Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-102/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəlişi təmin edən yolun açılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-317/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan evinə gediş-gəlişi təmin edən yolun (dəmir çərçivə sökülüb, götürülməklə) açılması, bir daha tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-317/2020 nömrəli (hаkim T.Qubadov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Gödəkqobu kəndində yaşayır. Cavabdeh onun həm qardaşı, həm də qonşusudur. Zərdab rayon Aqrar-İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Gödəkqobu kəndi ərazisində 0.45 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həyətinə gedişgəliş yolu 34 ildir ki, mövcuddur, yolun eni 6-7 metr, uzunu 40 metrdir. Cavabdeh həmin yolun 20 metr hissəsini zəbt etmişdir. Belə ki, cavabdeh gediş-gəliş yolunu qanunsuz olaraq dəmir çərçivə ilə bağlayıb istifadələrinə maneçilik törədir. Dəfələrlə cavabdehdən həmin yolun açılmasını və gediş-gəlişə maneçilik törətməməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmadan, zəruri olduğu təqdirdə ekspertiza keçirilmədən öz maraqları çərçivəsində səthi məhkəmə baxışı keçirib qanunsuz qətnamə çıxarmışıdır. Hansı ki, iş üzrə ekspertizanın keçirilməsi üçün zərurət olsada hakim qarşı tərəfin maraqlarına uyğun olaraq bunu etməmişdir. Cavabdeh gediş-gəliş yolunun üzərində iri buynuzlu heyvanı saxlamaq üçün qəhəri 2020-ci ilin mart ayında inşa etdirmişdir. Ancaq birinci instansiya məhkəməsi qətnaməsində həmin qəhərin 32 il əvvəl inşa edilməsini qeyd etmişdir. Bunu subut edən fakt odur ki, 2014-cü il tarixdə Zərdab rayonu Gödəkqobu kəndində qazlaşdırma gedib evlərə qaz xətti çəkilibdir. Həmin vaxt əgər qəhər orada olsaydı qaz xəttinin onun içərisindən çəkilməsi həyata keçirilməzdir. Qeyd edir ki, Gödəkqobu kəndinə qaz xətti 2014-cü il tarixdə çəkildikdən sonra Cavabdeh 2020-ci ilin mart ayı tarixində iri buynuzlu heyvanını saxlamaq üçün qəhər inşa edib qaz xəttini qanunsuz olaraq əhatəyə almışdır. Bu isə gələcəkdə baş verəcək faciəyə gətirib çıxaracaq. O, bu barədə birinci instansiya məhkəməsində ifadəsində bildirərək araşdırılmasını, ekspertiza keçirilməsini xahiş etsə də hakim təmin etməmişdir. Həttda hakim sübutları saxtalaşdırıb yolun tutulmadığını yolun eninin 5 metr olmasını qeyd edmişdir. Qeyd edir ki, Gödəkqobu Bələdiyyəsi tərəfindən yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən gedişgəlişi təmin edən ümumi istifadəsində olan yolu Cavabdeh qanunsuz olaraq dəmir çərçivə ilə bağlamışdır. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-317/2020 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin heç biri məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı İddiaçı elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq xəstə olması ilə əlaqədar işə onun iştirakı olmadan baxılıb, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-317/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Birinci instansiya məhkəməsinin icraatı zamanı tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, haqqında iddia qaldırılan yol ümumi istifadədə olan kəndarası yoldur. Tərəflərin hər ikisi həmin yoldan istifadə edir, tərəflərin hər ikisinin evi və tikliləri yolun sol tərəfində yerləşir, yol isə sağ tərəfdə qalır. Cavabdehin evinə və tikililərinə qədər olan hissədə yolun eni bəzi yerlərdə ayaqla ölçüldükdə 5 m-dir. Yolun kənarında cavabdehə məxsus tövlə və ottayası yığılması məqsədi ilə tikilən çardağa bitişik vəziyyətdə eni 4.5 m, uzunluğu 18 m olan dəmir konstruksiyalı qəhəl vardır. İddiaçının evinə gedən yolun eni cavabdehin hasarı, digər tikliləri və sözügedən qəhəl olan hissədə 5-6 m təşkil edir, yol tam şəkildə açıqdır, iddiaçının evinə gediş-gəliş sərbəstdir. İddiaçıya məxsus ev yolun sol tərəfində yerləşməklə sonuncu evdir. İddiaçıya məxsus evin həyət darvazasına ümumi yoldan ayaqla ölçüldükdə uzunluğu 29 m, eni 11 m olan meydança açılır. Torpağın Mülkiyyətə Verilməsinə dair (JN-081 A KOD 90509028) şəhadətnamədən görünür ki, Zərdab rayon X1 xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə hazırkı İddiaçı və ailə üzvlərinə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində 0.45 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə dair (JN-187 A KOD 90509028) şəhadətnamədən görünür ki, Zərdab rayon X1 xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə hazırkı Cavabdeh və ailə üzvlərinə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Gödəkqobu bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh tikdiyi mal qəhəli İddiaçı gedən yolun üstündə tikilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 459 nömrəli rəyindən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən yol ərazisi ərazinin ümumi xəritəsində ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Ərazinin ümumi xəritəsində yol boşluğu kimi göstərilən gediş-gəliş yolu İddiaçı verilən JN-081A saylı şəhadətnamənin planında və eləcə də Cavabdeh verilən JN- 187A saylı şəhadətnamənin planının cənub-qərb hissəsində aydın şəkildə göstərilmişdir. Tədqiq olunan mübahisəli yol sahəsinin İddiaçı və ya Cavabdeh məxsus olan torpaq sahələrinə hər hansı bir aiddiyyatı yoxdur. Ərazinin ümumi xəritəsində ümumi yol kimi nəzərdə tutulan ərazinin cavabdeh mülkiyyətinə JN-187A saylı şəhadətnamə ilə verilən 0.33 ha torpaq sahəsinin cənubundan yol istiqamətində cavabdeh tərəfindən eni 4.8 m, uzunluğu 18.8 m olan yol sahəsini metaldan quraşdırılmış çəpərlə bağlayaraq faktiki olaraq istifadə etməsi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, tərəflərin hər ikisinin Zərdab rayonu Gödəkqobu kəndi ərazisində özlərinə məxsus fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin olmas vardır. Onlar həmçinin qonşu olmaqla ümumi istifadə də olan yoldan istifadə edirlər. Cavabdehin evinə və tikililərinə qədər olan hissədə yolun eni bəzi yerlərdə ayaqla ölçüldükdə 5 m-dir. Yolun kənarında cavabdehə məxsus tövlə və ot tayası yığılması məqsədi ilə tikilən çardağa bitişik vəziyyətdə eni 4.5 m, uzunluğu 18 m olan dəmir konstruksiyalı qəhəl vardır. İddiaçının evinə gedən yolun eni cavabdehə məxsus sözügedən qəhəl olan hissədə 5-6 metrdən az deyildir, yol tam şəkildə açıqdır, iddiaçının evinə gedişgəliş sərbəstdir. İddiaçıya məxsus evin həyət darvazasına ümumi yoldan ayaqla ölçüldükdə uzunluğu 29 m, eni 11 m olan meydança açılır. Apellyasiya şikayətinə nəzər saldıqda görünür ki, iddiaçı öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Bundan əlavə işin müəyyən edilmiş hallarından göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəydən də görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən yol ərazisi ərazinin ümumi xəritəsində ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Tədqiq olunan mübahisəli yol sahəsinin İddiaçı və ya Cavabdeh məxsus olan torpaq sahələrinə hər hansı bir aiddiyyatı yoxdur. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-317/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-317/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-102/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-102/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver