Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1025/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı1, İddiaçı3 və İddiaçı4; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(0019)1016/2018 saylı qətnaməsi ilə Cavabdeh1 onlara qarşı Balakən rayonu Qazma kəndində yerləşən JN-10xx xxx 40103018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilmişdir. Balakən rayon Məhkəməsinin həmin qətnaməsi əsasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/20018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə Cavabdeh1 1.25 ha pay torpaq sahəsinə alqısatqı müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Belə olan halda xx xxxx 2018-ci il tarixli 2(019)- 1016/20018 saylı qətnamə əsasında verilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX ******* Çıxarış dərhal ləğv edilməlidir və cavabdeh onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,25 hektar torpaq sahəsinin pulunu ödəyib almışdır. O, iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)1016/20018 saylı qətnaməsi əsasında verilmişdir. İddiaçıların həmin torpaq sahəsini geri tələb etmələri əsassızdır. Qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə İddiaçı2 və cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 Apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, ona verilmiş RX seriyalı ******* saylı reyestrdən Çıxarış Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 saylı qətnaməsi əsasında hazırkı işdə iddiaçılarla aralarında olan 1.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edildikdən sonra ona verilmişdir. Bu qətnamə əsasında həmin torpaq sahəsinə onun adına Seriya RX N: ******* saylı reyestrdən Çıxarış verilmiş və AN: 292937 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Çıxarış ləğv edilsə də, plan-ölçü sənədi ləgv edilməmişdir. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)- 1016/2018 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. Lakin sonradan iddiaçılar 1 il ötəndən sonra Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 nömrəli qətnaməsini mübahisələndirmişlər. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edilsə də, o, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti vermişdir, yəni hüquqi yollarla öz haqqını axtarır. Bundan əlavə, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)- 1016/2018 nömrəli qətnaməsində də müəyyən olunur ki, iddiaçılarla onun arasında mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmiş yazılı sənəd Balakən rayonu Roçəhməd kənd bələdiyyəsində tərəflərin iştirakı ilə tərtib edilmiş, həmin vaxtın qanunvericiliyinə uyğun olaraq da Balakən Rayon Qazma kənd İƏD üzrə icra nümayəndəliyində təsdiq edilmişdir. Bəs onda həmin vaxtdan 15 il keçdikdən sonra alqısatqı olunmuş torpaqdan çıxarılma və torpaq sənədinin ləğv edilməsi qanunsuzdur. O, torpaq sahəsini zəbt etməmişdir, alqı-satqı yolu ilə almış, alqı-satqının hansısa prosessual əsaslarla əsaslanaraq ləğv edilməsi və onun mülkiyyətindən çıxarılması qanuni deyildir. Müddət ötürülmüşdür, iddiaçılar əsasssız olaraq torpaqdan çıxarılmanı tələb edirlər. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2 və cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN10xx xxx 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən Nəbiyev Rüstəm İsrafil oğluna, İddiaçı4, İddiaçı2, Nəbiyeva Billurə Rüstəm qızına və Nəbiyev Sənan Rüstəm oğluna 1.56 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı 3178922nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı4, İddiaçı2, Nəbiyeva Billurə Rüstəm qızına və İddiaçı3 qarşı 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdehlər İddiaçı4, İddiaçı2, Nəbiyeva Billurə Rüstəm qızı və İddiaçı3 arasında Balakən rayonunun Qazma kəndində yerləşən JN-10xx xxx 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.59 ha pay torpaq sahəsindən 1072 nömrəli cizgidə göstərilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-1669/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə cavabdehlər İddiaçı4, İddiaçı2, Nəbiyeva Billlurə Rüstəm qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Cavabdeh1 Məhməmməd oğlunun cavabdehlər İddiaçı4, İddiaçı2 Əziz qızına, Nəbiyeva Billurə Rüstəm qızına və İddiaçı3 qarşı 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)7095/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-1669/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı4, İddiaçı2, Nəbiyeva Billurə Rüstəm qızına və İddiaçı3 qarşı 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı4, İddiaçı2, Nəbiyeva Billurə Rüstəm qızı və İddiaçı3 arasında Balakən rayonunun Qazma kəndində yerləşən JN-10xx xxx 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.59 ha pay torpaq sahəsindən 1072 nömrəli cizgidə göstərilmiş 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin həmin qətnaməsi əsasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)- 1016/20018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə Cavabdeh1 1.25 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7095/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri tmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir Göründüyü kimi qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, mübahisəli torpaq sahəsinə onun adına verilmiş RX seriyalı ******* saylı reyestrdən Çıxarış Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 saylı qətnaməsi əsasında hazırkı iş üzrə iddiaçılarla aralarında 1.25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edildikdən sonra ona verilmişdir. Yəni, həmin Çıxarışı qanuni əsaslarla əldə etmişdir. Lakin cavabdeh nəzərə almaq istəmir ki, RX seriyalı ******* saylı reyestrdən Çıxarışın verilməsinə əsas olmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-1016/2018 saylı qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və həmin məhkəmə aktları qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1025/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1025/2020
16.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver