Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1027/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-360/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst (Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqlarının həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-360/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və onun ailə üzvülərinin ümumi birgə mülkiyyətində daxil olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və iddiaçının həmin torpaq sahəsindən sərbəst (Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqlarının həyata keçirilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən (i/m səh. 111) müəyyən olundu ki, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə “Şəki Ağır Cinayətlər Məhkəməsi” üçün ödənilmiş dövlət rüsumu barədə qəbzi əlavə etmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin rüsüm apellyasiya məhkəməsi üçün deyil, Şəki Ağır Cinayətlər Məhkəməsinə ödənilmişdir. Bu səbəbdən də kollegiya ödənilmiş dövlət rüsümunu apellyasiya şikayəti ilə əlaqələndirə bilmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, dövlət rüsumunun lazımi qaydada ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-360/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 357- 363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrааldı: Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-360/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1027/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1027/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver