Məhkəmə qərarları › İş №2(107)-1016/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1016/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1016/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X6, Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin nümayəndəsi X17 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı “cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması” tələbinə dair ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1, İddiaçı, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən müıkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 onun özünə məxsus əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə cavabdehlər İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qarşı məhkəməyə müraciət edərək, 26 iyul 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа bаrədə və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsini məhkəməyə göndərərək, Cavabdeh1 ilə İddiaçı arasında 26 iyul 2017-ci il tarixdə bağlanmış Şəki rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına 16 avqust 2017-ci il tarixdə verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 nömrəli qətnaməsi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən müıkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 onun özünə məxsus əşyaları ilə birlikdə çıxarılması barədə iddiası təmin edilməməsi; Cavabdeh1 İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh1, İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddiasının təmin olunması, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 26 iyul 2017-ci il tarixli AN-İ ******* nömrəli alqısatqı müqviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 126 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X12 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumunun onun özünə aid edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı alınıb Cavabdeh1 qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qərardadı ilə Nümayəndə2 əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şəki rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı (qarşılqılı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin və 3-cü şəxsin iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(107)-1430/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(107)-1430/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(102)-1139/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1430/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun həyat yoldaşıdır. Özü Şəki ŞRPŞ-də siravı heyətdə polis vəzifəsində işləyir. İddiaçı 26.07.2017-ci il tarixdə Şəki F.Sadıqov küçəsində yerləşən hazırki iş üzrə Cavabdeh1 məxsus fərdi yaşayış evini alqısatqı müqaviləsi əsasında əldə etmişdir. Fərdi yaşayış evini alqı-satqı müqaviləsi ilə aldıqdan sonra iddiaçı həmin fərdi yaşayış evinə dair öz adına RX seriyalı ******* nömrəli çıxarış da almışdır. Həmin fərdi yaşayış evini alqı-satqı qaydasında əldə edən zaman Cavabdeh1 bildirmişdir ki, yaşlı adamdır və heç bir kimsəsi yoxdur, bu səbəbdən ölüm gününədək həmin evdə yaşamasını iddiaçıdan xahiş etmişdir. Yaşlı və kimsəsiz olduğu üçün iddiaçı cavabdehlə razılaşmış və alqı-satqı baş tutandan sonra da cavabdehin həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh təxminən 2019-cu ilin yay aylarınadək heç bir narazlıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh iddiaçını öz şəxsi mülkiyyətində olan evə buraxmaq istəməmiş, bununla da onlar arasında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən evini tərk etməsini tələb etmiş, lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayət etməyə başlamışdır. Cavabdeh şikayətlərində göstərmişdir ki, güya iddiaçı ilə onun arasında alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dəyəri olan 30 000 manat pul ona ödənilməmişdir. Cavabdehin bütün bu şikayətlərindəki iddialarına son qoymaq üçün cavabdehdən 11 iyun 2019-cu il tarixdə sözügedən fərdi yaşayış evini alqı-satqı edilərkən evin dəyəri olan 30.000 manat pul məbləğinin ona ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə almışdır. Cavabdeh həmin ərizəni notariat ofisinə gedərək könüllü olaraq vermişdir. Həmçinin cavabdeh həmin zamanlar cavabdeh yenidən həmin fərdi yaşayış evinə iddiaçının gəlib-getməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Şəki Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə real və əhəmiyyət kəsb edəcək sübutları ön plana çəkərək həmin sənədlərə mülahizələri ilə əsassız olaraq qiymət verərək dövlət orqanının tanımış olduğu müqavilələri, evi almaq üçün maraqlı olan qonşu ifadələrinə, birdə iddiaçının yalan ifadələrinə əsaslanıb qiymət vermişdir. Məhkəmə onun qanuni əsaslarla əldə etdiyi evinin həm alqı-satqı müqaviləsini etibarsız hesab edir, həmdə həyat yoldaşı barəsində xiisusi qərardad qəbul edib Prokurorluğa göndərib. Əsaslanmasını qətnamədə 5 adda olan mülahizələrı ilə qərəzli olaraq əsaslandırır. O, bu əsassız qətnamə ilə Ali Məhkəmənin sədrinə rəsmi şikayət etmişdir. Mülkiyyəti gözünün içinə baxıla-baxıla əlindən alınır. Hər kəs əmlak əldə edərkən dövlət notariat kontoruna gedir. Bu orqanda hüquqi münasibətlər qarşılıqlı qaydada sənədləşdirilir. Şəxs ağlı başında dövlət notariat kontoruna gedərək rəsmi müqavilə bağlayır, həmin müqaviləni rəsmi dövlət orqanında bağlayır. Hazırki mülki işin materiallarında olan evi almaq istəyən qonşu şahidlər ortaya çıxanadək belə bir mübahisə mövcud olmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)-52/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin və 3-cü şəxsin iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellya Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 bildirdi ki, evin alqı satqısı ilə əlaqədar müqaviləni Qədir Abdurrəhmanov notarial qaydada təsdiq etmişdir ki, 30000 manat pulu almışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə ləğv edilmişdir. X3 birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində öz ifadəsində bildirmişdir ki, dekabr ayında onun müddətlə bağlı məlumatı olmuşdur. Qədir Abdurrəhmanov həmçinin iltizam verərək bildirmişdir ki, o qeyd olunan məbləği almış və heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim etdiyi sənədlərdə şəxsin şəxsən iştirakı və imzası vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.02.2021-ci il tarixli qərarında baxılan iş üzrə 26.07.2017-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsinin satıcı qismində cavabdeh tərəfindən imzalandığı işin mübahisə olunmayan halıdır. Həmin müqavilə mübahisələndirilən əqdlər üçün xarakterik olan aldatma əsası ilə iddiaçı tərəfindən məhkəmə qaydasında iki il sonra 30.08.2019-ci il tarixdə mübahisələndirilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər qeyd olunan əsasla bir il ərzində əqdi mübahisə edə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia tələbinə həmin maddənin tətbiqi mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişdir.İş materiallarına əlavə edilmiş 2 ərizəmiz var ki, bu ərizələrdə şəxs evi satdığını və bunun müqabilində evin pulunu aldığını bildirmişdir. Həmçinin alqı-satqı müqaviləsini şəxs özü imza atıb və 30000 manatın aldığını təsdiq etmişdir. Şəxs notarial qaydada təsdiq edib ki, 30000 manatı alıb və şəxs həmin ərizəni verib. Ali Məhkəmənin qərarında eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı qənaətə gəlsə də, Mülki Məcəllənin tətbiq edilməli olan 337.5-ci maddəsinin hazrıkı mübahisəyə tətbiqi mümkünlüyünü də müzakirə etməmiş, yaxud bunun hansı əsaslarla mümkün olmadığını əsaslandırmamışdır.Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin təmin etmədiyi hissədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, 11 iyun 2019-cu il tarixdə cavabdehi Cavabdeh1 aparıb ərizə alınıb ki, o alqı-satqı müqaviləsindəki məbləği almış və heç bir şikayəti və tələbi yoxdur. Lakin, alqı satqı müqaviləsində nəyin alınıb satılması yazılmamışdır. Həmçinin 30000 manatın alınmasıda yazılmamışdıır. Sonradan Cavabdeh1 şikayət edib ki, məni aldadıb evimi ələ keçirib. Bununla əlaqədar qarşı tərəf özü və anası polis və prokrorluq orqanlarında olublar və Qədir Abdurrəhmanovdan xahiş ediblər ki, şikayəti geri qaytarsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin işdə olan sənədlərindən görünür ki, mülki işin 2-ci cildində 81-ci səhifəsində 5 may 2020-ci il tarixli məhkəmə iclas protokolunda Nümayəndə2 sədrlik edənin sualına cavab verir ki, evi həyat yoldaşının adına rəmiləşdirsədə, alqı-satqı müqaviləsində irəli gələn bütün hərəkətləri özü icra etmiş, yəni 30000 manat pulu özü cavabdehə ödəmişdir. Yenidən Nümayəndə2 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin məbləğ notariusun depozitinə yatırılmamış, cavabdehə nəğd şəkildə ödəmişdir. Şəki Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən 18.08.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Ramin sərbəst ifadə verərək göstərir ki, düzdür, işim ilə bağlı notariat kontorunda özüm olmasamda, pulu Günellə qaynım Ruslana verdim ki, alqı-satqı rəsmiləşdirilən zaman satıcıya versinlər. Burdanda görünür ki, onlar pulu ödəməyiblər. Əgər pul ödənilsəydi həmin pul depozitə qoyulmalı idi. Şəki Apellyasiya Məhkəməsinin 08.09.2020-ci il tarixli məhkəmə iclasının protokolunda İddiaçı izahatında göstərir ki, o satıcını birinci dəfə alqı-satqı zamanı görmüş, evin 29000 manatını qardaşı Ruslana vermişdir. Ruslan notariat kontorunun dəhlizində pulu sayaraq cavabdehə ödəmişdir. 1000 manat pul isə əvvəlcədən beh kimi ödənilmişdir. Lakin məhkəmənin bütün instansiyalarında 1000 manat behlə bağlı heç bir şey göstərilməmişdir. Eyni zamanda izahatında göstərmişdir ki, pulun 2 bağlaması 100manatlıq, qalanı isə 50-manat olmuşdur. Həmin tarixli məhkəmə iclas protokolunda Ruslan Abdurəhmanov izahatında göstərir ki, 29000 manatı o sayıb verib və həmin pulun bir bağlaması 100 manatlıq, qalanı isə 50 manatlıq idi. Lakin bu pulun harada verməsini göstərməmişdir. İş materiallarının içərisində bir birini tamamlamayan ifadələr vardır. Əgər Qədir ərizə veribsə qarşı tərəfi nə üçün evə buraxmayıb. Çünki Qədir həmin pulu almamışdır. Qədir ərizə verməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 saylı qətnaməsinin qüvvədə qalmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X11 oğlu uyğun qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin nümayəndəsi X22 bildirdi ki, müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən alqı satqı zamanı məbləğ 5500 manatdan yuxarıdırsa satıcının depozit hesabına qoyulmalıdır. Mübahisələr yaranarsa həmin depoziti şəxs götürə bilər. Tərəflər arasında mübahisə yaranarsa həmin depozit geri götürülə bilir. Lakin, indiki halda depozitə heç bir məbləğ qoyulmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, Nümayəndə2 onun evini arvadı İddiaçı satıb O, Nümayəndə2 qaynatasının yanına şikayətə gedəndə o, evi yeznəsi tərəfindən qızına satdıldığını demişdir. Nümayəndə2 ona 5 aydır ki mənəvi əzab-əziyyət verir. O heç kimə ev satmamışdır və heç kimdən pul almamışdır. İddiaçı və məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(102)-1139/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1430/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(102)-1139/2021 saylı qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin mülkiyyət hüquqlarını qoruyur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında satıcının adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla yanaşı, mülki qanunvericilik ərlə arvadın nikah dövründə qazandıqları əmlaklara münasibətdə bu qaydadan istisna da nəzərdə tutur. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Vicdanlı əldə etmənin yuxarıda istinad edilən ümumi qaydasında fərqli olaraq bu etibarsızlıq halı hətta ər-arvadın birgə əmlakını titul mülkiyyətçidən əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aid edilir. Qeyd olunan maddə satıcının müqavilənin etibarsızlığını bildiyi və ya bilməli olduğu halda əldə edənin həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır. Baxılan iş üzrə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli ev cavabdehlə üçüncü şəxsin birgə nikahları dövründə əldə edilmişdir. Üçüncü şəxs mübahisələndirilən əqd barədə 2019-cu ilin iyun ayında xəbər tutmuş və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməmişdir. Bu baxımdan ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin tələbi ilə yanaşı, qarşılıqlı iddianı da əsaslı hesab edərək təmin etsə də, həmin iddianı işdə olan hansı sübutlara istinadla əsaslı hesab etdiyini və həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının nədən ibarət olduğunu əsaslandırmamışdır. Halbuki mübahisə üzrə əqdi etibarsız hesab edən məhkəmə işin müəyyən edilmiş hallarının əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş konkret hansı normanın (tələbin qanuni əsasının) dispozisiya şərtlərinə uyğun olduğunu əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmamasını, həmçinin alqı-satqı üzrə nəzərdə tutulan pul məbləğinin iddiaçıya verilmədiyi ilə əsaslandırmağa çalışsa da, qətnamənin digər hissəsində alqı-satqı müqaviləsi üzrə pulun verilməməsinin müqavilənin etibarsızlığı deyil, ləğvi üçün əsas olduğunu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi 26 iyul 2017-ci il tarixdə bağlanaraq təsdiq edilmış, lakin sonradan, təxminən 2 il keçəndən sonra cavabdeh notarial qaydada təsdiq edilmiş 11.06.2019-cu il tarixli ərizə ilə 26.07.2017-ci il tarixdə aralarında alqı-satqı müqaviləsinin olmasını təsdiq etmiş, həmin müqaviləyə əsasən bütün məbləğin ona ödənilməsini göstərmiş, həmçinin gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirmişdir. Məhkəmə bu sənədi mötəbər sübut kimi qəbul etməməsini onunla əsaslandırmışdır ki, əgər alqı-satqı anında daşınmaz əmlakın dəyəri tam olaraq ödənilmişdirsə, sonradan hansı səbəbdən cavabdeh müvafiq orqanlara şikayət etmiş və həmin ərizənin yazılmasına nə ehtiyac olmuşdur. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Qeyd olunmalıdır ki, işə baxan məhkəmə hər hansı sübutu mötəbər sübut kimi qəbul etmədiyi halda yalnız subyektiv mülahizələrə istinad etməməli, bu sübuta işdə olan digər mötəbər sübutlar və işin halları ilə məcmu şəkildə qiymət verməli və məhz həmin sübutlardan və hallardan irəli gələn ağlabatan və inandırıcı əsaslandırmadan çıxış etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd olunanlarla yanaşı, baxılan iş üzrə 26.07.2017-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsinin satıcı qismində cavabdeh tərəfindən imzalandığı işin mübahisə olunmayan halıdır. Həmin müqavilə mübahisələndirilən əqdlər üçün xarakterik olan aldatma əsası ilə iddiaçı tərəfindən məhkəmə qaydasında iki il sonra 30.08.2019-ci il tarixdə mübahisələndirilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər qeyd olunan əsasla bir il ərzində əqdi mübahisə edə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia tələbinə həmin maddənin tətbiqi mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı qənaətə gəlsə də, Mülki Məcəllənin tətbiq edilməli olan 337.5-ci maddəsinin hazrıkı mübahisəyə tətbiqi mümkünlüyünü də müzakirə etməmiş, yaxud bunun hansı əsaslarla mümkün olmadığını əsaslandırmamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissələrdə - ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, həmçinin mübahisəyə Mülki Məcəllənin 354.2 və 337.5-ci maddələrinin tətbiqi mümkünlüyü üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iddiaçı tərəf faktiki olaraq məlum halların artıq 2017-ci ildən qarşılıqlı iddiaçıya bəlli olduğunu qeyd etmiş və bununla bağlı Şəki İnzibati Məhkəməsindən 2(075)- 5612/2017 nömrəli iş materialının götürülməsini xahiş etmiş və bu səbəbdən də iddiaçının vəsatəti təmin olunmqla həmin iş materialları müvafiq olaraq Şəki İnzibati Məhkəməsindən götürülmüş, bundan sonra qarşılıqlı iddiaçı bu materialda olan iddia ərizəsində olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən də, Şəki Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(107)-1016/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh1 tərəfindən yazılaraq imzalanması ehtimal edilən və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 2(075)-5612/2017 nömrəli iş materialının 2-ci vərəqində olan iddia ərizəsinin sonunda olan imza iş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus sərbəst xətt və imzalara (1-ci cild səhifə 129-135), həmçinin iş materiallarında olan 02 sentyabr 2019-cu (1-ci cild səhifə 52), 30 sentyabr 2019-cu il (1-ci cild səhifə 63), 21 oktyabr 2019-cu il (1-ci cild səhifə 94) tarixli məhkəmə bildirişlərində olan imza nümunələrinə münasibətdə həmin xətt və imzalar Cavabdeh1 tərəfindən yaxud başqa bir şəxs tərəfindən icra edilmişdir? Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(107)-1016/2021 nömrəli qərardadı ilə ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(075)- 5612/2017 nömrəli iş materialının 1-2-ci vərəqlərində X1 adından olan 25 avqust 2017-ci il tarixdə qeydiyyatdan keçmiş iddia ərizəsinin 2-ci vərəqində “İmza: X4” yazılarının qarşısındakı imza - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 24 oktyabr 2003-cü il tarixdə qeydə alınmış, 5518/1184 nömrəli qeydiyyat vəsiqısinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, F.Sadıqov küçəsində yerləşən 15 saylı ev X18 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 10 noyabr 2003-cü il tarixli 200989 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X16 şəhəri, F.Sadıqov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 15000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(075)-3063/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X10 arasında Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 01 mart 1964-cü il tarixli nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 14 noyabr 2003-cü il tarixdə qeydə alınmış, 5518/1184 nömrəli qeydiyyat vəsiqısinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, F.Sadıqov küçəsində yerləşən 15 saylı ev Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş RX seriyalı ******* saylı 31.08.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş RX seriyalı ******* saylı 16.05.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 A saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 26 iyul 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 A saylı fərdi yaşayış evini 30000 manata satmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq surətindən görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsində yerləşən 15 Asaylı fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmış, onun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 aprel 2020-ci il tarixli, 1210 nömrəli məktubdan və 1988-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 adına texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Cavabdeh1 11.06.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, həmin ərizədə Qədir Abdurahmanov bildirmişdir ki, 26.07.2017-ci il tarixdə İddiaçı ilə aralarında alqısatqı müqaviləsi olmuş, həmin müqaviləyə əsasən bütün məbləğ ona ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. Şəki Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının 08.09.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, ilk iddaçı onun bacısıdır. 26.07.2017-ci il tarixdə bacısı Günellə birlikdə ev alqı-satqısı ilə bağlı notariat kontoruna getmişdir. Həmin vaxt Cavabdeh1 onları notariat kontorunun qarşısında gözləyirdi. Birlikdə notariat kontoruna daxil olduqdan sonra Qədir Məmmədov evin pulunu onlardan istəmişdir. O, 29.000 manatı sayaraq Q.Məmmədova vermişdir. Pul əskinazları da bir bağlama yüzlük, qalanı isə əllilik olmuşdur. Məhkəmə kollegiyası hazırda göstərilən mübahisəli məqamlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Yuxarıda iqtibas edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Hazırda öyrənilən apelyasiya şikayətində mübahisəli yaşayış evinin dəyərinin tam ödənilməklə notarial qaydada alınması qeyd edilir. Sözügedən 26.07.2017-ci il tarixli, 4Ə- 804 reyestr nömrəli alqı-satqı müqaviləsinin 4-cü bəndindən müəyyən edilir ki, daşınmaz əmlak 30.000 manata qiymətləndirilmiş, lakin həmin məbləğ Notariat Haqqında Qanunun 74-cü maddəsinin tələbində göstərildiyi kimi bankda açılmış depozit hesabı vasitəsi ilə deyil, iddiaçının bildirdiyi kimi nəqd qaydada ödəniş edilmişdir. Qeyd olunan 26.07.2017-ci il tarixli, 4Ə-804 reyestr nömrəli alqı-satqı müqaviləsinin 4- cü bəndindən müəyyən edilir ki, mübahisəli daşınmaz əmlak 30.000 manata qiymətləndirilmiş, lakin həmin məbləğ Notariat Haqqında Qanunun 74-cü maddəsinin tələbində göstərildiyi kimi bankda açılmış depozit hesabı vasitəsi ilə deyil, iddiaçının bildirdiyi kimi nəqd qaydada ödəniş edilmişdir. Halbuki Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 74-cü madəsinə əsasən notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 160-1-ci bəndinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun həm nümayəndəsi və həyat yoldaşı olan Nümayəndə2 mübahisəli evin dəyəri olan 30.000 manat pulun nə vaxt, kim tərəfindən və harada ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 verilməsi ilə bağlı məhkəmədə ziddiyyətli izahatlar vermişlər. Belə ki, mülki işin İİ cildinin 81-90-cı vərəqələrində olan 05 mart 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, İlkin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “mən evi həyat yoldaşımın adına rəsmiləşdirsəm də alqı-satqı müqaviləsindən irəli gələn bütün hərəkətləri özüm icra etmiş, yəni 30.000 manat pulu özüm cavahdehə ödəmişəm”. Daha sonra izahatında qeyd etmişdir ki, “cavabdeh təxminən 2019-cu ilin yay aylarınadək heç bir narazılıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan bizi evə buraxmamış, aramızda narazılıq baş vermişdir. Ondan evi tərk etməsini tələb etmişik. Lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquqmühafızə orqanlarına şikayət etməyə başlamışdır. Alqı-satqı müqaviləsi bağlanarkən 30.000 manat pul cavabhdehə ödənsə də, cavabdehin ayrı-ayrı orqanlara şikayətlərinə və iddialarına son qoymaq üçün cavabdehdən 11 iyun 2019-cu ildə yenidən sözügedən evin ondan alınaraq 30.000 manat ödəməyimiz barədə notarial qaydada təsdiq edilmiş ərizə almışıq”. İş materiallarından görünür ki, Ramin Hacıyev apelyasiya instansiyasında da təkrarən dindirilmişdir. Mülki işin İİ cildinin 31-36-cı vərəqlərində olan 18.08.2020-xi il tarixli məhkəmə iclas protokolundan görünür ki, Nümayəndə2 apelyasiya məhkəməsində başqa məzmunda izahat vermişdir. Göstərmişdir ki, “iddiaçı Günel mənim arvadımdır. Hazırki mübahisəli yaşayış evini notarial qaydada müqavilə rəsmiləşdirməklə cavabdehdən 30.000 manata almışam. Aramızda razılığa əsasən cavabdeh bir müddət həmin evdə yaşamalı idi. Düzdür, işim ilə bağlı notariat kontorunda özüm olmasam da, pulu Günellə qaynım Ruslana verdim ki, alqı-satqı rəsmiləşdirilən zaman satıcıya (cavabdehə) versinlər. Lakin cavabdeh sonradan kənar şəxslərin təsiri ilə guya ona pul ödənilməməsi səbəbindən müxtəlif orqanlara şikayətlər yazdığından ondan notaria qaydada təsdiq olunmuş ərizə aldıq ki, evin pulunu tam alıb, heç bir şikayət və tələbi yoxdur”. Məhkəmə kollegiyası İddiaçı və qardaşı şahid X7 da məhkəmədəki izahatlarına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, İddiaçı və qardaşı Ruslan Abdurəhmanov birinci apelyasiya baxışındakı 08.09.2020-ci il tarixli məhkəmə iclasında dindirilərkən onlar da pulun cavabdehə ödənilməsi ilə bağlı ziddiyyətli izahatlar vermişlər. İddiaçı evin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcı Cavabdeh1 30.000 manat yox, 29.000 manat pul verdiklərini təsdiq etmiş, 1000 manatı isə guya qabaqcadan beh kimi ödənilməsini göstərmişdir. Eyni zamanda göstərmişdir ki, pulun 2 bağlaması 100-lük, qalanı isə 50-lik olmuşdur. Qardaşı şahid Ruslan Abdurəhimov isə izahatında göstərmişdir ki, pulu sayaraq Cavabdeh1 verdim. Pul əsginaslarının bir bağlaması 100-lük qalanı isə 50-lik idi. Şərh edilən hallardan görünür ki, ilkin İddiaçı məhkəməyə mübahisəli evin 30.000 manat dəyərini satıcıya ödədiyini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə satıcı Cavabdeh1 evin dəyərinin ona iddiaçı tərəfindən ödənilməsi barədə 11.07.2019-cu il tarixli, notarial qaydada təsdiq edilmiş ərizəsinin də verilmə səbəbinə münasibət bildirməyi vacib hesab edir. Satıcı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 24.11.2021 -ci il tarixli məhkəmə iclasında bununla bağlı izahat verərək aydınlıq gətirdi ki. Cavabdeh1 ilkin iddiaçının həyat yoldaşı Nümayəndə2 tərəfindən aldadıldığını və evinin onun və həyat yoldaşı İddiaçı tərəfindən ələ keçirilməsini bildikdən sonra müxtəlif icra və hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün Nümayəndə2 dövlət orqanlarının diqqətini cəlb etmiş və araşdırmalar aparıldığından o, Cavabdeh1 şikayətlərindən yaxa qurtarmağın yolunu onu yenidən aldadaraq evin dəyərinin tam ödənilməsi barədə ondan 11.07.2019-cu il tarixdə notarial qaydada ərizə almağa nail olmuşdur. İş materiallarından görünür ki, bu hal Nümayəndə2ov oğlunun məhkəmədə verdiyi izahatlarında da öz təsdiqini tapmışdır. O həm birinci instansiya məhkəməsindəki izahatında və apelyasiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, tərəflər arasında 2019-cu ilin yayına kimi heç bir narazılıq olmamışdır. Sonra kimlərinsə öyrətməsi nəticəsində Cavabdeh1 ona evin pulunun verilməməsi, aldadılaraq evinin iddiaçı və yoldaşı tərəfindən ələ keçirilməsi barədə hüquqmühafızə və icra orqanlarına şikayət etdiyindən onlar bu hərəkətlərə son qoyması üçün onu notarusa apararaq 11.07.2019-cu il tarixdə pulun ödənilməsi və onlardan heç bir tələbi olmadığı barədə ərizə almışlar. Bütün bu hallar göstərir ki, iddiaçının və həyat yoldaşı Nümayəndə2 Cavabdeh1 evini alqı-satqı yolu ilə almaları və ona 30.000 manat ödəmələri faktı öz təsdiqini tapmır Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya instansiya məhkəməsinin cavabdeh və eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh1 evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə qarşılıqlı iddiasını təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı onu da xatırlatmağı zəruri bilir ki, iddiaçı tərəf faktiki olaraq məlum halların artıq 2017-ci ildən qarşılıqlı iddiaçıya bəlli olduğunu qeyd etmiş və bununla bağlı Şəki İnzibati Məhkəməsindən 2(075)-5612/2017 nömrəli iş materialının götürülməsini xahiş etmiş (hansıki bu işdə guya Cavabdeh1 cavabdeh tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır) və bu səbəbdən də iddiaçının vəsatəti təmin olunmqla həmin iş materialları müvafiq olaraq Şəki İnzibati Məhkəməsindən götürülmüş, bundan sonra qarşılıqlı iddiaçı bu materialda olan iddia ərizəsində olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən də, Şəki Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(107)-1016/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh1 tərəfindən yazılaraq imzalanması ehtimal edilən və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 2(075)-5612/2017 nömrəli iş materialının 2-ci vərəqində olan iddia ərizəsinin sonunda olan imza iş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus sərbəst xətt və imzalara (1-ci cild səhifə 129-135), həmçinin iş materiallarında olan 02 sentyabr 2019-cu (1-ci cild səhifə 52), 30 sentyabr 2019-cu il (1-ci cild səhifə 63), 21 oktyabr 2019-cu il (1-ci cild səhifə 94) tarixli məhkəmə bildirişlərində olan imza nümunələrinə münasibətdə həmin xətt və imzalar Cavabdeh1 tərəfindən yaxud başqa bir şəxs tərəfindən icra edilmişdir? Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(107)-1016/2021 nömrəli qərardadı ilə ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(075)- 5612/2017 nömrəli iş materialının 1-2-ci vərəqlərində X1 adından olan 25 avqust 2017-ci il tarixdə qeydiyyatdan keçmiş iddia ərizəsinin 2-ci vərəqində “İmza: X4” yazılarının qarşısındakı imza - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar