Belə ki, bu iddianın birinci instansiya məhkəməsinə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(025)-591/2025 saylı qərardadı ilə iş üzrə mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında bu işlə əlaqədar bir çox məsələlərə aydınlıq gətirilməsi xahiş olunmuşdur. Mütəxəssis gəlib əraziyə baxmalı olduğu halda, ümumiyyətlə həmin əraziyə gəlib baxmamış, yalnız onda olan sənədlər əsasında rəy vermişdir. Təbii ki, bu da qanunvericiliyin tələblərinin pozulması deməkdir. Eyni zamanda mütəxəssis onların iştirakı ilə həmin yerə baxış keçirməli idi. Ona görə də hesab edir ki, iddianın daha ədalətli və obyektiv baxılması üçün ekspertizanın təyin edilməsi zəruridir. Apellyasiya şikayətinə əlavə etdiyi Daşınmaz əmlakın dövlət reyestr xidmətinin cavabından da görünür ki, Vəndam qəsəbəsi ərazisində belə problemli torpaq sahələri çoxdur. Belə ki, sürüşmə zonasına düşən torpaq sahələri çoxdur və iddiaçının torpaq sahəsi də həmin bu torpaq sahələrinə aid torpaqlardan biridir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməli və onların iştirakı ilə torpaq sahəsinə yenidən baxılaraq rəy verilməlidir. Odur ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir.

48. Apellyasiya şikyətinin də başlıca dəlili birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyinin reallığı əks etdirməməsi və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinin alınmaması barədədir.

49. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.

50. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2025-ci il tarixli, 2(107)-1010/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.

51. 17 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

52. Həmin məlumatda qeyd edilmişdir ki; - Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. - Bundan əlavə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. - Həmçinin, nəzərə alınmalıdır ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. - Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. - Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.

53. İş materiallarında olan 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3451/2025 saylı Mütəxəssis rəyindən də göründüyü kimi İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin Rəyə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir.

54. İş üzrə verilmiş mütəxəssis rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

55. Məhkəmə kollegiyası mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir.

56. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

57. Kollegiya hazırkı işlə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd edir.

58. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 20 noyabr 2023-cu il tarixli, 2(107)-106/2023 saylı qətnaməsində göstərilmişdir ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli, 10/4652 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı RX № 0316193, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,0927 hektar torpaq sahəsi və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahələrinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmişdir. - İddiaçı RX № 0316193, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,0927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsi X1 istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 0,0170 hektar hissəsi cavabdeh X1 istifadəsindədir. - Cavabdeh X1 istifadəsində olan 0,0139 hektar və 0,0170 hektar torpaq sahələrinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir.

59. Sözügedən ekspert rəyində iddiaçının zəbt olunmuş kimi göstərilən torpaq sahələrinin ölççüsü ilə hazırkı mülki iş üzrə alınmış mütəxəssis rəyində göstərilən zəbt olunmuş torpaq sahələrinin ölçüləri çox olduqca cüzi fərqlə eynidir (ekspert rəyində 0,0927 ha torpaq sahəsinin 0,0139 ha, 0,15 ha torpaq sahəsinin 0.0170 ha hissələri, mütəxəssis rəyində isə 0,0927 ha torpaq sahəsinin 0.0138 ha, 0.15 ha torpaq sahəsinin 0.0169 ha hissələri)

60. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin onun mərhum qardaşı X8 tərəfindən zəbt olunmuş hissələri, hal-hazırda qardaşı Fəxriyarın vərəsələri olan baxılan iş üzrə cavabdehlərin qanunsuz istifadəsindədir.

61. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər

63. Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir

64. “Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 82.3-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mulki Prosessual Məcələsinin 82.3-cu maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mubahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir."

65. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

66. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehlər iddiaçıya məxsus torpaq sahələrinin zəbt etdiyini qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş X1 vərəsələridir.

67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

68. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

70. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.

71. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

73. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

75. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

76. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

78. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

79. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tаrixli, e-2(025)-591/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tаrixli, e-2(025)-591/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar