Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1021/2024 19.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadının iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Televiziya və Radio Verilişləri QSC Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi kimi 20164.65 (iyirmi min yüz altmış dörd manat altmış beş qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSCCavabdeh qarşı işçinin təqsiri üzündən işə götürənə dəymiş maddi ziyanın ödənilməsitələbinədair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi kimi 20164.65 (iyirmi min yüz altmış dörd manat altmış beş qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi, mediasiya prosesindən keçmə qaydası ilə bağlı aidiyyət qaydasının pozulmasını əsas gətirərək iddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması barədə xx.xx.2024-cü il tarixli, e-2(051)-1200/2024 nömrəli qərardad qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır. O, faktiki olaraq ünvan 1 ünvanındakı mənzilində yaşayır. Cavabdeh özü Mingəçevir şəhərində yaşamadığı və mediasiyanın Bakıda keçirilməsində maraqlı olduğu üçün faktiki yaşadığı ünvan üzrə qeyd olunan arayışı təqdim etmişdir. Buna əsasən də hazırki tələb üzrə iddia ərizəsi ilkin olaraq Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsi, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini əsas gətirərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə e-2(012)- 2813/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardad qəbul edib. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, faktiki olaraq Xırdalan şəhərində yaşayan Cavabdeh öz marağında olduğu üçün mediasiya təşkilatı və ya mediator barədə tərəflər arasındakı qarşılıqlı razılıq olmuşdur. Bundan başqa, qərardadda iddia tələbinin 20164.65 manat olması göstərilib. Halbuki, iddia tələbinin azaldılaraq 4960.65 (dörd min doqquz yüz altmış manat altmış beş qəpik) manat məbləğində müəyyən edilmiş bununla bağlı məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi hazırki iş üzrə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi barədə xx.xx.2024-cü il qərardad qəbul edib. Bundan sonra qeyd olunan qərardad üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclası keçirilib. Bu baxımdan da hesab edirik ki, mübahisələndirilən qərardad ləğv edilməli, mülki işin mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməlidir. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərаrdаdındаn iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Kollegiya qeyd edir ki, mediasiya prosesindən keçmə qaydası ilə bağlı aidiyyət qaydası pozulmuşdur. Belə ki, mediasiya sessiyasından cavabdehin qeydiyyatda olduğu ərazi üzrə keçirilməli olduğu halda ünvan 4 ünvanında qeydiyyatdadır. İş əlavə olunmuş “X1 İştirak edilməməsi barədə” Arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsinə dair ilkin mediasiya Bakı 13 saylı Mediasiya Təşkilatında keçirilmişdir. Beləliklə tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə aid mübahisələrlə bağlı mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(051)-1200/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1021/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1021/2024
19.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver