Məhkəmə qərarları › İş №2(107)-1011/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1011/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1011/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər X11, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, 2009-a qədər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlər X7, Cavabdeh3 və sonuncunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X4 cavabdehlər X11, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)- 225/2022 saylı qətnaməsindən Cavabdeh3 və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı X8 cavabdeh X11 ilə 24 fevral 2004-cü ildə evlənib sonuncunun yaşadığı Mingəçevir şəhəri Niyazi küşəsi 41 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt iddiaçı qeyd olunan evdə cavabdeh Səfər Aslanov və onun valideyinləri Aslan Aslanov və Güllər Aslanova ilə birlikdə yaşamağa başlamışlar. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Nəzrin, xx.xx.2008-ci il təvəllüdlü Zeynəb və xx.xx.2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. X8 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, iddiaçı cavabdeh Səfər Ələsgərovla 24 fevral 2004-cü ildə evlənib onun yaşadığı Mingəçevir şəhəri Niyazi küşəsi 41 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt iddiaçı həmin evdə cavabdeh Səfər Aslanov və onun valideyinləri Aslan və Güllər Aslanova ilə birlikdə yaşamağa başlamışlar. İddiaçıya məxsus cehiz əşyaları mənzilin bir otağına yığılmışdır. 2005-ci ildə qayınatası Aslan Ələsgərov vəfat etmişdir. Onların birgə nikahlarından 3 nəfər uşaqları olmuşdur. 2020-ci ildən isə onlarla birlikdə baldızı Cavabdeh2 iki uşağı ilə birlikdə yaşamağa gəlmişdir. Cavabdehlə son vaxtlara qədər mehriban yaşamışlar. Hətta ailə üzvlərinin razılığı ilə Səfər Ələsgərovla birgə qazancları hesabına həyətdə yaşayış evi tikməyə başlamışlar. Lakin sonradan cavabdeh Səfər Ələsgərovun ailəyə münasibəti dəyişməyə başlamış, ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Atasının belə rəftarından psixi gərginlik keçirən qızı Nəzrin özünə qəsd etmişdir. Bundan sonra qorxduğundan həmin evdə qızının gərginliyə görə atası evinə uşaqlarını gətirmişdir. Ancaq sonradan Səfər Ələsgərov onu həmin evə buraxmamışdır. Aralarındakı nikah hələki pozulmamışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları da həmin evdə qalmışdır. Övladları onun yanındarılar. Uşaqlrın saxlanması üçün aliment qət edilsə də cavabdeh təyin olunmuş alimenti ödəməkdən yayınır. İddiaçı və övladları mübahisəli mənzildə qeydiyyatdadırlar. Həmin fərdi yaşayış evi 08 may 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin tarixədək fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. X12 03 fevral 2005-ci ildə vəfat etdikdən sonra mirası əri Cavabdeh1 qəbul etmiş və həmin vaxtdan da sonra həmin mənzildə yaşayr. Ona görə də iddiaçı və övladları 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh3 vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında iddianın rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X.Ələsgərovanın mübahisəli mənzildən yaşamaq hüquq münasibəti mənzilə gəlin köçdüyü vaxtdan yaranmışdır. Həmin vaxt mənzilə mülkiyyət hüququ qeydə alınmadıgından bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə olunmuş sənədləri və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib belə hesab edir ki, iddiaçının əri Səfər Ələsgərovun 03 fevral 2005-ci ildə vəfat etmiş atası Aslan Səfərovdan miras qalmış əmlakı 17 ildən sonra məhkəmə mübahisəsi əsnasında bacısı Gülər Ələsgərovaya bağışlaması Xəyalə Əlkəsgərova və onun uşaqlarının istifadə hüququna xitam verilməsi ilə nəticələnə bilməz. Belə ki, Xəyalə Ələsgərova və onun uşaqları bu mənzildə birgə yaşamaqla istifadə hüququ əldə etmişlər. Belə ki, iddiaçı ilə cavabdeh arasında 24 fevral 2004-cü ildə nikahları bağlanmış və onlar həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışlar. iddiaçı Xəyalə Ələsgərova cavabdeh Səfər Ələsgərovun arvadı olmaqla ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçmüş və yaşamışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış yeri olması iş materialları ilə öz əksini tapmamışdır. Belə olan halda X4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi labüddür. İddiaçı bununla bağlı öz sübutlarını təqdim etmiş, cavabdehlər tərəfindən isə bu halı istisna edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Buradadan görünür ki, mübahisə üzrə münasibət həmin tarixdən yaranmışdır. Ona görə də hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə həll olunmalıdır.

7. Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)-225/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, X8, övladları 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülmələri qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 və 1255-ci maddələrinə və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

9. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 08 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 nömrəli 0,0966 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 nömrəli 0,0966 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

11. 02 fevral 2022-ci il tarixli, 162 saylı məktubdan görünür ki, 03 fevral 2005-ci il tarixdə ölmüş X5 məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi sahəsi 0.09640 ha olan torpaq sahəsinin mərhum X5 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsinə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə mərhumun vərəsələri arvadı-Cavabdeh3, oğlu- X7, qızı-X6, X1 və qızı-Cavabdeh2 adına hər birinə 1/5 pay olmaqla 2V-25, 2V-26, 2V-27, 2V- 28 və 2V-29 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qeyd olunan tarixdə 3M-31 reyestr saylı miras payının bağışlanması müqaviləsi ilə X11, X10, X2 və Cavabdeh2 onlara düşən vərəsəlik payılarını anaları- Cavabdeh3 bağışlanmışdırlar.

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 və onun nümayəndəsi Vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh3 və onun vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Xəyalə Ələsgərova həmin evə köçərkən onun həyata yoldaşı sağ idi və ona isdifadə hüququ nə yazılı nə də şifahi qaydada verilməmişdir.

14. İşə əlavə edilmiş yaşayış yerindən arayışdan göründüyü kimi, oğlu həmin evdə qeydiyyatda deyil və həmin əmlak payı ona atasından keçmişdir və o bu payı ona bağışlamışdır. İddiaçının ayrı yerdə yaşamaq üçün yeri olmadığı yalandır, onun qeydiyyat və yaşayış yeri şəxsiyyət vəsiqəsi ilə subut olunur. Oğlunun atasından miras payı 2005-ci ildə yaranmış, lakin iddiaçı həmin mənzilə köçərkən onun orada qeydiyyatı olmamış, bu səbəbdən o həmin evə öz ailə üzvlərini köçürə bilməzdi, bu səbəbdən ki, onun özünün orada istifadə hüququ olmamışdır.

15. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)- 225/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X11, Cavabdeh3 və onun vəkili Vəkil2 sonuncunun verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. İddiaçı X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (arvadı, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 1255-ci madəsinə əsdasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

20. 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

21. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Qərarlar:

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)- 225/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti 2004-ci ildən, yəni iddiaçı X8 rəsmi nikah əsasında X11 ilə ailə qurduqları vaxtdan əmələ gəlib. Mübahisəli mənzil 2005-ci ilədək rəsmi mülkiyyətdə olmamış, faktiki olaraq X5 məxsus olmuş, 2005-ci ildə sonuncu öldükdən sonra vərəsəlik açılmış, digər vərəsələr kimi iddiaçının əri X11 da mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla miras mənzili qəbul edib və bu fakt işin mübahisə olunmayan halıdır. İşin bu halı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi sahəsi 0.09640 ha olan torpaq sahəsinin mərhum X5 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsinə mərhumun vərəsələri arvadı-X3, oğlu- X7, qızı-X6, X1 və qızı-Cavabdeh2 adına hər birinə 1/5 pay olmaqla 2V-25, 2V-26, 2V-27, 2V-28 və 2V-29 reyestr saylı xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, eləcə də onlar tərəfindən miras payların notarial qaydada Cavabdeh3 bağışlanmasına dair xx.xx.2022-ci il tarixli 3M-31 reyestr saylı bağışlama müqaviləsi ilə də təsdiq olunur. Hazırda, mənzilin yeni mülkiyyətçisi olan Cavabdeh3 da qeyd olunan halı, yəni mənzili vərəsəlik qaydasında digər vərəsələrin öz paylarını ona bağışlaması yolu ilə əldə etməsini inkar etmir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun birbaşa göstərişidir, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun həmin yaşayış yerinə məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

31. Göründüyü kimi, istər X7, istərsə də X4 mübahisəli evdə qeydiyyatda olmaması onların həmin evdən istifadə hüquqlarının olmaması mənasına gəlmir.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarının tələbinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

33. Beləliklə, hazırki halda X4 mübahisəli evdən istifadə hüququnun yaranması üçün notariat qaydada razılıq tələb olunmur.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)-225/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 və onun vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27aprel 2022-ci il tarixli 2(051)-225/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar