Məhkəmə qərarları › İş №2(107)-1012/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1012/2024

19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1012/2024 19.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “məhkəmə qətnaməsindən” “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X1 Qarabağ müharibəsi zamanı Yevlax özünümüdafiə batalyonuna könüllü olaraq yazılmış və Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən hələk olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölmü qeydi ümumi səbəbdən qeyd edilmişdir. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs oğlu Ramiz Şahmalızadənin ölüm haqqında akt qeydində ölümün səbəbinin “məhkəmə qətnaməsindən” “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi barədə düzəliş edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1778/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı ölüm haqqında şəhadətnaməyə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi xüsusi icraat qaydasında baxılmalı olsa da, məhkəməyə iddia icraatı qaydasında müraciət edildiyindən geri qaytarılmışdır. Eyni zamanda hazırkı işə inzibatı icraat qaydasında baxılmalı olmasını qeyd etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm haqqında şəhadətnaməyə düzəliş edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi şikayət verərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 1928/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun oğlu X8 xx.xx.1993-cü il tarixində Fizuli rayonunun erməni faşistləri tərəfindən güllə yarasından həlak olmuşdur. O, Yevlax Rayon Məhkəməsinə onun ölümü ilə bağlımüraciət etmişdir. Ancaq onu oğlu barəsində bu günə kimi bütün etmiş olduğu cəhdləri öz nizami həllini tapmamaqdadır. O, müharibə veteranıdır. X12 müharibəsi zamanı Yevlax özünü müdafiə batalyonuna könüllü olaraq yazılaraq Fizulidə gedən döyüşlərdə iştirak etmiş xx.xx.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən həlak olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölüm qeydi ümumi səbəbdən qeyd edilmişdir. O, bu barədə qeydiyyat şöbəsinə müraciət etmişdir. Oğlunun barəsində tərtib olunan ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsini ölümün səbəbi olaraq “döyüş əməliyyatında güllə yarasından vəfat etməsi” səbəbi ilə müvafiq düəlişin edilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən bu qeydin edilməsindən imtina edilmişdir. Oğlunu döyüş əməliyyatında güllə yarasından, aldığı xəsarətdən vəfat etməsi səbəbini əldə etmiş olduğu xx.xx.2019-cu il tarixli oğlu X3 verilmiş ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsini qanuni və əsaslı hesab edir. Yevlax Rayon Məhkəməsi isə neçənci dəfədir ki, bu proseslərdə onun qanuni haqqını təmin etmir. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərаrdаdındаn Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu X1 Qarabağ müharibəsi zamanı Yevlax özünümüdafiə batalyonuna könüllü olaraq yazılmış və Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən hələk olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölmü qeydi ümumi səbəbdən qeyd edilmişdir. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs oğlu Ramiz Şahmalızadənin ölüm haqqında akt qeydində ölümün səbəbinin “məhkəmə qətnaməsindən” “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi barədə düzəliş edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 2.2-ci bəndinə əsasən; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar