Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1027/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rövşən Rəfiyev Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi;; Cavabdeh - Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Əlİddiaçı İsrıfil qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı azyaşlı uşaqla evə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(046)-74/2020 saylı qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddiа təmin edilmiş, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X14 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi və iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 11 iyun 2020-ci il tarixli, 2(107)- 979/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(046)-74/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı azyaşlı uşaqla evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-195/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 11 iyun 2020-ci il tarixli, 2(107)-979/2020 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun uşağı ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlərə məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh2 ilə 22 noyabr 2011-ci ildə nigaha daxil olaraq cavabdehlərin yaşadığı ünvana cehiz əmlakları ilə birlikdə gəlin köçmüşdür.Bu nigahdan 23.10.2012-ci il təvəllüdlü bir övladı X14 doğulmuşdur. Nigahlar 14.08.2019-cu il tarixdə məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Onun heç bir fərdi yaşayış evi və ya mənzili yoxdur. Yaşamağa yeri olmadığı üçün gəlin köçdüyü yaşayış evində azyaşlı uşağı ilə birlikdə yaşamaq istəyir. O, və azyaşlı övladı həmin sözü gedən ünvanda qeydiyyatdadırlar. 2016cı ilin sonunda onu Cavabdeh1 evdən qovaraq uşağı ilə birlikdə çıxartmışdır. Bu yaxın günlərədək həmin ünvana gedərək öz əşyalarını yoxlayırdı. Sonuncu dəfə, yəni 2019-cu ilin yeddinci ayında onu evə Cavabdeh1 buraxmamışdır. Polisə müraciət etsə də, polisdən bildirdilər ki, məhkəməyə müraciət elmək lazımdır. O, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı Cavabdeh2 ilə 22 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Toy mərasımi olduqdan sonra, iddiaçı mərhum atası Lətif İsgəndərovun xüsusi mülkiyyətində olan, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh2 birgə nikahından 22 oktyabr 2013-cü il tarixdə X14 anadan olmuşdur. Toy mərasımindən təxminən bir neçə ay sonra Cavabdeh2 ticarətlə məşğul olmaq məqsədi ilə Rusiya Federasiyasına getmiş, orada yaşadığı və işlədiyi müddət ərzində ailəsinə baş çəkmək üçün fasilələrlə rayona gəlmiş və yenidən Rusiya Federasiyasına qayıdaraq ticarət fəaliyyətinə davam etmişdir. Hal-hazırda da Cavabdeh2 Rusiya Federasiyasında yaşayır və orada işləyir. İddiaçı Xəyalə Ələkbərova ilə Cavabdeh2 evliliklərinin ilk müddətində münasibətləri normal olmuş, bir-birlərinə qarşı hörmət və qayğı ilə yanaşmışlar. Cavabdeh2 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir neçə ay əvvəl iddiaçı ilə münasibətləri pozulmuş, ailədə tez-tez sözsöhbətlər yaranmışdır. Ailənin bərpa edilməsinə, söz-söhbətlərə son qoyulmasına çalışılsa da, bir nəticəsi olmamışdır. Nəhayət Göyçay Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Xəyalə Ələkbərova ilə Cavabdeh2 arasında olan nikah pozulmuş, azyaşlı Şəhanə İsgəndərli iddiaçının himayəsində saxlanmışdır. Artıq bir ilə yaxındır ki, iddiaçı şəxsi əşyalarını göturərək övladı ilə birlikdə daimi yaşamaq üçün valideynlərinə məxsus evə köçmüşdür. X20 miras qalmış və hazırda iddiaçının köçüb yaşamaq istədiyi fərdi yaşayış evində yaşamaqla, həmin miras əmlakı Cavabdeh1 faktiki olaraq qəbul etmişdir. Sözügedən miras əmlakın Cavabdeh1 tərəfindən faktiki qəbul edilməsi, həmin əmlaka dair kommunal, eləcə də digər ödənişləri ödəməsi ilə təsdiq olunur. Mərhum həyat yoldaşının digər vərəsələri sözügedən miras əmlakı nə qanun üzrə, nə də faktiki olaraq qəbul etmişdir. Belə olan halda istər Cavabdeh2, istərsə də digər vərəsələrin həmin əmlakdan pay tələb etmək hüququ yoxdur. Hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildən sonra yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı" Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin birinci cümləsinin “digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin “5-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin "Ailənin başqa üzvlərinin aliment öhdəlikləri" adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyəçilər çıxış edir. İddiaçı Xəyalə Ələkbərova mübahisəli evə mülkiyyət hüququ olan şəxsin, yəni mərhum Lətif İsgəndərovun ailə üzvü nesab olunmur. Ona görə də iddia tələbi təmin oluna bilməz. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(046)-74/2020 saylı qətnaməsindən аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildən sonra yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddiaçı Xəyalə Ələkbərova mübahisəli evə mülkiyyət hüququ olan şəxsin, yəni mərhum Lətif İsgəndərovun ailə üzvü nesab olunmur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin məzununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-195/2021 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi Rayon İcraiyyə Komitəsinin 4 saylı qərarına əsasən 03 mart 1981-ci ildə inşa edilmişdir. Kürsülü, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evi mərhum X2 adınadır. Həmin evdə Cavabdeh1, Cavabdeh2, X9, Əlİddiaçı və X14 qeydiyyatdadır. 2010-cu ildən bugünə qədər daimi yaşayan şəxlər isə Cavabdeh1, X9 və X26r. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır, onlar həmkəndliləridir. İddiaçı ilə Cavabdeh2 2011-ci ildə ailə qurmuşlar. Xəyalə Şahinin atasına məxsus evə gəlin köçüb orada yaşamışdır. Xəyalə yaxın vaxtlara kimi həmin evdə yaşayırdı. Şahin isə orada daimi yaşamamış, mütəmadi olaraq gəlib-gedirdi. Şahin Rusiyada yaşayır, ailəsini özü ilə aparmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır. İddiaçı dayısı qızıdır, cavabdehlər həmkəndliləridir. Xəyalə 2011-ci ildə Şahinin atasına məxsus evə gəlin köçüb orada yaşamışdır. Xəyalə yaxın vaxtlara kimi həmin evdə yaşayırdı. Şahin Rusiyada yaşayırdı, mütəmadi olaraq gəlib-gedirdi. Atası rəhmətə gedəndən sonra da Rusiyada yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır, onlar həmkəndliləridir. İddiaçı ilə Cavabdeh2 2011-ci ildə ailə qurmuşlar. Xəyalə Şahinin atasına məxsus evə gəlin köçüb orada yaşamışdır. Xəyalə yaxın vaxtlara kimi həmin evdə yaşayırdı. İcra nümayəndəsi X15 18.12.2019-cu il tarixli Aktı ona imza etdirərkən ona bildirmişdir ki, bu sənəddə hazırda mübahisəli ünvanda yaşayan şəxslər haqqında məlumat qeyd olunmuşdur. O, da aktı oxumadan imzalamış və məhkəmə iclasında isə bu aktla tanış olarkən onun məzmununun düzgün olmadını görmüşdür. Aktda göstərilənlər həqiqətə uyğun deyil və o, aktın məzmununu təsdiq etmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır, onlar həmkəndliləridir. İddiaçı ilə Cavabdeh2 2011-ci ildə ailə qurmuşlar. Xəyalə Şahinin atasına məxsus evə gəlin köçüb orada yaşamışdır. Xəyalə yaxın vaxtlara kimi həmin evdə yaşayırdı. İcra nümayəndəsi X15 18.12.2019-cu il tarixli Aktı ona bildirmişdir ki, bu sənəddə hazırda mübahisəli ünvanda yaşayan şəxslər haqqında məlumat qeyd olunacaq. İcra nümayəndəsi boş sənədi ona imzalatmış və məhkəmə iclasında bu aktla tanış olarkən onun məzmununun düzgün olmadığını görmüşdür. Aktda göstərilənlər həqiqətə uyğun deyil və o, aktın məzmununu təsdiq etmir. Digər şəxslər də boş aktı imzalamışlar, sadəcə bunu demək istəmirlər. İş materiallarına əlavə edilmiş 20.08.2019-cu il tarixli bank qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında 08.02.2012-ci ildə 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşağı, 03.10.2012-ci il təvəllüdlü X6 cavabdeh İddiaçı yanında qalması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ 420527 nömrəli, 06.07.2010-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X11 29.06.2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 19.09.2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ev X2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.10.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh2 və Cavabdeh1 adlarına Göyçay rayonu Qarabaqqal kəndində ümumibirgə mülkiyyətdə 0.5172 ha, 0.2775 ha, 0.1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0.26 ha və 0.08 ha həyətyanı torpaq sahələri vardır. İş materiallarına əlavə edilmiş Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.10.2019-cu il tarixli arayışlarına əsasən cavabdehlərin yaşadıqları fərdi yaşayış evi Rayon İcraiyyə Komitəsinin 4 saylı qərarına əsasən 03 mart 1981-ci ildə inşa edilmişdir. Kürsülü, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evi mərhum X2 adınadır. Həmin evdə Cavabdeh1, Cavabdeh2, X9, Əlİddiaçı və X14 qeydiyyatdadır. 2010-cu ildən bugünə qədər daimi yaşayan şəxlər isə Cavabdeh1, X9 və X26r. İş materiallarına əlavə edilmiş Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.11.2019-cu il tarixli arayışına əsasən İddiaçı ilə Cavabdeh2 arasında 08.02.2012-ci ildə bağlanmış, həmin tarixdən bugünədək nümayəndəliyinin təsərrüfatbaşına qeydiyyat kitabında Cavabdeh1 məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 346 nömrəli təsərrüfatda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.11.2019-cu il tarixli məktubuna əsasən Göyçay rayon Notariat Kontorunun 13.09.2019-cu il tarixli məktubu və Torpağın mülkiyyətə verilməsinə dair JN-265F saylı şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi 18.09.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X2 adına, həyətyanı torpaq sahəsi isə ümumibirgə olmaqla X2, Cavabdeh1, X7, Cavabdeh2 və X3 adlarına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 25.11.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1, X17, X18, Cavabdeh2 və X9 29.06.2010cu ildə vəfat etmiş X2 vərəsələridir və miras əmlakda bərabər hissədə pay almalıdırlar. Miras əmlak Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ev və 0,08 ha torpaq sahəsində X4 məxsus olan paydan ibarətdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 adından Cavabdeh1 tərəfindən Göyçay notariat ofisinə ünvanlanmış 23.11.2019-cu il tarixli ərizəyə əsasən Cavabdeh2 atasından qalan miras əmlaklarla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə 2011-ci ildə faktiki nikaha daxil olaraq Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evinə köçmüş, bu şəxslər arasında rəsmi nikah 08.02.2012-ci ildə bağlanmış və onların 03.10.2012-ci il təvəllüdlü X14 adlı övladı anadan olmuşdur. İddiaçı mübahisəli ünvanda 2016-ci ilin sonunadək yaşamışdır. İddiaçı ilə Cavabdeh2 arasında nikah Göyçay Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli qətnaməsinə əsasən rəsmi qaydada ləğv edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, mübahisəli evin mülkiyyətçisi X11 iddiaçı oraya köçəndən əvvəl vəfat etmişdir. 29.06.2010-cu ildə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, X17, X18, Cavabdeh2 və X5r və onlara mirası qəbul etmələri barədə ərizələrinə əsasən 25.11.2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi, şahid qismində dindirilmiş Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8 “2010-cu ildən bugünə qədər daimi yaşayan şəxlərin Cavabdeh1, X9 və X33 olmaları” barədə söylədiyi, habelə Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.10.2019cu il tarixli arayışının “2010-cu ildən bugünə qədər daimi yaşayan şəxlər isə Cavabdeh1, X9 və X26r.” hissəsi iş üzrə dindirilmiş digər şahid ifadələri təsdiq olunmaması səbəbindən qəbul etməmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Bundan əlavə Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X15 tərəfindən tərtib olunmuş 18.12.2019-cu il tarixli Akt sübut kimi oluna bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X21 həmin sənədin məzmununun düzgün olmadını bildirmişlər. X19 aktı oxumadan imzaladığını, X21 isə boş sənədə imza atdığını qeyd etmişdir. Göstərilənlər Göyçay rayonu İHB-nın Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8 hazırkı işdə qərəzli və qeyri-səmimi olmasına dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu normaları rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli evə köçərkən həmin ev artıq cavabdehlər olan iddiaçının əri Cavabdeh2 və qayınanası Cavabdeh1 mülkiyyətində olmuşdur. Çünki qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. Bu halda, iddiaçının mülkiyyətçisinin (Cavabdeh2) ailə üzvü kimi köçüb yaşadığı yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 23 fevral 2021-ci il tarixli, 2(102)-195/2021 saylı qərarında göstərilmişdir ki, “... apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 30.4-cü maddəsinin tələblərini tam nəzərə almamışdır. Həmin maddəyə görə : “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər ”. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi yaşayış evinə müəyyən müddətə istifadə hüququnun saxlanılmalı olmasını göstərməklə iddia tələbinə düzgün hüquqi qiymət verməli idi”. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Qanunvericilik normalarından göründüyü kimi keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən düzgün olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında iddiaçının keçmiş ailə üzvü kimi mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması nəticəsinə gəlsə də, həmin hüququn saxlanılması müddətinin (davamlılığının) müəyyən etməməklə səhvə yol vermiş, nəticədə cavabdehlərin mülkiyyət hüququları əsassız və həddən artıq məhdudlaşdırılmışdır. Belə olan halda, iddiaçının yaşayış sahəsi ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanının və vəsaitinin olmamasını, yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğunu, cavabdehlərin onun bu hüququnu həyata keçirməsini mümkünsüz etməsini, cavabdehlərin mülkiyyət hüququları əsassız və həddən artıq məhdudlaşdırılmasının yol verilməzliyini nəzərə alan məhkəmə kllegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X14 ilə birlikdə müəyyən müddətə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X14 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X14 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsi dəyişdirilərək, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X14 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1027/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1027/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver