Məhkəmə qərarları › İş №2(107)-1024/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1024/2020

11.06.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1024/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1337/2019 nömrəli qətnaməsindən iş üzrə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxx 2019-cu il tarixli 2(075)- 1337/2019 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 borclu «xxxx» MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməmişdir. İşin halları Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (bundan sonra ərizəçi və ya X2) ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs «xxxx» MMCin dövlət büdcəsinə olan 1205,27 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin MMC-in icra orqanının rəhbəri olan Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs) (doğulduğu tarix-xx xxxxxx 1961-ci il, doğulduğu yer-Azərbaycan Respublikası Şəki şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirmədiyi üçün xx xxxxx 2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan hüquqi şəxs «xxxx» MMC-nin (VÖEN: **********) 1205,27 manat məbləğində (o cümlədən vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 1205,27 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxx 2019cu il tarixli **********737800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu «xxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdır. Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Ona görə də borclu «xxxx» MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1337/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən ərizəçi X2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 2513/2019 nömrəli qətnaməsi ilə ərizəçi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)- 1337/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 2513/2019 nömrəliqətnaməsindən ərizəçi X2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-230/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2513/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Ərizəçi X1 apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi X2 nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxs «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki,”Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Göründüyü kimi, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi üçün yeganə əsas maraqlı şəxsin dövlət büdcəsinə vergilər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcunun olmasıdır. Ərizənin rədd edilməsi üçün əsas isə borcun olmamasıdır. Apellyasiya məhkəməsi 1205,27 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilməməsi, xx xxxxxx 2019-cu il tarixli, **********737800 nömrəli bildirişin isə dövlət büdcəsinə 262,5 manat məbləğində vergi borcu barədə olması və həmin bildirişin də cavabdeh Maraqlı şəxs həqiqətən göndərilməsini və ona çatmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməməsinə istinad edərkən apellyasiya şikayətinin dəlillərinə və ona əlavə edilmiş elektron sənəd mübadiləsi haqqında cavabdehlə bağlanmış müqavilənin şərtlərinə, həmçinin 1205,27 manat borcun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş borc olmasına, bu barədə məhkəmə aktının apellyasiya şikayətinə əlavə ediməsinə əhəmiyyət verməmiş, bu dəlilləri və sübutları qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsində göstərdiyi vergi borcunun alınması üçün Vergi Məcəlləsinin 65.1, 65.2, 89.1 və 89.3-cü maddələrinin tələblərindən irəli gələn tədbirlərin görülməməsi və ya görülməsi barədə sübutun hazırkı ərizəyə əlavə edilməməsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtinaya əsas ola bilməz. Vergi Məcəlləsinin göstərilən maddələrində göstərilən tədbirlər hər biri verginin alınması üçün görülən müstəqil tədbirlərdir və hər biri vergi borcunun vaxtında ödənilməsinin təmin edilməsinə yönəlmişdir və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından əvvəl həmin tədbirlərin mütləq görülməsi qanunla şərtləndirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdur. Apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Vergi borcunun ödənilməsinin tələb edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********737800 nömrəli bildirişdən görünür ki, «xxxx» MMC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə 262,5 manat məbləğində vergi borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks tədqirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışın surətindən görünür ki, «xxxx» MMC (VÖEN: **********) vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun xx xxx 2019-cu il tarixədək olan dövrü əhatə etdiyi müddətə dövlət büdcəsinə 1205,27 manat məbləğində vergi borcu vardır. “Hüquqi şəxs haqqında məlumat cədvəli”ndən görünür ki, vergi ödəyicinin tam adı: «xxxx» MMC; təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyət; mülkiyyət növü: xüsusi; əsas fəaliyyət növü-ixtisaslaşdırılmış topdan satış xidmətlərin göstərilməsi; ünvanı: AZ5500, ünvan 1; hüquqi ünvanı: AZ1053, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal ev 105, mənzil 34; rəhbərin adı: Maraqlı şəxsdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə olan vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən cavabdeh Maraqlı şəxs göndərildiyi bildirilən xx xxxxxx 2019-cu il tarixli **********737800 nömrəli bildirişdə «xxxx» MMC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə 262,5 manat məbləğində vergi borcu olduğu bildirilmişdir. Hazırda isə ərizəçi X2 Maraqlı şəxs vergi borcunun 1205,27 manat məbləğində olduğunu bildirir, lakin, cavabdeh Maraqlı şəxs 1205,27 manat məbləğində vergi borcu ilə bağlı müvafiq bildiriş göstərilməmişdir. Həmçinin, 262,5 manat məbləğində vergi borcu ilə bağlı Maraqlı şəxs göndərildiyi bildirilən xx xxxxxx 2019-cu il tarixli **********737800 nömrəli bildirişin Maraqlı şəxs həqiqətən göndərilməsini və ona çatmasını təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, ərizəçi X2 Maraqlı şəxs onun 1205,27 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi barədə hər hansı bildiriş göndərməmiş, onu xəbərdar etməmişdir. Ümumiyyətlə, X2 Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və yaxud görsə də bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, ərizəçi tərəfindən vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi cəhətdən əsaslandırılmamışdır. Məhkəmə iş materiallarına və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1205,27 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün kifayət qədər hüquqi əsaslar olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx xxxxxxxx 2008-ci il tarixdə ixtisaslaşdırılmış topdan satış xidmətlərinin göstərilməsi üçün vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirmədikləri üçün xx xxxxx 2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan hüquqi şəxs «xxxx» MMC-nin (VÖEN: **********) 1205,27 manat məbləğində (o cümlədən vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 1205,27 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixli **********737800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Bundan sonra ərizəçi hazırkı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək borclu «xxxx» MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə görə, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə görə, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.12-ci maddələrinə görə, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Qanunvericiliyin mənasından da göründüyü qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Kollegiyaya görə, borclu «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs xx xxxxx 2019-cu il tarixə dövlət büdcəsinə 1205,27 manat məbləğində vergi borcu olduğundan, borcun ödənilməsi üçün xəbərdarlıq edildikdən sonra da o, həmin borcu ödəmədiyindən ərizəçi X2 «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, həmin vergi borcu məbləği borclu «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs tərəfindən hələ də tam olaraq ödənilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X4 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-230/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər vəmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1337/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1337/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 borclu «xxxx» MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1205,27 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün borclu «xxxx» MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix-xx xxxxxx 1961-ci il, doğulduğu yer-Azərbaycan Respublikası Şəki şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar